Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə20/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   16   17   18   19   20   21   22   23   ...   143

 

 

59 



özünün  yüksək  mərhələsini  keçirmişdir.  Azərbaycan  ədəbi dili-

nin  inkişafında  Şah  İsmayıl  Xətainin,  Füzulinin,  Kişvərinin, 

Həqiri Təbrizinin,  Xətai  Təbrizinin, Fədai Təbrizinin və  Əmani 

Məhəmmədin  mühüm rolu olmuşdur. «Bu  dövrdə  Azərbaycan 

dilində bədii əsərlərın yazılması ümumi hal oldu. Farsca, ərəbcə 

yazmaq  isə  getdikcə  məhdudlaşdı.  Azərbaycan dili həm  şifahi, 

həm  yazılı qollar üzrə sarayda, mədrəsələrdə,  şəhərli  tacirlərin, 

sənətkarların işlərində və məclislərində artıq normalaşmış ədəbi 

dil  halında  işlənilən  ümumi  ünsiyyət  və  mədəniyyət vasitəsi 

olmuşdur».

169

 Azərbaycan ədəbiyyatında nəsr janrının təşəkkülü 



prosesi  başlandı.  Nəsrin bir janr kimi yaranması  Məhəmməd 

Füzulinin adı ilə bağlıdır. 

Azərbaycan  İntibahı  incəsənətin bir sıra  sahələrində (mi-

niatür  rəssamlığı, dekorativ və  tətbiqi  sənət sahələri,  memarlıq, 

plastika, musiqi və s.) özünü  təzahür etdirirdi. İslam 

ehkamlarının bir çox 

qaydalarına 

riayət 


olunmaması, 

islamaqədərki  ənənələrə  və inamlara «qayıdış» faktları,  qədim 

türk  irsinə,  dünyagörüşünə  «qayıdış»  bu  dövrün  incəsənət 

əsərləri  üçün  səciyyəvi hal idi. «Bu  dövrdə  incəsənətdə 

islamaqədərki motivlər yenidən dirçəldi. Daşdan, metaldan olan 

məmulatların dekorunda insan, heyvan və quş təsvirləri yenidən 

mərkəzi yeri tutmağa  başlayır».

170


 XVI-XVII əsrlərdə  hətta 

qəbir daşları üzərində insanların, heyvanların və digər canlıların 

təsviri olan süjetli  rəsmlər  artmışdı.  Gercək  həyat  səhnələrini 

təsvir  edən  süjetli  rəsmlər  Azərbaycan  incəsənətinin  və  digər 

xalqların  mədəniyyətinin  qədim  əlaqələrindən  xəbər verir. 

Azərbaycan  ərazisində  aşkar  olunmuş  daşyonma  sənəti 

nümunələrinin (at və qoyun fiqurlarının)  əksəriyyəti XVI-XVII 

əsrlərə aiddir və  Azərbaycan  türklərinin  digər  türk  xalqları  ilə 

qədim  əlaqələrinin  təsviri  ifadəsini verir.

171


  Xalçaçılıqda, 

kaşıkarlıqda,  miniatür  rəssamlığında da qədim irsin intibahı 

gerçək fakt idi. Azərbaycan miniatürlərinin tarixi dövrləri əhatə 

dairəsi çox genişdir: Eramızdan əvvəl IX əsrdən başlayaraq yeni 

eranın XVI əsrinin sonlarınadək. Miniatürlərdə Şərq regionunda 

yaşayan xalqların qədim dövrünə dair hadisələrin təsviri mühüm 

yer tutur. Bu təsvirlərdə  İranın  və  Turanın  qədim  dövrlərdən 



 

 

60 



olan qarşıdurması faktlarına xüsusi fikir verilmişdir. İncəsənətin 

inkişafı, yüksəlişi Azərbaycan ərazisi ilə məhdudlaşmırdı. 

Azərbaycan  İntibahının  mühüm  təzahürlərindən biri fol-

klorun güclü tərəqqisi idi. «Koroğlu», «Şah İsmayıl», «Abbas və 

Gülgəz», «Əsli və Kərəm», «Aşıq Qərib» dastanları, sonsuz fol-

klor  nümunələri XVI-XVII əsrlərin  məhsulu idi. XVI-XVII 

əsrlərin  Azərbaycan  dastanları  hətta  öz  dövrünün ictimai-siyasi 

hadisələrini  əks  etdirərkən antik (qədim)  mədəniyyətimizin bir 

çox cəhətlərini «dirçəldirdi». Qədim türk inamları, türk mənəvi-

psixoloji  keyfiyyətlərinin  məcmusu eposlarda da öz  əksini 

tapmışdır. 

XVI-XVII  əsrlərdə  baş  vermiş  «özünəqayıdış»  prosesini 

Azərbaycan İntibahı mərhələsi kimi qiymətləndirmək olar. Əgər 

XII-XIII  əsrlərdə (monqol istilalarına  qədər)  Azərbaycanda 

İntibah Şərq (islam) regionunda baş vermiş regional fenomenin 

–  Şərq  İntibahının konkret faktı  idisə, XVI-XVII əsrlərdə 

Azərbaycan  İntibahı  türk  dünyasında  baş  vermiş universal 

hadisənin  –  Ümumtürk  İntibahının konkret faktı idi. Hər iki 

hadisə  Azərbaycan tarixinin və  mədəniyyətinin  təkamülündə 

əsaslı  keyfiyyət  mərhələsidir. Lakin XVI-XVII əsrlərin 

Azərbaycan  İntibahı  məzmununa  görə daha dərin idi və 

mədəniyyətin  bütün  sahələrini  əhatə  etməsi  baxımından, daha 

uzun tarixi dövrü ehtiva etməsinə  görə  Azərbaycanın  çoxəsrlik 

mədəni-tarixi  təkamülü  prosesində yeni dövrün  başlanğıcı kimi 

qiymətləndirilə bilər. 

Azərbaycan tarixinin vahid, müəyyən  qədər sabit 

konsepsiyasını yaratmaq və bu konsepsiyanı  xalqın  öz 

keçmişinə baxış tərzinin başlıca ünsürünə çevirmək zərurəti son 

dövrdə xüsusi aktuallıq kəsb edir. Xalqın tarixinin vahid, obyek-

tiv  konsepsiyasının  yaradılması  (əvvəlcədən  düşünülmüş, tarixi 

gerçəklikləri  əks  etdirməyən  «sistemlər», «mülahizələr», 

«fərziyyələr», «ehtimallar» əsasında deyil, xalqın tarixi keçmiş-

inin gerçək materiallarına istinadlanaraq) xeyli dərəcədə konkret 

sahələrin (ictimai, iqtisadi proseslər, siyasi təkamül və s.) əsaslı 

şəkildə  öyrənilməsindən  asılıdır.  Azərbaycanın bir çox 

yüzilliklər  ərzində ictimai-siyasi, iqtisadi inkişafına dair xeyli 




 

 

61 



elmi  ədəbiyyat  mövcuddur.

172


  Müxtəlif vaxtlarda nəşr  olunmuş 

həmin  əsərlərdə  Azərbaycanın  qədim zamanlardan orta əsrlərin 

son  mərhələsinədək olan tarixi vahid proses kimi tədqiq 

olunmuşdur.  Əlamətdar  haldır ki, tariximizin müxtəlif 

problemlərinin tədqiqi və həlli prosesində məhz milli tarixçilərin 

rolu son 40-45 ildə aparıcıdır.

173

 Bu isə  xalqın tarixinin obyek-



tiv  şəkildə  işıqlandırılmasını  təmin  edən  mühüm amildir. 

Təxminən XIX əsrin  ortalarından XX əsrin 40-cı  illərinədək 

olan dövrdə Azərbaycan tarixşünaslığının inkişafında baş vermiş 

durğunluq tariximizin araşdırılmalı  problemlərinin  yığılıb 

qalmasına səbəb olmuşdu. Azərbaycanın Şimal qisminin Rusiya 

tərəfindən  işğalından 1917-ci ilin oktyabr çevrilişinədək olan 

təqribən 100 illik bir dövr  ərzində milli mədəniyyət 

sərvətlərimiz talan olunmuş, Azərbaycan xalqının tarixi keçmiş-

inin  tədqiqi  işinə imperiya mərkəzindən  əngəllər  törədilmişdir. 

Bu zaman ərzində  diqqəti  cəlb  edən tarixi araşdırma  faktları 

yalnız müxtəlif müəlliflər tərəfindən yazılmış, əsasən kompilya-

tiv  səciyyə  daşıyan  «Qarabağnamə»lər  və  Şəki  xanlarının 

həyatına,  fəaliyyətinə  həsr  olunmuş  əsərlər  yaradılmışdır.

174


 

Həmin  əsərlərdə  başlıca  diqqət  araşdırılan  dövrün  hərbi-siyasi 

hadisələrinə  yönəldilmiş,  Azərbaycan  mədəniyyətinin  inkişafı 

problemlərinə  bölgə  (Qarabağ,  Şəki,  Gəncə,  Talış, Quba) 

səviyyəsində  toxunulmuşdur. Bu dövrün  Azərbaycan  tarixçiləri 

arasında Abbasqulu Ağa  Bakıxanovun-Qüdsinin (1794-1846) 

müstəsna  mövqeyi  vardır.  Əsas  Şərq  dillərini  (ərəb, fars, türk), 

rus,  fransız  və polyak dillərini  mükəmməl  bilən,  dövrünün bir 

çox elmi nailiyyətlərini  yüksək  səviyyədə  mənimsəmiş 

A.Bakıxanov  dilçilik,  əxlaq, poetika, fəlsəfə,  məntiq, astrono-

miya,  coğrafiya  elmlərinə dair bir sıra  əsərlərin  müəllifidir. 

Onun  Azərbaycan  tarixinə  baxış  tərzi 1841-ci ildə  tamamladığı 

«Gülüstani-İrəm» (fars  dilində)  əsəridir.  Müəllif bu əsərin 

yazılması prosesində Şirvanın və Dağıstanın tarixinə dair zəngin 

mənbə materiallarından və əsərlərdən istifadə etmişdir. «A.Bakı-

xanovun  əsəri  mahiyyətcə  öz  zamanı  üçün  həmin  dövrün tarix 

elminin  bütün  uğurlarının  əks  olunduğu ilk araşdırma idi… 

Demək olar ki, A.Bakıxanov  Azərbaycan  tarixşünaslığı  üçün 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə