65
Azərbaycan
mədəniyyətinin
də
təkamül prosesini
aydınlaşdırmağa xeyli yardım etdi.
XX əsrin 60-cı illərindən etibarən Azərbaycan tarixinin or-
ta çağlarının tədqiqi ilə məşğul olan tarixçilərin bir çoxu
problemlərin daha dərindən araşdırılması mövqeyinə keçdi.
Qafqaz Albaniyası, onun ictimai-iqtisadi, siyasi, dini-ideoloji,
mədəni inkişafının bir sıra məsələləri K.V.Treverin, K.Əliyevin,
Z.Bünyadovun
əsərlərində
işıqlandırıldı. VII əsrin ilk
onilliklərindən ərəb işğalları nəticəsində yeni inkişaf mühitinə
düşmüş Azərbaycanın Xilafət tərkibində olduğu tarixi dövr ilk
dəfə olaraq Z.M.Bünyadovun monoqrafiyasında
184
elmi əksini
tapmışdır. Əsərdə Azərbaycanın islamlaşması, islamaqədərki
baxışların (atəşpərəstlik-zərdüştilik, xristianlıq, bütpərəstlik və
s.) ölkənin həyatında təsir dairəsinin tədricən azalması, dövrün
Azərbaycan şəhərləri, ərəb işğalından sonra ölkədə baş vermiş
etnik
proseslər kimi mədəni
səciyyəli
məsələlər
də
araşdırılmışdır. XX əsrin 60-cı illərində M.X.Şəriflinin
Şirvanşahlar dövlətinə həsr olunmuş bir sıra məqalələrində
Azərbaycan tarixinin zəif öyrənilmiş dövrünə (IX-XI əsrin I
yarısı) nəzər salınmışdır. V.F.Minorskinin monoqrafiyası da
185
zəngin mənbə materialına və məzmunlu şərhlərə malikdir və
Azərbaycan tarixinin az öyrənilmiş dövrünə – IX əsrin II yarısı –
XI əsrin əvvəllərinə həsr olunmuşdur. O.Ə.Əfəndiyevin 60-cı
illərin əvvəlində nəşr olunmuş monoqrafiyasında Azərbaycan
tarixşünaslığında İ.P.Petruşevskidən sonra ilk dəfə olaraq
Səfəvilər dövləti xüsusi tədqiqat obyektinə çevrildi və bu dövlət
Azərbaycan
dövlətçiliyinin
mühüm
faktı kimi
qiymətləndirildi.
186
F.M.Əliyevin Şimali Azərbaycan şəhərlərinə
həsr olunmuş əsərində
187
XVIII əsrin II yarısında şəhər
həyatının mühüm məsələləri araşdırılmışdır. Keçən əsrin 60-cı
illərindən Azərbaycan tarixşünaslığında ayrı-ayrı şəhərlərin
tarixinə həsr olunmuş əsərlər nəşr olunmağa başlandı.
S.B.Aşurbəylinin
monoqrafiyası
188
bu baxımdan ilkin
əsərlərdəndir. Monoqrafiyada Bakı şəhərinin VIII əsrdən XIX
əsrin əvvəlinədək olan inkişaf tarixi araşdırılmışdır. 60-cı illərdə
Ə.Əlizadə, Z.Bünyadov, T.Musəvi, Ə.Rəhmani, Y.Behzadi,
66
R.Hüseynov Azərbaycan tarixinə dair bir sıra orta əsr
qaynaqlarını tərcümə etməklə və nəşr etdirməklə xalqın
mədəni-tarixi irsinin öyrənilməsi işini davam etdirmişlər.
189
Keçən əsrin 70-80-cı illərində Azərbaycan tarixçiləri
xalqın tarixinin araşdırılması istiqamətində mühüm uğurlar
qazandılar. Təbiidir ki, tarixşünaslıqda mövcud olan problemlər
məcmusunun ağırlığı bu zaman ərzində də mədəniyyət tariximi-
zin başlıca araşdırma obyektinə çevrilməsini qeyri-mümkün
etmişdi. Lakin nəşr olunmuş əsərlərin Azərbaycanın mədəni
təkamül prosesinin öyrənilməsi üçün əhəmiyyəti şübhəsizdir. Bu
dövrdə də Azərbaycanın tədqiqatçıları Qafqaz Albaniyasına,
onun mədəni irsinə xüsusi diqqət yetirmişlər. F.L.Osmanovun
əsəri
190
20-dək yaşayış məntəqəsində aparılmış arxeoloji
qazıntıların nəticələrinə əsaslanmışdır. Əsər müəllifi arxeoloji
materiallar əsasında araşdırdığı dövrün sənətkarlığı, ticarəti və
mədəni əlaqələri, ictimai quruluşu, təsərrüfat həyatı haqqında
mülahizələrini bildirmişdir. Qafqaz Albaniyasının mədəni
həyatına xüsusi diqqət yetirmiş araşdırıcılardan biri də
R.Göyüşov olmuşdur. Onun əsərlərində arxeoloji materiallar və
bəzi yazılı mənbələr əsasında Qafqaz Albaniyasında xristianlığın
mövqeyi
məsələsi
tədqiqi
olunmuşdur.
191
C.Xəlilovun
əsərində
192
Qafqaz Albaniyasının maddi mədəniyyəti məsələləri
tədqiqat obyektidir. T.M.Məmmədov Qafqaz Albaniyasının və
qismən Atropatenanın tarixini erməni mənbələrinə əsasən
araşdırmışdır.
193
F.Məmmədovanın əsərləri
194
Azərbaycan tarix-
inin Albaniya mərhələsinin öyrənilməsinə müstəsna təkan
verməsi ilə əlamətdardır. Bu əsərlərin müəllifi Alban xristian
kilsəsinin ölkənin mədəni həyatındakı rolu, erməni qriqoryan
kilsəsinin
təcavüzkar
mövqeyi,
albanların
tədricən
qriqoryanlaşması, erməniləşməsi, lakin onların etnik simasını
tamamilə itirməməsi məsələlərini də araşdırmışdır. Bu dövrdə
Qafqaz Albaniyasının mədəni həyatına, mədəni irsinə həsr
olunmuş əsərlər arasında N.Y.Rzayevin monoqrafiyası
195
da
seçilməkdədir. Əsərdə sənətşünas Qafqaz Albaniyasında
yaradılmış bədii keramika, metalın bədii emalı, şüşənin bədii
emalı, daş, sümük və ağac üzərində bədii oyma, qliptika, plasti-
67
ka nümunələrinin tədqiqindən doğmuş nəticələri izhar etmişdir.
IX əsrin II yarısında- XI əsrin I yarısında Azərbaycanda mövcud
olmuş dövlətlərin tarixi M.X.Şəriflinin əsərində
196
öz əksini
tapmışdır. M.Seyfəddininin 2 əsərində
197
XII-XV əsrlərdə
Azərbaycanda sikkə zərbi və pul tədavülü məsələləri başlıca
tədqiqat obyekti olmuşdur. A.Fazilinin monoqrafiyasında
198
Azərbaycanın qədim və ilk orta əsrlər tarixinin İran
tarixşünaslığında işıqlandırılması məsələləri tənqidi şəkildə
araşdırılmışdır. S.Y.Qasımovanın monoqrafiyasında
199
Cənubi
Azərbaycanın III-VII əsrlərdə etno-siyasi və ictimai-iqtisadi ta-
rixinin bir sıra problemləri tədqiq olunmuşdur. Orta çağların
Azərbaycan mədəniyyəti problemlərinin araşdırılması gedişində
M.A.Dadaşzadənin monoqrafiyasına
200
müraciət olunması
zəruridir. Müəllifin etirafına görə, monoqrafiya əsasən etnoqra-
fik tədqiqatın nəticəsidir. Əsərdə Azərbaycan xalqının mənəvi
həyatında mühüm yer tutan dini etiqadlar (zərdüştilik və is-
lam),
201
xalq bayramları,
202
xalq oyunları və əyləncələr
203
başlıca tədqiqat obyektləridir. Burada müxtəlif bayramların
təşəkkülü problemləri təhlil olunur, xalq oyun və mərasimlərinin
əhəmiyyəti və rolu işıqlandırılır. Monoqrafiya müəllifi İranda
nəşr olunmuş əsərlərə, habelə Avropa müəlliflərinin əsərlərinin
fars dilinə tərcümə variantlarına xüsusilə istinadlanmış, «mark-
sizm
klassiklərini»,
M.Qorkini, V.Belinskini də
«unutmamışdır». Azərbaycan mədəniyyətinin təkamül prosesi-
nin erkən orta əsrləri nəzərdən keçirilərkən İ.H.Əliyevin
monoqrafiyasından
204
istifadə olunması zəruridir. Azərbaycanın
cənub qisminin əski keçmişi (antik dövrü) Atropatena, onun
mədəni irsi ilə
üzvi
surətdə
bağlıdır.
İ.H.Əliyevin
monoqrafiyasının VI və VII fəsillərində Atropatenanın maddi
mədəniyyəti, dini baxışlar, Avesta problemi, zərdüştilik və onun
təşəkkülü, inkişafı məsələləri tədqiq olunmuşdur.
205
Həmin
dövrü öyrənmədən eramızın ilk əsrlərindən başlanan dövrün
Azərbaycan mədəniyyətinin mahiyyətinin dərk olunması qeyri-
mümkündür.
Keçən əsrin 80-ci illəri Azərbaycan tarixşünaslığının
inkişafında məhsuldarlığı ilə əlamətdardır. Problemin hərtərəfli
Dostları ilə paylaş: |