11
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
Rəhməti Təbrizinin ilk
fundamental tədqiqatçısı
İlk olaraq onu qeyd edim ki, Ə.Bağırov 1985-ci ildə
müdafiə etdiyi “Rəhməti Təbrizi və onun Divanının filo-
loji tədqiqi” əsərini qeyd etdiyim kimi məhz rus dilində
(
“Рaxмaти Табризи и филологическое исследование
его “Дивана”a . Ваку: «Нурлан», 2006 –160 s.) nəşr etdi-
rib elmi dövriyyəyə buraxmışdır.
Monoqrafiyanın 1-ci fəsli - “Rəhməti Təbrizinin dövrü və
həyatı” üç bölümdən ibarətdir. Birinci bölümdə “R.Təbrizi
dövrünün ictimai-ədəbi həyatı”, ikincidə “Şairin həyat və ya-
radıcılığının tədqiqi tarixi”, üçüncüdə “R.Təbrizinin həyatı”
nəzərdən keçirilmişdir.
2-ci fəsil “XVI – XVII əsrlərin yazılı abidəsi kimi R.Təb-
rizi “Divan”ının paleoqrafik və orfoqrafik xüsusiyyətləri və
tekstoloji tədqiqi” də üç bölümə ayrılır. Birinci “Məcmuənin
paleoqrafik xüsusiyyətləri”, ikinci “Əlyazmanın qrafik və or-
foqrafik xüsusiyyətləri”, üçüncü bölüm “R.Təbrizinin poetik
irsinin tekstoloji tədqiqi”ni ehtiva edir.
3-cü fəsil “R.Təbrizinin poetik irsinin filoloji tədqiqi” beş
bölümlüdür. Birinci bölümdə “Şairin yaradıcılığında işlənmiş
poetik formalar”, ikincidə “R.Təbrizinin əsərlərinin mövzu-
ları və əsas motivləri”, üçüncüdə “R.Təbrizinin əsərlərinin
dili, leksik, semantik-stilistik xüsusiyyətləri və onların xalq
yaradıcılığı ilə əlaqəsi”, dördüncüdə “R.Təbrizinin yaradıcılı-
ğında bədii ifadə vasitələri” və beşincidə “R.Təbrizi poeziya-
sının mənbəyi, onun Azərbaycan ədəbiyyatı tarixində özəlliyi
və tutduğu yer” orijinal elmi tədqiqata cəlb edilmişdir.
Ə.Bağırovun bu tədqiqat işinin bəzi məqamlarından söh-
bət açmağın klassik ədəbiyyatsevərlərimiz üçün maraqlı ola-