ƏFSƏr sadiqov



Yüklə 1,88 Mb.
səhifə32/34
tarix01.02.2018
ölçüsü1,88 Mb.
#23171
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   34

441. “Beynəlxalq hüququn istənilən məsələsi” həmçinin “Beynəlxalq öhdəliklərin pozulmasına görə dəymiş zərərin xaraqterinin və həmçinin müəyyən edilməsi” üzrə BMT Beynəlxalq Məhkəməsinin yurisdiksiyasının digər dövlət tərəfindən tanınıb-tanınmaması elə bir əhəmiyyət kəsb etmir. Məsələ ondadır ki, müvafiq kateqoriya mübahisələr üzrə Məhkəmənin qərarı beynəlxalq hüquq məsələsi olduğundan həmin qərarın beynəlxalq hüquq pozuntusu törətmiş dövlət tərəfindən yerinə yetirilməməsi ən azından dövlətin siyası məhsuliyyətini meydana gətirir. Bu da dövlətin siyasi imicinə, beynəlxalq əməkdaşlıqdakı mövqeyinə təsir etməyə bilməz.

BMT Beynəlxalq Məhkəməsinin qeyd etdiyimiz 4 müddəa üzrə yurisdiksiyası ərazisini BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən olan RF-nin dəstəyi (bilavasitə ona mənsub 366-cı alayın iştirakı) ilə işğal edən, yerli (azərbaycanlı) əhaliyə qarşı etnik əsasda (1992) Xocalı şəhərində kütləvi formada soyqırım törətmiş, ekosistemin pozulması, həmçinin təbii resusların qeyri-qanuni istifadəsi və vurulmuş zərərin həcmi və xaraqterinin müəyyən edilməsi istiqamətində Ermənistana qarşı AR-ə Məhkəməyə müraciət üçün tam əsas verir.

AR yalnız sonuncu məsələlərlə deyil, həm də (“beynəlxalq hüquq məsələsi olaraq”) ərazinin işğal faktı və kütləvi insan qırğınına səbəb olmuş Xocalı hadisəsi üzrə də BMT Beynəlxalq Məhkəməsində məsələ qaldırılmalıdır. Məhz bu səlahiyyətləri nəzərə alaraq AR-in ərazisinin de-facto işğalı məsələsinə BMT sturukturları, o cümlədən Baş Məclis ilə sıx əməkdaşlıq nəticəsində rəsmləşdirilə bilər. Bu mənada BMT Baş Məclisinin AR-in ərazisinin Ermənistan tərəfindən işöal faktın pisləyən 2008-ci il Qətnaməsini qeyd edilməlidir. NATO istisna olmaqla, məsələnin regional təhlükəsizlik sturukturları ilə tənzimlənməsi demək olar ki, mümkün deyil.

442. Xüsusən də, heç bir təcrübəsi və mexanizmi olmayan bir qurum kimi meydana gəlmiş ATƏM (hazırda ATƏT) çərçivəsində beynəlxalq sülhün və təhlükəsizliyin təminatı mümkün deyil. ATƏT “soyuq müharibə” dövründə Avropanın ümumi təhlükəsizlik sistemində fəaliyyət göstərən beynəlxalaq qurumlara alternativ sovet konsepsiyası kimi meydana gəlmişdir. ATƏT-in irəli sürdüyü prinsiplər – dövltin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və insan hüquqlarına hörmət edilməsi prinsipləri artıq o dövürdə beynəlxalq hüquqda bərqərar olmuş prinsiplər idi.həmin prinsiplərin sistem ardıcıllığında da sonuncu yerdə SSRİ üçün o qədər də əhəmiyyət kəsb etməyən insan hüquqlarına hörmət edilməsi prinsipi dayanırdı. Halbuki o dövürdə insan hüquqlarına hörmət edilməsi prinsipi ümuməhatəli təhlükəsizlik sistemində “Əməkdaşlıq əsasında təhlükəsizlik” konsepsiyasında fərdin təhlükəsizliyi kimi irəli sürülürdü. Müvafiq olaraq, SSRİ-nin əsas varislərindən biri kimi RF-nin iştirakı ilə olan regional təhlükəsizlik sistemləri, o cümlədən Müstəqil Dövlətlər Birliyi (MDB) Nizamnaməsi (1993), MDB-nin yaradılması haqqında (1991) Saziş, Təhlükəsizlik haqqında Saziş (1992) və s. ümumi halda ancaq müvafiq dövlətin strateji maraqlarına xidmət edir. MDB Nizamnaməsinin III fəsil Kollektiv təhlükəsizlik və hərbi-siyasi əməkdaşlıq kimi adlanasa da bu günə kimi həmin normaların fəaliyyəti hiss edilməyib. Əksinə, həmin sturukturun “köməkliyi” keçmiş SSRİ məkanında müstəqillik əldə etmiş və qərb yönümlü, müstəqil, milli maraqlardan çıxış edən dövlətlərdə milli, etnik münaqişlərin gücləndirilməsi tendensiyası diqqəti cəlb etməkdədir.

Qeyd etmək yerinə düşər ki, Nikaraquanın iş üzrə Məhkəmənin qərarı icra edilməsə də, qüvənin tətbiqi ilə əlaqədar “siyasi” xaraqterli mübahisələrin Məhkəmənin baxışına təqdim edilməsi azalmamış, əksinə, daha da artmaqdadır. Belə bir vaziyyət həmin işdə Məhkəmənin ifadə etdiyi prinsipial mövqe ilə əlaqədar izah edilməlidir. Digər tərəfdən, bilavasitə təhlükəsizlik Şurası üzvləri tərəfindən bu və ya digər beynəlxalq hüquq normalarının pozulması zamanı Təhlükəsizlik Şurasının siyasi vakuuma düşməsi də BMT Beynəlxalq Məhkəməsinin beynəlxalq hüququn istənilən məsələsi ilə bağlı mütləq yurisdiksiyasının şübhə altına alınmaması zərurətini yaradır. Bu mənada Məhkəmənin qərarlarının təminatlandırılması Təhlükəsizlik Şurası tərəfindən deyil, BMT Baş Məclisi tərəfindən həyata keçirilməlidir.

Beynəlxalq birliyi narahat edən məsələlərdən biri də BMT Beynəlxalq Məhkəməsinin sisteminə daxil olmayan məhdud sferalı müstəqil beynəlxalq məhkəmə qrumlarının təsisi ilə bağlıdır. Buna misal olaraq, 1982-ci il Dəniz hüququ üzrə BMT Konvensiyası əsasında təsis edilən və mənzil qərargahı Hamburqda yerləşən Dəniz hüququ üzrə beynəlxalq Tribunal qeyd edilə bilər. Faktiki və formal olaraq demək olar ki, Tribunalın baxdığı bütün məsələlərin BMT Beynəlxalq Məhkəməsinin səlahiyyəti ilə üst-üstə düşməsi beynəlxalq məhkəmə sistemi üçün qeyri-müəyyənliyin yaranmasına gətirib çıxara bilər. Beynəlxalq hüququn birmənalı tətbiqi və təsfiri üçün yeni məhkəmələr BMT Beynəlxalq Məhkəməsinin sistemində təsis edilməlidir. Bu mənada BMT Beynəlxalq Məhkəmənin beynəlxalq ekoloji münasibətlərin həlli üçün 1997-ci ildə yeni sturukturun təsis edilməsi məqbul hal kimi qeyd edilməlidir.

Eyni yurisdiksiyalı müxtəlif beynəlxalq məhkəmə qurumlarının təsis edilməsi BMT Beynəlxalq Məhkəməsinin sədri J.Qiyomun fikri ilə ifadə etsək “hakimlərin yaradıcılığını” genişləndirsə də, digər tərəfdən, bu və ya digər dövlətin daha məqbul məhkəmə axtarışı, həmçinin ədalət mühakiməsinin işində qarşılıqlığa səbəb olur.


12.1.6. Beynəlxalq arbitraj və məhkəmə proseduru
443. Beynəlxalq arbitraj və məhkəmə proseduru beynəlxalq hüquqi aktlarda beynəlxalq mübahisələrin son və həlledici vasitəsi kimi diqqəti cəlb edir.

Beynəlxalq arbitraj beynəlxalq mübahisənin tərəfləri arasında qarşılıqlı razılıq əsasında təşkil edilən, mübahisəyə bir və ya bir neçə şəxs tərəfindən baxılan, qərarı tərəflər üçün məcburi olan beynəlxalq məhkəmə prosedurudur.

Arbitraj termininin latınca tərcüməsi tərəflər üçün şahidlik edən üçüncü şəxs mənasını ifadə edir. Bu baxımdan beynəlxalq iqtisadi mübahisələrin həllində digər ilkin vasitələrdən biri, lakin daha təkmil forma kimi çıxış etməklə, eyni zamanda beynəlxlaq məhkəmə baxışının meydana gəlməsi üçün əsas olmuşdur.

Beynəlxalq məhkəmə isə beynəlxalq müqavilə əsasında, müəyyən müddətdə seçilən şəxslərdən ibarət olmaq mübahisələrin həlli üzrə daimi orqandır. Beynəlxalq məhkəmə də beynəlxalq arbitrajda olduğu kimi işə tərəflərin könüllü razılığı ilə baxır və qərarları tərəflər üçün məcburi hüquqi əhəmiyyət kəsb edir.

Beynəlxalq arbitraj və məhkəmə təhqiqatının beynəlxalq iqtisadi mübahisələrin dinc həllinin digər beynəlxalq hüquqi vasitələrindən əsas fərqi ondan ibarətdir ki, tərəflər yurisdiksiyanı seçdikdən sonrapraktik olaraq beynəlxalq iqtisadi mübahisələrin araşdırılmasından kənarda qalır və beynəlxalq iqtisadi mübahisələrin tərəfləri üçün məcburi əhəmiyyət kəsb edən qərar qəbul edilir. Beynəlxalq iqtisadi mübahisələrin dinc yolla tənzimlənməsinin ilkin beynəlxalq hüquqi vasitələrindən fərqli olaraq beynəlxalq arbitraj və məhkəmə prosedurlarının çərçivəsi öncədən daha konkret mexanizmləri təsbit edən beynəlxalq sazişlərlə müəyyən olunur və hər hansı bir prosesual hərəkətə riayyət edilməsi işə yenidən baxılması üşün əsas ola bilər.

Beynəlxalq arbitraj ilə beynəlxalq məhkəmə arasında elə bir ciddi fərq yoxdur, belə ki, hər iki mexanizm ümumi beynəlxalq hüquqi təhqiqatın müxtəlif növləri sayılırlar. Eyni zamanda beynəlxalq arbitraj və beynəlxalq məhkəmə müəyyən fərqlər də ola bilər. Belə ki, beynəlxalq arbitrajlarda hakimlərin tərkibi beynəlxalq iqtisadi mübahisələrin tərəflərin razılığından asılıdır. Müvafiq olaraq daimi və tərəflərin razılığı ilə konkret hal üçün təşkil olunan (ad hoc) beynəlxalq arbitrajlar, eləcə də həm ümumi, həm də xüsusi sferalı beynəlxalq arbitrajlar fərqləndirilə bilər. Yeri gəlmişkən, müasir dövürdə çox geniş formada tətbiq edilən xüsusi şəxslərarası və xüsusi şəxslərlə (transmilli korporasiyalar ilə) dövlət arasında meydana çıxan iqtisadi mübahisələrin həlli üzrə təsis edilən beynəlxalq kommersiya arbitrajları da dövlətlərarası ümumi hüquq təbiətli beynəlxalq arbitrajlardan fərqləndirilir. Dövlətlərarası beynəlxalq ümumi hüquq təbiətli arbitrajlar beynəlxalq müqavilə əsasında təsis edilməklə dövlətlərarası yurisdiksiya (sərhəd problemləri, qitə şelfindən istifadə, beynəlxalq müqavilələrin tətbiqi və təfsiri ilə bağlı məsələlərin həllinə yönəlirsə, beynəlxalq kommersiya arbitrajları bilavasitə xüsusi şəxslərarası və xüsusi şəxslərlə dövlətlər arasında kommersiya, təsərrüfat münasibətlərindən yaranan iqtisadi münasibətlərin həlli üçün təsis edilir. Beynəlxalq kommersiya arbitrajlarının qərarının icrası üçün həmin qərarın icra ediləcək dövlətdə tanınması zəruridirsə, dövlətlərarası beynəlxalq arbitrajların qərarı təsis olunma müqaviləsinə əsasən istinasız olaraq təmin edilir. Əslində burada tanınma müqavilənin bağlanması anında baş verir.

Beynəlxalq məhkəmələrin tərkibi beynəlxalq arbitrajlardan fərqli olaraq beynəlxalq iqtisadi mübahisələrin tərəflərinin iradəsindən dolayısı ilə asılıdır, belə ki, onlar təsis aktlarına əsasən qabaqcadan formalaşdırılır. Əgər beynəlxalq arbitraj beynəlxalq iqtisadi mübahisələrin dinc həllinin beynəlxalq hüquqi vasitələrinin ən qədim (Qədim Babilistan, Çin, Yunanıstan və Romada tətbiq edilən) insitutlatındandırsa, beynəlxalq məhkəmə baxışı isə beynəlxalq hüququn yeni institutudur və öz başlanğıcını Beynəlxalq Daimi Ədalət Məhkəməsindən götürür.

444. Müasir beynəlxalq arbitraj baxışına maraq XVIII əsrin sonuna, 1974-cü il ABŞ ilə Böyük Britaniya arasında Arbitraj haqqında Müqavilənin bağlanmasına təsadüf edir. Arbitraj ilə bağlı ilk beynəlxalq sazişin tarixi eramızdan əvvəl 3200-3100-cü illərə, Mesopatomiyanın (İki çayarasının) şəhər dövlətləri Laqaş və Umma arasında bağlanan sazişə təsadüf edir.

Daimi beynəlxalq təsisat kimi arbitrajın universal beynəlxalq hüquqi tənzimlənməsi isə II Haqa sülh konfransı zamanı medana gəlir. Haqa konvensiyasına görə arbitraja müraciət könüllü xaraqter daşıyır və beynəlxalq müqavilələrin təfsiri və tətbiqi məsələləri ilə, eləcə də “müəyyən növ” mübahisələrlə məhdudlaşırdı (m.38-39). Konvensiya münsüflər məhkəməsinin daimi Palatasının yaradılmasını nəzərdə rurur.

Palatanın üzvləri 6 il müddətinə Konvnsiya iştirakçısı olan dövlətlər tərəfindən yüksək mənəvi keyfiyyətlərə malik olan və beynəlxalq hüquq sahəsində ixtisaslaçşmış mütəxəssis kimi tanınan şəxslərdən təyin olunurdu. Beynəlxalq arbitraj proseduru üzrə məsələlər BMT Beynəlxalq Hüquq Komissiyasının müxtəlif vaxtlarda keçirilən sessiyalarının da müzakirə predmeti olub. 1958-ci ildə Beynəlxalq Hüquq Komissiyası Arbitraj təhqiqatının Nümunəvi Qaydalarını işləyib hazırlamışdır.

Qeyd etmək lazımdır ki, dövlətlərarası iqtisadi mübahisələrin həlli üçün təsis edilən arbitraj prosedurunun xüsusi şəxslərlə dövlətlərarası və ya xüsusi şəxslərarası arbitrajdan öncə ifadə etdiyimiz (443) məsələ istisna olmaqla heç bir fərqi yoxdur. Bəzən də məsələn, ICSD çərçivəsində fəaliyyət göstərən arbitraj publik arbitrajlarla hər hansı bir istisna olmadan eynilik təşkil edir (460). Beynəlxalq kommersiya arbitraj prosesini tənzimləmək, qəbul edilmiş qərarların icrasını təmin etmək məqsədilə bir sıra beynəlxalq hüquqi aktlar da qəbul edilmişdir. Xarici ticarət arbitrajı haqqında 1961-ci il Avropa Konvensiyası; Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında 1958-ci il Nyu-York Konvensiyası; Kommersiya arbitrajı haqqında 1987-ci il Əmman Ərəb Konvensiyası;Afrika ölkələrinin sahibkarlıq hüququnun harmonizasiyası üzrə Təşkilatın 1993-cü il Müqaviləsi, Beynəlxalq kommersiya arbitrajı haqqında UNCİTRAL-ın 1985-ci il Nümunəvi Qanunu və s. qeyd edilə bilər.


12.1.7. Avropa İttifaqı Məhkəməsi
445. Avropa Birlikləri Məhkəməsi (Court of Justice of the European Communities) – Avropa Birliyi ərazisində Avropa İttifaqı hüququnun birmənalı tətbiq və təfsir edilməsini təmin edir.

Birliyin hüququnun icrası ilə bağlı olan bütün məsələlər Birliyin Məhkəməsinin aidiyyatına daxildir. Məhkəmənin qərarından şikayət verilə bilməz və şərtsiz icra edilməlidir.

1989-cu ildə Vahid Avropa Aktına müvafiq olaraq, Avropa Birliyi Məhkəməsinə kömək olaraq, Birinci İnstansiya Məhkəməsi təsis edilmişdir. Onun səlahiyyətlərinə ayrı – ayrı şəxslər və kommpaniyalar tərəfindən Avropa Birliyinin institutları və orqanları əleyhinə verilmiş iddialara baxmaq daxil edilmişdir. Bu mübahisələrə - rəqabət, əmək mübahisələri, antidempinq prosedurlarının tətbiq edilməsi və s. daxildir. Həmin məsələlər üzrə qərarların hüquqi məzmunundan Birliyin Məhkəməsinə şikayət verilə bilər.
12.1.8. Dünya Ticarət Təşkilatı çərçivəsində iqtisadi

mübahisələrin həlli qaydası
446. Dünya Ticarət Təşkilatı təsis olunmasından öncə GATT çərçivəsində (m.22-23) beynəlxalq iqtisadi mübahisələrin həlli mexanizmi nəzərdə tutulurdu. GATT çərçivəsində mübahisələrin tənzimlənməsi

- ikitərəfli məsləhətləşmə;

- mübahisə tərəflərindən asılı olmayan müstəqil ekspertlərdən ibarət olan işçi qrupu (panels) mərhələlərini nəzərdə tuturdu.

Ekspertlər qrupunun vəzifəsini mübahisəyə baxarkən hər iki tərəf üçün məqbul olan həllin axtarılması təşkil edirdi. Buna müvffəq olmadıqda ekspertlər tərəflərin mövqeləri ilə tanış olduqdan sonra, onlar “GATT hüququ” ilə faktlara qiymət verilən məruzə hazırlayırdılar. Bu məsələ sonradan GATT Şurasında müzakirə predmeti olurdu və onun əsasında rəy hazırlanırdı. Müvafiq rəy zərərçəkən dövlətə hüquq pozan dövlətə qarşı əks tədbirlər görmək hüququ verirdi. Mexanizm dövlətləri barışdırmaq məqsədi daşıyırdı.

Havana Xartiyasından və Dünya Ticarət Təşkilatı hüququndan fərqli olaraq GATT-da arbitraj üçün əsas verən beynəlxalq iqtisadi mübahisələri tənzim edəcək normalar əks olunmamışdı. GATT-ın mübahisələrin tənzimlənməsi üzrə mexanizmi təkmil sayılmadığından və “uduzan” tərəf həmişə onun əleyhinə çıxdığı üçün Uruqvay raundunda yeni mexanizmin formalaşdırılması zərurəti yaranır.

447. GATT Şurasının GATT-da mübahisələrin tənzimlənməsi üzrə prosedur və qaydaların təkminləşdirilməsi haqqında Qəbul etdiyi Qərar Dünya Ticarət Təşkilatının təsis edilməsi haqqında Mərakeş Sazişinə 2-ci Əlavə kimi Mübahisələrin həlli üzrə prosedur və qaydalar haqqında Razılaşmanın (Understanding on Rule and Prosedures Gaverning Settlement of Disputes) qəbul edilməsinə zəmin yaradır. Mübahisələrin həlli üçün Dünya Ticarət Təşkilatı hüququna uyğun olaraq institutsion əsas kimi Dünya Ticarət Təşkilatının Baş Şurası tərəfindən nəzarət olunan Mübahisələrin həlli üzrə Orqan təsis edilir. Dünya Ticarət Təşkilatının təsis edilməsi haqqında sazişin 4-cü maddəsinə görə Mübahisələrin həlli üzrə Orqan daxili qaydalarını özü müəyyən etməklə yanaşı qərarları konsensus əsasında qəbul edir.

Mübahisələrin həlli üzrə Orqan mübahisələrin mexanizmlərinin məcmuundan ibarət sturuktur kimi çıxış edir. Qərarın qəbul edilməsi zamanı tətbiq edilən konsensus xüsusi qrupun və Apellyasiya üzrə Orqanın qərarlarından imtina edilmədikdə (neqativ konsensus yolu ilə) təmin edir.

Mübahisələrin tənzim edilməsi sisteminin əsas məqsədini çoxtərəfli beynəlxalq ticarət sisteminin təhlükəsizliyini və effektliyini təmin etmək təşkil edir. Dünya Ticarət Təşkilatı çərçivəsində mübahisə bir üzv-dövlətin digər üzv-dövlət tərəfindən aparılan ticarət və gömrük siyasətinin həmin dövlətin Dünya Ticarət Təşkilatı haqqında sazişdə əks olunan öhdəliklərə zidd olması qənaitinə gəldikdə yaranır. Tərəflər öz aralarında razılığa gələ bilmədikdə, iddiaçı tərəf Razılaşmaya müvafiq olaraq müstəqil orqana müraciət edə bilər. Iddiaçı tərəfin şikayətinin əsasını üzv-dövlətlərin öhdəliklərini pozması faktı təşkil etməlidir.

448. Mübahisələrin həlli üzrə mexanizm dövlətdaxili qanunvericilik mexanizminə münasibətdə üstünlüyə malikdir. Mübahisələrin həlli üzrə Orqanda üzv-dövlətlərin fiziki şəxsləri arasında və ya fiziki şəxslərlə dövlətlər arasındakı mübahisələrə baxılmır, lakin bu məsələ də istisna edilmir. Belə ki, bir sıra sazişlər (146,151,153) xüsusi şəxslər üçün müəyyən hüquq və vəzifələr nəzərdə tutur.

Mübahisələrin tənzimlənməsi mexanizmi (iştirakçıların məhdud sayı nəzərdə tutan sazişlər istisna olmaqla) Dünya Ticarət Təşkilatı paketinə daxil olan istənilən sazişdən doğan bütün növ mübahisələrə şamil edilir. Təsadüfü deyil ki, Mübahisələrin tənzimlənməsinin prosedur və qaydaları haqqında Razılaşmanın 2-ci Əlavəsində beynəlxalq iqtisadi mübahisələrin xüsusi qaydaları ilə bağlı normaları əks etdirən Dünya Ticarət Təşkilatı paketi sazişlərinin (Sanitar və fitosanitar tədbirlərin tətbiq edilməsi haqqında Saziş, Ticarətdə texniki maneələr haqqında Saziş, Antidempinq tədbirləri haqqında Saziş, Xidmətlərlə ticarət haqqında Baş Saziş) və s. siyahısı göstərilmişdir.



449. Tənzimetmə prosedurlarının müxtəlifliyinə baxmayaraq, bütün mübahisələrə Mübahisələrin həlli üzrə Orqanda baxılır. Mübahisələrə baxılması mexanizmi iki mərhələdə

- Mübahisələrin həlli üzrə Orqan tərəfindən yaradılan xüsusi qrup (juri) çərçivəsində;

- Apellyasiya üzrə Orqan səviyyəsində həyata keçirilir.

Xüsusi qruplar və Mübahisələrin həlli üzrə Orqan işə iki aspektdə-faktların öyrənilməsi nöqteyi-nəzərindən və faktların sazişə uyğunluğu (hüquqi) nöqteyi-nəzərindən baxılır.

Jüri öz məruzələrində faktları müəyyən edərək təkliflər və tövsiyyələr verir. Bir qayda olaraq qanunsuz daxili tədbirləri Dünya Ticarət Təşkilatı hüququna uyğunlaşdırmaq tövsiyə olunur. Apellyasiya üzrə Orqan mərhələsində əsas məqsəd jüri tərəfindən təqdim olunan faktları və nəticələri təsdiq etmək və ya ləğv etmək, onlara hüquqi qiymət vermək və tədqiq etmək təşkil edir. Apellyasiya xüsusi qrupun – jürinin məruzəsi ilə məhdudlaşdırılır. Apellyasiya üzrə Orqan qərar qəbul etmir. O, yalnız Mübahisələrin həlli üzrə Orqana (Baş Şuraya) işin halları üzrə, tövsiyyələrini və zəruri hallarda təkliflərini əks etdirən məruzə təqdim edir. Beləliklə, Mübahisələrin həlli üzrə Orqan Apellyasiya üzrə Orqan tərəfindən məruzədə təklif olunan məsələlərə, onların qanuniliyinə nəzarət edir.

450. Mübahisələrin tənzim edilməsi zərərçəkən tərəfin şikayətinə əsasən onun hüquqlarının pozulması səbəbindən yaransa da, tənzimetmənin əsas məqsədi digər beymnəlxalq məhkəmə prosesində olduğu kimi pozulmuş hüquqların birbaşa bərpası deyil, Dünya Ticarət Təşkilatının təsisi haqqında Sazişə müvafiq olaraq, qarşılıqlı kompromisə gəlməklə beynəlxalq iqtisadi mübahisənin həllidir. Istənilən mübahisənin həllində olduğu kimi, Dünya Ticarət Təşkilatı sistemində də mübahisələrin ilkin həllində tərəflərin danışıqları nəzərdə tutulub.

451. Dünya Ticarət Təşkilatı çərçivəsində beynəlxalq iqtisadi mübahisələrin tənzim edilməsi üçün prosessual mərhələlər müəyyən edilmiş və hər bir mərhələ müəyyən müddətlə məhdudlaşdırılmışdır:

- birinci mərhələ konsultasiya (danışıqlar) və vasitəçiliyi əhatə etməklə, 60 gün müddətilə məhdudlaşdırılır. Əgər konsultasiya nəticə verməzsə, tərəflər qarşılıqlı razılığa əsasən bu mərhələdə xeyirxah xidmətlər, barış proseduru və ya vasitəçilik kimi tənzimetmə üsullarından istəfadə etmək üçün Dünya Ticarət Təşkilatının Baş Katibinə müraciət edə bilərlər. Bu mərhələdə mübahisəni tənzim etmək mümkün olmadıqda, istənilən tərəf məsələnin həll üçün jürinin yaradılması xahişi ilə çıxış edə bilər.

- ikinci mərhələ xüsusi qrupların, jürinin təşkilini əhatə etməklə 30 gün məhdudlaşdırılıb. Jüri Mübahisələrin həlli üzrə Orqanın xüsusi qrupun təsis edilməsi barədə qərarından sonra, 30 gün ərzində Dünya Ticarət Təşkilatı Katibliyinin bu sahədə ixtisaslaşmış şəxslərin siyasından, mübahisənin tərəfi olan üzv-dövlətlərin razılığı ilə seçdiyi 3 (üç) nəfərdən ibarət tərkibdə təşkil edilir. Tərəflər arasında konkret şəxslərin seçilməsi barədə razılıq əldə edilməzsə, Dünya Ticarət Təşkilatının Baş Direktoru müvafiq şəxsləri özü sərbəst təyin edə bilər. Tərəflərin razılığı olmadan onların vətəndaşları qruplara daxil edilə bilməz. Bu zaman işin faktiki hallarını öyrənmək və qərar qəbul etmək üçün standart prosedurlar istifadə edilir. Lakin mübahisələrin tərəfi olan üzv-dövlətlər özləri başqa qaydalar, prosedurlar müəyyən edə bilərlər. Jürinin üzvləri şəxsi keyfiyyətə fəaliyyət göstərir və yurisdiksiyasında olduqları dövlətin iradəsinə tabe deyillər. Jüri dövlətin qabqcadan xəbərdar etmək şərti ilə onun yurisdiksiyasında olan istənilən şəxs və təşkilatlardan ala bilər. Mübahisədə maraqlı olan istənilən üzv-dövlət mübahisələrin həlli üzrə Orqana xəbərdar etməklə jüri tərəfindən baxılan prosesdə iştirak etmək hüququna malikdir. Jüri və ya xüsusi qruplarda müzakirələrin keçirilməsi bir neçə mərhələdən ibarət olur.

Ilkin dinləmələrdə öncə hər bir tərəf mübahisə barədə yazılı rəyini təqdim edir. Əvvəlcə, iddiaçı tərəf öz şikayətlərini əsaslarını təqdim edir, sonra isə digər cavabdeh tərəf şikayəti təkzib edən dəlil-sübutları şifahi şəkildə qrupun nəzərinə çatdırır. Birinci iclasda iddiaçı tərəf öz tələblərini irəli sürür, cavabdeh isə etirazlarını bildirir. Bu mərhələdə mübahisədə marağı olan digər üzv-dövlət də öz fikirlərini ifadə edə bilər.

Formal olaraq mübahisə prosesi jürinin işə mahiyyəti üzrə baxdığı ikinci iclasda təmin edilir. Əgər tərəflərdən hər hansı bir elmi və ya texniki məsələləri qaldırarsa, jüri ekspert və ya mütəxəssislərlə məsləhətləşə və ya konkret məsələnin həlli üçün ekspert qrupu yaradıla bilər. Bu mərhələdə jüri hesab etsə ki, mübahisə edilən məsələ Dünya Ticarət Təşkilatı sazişlərin tətbiq edilməsi şərtləri ilə uzlaşmır, o halda müvafiq üzv-dövlətə həmin tədbirləri sazişlərin müddəaları uyğunlaşdırmağı tövsiyə edir. Jüri eyni zamanda həmin üzv dövlətə tövsiyələri yerinə yetirmək üçün tədbirlər də təklif edə bilər. Jüri tərəfindən beynəlxalq iqtisadi mübahisə üzrə işə baxılması və məruzə təqdim edilməsi prosesi 6-9 ay ərzində keçirilməlidir, lakin xüsusi hallarda mübahisə baxılması prosesi 3 aya qədər azaldıla bilər.

Üçüncü mərhələ Apellyasiya üzrə Orqanda təzahür edir. Jürinin məruzəsi Mübahisələrin həlli üzrə Orqana təqdim edildikdən sonra əgər, tərəflərdən biri apellyasiya şikayət vermək barədə fikirini bidirməzsə, Mübahisələrin həlli üzrə Orqanda məruzə təsdiq edilir. Hər bir tərəf təqdim etdiyi məruzə üzrə Mübahisələrin həlli üzrə Orqanın təsis etdiyi Apellyasiya Orqanına şikayət etmək hüququna malikdir. Apellyasiya Orqanı –beynəlxalq hüququ və beynəlxalq ticarət sahəsində yüksək ixtisaslı şəxslərdən Mübahisələrin həlli üzrə Orqan tərəfindən 4 il müddətinə təyin olunan 7 nəfər üzvdən ibarət daimi orqandır. Apellyasiya Orqanının üzvləri öz funksiyalarını həyata keçirərkən vətəndaş olduqları dövlətin yurisdiksiyasına tabe olmurlar və Dünya Ticarət Təşkilatı heyətinin immunitet və imtiyazlarından istifadə edirlər. Apellyasiya Orqanında dinləmələr 3 üzvdən ibarət olan kollegiya tərəfindən həyata keçirilir. Apellyasiya prosesi Apellyasiya Orqanı tərəfindən nəticə və təkliflərlə bağlı jürinin qəbul etdiyi məruzə ilə yekunlaşır. Ümumi qaydaya görə, apellyasiya prosesi 60-90 gün ərzində yekunlaşdırılmalıdır. Bundan sonra Mübahisələrin həlli üzrə Orqan tərəfindən qərar elan edilir. Bu qərar tərəflər üçün məcburi hüquqi əhəmiyyət kəsb edir. Mübahisələrin həlli üzrə Orqan neqativ konsensus əsasında məruzəni ləğv edə bilər.

Dünya Ticarət Təşkilatı çərçivəsində Mübahisələrin həlli üzrə Orqan qərar və tövsiyələrinin dərha və tez bir zamanda yerinə yetirilməsi təşkilatın bütün üzvlərinin xeyrinə beynəlxalq iqtisadi mübahisənin effektiv həllinin tənzim edilməsinə yönəlib. Mübahisələrin həlli üzrə Orqan beynəlxalq iqtisadi mübahisələrin tənzimlənməsi üzrə qəbul edilən qərarın icrasına nəzarət funksiyasının da həyata keçirir. Istər jüri, istərsə də Apellyasiya Orqanı tərəfindən məruzənin qəbul edilməsindən sonra 30 gün ərzində Mübahisələrin həlli üzrə Orqan müşavirə çağırır. Əgər qərarın dərhal icra olunmasının mümkünsüzlüyü müəyyən edilərsə, Mübahisələrin həlli üzrə Orqan qərarın icra edilməsi üçün “ağlabatan müddət” müəyyən edir. Əgər müvafiq tərəf “ağlabatan müddət” rejiminə əməl etməzsə onda həmin tərəflər qarşılıqlı qəbul edilən kompensasiyaları, məsələn, iddiaçı üçün xüsusi maraq kəsb edən tarif güzəştlərinin tətbiq edilməsini müəyyən etmək üçün iddiaçı ilə danışıqlara getməlidir. Əgər 20 gün ərzində kompensasiyaların tətbiq edilməsi barədə razılıq əldə edilməzsə, iddiaçı tərəf Mübahisələrin həlli üzrə Orqandan Dünya Ticarət Təşkilatı sazişləri ilə cavabdeh münasibətdə təqdim edilmiş güzəştlərin və ya öhdəliklərin icra edilməsinin dayandırılmasını tələb edə bilər. Əgər iddiaçının tələbləri konsensus əsasında Mübahisələrin həlli üzrə Orqan tərəfindən rədd edilməzsə, müəyyən olunmuş “ağlabatan müddət” bitdikdən sora müvafiq orqan iddiaçı tərəfindən müvafiq tədbirlərin görülməsini sanksiyalaşdırılmalıdır. Əgər güzəştlərin və öhdəliklərin icra edilməsinin dayandırılması praktiki cəhətdən mümkün olmazsa, pozulmuş beynəlxalq iqtisadi hüquqların aid olduğu beynəlxalq müqavilənin tənzim etdiyi digər sahələrdə də güzəştlər dayandırıla bilər. əgər şərait çox ciddi olarsa və bu sahədə güzəştlərin dayandırılması praktik baxımından mümkün olmazsa və ya səmərə verməzsə, Dünya Ticarət Təşkilatı çərçivəsində əldə edilmiş digər sazişlərə əsasən tətbiq edilən güzəştlər dayandırıla bilər. Cavabdeh üzv-dövlətə qarşı tətbiq edilən replessiyalı müvvəqəti xaraqter daşımalıdır. Tədvbirlər cavabdeh tərəfindən müvafiq beynəlxalq qayda və öhdəliklərin pozulmasının tam dayandırılmasına qədər davam edə bilər. Bu zaman mübahisələrin həlli üzrə orqan qəbul edilmiş tövsiyə və qərarların icrasına nəzərət etməkdə davam edir və mübahisənin tam tənzimləyənə qədər məsələ onun gündəliyindən düşmür.

Qeyd etmək lazımdır ki, Dünya Ticarət Təşkilatı çərçivəsində mübahisələrin həlli mexanizmini məqsədini mübahisə tərəf kimi çıxış edən iddiaçı dövlətə dəymiş zərərin ğdənilməsi deyil (hərgah bu məsələ də təmin edilir), Dünya Ticarət Təşkilatı sazişlər sisteminin beynəlxalq ticarət dövriyyəsi üçün nəzərdə tutduğu qaydalara uyğun gəlməyən cavabdeh dövlətin qanunvericiliyinin dəyişdirilməsi təşkil edir. Mübahisələrin həlli proseduru və qaydaları haqqında Razılaşmanın 19-cu maddəsi Dünya Ticarət Təşkilatı orqanlarının üzv dövlətin qeyri qanuni tədbirlərin Dünya Ticarət Təşkilatı normalarına uyğunlaşdırılması üzrə tövsiyə vermək öhdəliyini təsbit edir. Bu zaman onlar həmin uyğunlaşdırmanın yollarını göstərmək hüququna malikdir. Hələ GATT qəbul ediləndə inkişaf etmiş dövlətlərdən ABŞ, Avropa İttifaqı üzvləri və d. dövlətlər davamlı olaraq kompensasiyanın verilməsinə qarşı çıxmışlar. Hesab edilir ki, gələcəkdə müvafiq qeyri-hüquqi tədbirlərin görülməsi üçün onların ləğvi kifayyətdir. Mübahisələrin həlli üzrə qruplarda (jüridə) ənənəvi olaraq “hökumət meyilli” və “qeyri-hökumət meyilli” qüvvələr iştirak edirlər. Birincilər daha arqumentli siyasi-praqmatik mövqedən çıxış edərək qeyd edirlər ki, problemin həllində məqsəd dempinq və kompensasiya tədbirlərin tətbiqində dəyən zərərin ödənilməsi deyil, müvafiq tədbirlərin istisnasını təmin etməklə beynəlxalq ticarətin liberal, proqnozlaşdırması mümkün olan tərzdə idarə edilməsi təşkil edir. Müvafiq tədbirlə istə inkişaf etmiş istərsə də inkişafda olan ölkələr tərəfindən tətbiq edildiyi üçün mütəmadi olaraq zərərin kompensasiyası üzrə ödəmələr bütövlükdə beynəlxalq ticarət dövriyyəsinin özünə neqativ xüsusiyyətlər vermiş olardı. GATT-ın Tokio (1979) raundunda qəbul edilmiş “razılaşmaya” uyğun olaraq keçirilmiş bir neçə jüri mübahisənin həlli üzrə qəbul etdiyi tövsiyəyə geriyə şamil edilən hüquqi qüvvə vermişdir. Başqa sözlə desək, tam retitusya prinsipinin (restitutio integrum) tətbiq etmişdir. Mübahisələrin həlli üzrə qruplar ilkin vəziyyəti bərpa etmək məqsədilə



  • dövlət tərəfindən həyata keçirilən fəaliyyətin qeyriqanuniliyini;

  • GATT normalarının pozulduğu anı ifadə etmiş;

  • Qanuni fəaliyyətin hüquq pozuntusuna əsaslanmaması prinsipindən (antidempinq,

kompensasion rüsumların qeyri-qanuniliyindən) çıxış edərək hüquq pozuntusunun bütün nəticələrinin aradan qaldırılması, o cümlədən, qeyri-qanuni tətbiq edilmiş rüsumun məbləğində zərərin ödənilməsinin tövsiyə etmişdi.

Yüklə 1,88 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə