16
Hafiz Rüstəm
ahəngdarlıq və musiqililiyi, ikincisi isə onların fonetik-leksik
tərkibi və qrammatik xüsusiyyətləri, şifahi xalq ədəbiyyatının
zəngin xəzinəsindən istifadə etməklə işlətdiyi aforizm və tər-
kiblərdir. Təkrirlər – səs, söz təkrarı, ifadə təkrarı, bütöv mis-
ra, fikir təkrarı şairin şeirlərini xalqın söz xəzinəsinə yaxınlaş-
dırır, onları daha da ahəngdar edir.
R.Təbrizinin şeirlərini vəzn xüsusiyyətlərinə görə müqa-
yisə etdikdə əruzun həzəc, rəməl və xəfif kimi bəhrlərinin
sadə və bütöv ölçüləri ilk baxışdan nəzərə çarpır.
XVI – XVII əsrlərdə Azərbaycan bədii dilinin ümumxalq
danışıq dililə sıx rabitədə inkişaf etdiyinin Rəhməti qəzəllə-
rində canlı nümunəsini görürük.
R.Təbrizinin şeirləri mövzu sarıdan zəngin və rənga-
rəngdir. Məhəbbət lirikasının gözəl nümunələrini yaratmış
şairin Divanında bu mövzudan əlavə və bu mövzu ilə paralel
onun ictimai-siyasi, etik-estetik baxışları ifadə edilmiş beyt-
lərə, şeir və sənət qarşısındakı tələbkarlığını açan fikirlərə rast
gəlirik. Gözəllik aşiqi olmuş şair ən lirik hisslərlə yaşasa belə,
orta əsr feodal dünyasında hökm sürmüş zülm və haqsızlığa
qarşı susmamış və öz fərdi hisslərini ictimai bir yüksəkliyə
qaldıra bilmişdir. Cəmiyyəti iki qarşı-qarşıya duran zümrəyə
bölən şair özünü məzlumlar və haqsızlığa məruz qalanlar sı-
rasında görür və açıq şəkildə deyir:
Bizə bağrı qan olmuş bir neçə biçarələr derlər,
Sizə qanlariçici, bağrıdaş xunxarələr derlər.
Humanist bir şəxs olmuş R.Təbrizinin didaktik mövzuda
yazılmış irihəcmli əsəri olmasa da, şairin etik-fəlsəfi fikirlə-
rini açan kiçik qitə və rübailəri, onlarca beytləri mövcuddur.
Şair qitələrinin birində xəsislik haqqında olan poetik fik-
rini aşağıdakı şəkildə bildirir:
Axtarma mərdliyi xəsis insanda,
De, mərdlik nə yolla yaransın onda.
17
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
Yaxınlıq etmə ki, zərər görərsən,
İstisi çox olmaz çör-çöp yananda.
( bədii tərcümə - Ə.B.)
Şairin əxlaqi fikirlərini ifadə edən aşağıdakı rübaisi oriji-
naldır:
Vəfasız kəslərlə oturma, durma,
Əhdinə dürüst ol, peymanı qırma.
Rəhməti, duz-çörək haqqı böyükdür,
Duz-çörək mizinə sən təpik vurma.
( bədii tərcümə - Ə.B.)
R.Təbrizi “Divan”ının paleoqrafik - orfoqrafik xüsusiy-
yətləri və tekstoloji tədqiqi inandırıcı fakt və dəlillərlə əsas-
landırılıb. Müəllif Rəhmətinin yaradıcılığında istifadə etdiyi
poetik formaları, onun lirikasını, estetik ideallarını, əsərlə-
rindəki ictimai-siyasi motivləri, dini-fəlsəfi ideyaları, şairin
şeirlərinin dilini, leksik-semantik xüsusiyyətlərini, onun xalq
yaradıcılığı ilə əlaqəsini, bədii təsvir və ifadə vasitələrini ma-
raqlı tədqiqat obyektinə çevirib.
Heç şübhəsiz, bir yığcam yazıda Ə.Bağırovun böyük zəh-
mətlə ərsəyə gətirdiyi bu tədqiqatını bütün təfərrüatları ilə
əhatə etmək mümkün deyil. Ancaq indiki halda bir maraqlı
məqama da toxunmaq yerinə düşür. Kişvərinin poetik dilinin
R.Təbrizinin azərbaycanca şeirlərinə təsirsiz qalmadığından
bəhs açan Ə.Bağırov göstərir ki, R.Təbrizinin bir neçə farsca
qəzəli forma və məzmununa görə Kişvərinin azəricə qəzəllə-
rinin sərbəst tərcümələrini xatırladır. Bu arqumentin təsdiqi
üçün Kişvərinin rəməl bəhrində yazdığı aşağıdakı mətlə ilə
başlanan məşhur bir qəzəlini də misal gətirir:
Xürrəm ol gün kim, mənim fərxundə yarım var idi,
Könlümü bağrım bütün səbrü qərarım var idi.
Bununla paralel olaraq o, Rəhmətinin qafiyə və rədifcə
oxşar olan həmin farsca qəzəlinin rusca sətri tərcüməsini də
18
Hafiz Rüstəm
təqdim edir. Mənsə şairin fars dilində olan bu məşhur qəzəli-
nin eyni bəhrdə poetik tərcüməsini verməkdən özümü saxla-
ya bilmədim:
Onda ki, xoş ruzigarım, nazlı yarım var idi,
Səri-kuyində onun bir intizarım var idi.
Kuyi-yarın itləri dövrəmdə cəm olmuşdular,
Bu əhli-aləm yanında etibarım var idi.
Öz yerimdən dəmbədəm tərpənməz idim bisəbəb,
Biqərarlıqlar içində bir qərarım var idi.
Bəxtü dövlət mənlə həmnişin idi gündüz-gecə,
Günəş ilə ay kimi yüksək vüqarım var idi.
Xoş idi, bəxt ulduzumdan üzüm ağ idi mənim,
Sapsarı çöhrəmdə çeşmi-əşkbarım var idi.
Bir zaman səngi-məlamətdən məni hifz etməyə,
Səbrü təmkindən qalam, bürcü hasarım var idi.
Artıq hər şey dalda qalmış, bir fikirləş Rəhməti,
Nə üçün təkrar edirsən ruzigarım var idi?
( bədii tərcümə - H.R.)
Bu bir həqiqətdir ki, başqa dillərdə olduğu kimi Azərbay-
can dilində də müəyyən spesifik əşya, anlayış bildirən, lakin
başqa xalqların dilində olmayan, beləliklə, tərcüməsi demək
olar ki, mümkün olmayan və tərcümə nəzəriyyəsində realiya
adlanan sözlər vardır.
Realiyaların saxlanması da bədii tərcümədə mühüm əhə-
miyyət kəsb edən amillərdəndir. Realiyaların tərcüməsi hər
şeydən əvvəl milli psixologiya, adət-ənənə, düşüncə və dün-
yaduyumu tərzi haqqında təsəvvür yaradarkən yazıçının,
yaxud şairin fərdi üslubunun təcəssümünə xidmət edir. Belə
sözlər termin xarakteri daşımır, orijinalın dilində işlənən spe-
sifik ifadə kimi müəyyən məna çalarlarına malik olur, konkret
informasiya daşıyır və obrazlılıq yaratmağa xidmət edir. Bu
19
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
və ya digər sözün, yaxud ifadənin realiya xarakteri yalnız tər-
cümə prosesində meydana çıxır və ya tərcümə dilindən asılı
olaraq realiyaların sayı artıb-azala bilir.
Bu mənada yuxarıdakı şerin tərcüməsi zamanı məhz fars
həyat və düşüncə tərzinə məxsus olan, tərcümə qarşılığı heç
cür alınmayan, ancaq klassik poeziyada olduğu kimi, indi də
xüsusilə, əruz bəhrlərində yazılan azərbaycandilli poeziyada
müştərək işlənməsi məqbul sayılan farsca realiyaları – sə-
ri-kuy (yarın yeri), çeşmi-əşkbar (ağlar göz), səngi-məlaməti
(tənə, qınaq, giley daşı) olduğu kimi saxlamağa məcbur ol-
dum.
Ə.Bağırovun rus dilində işıq üzü görmüş bu dəyərli
monoqrafiyasının hələ də doğma dilimizdə nəşr olun ma-
ması acı təəssüf hissi doğurur.
Ə.Bağırov R.Təbriziyə həsr etdiyi növbəti kitabında
(R.Təbrizi və onun “Divan”ı. B.: Nurlan, 2006) şair haq-
qında qısa elmi-ədəbi oçerkiylə yanaşı, ilk dəfə olaraq onun
farsca əsərlərinin filoloji tərcüməsi, azəricə şeirlərinin transli-
terasiyası (və yaxud transfoneliterasiyası) və dünyada yeganə
nüsxə olan əiyazmasının fotofaksimilesi çap edilib.
Həmkarı Paşa Əlioğlu hər iki əsər haqqında yeri gəl-
dikcə maraqlı rəylər yazıb (P.Əlioğlu “Qəbrim üzrə lalə
neylər?”. “Xəzər” qəzeti, 28 oktyabr 2006; П. Алиоглы.
«Народный поет». Б.: «Каспий», 10 ной 2006; P.Əlioğ-
lu “Sorağı Hindistandan gələn şair”.B.:”Xəzər” qəzeti, 16
dekabr 2006).
Dostları ilə paylaş: |