Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə14/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   ...   10   11   12   13   14   15   16   17   ...   63

divarlarına qədər gətirdi. Artıq axşam ibadəti başlamışdı. Keşiş
oxuyurdu: “Allahdan qorxun, ona ibadət edin və öz xeyirxah
əməllərinizlə onun xoşuna gəlin”. Kilsə xorunda oxuyanların
arasında əcaib bası görəndə təəccübdən ayaqları yerə yapışdı.
Heç nə olmamış kimi bas boynuna qalstuk taxsa da, üzünü gizlət -
məyə çalışırdı. 
Kilsədən çıxanda bas öz protejesini (tələbə yoldaşını) gördü.
Əli ilə işarə etdi ki, onun ardınca gəlsin. Bir anlıq Stepanın
fikrindən keçdi: “Ay Allah, özün saxla, görəsən, yenə həmən yerə
aparacaq? Elə olsa mən batdım”.
Lakin onun gözlədiyi hadisə baş vermədi. Onu ibadət edən
tələbə yoldaşlarının yanına gətirdi. Bas sakitcə öz protejesinə yer
göstərdi. İbadət otağı, demək olar ki, qaranlıq idi. İnsanlar bir-
birini tanıya bilmirdi. Amma şamlar yanan kimi xorda oxuyanlar
mənim qəhrəmanımı görən kimi hamısı birdən qışqırdı: “Yanğın!”
Tələbələr hələ seminariyada oxuyanda onu bu adla tanıyırdılar. 
İbadətdən sonra tələbələr onu yaşadıqları binaya gətirdilər.
Söhbət əsnasında mənim qəhrəmanımın sabah Pereyaslavaya
gedəcəyini biləndə hamı bir səslə öz faytonunda ona yer təklif
etdı. Demə, kilsə xoru sabah səhər ibadətindən sonra Pereyasla -
vaya, daha doğrusu, Andruşiyə gedəcəkdilər. Artıq fikirləşməyə
yer qalmırdı. Həm də mənim yazıq qəhrəmanımın cibi boş idi.
Növbəti gün günortaya yaxın xorda oxuyan müğənnilərlə dolu
olan fayton Abaz xutoruna çatıb dayandı. Diskantlar (zil səsli
müğənnilər) su içməyə, baslar isə araq içməyə üstünlük verdilər.
Mənim qəhrəmanım istədi ki, faytondan düşüb baslarla birgə
getsin. Birdən gördüyündən sarsıldı. Yanaşı dayanan faytondan
Praskoviya Tarasovnanın özü bu tərəfə baxırdı. Qəhrəmanım
diskantlardan xahiş etdi ki, onu faytonun arxasında gizlətsinlər.
Cavanlar onu elə əhatəyə aldılar, az qaldı boğulsun. Allaha şükür,
basların qayıtması çox çəkmədi və poçt faytonu yola düşdü.
Pereyaslavaya çatanda Stepan Martınoviç xorda oxuyanlara
göstərdikləri xidmətə görə minnətdarlığını bildirib ayrıldı.
45
Əkizlər


Xutorun darvazasına çatanda mahnı oxuyan hansısa bir
qadının səsini eşidib ayaq saxladı.
Üç şahıya meyxananı satmışam,
Bir qəpiyə bu tütəyi almışam.
Cavan oğlan, al tütəyi çalginən,
İnsafa gəl, dərd içində batmışam.
“Oxuyan Marinadır, özüdür ki, var” – deyə fikirləşdi və həyətə
daxil oldu. Sakitcə mətbəxə girəndə gördüyü səhnədən dəhşətə
gəldi. Sərxoş Marina çalbığ Korneyin boynuna sarılıb onu öpürdü.
Heç bir söz deyə bilməyib dərindən ah çəkdi. Marina arıçı
çalbığ Korneydən qopub Stepanın üstünə yüyürdü. Qucaqlayıb,
rəqs edərək oxumağa başladı:
Ay mənim sevgilim,
Voloşinalı oğlan,
Yoruldum gözləməkdən
Gəl birlikdə oynayaq.
– Marina! Marina! Sən əxlaqsız və murdarsan! Əl çək
məndən! – deyə Stepan onu özündən kənara itələdi. Marina onu
daha bərk qucaqlayıb oxumaqda davam edirdi:
Musiqiçilər, dayanmayın,
Çalın, çalın mən oynayım.
Nə istəsəz verəcəm,
Heç nigaran qalmayın.
Stepan içkidən başını itirmiş Marinanın əlindən çıxıb
arıxanaya qaçdı. Özünə rahat bir yer tapıb cökə ağacının yanında
uzandı. Bütün baş verənləri bir daha götür-qoy etdi:
– Bəlkə, bu da ola bilər ki, mən burada olmadığım müddətdə
qanuni olaraq evləniblər. Mən isə onu lazım olmayan sözlərlə
təhqir etdim. O öz etiraflarının ağuşunda yuxuya getdi. 
Yuxuda gördü ki, Marina ilə arıçı Korneyin kəbin
mərasimidir. Bura toplananların arasında yeganə kişi onun
özüdür.
Oyananda artıq günəş çıxmışdı. Xutora gələndə gördü ki, dar-
vaza açıqdır, mətbəxdə hər şey bir-birinə qarışıb, Marina
46
Taras Şevçenko


döşəmənin üstündə uzanıb yatır, arıçı Korney isə taxtın altında
xoruldayırdı. Bir qədər onlara baxıb incik halda başını yırğaladı.
Çıxanda öz-özünə dedi:
– Deyəsən, özləri kəbinlərini kəsiblər: bu qadın Allahdan
qorxmur.
Növbəti gün onlar görüşəndə Stepan Marinadan xahiş etdi ki,
xutorda olmadığı barədə heç kimə bir söz deməsin. Marina da öz
növbəsində ondan dünənki baş verənlərlə bağlı susmağı xahiş etdi.
Onlar bu sirri qoruyacaqlarına and içdilər. 
Xutorda olmadığı uzun müddətdən sonra beş həftənin
tamamında Nikifor Fyodoroviç və Praskoviya Tarasovna xutora
gəlib çıxdılar. Stepan Martınoviç sevinclə darvazanın qapılarını
onların üzünə açdı. Ara sakitləşənə yaxın Karl Osipoviç də gəldi.
Axşamüstü dördü də köşkün üstündə əyləşib səyahətləri barəsində
söhbət edirdilər. 
Əvvəlcə Praskoviya Tarasovna məclisi ələ aldı. Bəzən onun
sözlərinə Nikifor Fyodoroviç düzəlişlər edirdi. Praskoviya
Tarasovna söhbətinə belə başladı:
Karl Osipoviç, çərşənbə günü sizdən ayrılandan sonra cümə
axşamı səhər tezdən biz artıq Yaqotinada idik. Nikifor Fyodoroviç
qəlyanaltı edən zaman mən uşaqlarla arabadan düşüb bazarı
gəzməyə başladıq. Birdən gördüm ki, bazarın ortasında ətrafına
dirəklər düzülmüş yumru günbəz var. Uşaqlar məndən soruşdular:
“Ana, bu nə olan şeydi?” Mən dedim: “Ay uşaqlar, Allah haqqı,
mən də bilmirəm bu nədir. Kimdənsə soruşmaq lazımdır”. Gördüm
ki, bizə tərəf cavan bir qız gəlir. Mən ona dedim: “Gözəl qız, ayaq
saxla!” Qız bizə yaxınlaşdı. Mən ondan soruş dum: “Əzizim, de
görüm bazarın ortasında dayanan nədir?” O dedi: “Kilsədir”. “Gör-
mürsünüz bu, kilsədir?” Bir də baxanda gördüm ki, günbəzin
üstündə xaç var. Öz-özümə fikirləşdim: “Ay Allah, Kiyevdə də
belə kilsə görməmişəm. Heç Yerusəlimdə də beləsi yoxdur”.
Yaqotinadan çıxıb Qorodişşeyə getdik. Lev Nikolayeviç çox
yaxşı adamdır. Onun mələk kimi uşaqları var. Xüsusən Nataşa
47
Əkizlər


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə