Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə8/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   4   5   6   7   8   9   10   11   ...   66

- 26 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
rara alındı. Birləşmədən 9 aydan da az vaxt keçməsinə baxmaya-
raq, burada «Xəlq» və «Pərçəm» arasındakı ixtilaflar yenidən 
üzə çıxdı. Əmin təklif etdi ki, bəyanatı partiyanın rəhbəri Tərə-
ki oxusun, amma Karməl bununla razılaşmadı. Digər tərəfdən, 
Tərəki və Əmin Davudun öldürülməsini istəyirdilər, Karməl isə 
qətiyyətlə bunun əleyhinə çıxırdı. Görünür, Davudla uzun illə-
rin əməkdaşlığı Karməlin belə mövqe tutmasına səbəb olmuşdu: 
perspektivdə belə bir əməkdaşlığa yenidən zərurət yarana bilərdi.
Nəhayət, Tərəki bu qərara gəldi ki, bəyanatı zabitlər oxusun-
lar. Əslində bu, «inqilabın» kimin tərəfindən həyata keçirildiyi-
nin, hərbi çevriliş xarakteri daşıdığının etirafı idi. Ordunun illər 
öncə başlayan siyasiləşməsi prosesi, xüsusən sol ideologiyanın 
hərbçilər arasında geniş yayılması öz «bəhrəsini» vermiş oldu.
Axşam saat 19 radələrində Kabul radiosu ilə «Nadir şah sü-
laləsindən olan sonuncu cəlladın hökmranlığının sona çatdığı» 
elan edildi. Baxmayaraq ki, hələ prezident qvardiyası müqavimət 
göstərirdi və Davud xan da sağ idi. 
İnqilab Şurasının bəyanatını  radio ilə zabitlərdən Əbdülqa-
dir və Vətəncar (birincisi “Pərcəm”, ikincisi “Xəlq” fraksiyasından 
idi) müvafiq olaraq dəri və puştu dillərində oxudular.
Bəyanatın mətni belə idi:
«Əziz həmvətənlər!
Əfqanıstan tarixində ilk dəfə olaraq, qaniçən Nadir xanın sü-
lalə və ailə hakimiyyətinin zülm və istibdad səltənətinə son qo-
yulmuş və dövlətin bütün ixtiyarı əfqan xalqının əlinə keçmişdir. 
Hakimiyyət səlahiyyətləri bütünlüklə hərbi inqilab şurasının ix-
tiyarındadır.
Əziz həmvətənlər!
Sizin xalq hakimiyyətini təmsil edən İnqilab Şurası bəyan edir 
ki, onun göstəriş və qərarlarını yerinə yetirməyən hər bir əksinqi-
labçı ünsür ən qısa zamanda hərbi tribunalın ixtiyarına veriləcək-
dir» [115, 193].


- 27 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Prezident sarayını müdafiə edən qüvvələrin müqaviməti gecə 
saatlarında qırıldı. Davud xan qardaşı Məhəmməd Nəim və 17 
nəfər ailə üzvü ilə birlikdə qətlə yetirildi. Ertəsi gün yalnız Da-
vudla qardaşının müqavimət göstərdikləri üçün öldürüldükləri 
radio ilə xalqa çatdırıldı.
Sonralar Tərəki BBC müxbirinə verdiyi müsahibədə çevriliş 
günü iki tərəfdən ümumilikdə 72, yaxud 73 adamın həlak oldu-
ğunu bildirmişdi [115, 194]. Lakin müstəqil mənbələr ölənlərin 
sayının 1000 nəfərə yaxın olduğunu bildirmişdi. Prezident tərəf-
darlarının 14 saatdan çox müqavimət göstərdiklərini, təqribən 
2000 nəfər olduqlarını və əksəriyyətinin məhv edildiyini nəzərə 
alsaq, Tərəkinin sadəcə həqiqəti gizlətməyə çalışdığını söyləyə 
bilərik.
Qeyd edək ki, sonrakı günlərdə çevrilişçilər elə bir ciddi 
müqavimətlə üzləşmədilər. Belə olan halda çevrilişin hərbçiləri 
qabağa vermiş əsas «ilhamverici» qüvvəsi üzə çıxmağı məqsə-
dəuyğun saydı. Aprelin 29-da hakimiyyət hərbi-inqilab şurasın-
dan İnqilab Şurasına verildi. ƏXDP MK-nın üzvlərindən ibarət 
İnqilab Şurası bir gün sonra özünün 1 saylı fərmanını elan etdi. 
Fərmana əsasən, Nur Məhəmməd Tərəki İnqilab Şurasının sədri 
və hökumət başçısı olurdu. Həmin gündən etibarən ölkə rəsmən 
Əfqanıstan Demokratik Respublikası adlanırdı. Hökumətin İnqi-
lab Şurasına tabe olduğu və tezliklə onun tərkibinin açıqlanacağı 
bildirilirdi. Mayın 1-də İnqilab Şurasının 2 saylı fərmanı ilə hö-
kumət üzvlərinin adları əhaliyə çatdırıldı. Bəbrək Karməl İnqilab 
Şurası sədrinin və hökumət başçısının müavini təyin edilmişdi. 
Həfizulla Əmin isə hökumət rəhbərinin müavini olmaqla yanaşı, 
xarici işlər naziri postunu tutmuşdu. Sədr də daxil olmaqla Na-
zirlər Kabinetinin 21 üzvündən 12-si «Xəlq», qalan 9-u isə “Pər-
çəm” fraksiyasını təmsil edirdi. İnqilab Şurası üzvlərinin sayı isə 
35 nəfər idi. Hökumətin strukturunda əvvəlki dövrlə müqayisədə 
elə bir ciddi dəyişiklik baş verməmişdi. Köhnə struktura xüsusi 


- 28 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
olaraq Karməlin yaxın adamı Anahita Ratebzad üçün nəzərdə 
tutulmuş sosial məsələlər nazirliyi, həmçinin teleradio komitəsi 
əlavə olunmuşdu.
Hadisələrin içində olan SSRİ hökuməti Əfqanıstanın yeni ha-
kimiyyətini çevrilişdən bir gün sonra rəsmən tanıdı. Bunun ar-
dınca Şərq blokunun üzvləri, Hindistan, daha sonra Qərb dövlət-
ləri və üçüncü dünya ölkələri də ƏXDP hakimiyyətini tanıdılar. 
Əfqanıstanın üç qonşusu – Çin, Pakistan və İran Tərəkinin başçı-
lıq etdiyi hökuməti tanısalar da, öz narahatlıqlarını gizlətmədilər. 
Belə ki, Çinin xarici işlər naziri Huanq Hua «Aprel inqilabı»n-
dan dərhal sonra İrana və Pakistana səfər etmiş, ölkəsinin «sosial 
imperializmin irəliləməsindən» narahat olduğunu dilə gətirmiş-
di [115, 197-198].
Əlbəttə, Əfqanıstanın başına gələcək sonrakı müsibətlərin 
başlanğıcı olan «Aprel inqilabı»na ABŞ-ın reaksiyası və münasi-
bəti böyük əhəmiyyət kəsb edirdi. Bu günün zirvəsindən baxan-
da, həmin münasibətin uzunmüddətli hədəflərə yönəldiyini 
aydın görmək olur. Daha dəqiq desək, ABŞ SSRİ-nin addım-ad-
dım Əfqanıstan «bataqlığına» girməsini müşahidə edir və buna 
mane olmurdu. Əfqan xalqı iki superdövlətin ölüm-dirim müba-
rizəsində sadəcə bir vasitə, müəyyən mənada isə, qurbanlıq idi. 
Odur ki, ABŞ SSRİ-nin birbaşa dəstəyi ilə formalaşmış yeni re-
jimə loyallıq göstərdi və əvvəlki hakimiyyətin dövründə mövcud 
olan iqtisadi-texniki və mədəni əməkdaşlığı davam etdirdi. ABŞ 
rəsmiləri özlərini çevrilişin kommunist olmaqdan çox, milliyyət-
çi səciyyə daşıdığı barədə Əfqanıstan üzrə ekspertlərin rəylərinə 
inanmış kimi göstərdilər və hadisələrdə sovetlərin iştirakından 
xəbərsiz kimi davrandılar. Prezident  Karterin Milli təhlükəsizlik 
məsələləri üzrə müşaviri Zbiqnev Bzejinski o zaman verdiyi bir 
müsahibədə demişdi: «Biz nə edə bilərdik? Bu, daxili bir məsələ 
idi. Bizim əlimizdə rusların müdaxiləsinə dair heç bir sənəd yox 
idi, ona görə hər hansı etiraz əsassız olardı» [115, 198].


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə