Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə3/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   2   3   4   5   6   7   8   9   ...   66

- 10 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
lərinin ümumi sayı 13 nəfər idi). Həmin dövrdə yaradılmış ali 
hakimiyyət orqanı – Mərkəzi Komitənin üzvlərindən təqribən 
yarısı sol elementlərdən ibarət idi [89, 190], o cümlədən, bəzi 
məlumatlara görə, «Pərçəm»in lideri Bəbrək Karməl də həmin 
qurumun üzvü idi.
Bu və bəzi digər faktlar müəyyən müəlliflərin 17 iyul çevrilişi-
nin SSRİ-nin bilavasitə yardımı ilə baş tutduğu fikrini irəli sürmə-
sinə səbəb olmuşdur [115, 144]. Hər halda Sov.İKP MK-nın baş 
katibi L.İ.Brejnevin rəhbərlik etdiyi partiyanın XXV qurultayında 
(1976-cı ilin əvvəllərində) Əfqanıstandakı hakimiyyət dəyişikli-
yini alqışlaması sovet rəhbərliyinin bu hadisədən məmnun oldu-
ğunu göstərirdi. SSRİ hökumətinin bu məmnunluğunu Sov.İKP 
MK ilə bilavasitə əlaqədə olan ƏXDP fraksiyalarına çevrilişdən 
təqribən 4 ay sonra verdiyi tövsiyə də aydın şəkildə ortaya qoyur. 
Həmin tövsiyənin mahiyyəti Davudun dəstəklənməsindən ibarət 
idi. 1974-cü ilin iyununda Davudun SSRİ-yə ilk rəsmi səfərindən 
və sovet rəhbərliyinə verdiyi məlumatlardan sonra Sov.İKP MK 
«Xəlq» lideri Nur Məhəmməd Tərəkini və «Pərçəm»in başçısı 
Bəbrək Karməli ikinci dəfə çəkişmə və ambisiyaları kənara qo-
yub «respublika rejiminin hərtərəfli müdafiəsinə» çağırmış və 
bununla da onların hakimiyyət iddialarını dəstəkləməyəcəyinə 
açıq şəkildə işarə etmişdi.
 Davud xanın «qansız çevrilişi» (hadisə zamanı cəmi 4 polis 
həlak olmuş və Kabul çayına düşən tankın ekipajı ölmüşdü [70, 
374]) ərəfəsində ölkənin siyasi spektri kifayət qədər mürəkkəb 
və qarışıq idi. «Demokratikləşmə onilliyi» çeşidli siyasi-hərbi 
qruplaşmaların meydana çıxmasına, mətbuatın canlanmasına 
şərait yaratmışdı. Ölkənin siyasi həyatında millətçilərdən tutmuş 
liberallara, maoçulardan tutmuş islamçılara qədər müxtəlif cərə-
yanlar təmsil olunurdu və deyildiyi kimi, sol-marksist və kom-
munist qüvvələrin mövqeyi kifayət qədər güclü idi. Əfqanıstanda 
təkpartiyalı sistemə söykənən avtoritar idarəçilik üsulu bərqərar 


- 11 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
etməyi hədəfləyən Davud xan yetərincə siyasi təcrübə və iradəyə 
malik mahir oyunçu kimi ikili bir taktika ilə bu məqsədə nail ol-
mağa çalışmışdır. O, bir tərəfdən, rəqib partiya və təşkilatların 
əhali arasında az-çox dəstək qazanan ideyalarını mənimsəmək 
və onları ideoloji baxımdan tərksilah etmək, digər tərəfdən isə 
müxtəlif üsullarla onlara fiziki cəhətdən ölkənin siyasi həyatın-
dan uzaqlaşdırmaq, qabaqlayıcı çevriliş ssenariləri ilə həbs və 
edam etmək xəttini yürüdürdü.
Belə ki, Davud xanın hakimiyyətə gəldikdən az sonra elan et-
diyi «milli inqilab nəzəriyyəsi» (həmin nəzəriyyə onun 1977-ci 
ildə yaratdığı Milli İnqilab Partiyasının ideologiyasını təşkil et-
mişdir) millətçilik, islam, demokratiya, vətənçilik, anti-müstəm-
ləkəçilik, milli dəyərlər, paternalizm və… sosializm kimi element-
ləri ehtiva edirdi. Sosializm ideyasını o yalnız iqtisadi aspektdə 
götürürdü və bunu milli və islami komponentlərlə tamamlayırdı. 
Müsahibələrindən birində Davud xan həmin ideyanı bu şəkildə 
izah etmişdir:  «Bizim yeni əfqan cəmiyyətinin iqtisadi əsası kimi 
seçdiyimiz sosializm faktiki olaraq, pozitiv, mütərəqqi və dinc 
yolla sosial ədalətə nail olmaq, sinfi bərabərsizlik və antaqoniz-
mi ləğv etmək vasitəsidir. Bunu demək zəruridir ki, tarixi reallıq, 
milli mədəniyyət, cəmiyyətimizin mövcudluğunun obyektiv və 
subyektiv şərtləri, eləcə də həqiqi islamın ruhu bizim sosializmin 
tərkib hissələridir» [89, 191].
Belə bir «ideoloji işə» paralel olaraq, Davud xan əsas rəqiblə-
rini sıradan çıxarmaq üçün düşünülmüş plan üzrə hərəkət edirdi. 
Əfqan tədqiqatçısının yazdığı kimi, «siyasi səhnədəki rəqiblərini 
bir-bir aradan qaldırmaq istiqamətində çalışmaqda idi» [43, 89]. 
Bu işdə ƏXDP (xüsusən «Pərçəm» qanadı) prezidentin təbii 
müttəfiqi kimi çıxış edirdi – onun özünün məhvi isə sona saxlan-
mışdı.
Davud xanın ilk hədəfi təbii ki, şah ailəsinə bağlı və yaxın da-
irələr və Qərbyönümlü qüvvələr oldu. «Bu baxımdan o, ən güclü 


- 12 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
rəqibi sayılan və özünün də mənsub olduğu kral ailəsini aradan 
götürmək üçün bütün siyasi partiyaları öz tərəfinə çəkməyi ba-
carmışdır» [43, 88].
Çevrilişdən təqribən iki ay sonra – 1973-cü il sentyabrın 21-
də Kabul radiosu dövlətə qarşı qəsdin üstünün açıldığı və 45 
nəfərin həbs olunduğu barədə məlumat yaydı. Qəsdçilərə ölkə-
nin sabiq baş naziri, Mütərəqqi Demokratik Partiyanın lideri və 
Davud xanın yaxın qohumu Məhəmməd Haşım Məyvəndvalın 
başçılıq etdiyi bildirilirdi. Onunla bərabər bir neçə general, beş 
sabiq deputat, iri biznesmenlər, ziyalılar həbs olunmuşdu. Rəsmi 
«Cümhuriyyət» qəzetinin yazdığına görə, qəsdçilərin arxasında 
onlara maliyyə və hərbi yardım edəcəyinə söz vermiş Pakistan 
dayanırdı.
Bir neçə gün sonra – 1973-cü il oktyabrın 1-də M.H.Məyvənd-
valın həbsxanada intihar etdiyi barədə məlumat verildi. Lakin nə 
onda, nə indi əksər müşahidəçi və tədqiqatçılar bu versiyaya inan-
mırlar. Qərbə meyli və antikommunist mövqeyi ilə tanınan Məy-
vəndval, çox güman ki, çevriliş niyyətini etiraf etməsi üçün verilən 
işgəncələrə dözməyib özünü həbsxana kamerasında asmışdı. Onun 
«qəsdçilər qrupunun» həbsi və istintaqında hər ikisi «Pərçəm» 
üzvü olan daxili işlər naziri Fəyz Məhəmməd və Kabul polisinin 
rəhbəri Əbdüssəməd Əzhər xüsusi fəallıq göstərmişdilər və bu, hə-
min dəstənin «Pərçəm»çilər tərəfindən Davudun razılığı ilə məhv 
edilməsi barədə mülahizənin meydana çıxmasına səbəb olmuşdur. 
«İstənilən halda bu qəsdin sirri hələ də açılmamış qalır» [70, 380]. 
1973-cü ilin dekabrında keçirilmiş məhkəmədə Məyvəndvala 
(ölümündən sonra) və daha dörd nəfərə ölüm hökmü çıxarıldı, qa-
lan adamlar da müxtəlif müddətə həbs cəzasına məhkum edildilər.
Cəmi bir neçə ay sonra – 1973-cü il dekabrın 20-də döv-
lət çevrilişinə növbəti cəhdin üstü açıldı. Bu dəfə çevrilişçilərə 
ölkənin keçmiş təhlükəsizlik naziri general Həbibulla Rəhman 
başçılıq edirdi. Onunla bərabər 600-dən çox adam qəsddə işti-


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə