Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə13/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
1   ...   9   10   11   12   13   14   15   16   ...   63

Stepan Martınoviç bu haraydan oturduğu yerdən dik atıldı.
Müğənni təəccübdən gözləri bərəlmiş Stepan Martınoviçi həra -
rətlə qucaqlayıb təkrar-təkrar deyirdi:
– “Yanğın!”,“Yanğın!” Onun özüdür... 
O, üç addım geri çəkilib yenə də Stepanı süzdü və bu dəfə
qətiyyətlə dedi:
– Bu, başqası deyil, onun özüdür!
Yaxınlaşıb bərk-bərk onun əlini sıxdı və soruşdu:
– Bu tərəflərdə neynirsən? Kim səni bura gətirdi? Bilirdim
ki, mənsiz heç nə edə bilməzsən...İndi bir şüşə araq alsan nəinki
yepiskopu, dağı da aşıraram...
Doğrudan da, danışan adam qədim Qorına oxşayırdı. Gənc,
ucaboylu, yekəpərin biriydi. Elə bil çiyinləri üstündə baş əvəzinə
qara kirpi oturmuşdu. Qoltuğunun altından yarımillik qara donuz
balasının gözləri işıldayırdı.
– Necə oldu, danış.
Özünü itirmiş Stepan Martınoviç dedi:
Mən yepiskop deyiləm, təsadüfən buradayam. De görüm mən
Pereyaslavaya necə gedə bilərəm?
Nə cəfəngiyat danışırsan? Kimdir səni buraxan? Bilirsən indi
mən kiməm? Yepiskopun sağ əli. Nə desəm o da olmalıdır. Bir
yerdə yeyib-içməliyik. Sonra nə lazımdısa kömək edərəm. Hə,
ver görüm, nəyin var? 
Stepan Martınoviç bayaqkı dəsmalı çıxarıb açdı. Bas səsli
müğənni (o, doğrudan da, kilsə müğənnisi idi) sevinclə qışqırdı:
– Anafemo! Xidmətçi, cəld ol, içki gətir! Yarım litr. Yox, iki,
üç şüşə! Bir vedrə! Eşidirsiz, qarınqulu əclaflar...
Stepan Martınoviç İvan Petroviçin ona qaytardığı ikişahılıq
qriveni uzadıb dedi:
– Olan pulum budur.
– Sakit ol. Mən ancaq keçmişi xatırlamaq üçün bunu edirəm.
Çox keçmədi ki, butulka dolu araqlar yan-yana düzüldü.
Müğənni bir stəkan içəndən sonra mənim qəhrəmanım üçün də
41
Əkizlər


süzdü. O, əvvəlcə imtina etmək istədi. Ancaq nəhəng adam ona
necə baxdısa titrəyən əlini stəkana uzatdı. Müğənni xırıltılı səslə
dedi:
– Birini də vur.
O Stepan Martınoviçin əlindəki boş stəkanı alıb yenə də araq
süzdü. Qalın dodaqlarını ətəkləri ilə silib bas səslə hökm etdi:
– Yepiskop, dua elə!..
Stepan Martınoviç onun yüksək tonlu bas səsindən heyrətə
gəlmişdi. Müğənni bunu hiss edib bir qədər səsini endirdi:
– Allaha dua edək ki, əmin-amanlıq olsun! İndi öz sağlığımıza
içmək olar.
O, üçüncü stəkanı da içib sifətini turşutdu. Sakitcə araq
butulkasını göstərdi. Stepan Martınoviç başının hərəkəti ilə
bildirdi ki, içmək istəmir.
– Axı sən özün bilirsən ki, biz necə ağır günlər keçirmişik.Və
ucadan oxumağa başladı.
Mən Donda doğulmuşam,
Ay mənim bəxtim.
Sən niyə belə oldun
İndi mən tək qalmışam.
Müğənni bu mahnını oxuyanda Stepan Martınoviçin balaca
gözlərindən iri göz yaşları diyirləndi. Bunu hiss edən müğənni
istədi ki, dinləyiciyə təsəlli versin. Çırtma çalaraq oxumağa
başladı. 
Bir həftədir gəzirəm
Təzə gələnlər arasında
Səni axtarıram,
Al yanaqlı saqi qız, sən hardasan?
Mey süz birlikdə içək...
Mahnını oxuyub qurtarandan sonra o, qalan arağı da içdi.
Müsahibinə baxıb nüfuzedici baxışla dükandakı şinqarkanı (satıcı
qızı) göstərdi. Stepan Martinoviç özündən asılı olmayaraq araq
şüşəsini götürdü, qıza yaxınlaşıb dedi:
42
Taras Şevçenko


– Allah bu cür əcaib bəndəsinə mələk səsi verib.
Satıcı qız öz işini görənə qədər Stepan ondan soruşdu:
– Mən onu tanımıram, bu, kimdir axı?
– Bu adam kilsədə oxuyur, – şinqarka cavab verdi.
Stepan Martinoviç dodağının altında mızıldandı:
– Allah vergisidir.
– Səsi olmasaydı, yəqin ki, donuz otarardı, – deyə şinkarka
əlavə etdi. – İçkidən başı ayılmır.
– Doğrudan da, elədir. Belə səsi olanın arvadı darıxmaz.
– Siz də oxuyansız? – şinkarka soruşdu.
– Yox, mənim səsim yoxdur.
– Yaxşı ki, səsiniz yoxdur.
Yarım saatdan sonra Stepan Martinoviç boş mehtərə ilə yenə
də dükana gəldi. Dükançı qız şüşəni dolduraraq öz-özünə dedi:
“Ax, necə içirlər, necə içirlər”.
Stepan Martinoviç bədmüşk ağacının altına gəlib araq
şüşəsini müğənninin yanına qoydu. Özü isə otun üstündə əyləşdi.
Müğənni bir söz demədən arağı stəkana süzdü. Otun içərisindən
yarı bölünmüş xiyarı tapıb ağzına soxdu və mırıldayaraq dedi:
“Qoy Allah dirilsin!”. Sonra Stepan Martinoviç tərəf dönüb
hökmlə dedi:
– Vur getsin!
Stepan Martınoviç arağı əzabla içdi. Müğənni ikinci stəkanı
da içəndən sonra dili topuq vurmağa başladı:
– Eh! Mefodi ata, kaş indi burada olaydın! Bas səsimizlə
yarışardıq... Onsuz da məni üstələyə bilməyəcəksən!.. 
Yenə də stəkana araq süzüb içdi. Mehtərə yenə boşaldı. O,
bir daha Stepan Martınoviçə baxıb araq dükanını göstərdi. Lakin
Stepan Martinoviç mədəsinin ağrısından şikayətləndi.
– Alacaqsan, qatil, avara! Sən yepiskopu, din qardaşlarını,
kilsəni atıb gəlmisən, indi avara-avara gəzib xeyirxah insanları
soyursan. Nəyin varsa bura ver, yoxsa öldürərəm!
Ayağa qalxıb Stepanın yaxasından yapışdı. Stepan Martınoviç
onu təpikləyərək deyirdi:
43
Əkizlər


– Alıram, alıram! Allah xatirinə, yaxamdan əl çək!
Bas onu buraxıb amiranə tərzdə dedi:
– Get, al, gətir!
Stepan Martınoviç cəld mehtərəni qamarlayıb araq dükanına
qaçdı. Demək olar ki, ağlaya-ağlaya dükançı qadına yalvardı:
– Mehriban və xeyirxah gözəl! (O komplimentin və sözlərin
qadının xoşuna gələcəyinə inanırdı.) Məni bu günahkar
heyvərənin əlindən qurtar, mehtərəni heç olmasa yarıya qədər
doldur.
Rədd olun, əyyaşlar, içki düşkünləri! – deyə satıcı qadın
qapını bağladı.
– Bu da sənin “ümid yerin”! Görünür, zərif cinslərə kompli-
ment söyləmək həmişə yerinə düşmür.
Bu cavabdan nə edəcəyini bilməyib, bir müddət donuq
vəziyyətdə qaldı. Özünə gələndə müğənninin əlindən necə
qurtaracağını götür-qoy etməyə başladı. Nəhayət, bu qərara gəldi
ki, ən yaxşısı gedib onun ayaqlarına düşüb yalvarsın, bağışlan -
masını xahiş etsin. 
Bu fikirlə onun yanına dönəndə sevincdən gözləri yaşardı.
Müğənni qollarını geniş açıb elə xoruldayırdı ki, səsin gücündən
ağacın yarpaqları yerə tökülürdü. Bu anda o, “Quldur bül bül -
lər”dəki nəhəng qəhrəmanı xatırladırdı.
Dramaturji hadisənin bu cür əlverişli sonluğunu görən mənim
qəhrəmanım yubanmadan dabanına tüpürüb qaçmağa üz qoydu.
Dağın ətəyinə çatanda yolu burulub, bir anlığa nəfəsini
dərmək üçün qalınyarpaqlı cökə ağacının altında əyləşdi. Az
keçmədi ki, onun da xorultusu müğənnidən geri qalmadı.
Mənim qəhrəmanımı axşama yaxın kilsə zəngləri oyatdı. 
Oyanandan sonra uzun müddət harada olduğunu anlaya
bilmədi.
Bütün gün baş verənləri – ağ xalatlı qoca ilə başlayaraq
faciəvi səhnəyə qədər olanları götür-qoy etdi. Dərindən nəfəs
alaraq ayağa qalxdı. Xaç çəkib yola düşdü. Yol onu kilsənin lap
44
Taras Şevçenko


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə