2
Tərtibçilər: Aynurə Əliyeva
Sevil Əhmədova
Redaktor: Səməd Məlikzadə
İxtisas redaktoru və Şəhla Qəmbərova
buraxılışa məsul: Əməkdar Mədəniyyət işçisi
“Şanlı vətənin qəhrəman övladı Əhməd Cavad” metodik
vəsait / tərt.ed. A.Əliyeva; red. S. Məlikzadə; ix. red. və burax.
məsul Ş. Qəmbərova; F. Köçərli adına Respublika Uşaq
Kitabxanası.- Bakı, 2017. - 50 s.
©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2017
3
Tərtibçidən
Soranlara, mən bu yurdun
Anlatayım nəsiyəm:
Mən çeynənən bu ölkənin
Haqq-bağıran səsiyəm.
Əhməd Cavad
Qasırğalar gələndə təkcə güllər, çiçəklər sınıb tökülmür.
Həm də qollu-budaqlı ağaclar parçalanır, yarılır, yıxılır. 20-ci
illərin dalğaları elə-belə dalğalardan deyildi. O hər şeyi qasırğa
gücü ilə dağıdıb, uçurdu. Amma təbiətin də öz
qanunauyğunluqları var. Heç nə izsiz, tozsuz qalmır. Kökü
torpaqlardan su içib başı buludlara söykənən möhtəşəm ağaclar
nə qədər qasırğa görsə də, tufanlarla üzləşsə də yaşayır.
Neçə-
neçə dəyərli insanın ömrünə balta çalmış, həyatını zülmə
döndərmiş 1937-ci ilin qara tufanının qurbanlarından biri də
Əhməd Cavad olmuşdur. O Əhməd Cavad ki, adı çəkilən kimi
bu gün dilimizin əzbəri, ruhumuzun qidası olan himnimiz qeyri-
ixtiyari olaraq səslənir. 20-ci illərin dalğaları Əhməd Cavadı bir
şair kimi də, bir vətəndaş kimi də sahillərdən sahillərə,
qayalardan qayalara çırpmaq, əzmək istəmişdi. İndi üstündən
uzun illər dolandıqdan sonra adam nə o dalğaların gücünə, nə o
qasırğanın amansız rəftarına inanmaq istəmir. Çünki vaxt hər
şeyi yerbəyer edir. Əhməd Cavad indi dalğalardan da,
tufanlardan da özü qədər, yaradıcılığı və şəxsi qüdrəti qədər
ucada dayanır. Arxivləri vərəqləyib keçmişə qayıtdıqca istər-
istəməz adamın ürəyindən gizli-gizli sızıltılar keçir. Varlığında
bir üşütmə qopur. Bir insana nə qədər təqiblər edilər, nə qədər
hiylələr qurularmış?..
4
Ədəbiyyatımızda şair, müəllim, vətəndaş, içtimai-siyasi
xadim, publisist, jurnalist, tərcüməçi kimi tanınan Əhməd
Cavadın bir sıra əsərləri, xüsusilə də Azərbaycanın dövlət himni,
“Çırpınırdın Qara dəniz”, (yaxud “Yol ver türkün bayrağına”),
“Göy göl” və digər şeirləri dillər əzbəridir. Onun adı geniş oxucu
kütləsi üçün çox əzizdir. Bütün fəaliyyəti, bədii yaradıcılığı
doğma xalqına əvəzsiz xidmət, vurğunluq nümunəsi olan qaynar
təbli şairimizin, talesiz Əhməd Cavadın keçdiyi həyat yolunu
oxuculara çatdırmaq və eyni zamanda böyük şairin 125 illik
yubileyi münasibətlə bu vəsaiti işləməyi özümüzə borc bildik.
Vəsait iki hissədən ibarətdir. I hissə “Əhməd Cavad yanğısı”
adlanır və Əhməd Cavadın həyat və yaradıcılığından bəhs edir.
II hissədə isə “Salam Türkün bayrağına” adlanır və Əhməd
Cavad yaradıcılığından bəhs edən tədbirlərdən söhbət açılır.
Yaradıcılığı
Cümhuriyyət deyilən zaman hamıdan əvvəl Əhməd Cavad
yada düşür. Üçrəngli poeziya bədii yaddaşa ilk öncə məhz onun
qələmi ilə həkk olunmuşdur. Milli oyanış, xalq hərəkatı, türk
xalqlarının birliyinə çağırış, xalqın yaddaşına qayıdış kimi
duyğular Əhməd Cavad şeirlərinin ruhuna hopmuşdur. Şairin
yaradıcılığında Azərbaycan, Qafqaz, Turan, Türk dünyası obrazı
qabarıq verilmişdir. Əhməd Cavad (Cavad Məmmədli oğlu
Axundzadə 1892-1937) Şəmkir rayonunun Seyfəli kəndində
anadan olmuşdur. Kənd məktəbini bitirdikdən sonra təhsilini
Gəncədə müsəlman ruhani seminariyasında davam etdirmiş,
burada rus, ərəb, fars dillərini mükəmməl öyrənmiş, Hüseyn
Cavid və Abdulla Surun tələbəsi olmuşdur. 1910-cu ildən
başlayaraq lirik şeirlər və tənqidi məqalələrlə müxtəlif qəzet və
jurnallarda iştirak etmişdir. Birinci Dünya Müharibəsi illərində
o, rus-türk cəbhəsi xəttində müharibədən zərər çəkmiş dinc