Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə25/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   21   22   23   24   25   26   27   28   ...   143

 

 

74 



(hətta tarixinin) ermənilər  tərəfindən  mənimsənilməsinə  səbəb 

oldu. Tariximizin atəşpərəstliklə bağlı olmuş mədəni dəyərlərini 

fars (İran)  şovinistləri  «özəlləşdirdilər», çünki  Azərbaycan icti-

mai fikrində müəyyən müddət ərzində atəşpərəstlik (zərdüştilik) 

yad mədəni təsir kimi qavranılırdı. Danılmış, «itirilmiş» mədəni 

irsə (xüsusilə zəngin olan irsə) sahiblər tez tapılır. Lakin «hər bir 

xülya kimi öz  keçmişindən imtina etmək  və xarici ölçülər 

əsasında  yenidən qurulmaq cəhdləri  özünü  doğrultmur.  Öz 

keçmişindən imtina etmək 

mütləq 


mənada qeyri-

mümkündür».

236

 

Hər bir xalqın  mədəniyyətinin  təkamülündə daxili, siyasi 



amil-dövlət  xüsusi rol oynamışdır.  Dövlətçilik tarixinin kökləri 

eramızdan  əvvəl IX əsrə gedib çıxan  Azərbaycan bu baxımdan 

diqqəti  cəlb  edən  ölkələr  sırasındadır. Alman filosofu Hegelin 

məşhur bir fikri vardır: «Dövləti olmayan xalqın  əslində tarixi 

də yoxdur».

237


 Onun bu fikrində kəskinlik və mütləqliklə yanaşı 

müəyyən həqiqət də vardır. Dövləti olmayan və yaxud müəyyən 

zaman  ərzində siyasi müstəqilliyini  itirmiş  xalqın  yaradıcı 

potensialı,  mədəniyyəti  öz  imkanlarını  gerçəkləşdirə bilmir. 

Belə  ağır  şəraitə  düşmüş  xalqların  mədəniyyəti  və tarixi siyasi 

baxımdan hakim olan xalqın  tarixinə,  mədəniyyətinə  «əlavə 

olunur». Azərbaycan xalqı da müəyyən tarixi məqamlarda siyasi 

müstəqilliyini  itirmiş, lakin güclü,  zəngin  mədəni    potensialı 

hesabına  «özünə  qayıtmış»,  azad  inkişaf yolunu davam 

etdirmişdir.  Xalqın  mədəni-tarixi  təkamülündə  Azərbaycan 

zəminindən doğmuş və bu zəminə bağlı olmuş siyasi birliklərin-

dövlətlərin  ən  qədimləri Manna, Midiya, Atropatena və 

Albaniyadır. Manna və Midiya tariximizin qədim dövrü ilə bağlı 

faktlar  olduqlarına  görə  onları  nəzərdən  keçirmək  fikrindən 

uzağıq. 

Eramızdan əvvəl IV əsrdən eramızın 20-ci ilinədək əsasən 

Cənubi  Azərbaycan  ərazisi Atropatena dövlətinin  tərkibində 

olmuşdur. Mərkəzi Azərbaycan olan, bir çox hallarda «Midiya-

Atropatena»  adlandırılmış bu dövlət ellinist (yunan siyasi, 

mədəni  təsirinə  məruz  qalmış)  dövlətlər  sistemində  mühüm rol 

oynamışdır. «Ellinizm bu sistemə daxil olmuş ölkələrin etnik və 



 

 

75 



dini  qapalılığının  dağıdılmasına  başlanğıc verdi, dövlətçiliyin 

yeni  formalarını meydana gətirdi, yeni mədəniyyətin, yeni 

incəsənətin, yeni inamların əsasını qoydu».

238


 Şərq və ellin (yu-

nan)  mədəniyyətlərinin  yaxınlaşması  və  qarşılıqlı  təsiri prosesi 

Midiya-Atropatenanı da mədəni  baxımdan  zənginləşdirdi. 

Atropatenanın I-II əsrlər siyasi həyatında  başlıca  hadisələr 

alanların ölkəyə ardıcıl hücumları ilə bağlı olmuşdur. Atropatena 

təqribən 2 əsr  ərzində Parfiya dövlətinin  güclü siyasi təsirinə 

məruz  qalmış,  əski  müstəqilliyini  bərpa  edə  bilməmişdir. III 

əsrin  əvvəllərində  İranda siyasi hakimiyyəti Sasani sülaləsi  ələ 

keçirdi, bu sülalənin  hakimiyyəti  getdikcə  möhkəmlənərək 

qonşu  ölkələri  də  öz  təsiri  altına  saldı. Bu dövrdə Atropatena 

siyasi  müstəqilliyini  tamamilə itirib İran (Sasani) şahənşahının 

dastakertinə  (əyalətinə  –  şəxsi  torpağına)  çevrildi. Lakin 

Sasanilər  dövründə  Atropatenanın  mədəni  və dini mərkəz kimi 

rolu daha da gücləndi. «Azərbaycan» anlayışının 

formalaşmasının, habelə onunla bağlı olan digər siyasi və etno-

mədəni  səciyyəli  hadisələrin  başlanğıcı  məhz  vətən tarixinin 

Atropatena  dövründə  qoyulmuşdur. Burada ilk dəfə xalq 

təşəkkül  tapmışdı. «Avesta» müqəddəs kitablar məcmusu  məhz 

Atropatenada  başa  çatdırılmış,  tamamlanmışdı. Atropatenada 

hələ  eramızdan  əvvəl II əsrdən  etibarən  yalnız  Azərbaycanın 

deyil,  eləcə  də  bütün  İranın  mədəni-mənəvi  həyatında  mühüm 

rol  oynamış  zərdüştiliyin yeni ocağı  yaranmış,  Sasanilər 

dövründə (III-VII əsrlərdə) onun mövqeyi daha da 

möhkəmlənmiş  və bu vəziyyət  ərəb  işğalınadək davam 

etmişdi.

239


 Hesab olunur ki, zərdüştiliyin dirçəlişi, intibahı məhz 

Sasani  dövründə  baş  vermiş,

240

 Atropatena bu prosesin 



mərkəzində  olmuşdur. Bu dövrdə  müqəddəs  «Avesta» mətnləri 

21 kitabda cəmləşdirilmişdi.

241

 Bu işdə Atropatenada 



qərarlaşmış baş kahin Aturpat (Adarbad) mühüm rol oynamışdı. 

«Avesta»nı 

qələmə almaq məqsədilə 

xüsusi 


əlifba 

yaradılmışdı.

242

 Yunan müəllifləri hesab edirlər ki, yazılı «Aves-



ta» (və ya onun ayrı-ayrı  hissələri) 2 milyon misradan ibarət 

olmuşdur. Zərdüşti ənənəsinə və sonrakı ərəb, fars müəlliflərinə 

görə  «Avesta» 12 min  öküz  (inək)  dərisi  və ya taxta lövhə 



 

 

76 



üzərində  qızılı  hərflərlə  tərtib  olunmuşdu  və  Makedoniyalı 

İsgəndərin  Şərqə  gəlişindən xeyli əvvəl  mövcud idi.

243

  Təbiidir 



ki,  Sasanilər  dövründə  «Avesta» Makedoniyalı  İsgəndərin 

əmrilə  məhv  olunmuş  «Avesta» mətnindən  həcmcə az idi. 

Zərdüştilik dünya  vəhy  dinlərindən ən qədimidir və görünür ki, 

o  bəşəriyyətə  digər etiqadlara nisbətən  bilavasitə  və ya vasitəli 

şəkildə daha çox  təsir  göstərmişdir».

244


  Zərdüştilik  yalnız dini 

təlim deyildir. O, fəlsəfi və əxlaqi, ictimai-siyasi, elmi baxışların 

mükəmməl sistemidir. Zərdüştilik  və onlarla bağlı olan  dini-

fəlsəfi  sistemlər  iudaizmə,  erkən  xristianlığa da müəyyən  təsir 

göstərmişdir. Bu mükəmməl sistemin antik yunan fəlsəfi-elmi 

fikrinin  nümayəndələrinə  təsiri  isə daha çox  olmuşdur. 

Zərdüştilik  dövlət  və ehkam dini kimi Sasanilər imperiyası 

zamanında tam şəkildə  formalaşmışdır. Son zərdüştilik 

ənənəsinə 

görə, 


Zərdüşt (Zaratustra) əslən 

Cənubi 


Azərbaycandan olmuşdur. Bir çox orta əsr müsəlman müəllifləri 

də israrla qeyd edirlər ki, bu din yaradıcısının  (peyğəmbərin-

Zaratuştranın)  vətəni  Cənubi  Azərbaycandır.

245


 Bunun səbəbini 

Azərbaycanın 

Sasanilər 

imperiyasının 

mədəni-mənəvi 

həyatındakı  aparıcı rol oynaması  ilə izah etmək  lazımdır. 

Sasanilər  imperiyasının  dövlət  əhəmiyyətli,  əsas,  müqəddəs 

ocaqlarından biri (Adurquşnasp atəşpərəstlik məbədi) burada idi 

və Sasani şahənşahlarının bu ocağı ziyarət etməsi icbari ənənəyə 

çevrilmişdi.  Azərbaycan  müqəddəs  atəşpərəstlik  məbədlərinin, 

«çoxsaylı  maqların» (kahinlərin)  cəmləşdiyi  möhtəşəm ocaq 

olmuşdur. Orta əsr  müəlliflərinin  məlumatlarına  görə, bu 

müqəddəs  yerlərin  çoxusu  hələ  Zərdüştə  qədərki  dövrdə  də 

vardı.  Zərdüştilik  Azərbaycanın ictimai-siyasi, mədəni-mənəvi 

həyatında  ərəblərin  gəlişindən 3-4 əsr sonra da müəyyən rol 

oynamışdır. Yeni torpaqlara yeni dinlə  hərbi  yürüşlər  etmiş 

ərəblər  əsas  zərbəni dini-ideoloji ocaqlara, xüsusilə  zərdüştiliyə 

endirmək qərarında idilər. Sasanilər imperiyasının dini mərkəzi, 

ocağı  olmuş Atropatena (Azərbaycan)  ərəb  ordularının  başlıca 

zərbə  obyektinə  çevrildi. Qeyd olunmalıdır ki, Sasanilər 

dövründə vətənimizin şimal vilayətləri də  (Dərbəndə qədər)  ələ 

keçirilmişdi. Lakin həmin  dövrdə  ölkənin  cənub  və  şimal 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə