ƏDƏBİyyatşÜnasliqda narratologiYA



Yüklə 29,59 Kb.
səhifə5/6
tarix10.01.2022
ölçüsü29,59 Kb.
#82764
1   2   3   4   5   6
ƏDƏBİYYATŞÜNASLIQDA NARRATOLOGİYA

İmplisit oxucu narratoloji təsəvvürlərə görə “mücərrəd kommunikativ durum”un təşəkkülü üçün cavabdehdir. Bu durumun fəaliyyəti nəticəsində müəllif tərəfindən kodlaşdırılmış məlumat qismində ədəbi mətn oxucu tərəfindən açıqlanır, yəni mütaliə olunur və bədii əsərə çevrilir. Anlayış qismində impliusit oxucu alman reseptiv estetikasının nümayəndəsi İzer tərəfindən ətraflı şəkildə işlənmişdir. Bəzi tədqiqatçılar implisit oxucunu “mücərrəd oxucu” da adlandırırlar.

Narratologiyada geniş işlənən “aktor” anlayışı nəzəri səciyyə daşıyan mücərrəd kateqoriya, bədii kommunikasiya aktının mərhələlrindən və yaxud təhkiyənin funksiyalarından biridir. Mücərrədlik səviyyəsindən asılı olaraq onun anlamı müxtəlif funksiyaları ifadə edə bilər. Təhkiyənin ən yuxarı səviyyəsində (nümayiş səviyyəsində) aktor personaj rolunda (funksiyasında) çıxış edir. Holland tədqiqatçısı M. Bal yazır ki, “distribusiya nəticəsində aktorlar fərqləndiricı cəhətlər əldə edirlər və beləliklə də onlar fərdiləşirlər və personajlara çevrilirlər” (1977, 7). Aktorlar təmsillərdə, nağıllarda, elmi fantastikada, təsvir olunan gerçəkliyin nəsnələrinin personaj funksiyasını daşıdıqları simvolist, hətta realist ədəbi-bədii nümunələrdə canlı nəsnələr simasını qəbul edirlər. Məsələn, E. Zolanın “Jerminal” əsərində şaxta, yenə də həmin müəllifin “Vəhşi insan” romanında parovoz obrazları aktora misal ola bilərlər.

Diskursiv səviyyədə aktor təhkiyəçinin funksiyalarının daşıyıcısına çevrilə bilər. Bu halda o, personajlar arasında dialoqda müəllif replikası, əsərin korpusuna əlavə olunan hekayənin təhkiyəçisi, bütün əsərin təhkiyəçisi qismində çıxış edə bilər. İmplisit (qeyri-müəyyən) strukturların mövcud olduqları ən dəruni səviyyədə (strukturalistlərin fikrincə məna yaradıcılığı prosesi məhz bu səviyyədə baş verir) aktor özünün ən mücərrəd forması olan aktant qismində çıxış edir.

“Aktant” və “aktor” anlayışlarını bir-birindən təcrid edən Qreymas qeyd edirdi: “Əgər aktorlar hekayə-hadisə içərisində yerləşdirilə bilirlərsə, aktantlar yalnız bütün hekayələrin korpusundan asılı olaraq müəyyənləşdirilə bilərlər. Aktorların bir artikulyasiyası ayrıca götürülmüş hekayəni, aktantların strukturu isə ayrıca götürülmüş janrı təşkil edir. Deməli. aktantlar aktorlara münasibətdə metalinqvistik statusa malikdirlər” (1966, 175).

Digər təhkiyə mərhələlərinə nisbətən ikinci dərəcəli səciyyəyə malik olması və bunun nəticəsində onlardan asılılığı aktorun əsas müəyyənedici əlamətidir. Əgər söhbət aktor tipli təhkiyədən gedirsə, deməli, müəllif əlində olan bütün təhkiyə vasitələrindən bu tipli təhkiyənin yaratdığı mənzərənin məhdudluğunu oxucunun nəzərinə çarpdırsın və bununla da oxucuya imkan verilir ki, təsvir olunan hadisələri tamamilə başqa şəkildə şərh edən və dəyərləndirən nəzər nöqtəsinin mövcudluğunu dərk etsin. Narratoloji təsəvvürlərə görə aktor personajlar arasında dialoq səviyyəsində funksiyasını əldə edəndə faktiki olaraq onların diskurslarına istinad baş verir. Bunu ya epizodu nəql edən (“hekayənin içində hekayə”), ya da bütün əsərin narratoru həyata keçirir.

Bununla bağlı narratologiyanın digər bir müddası – personajın və aktorun, narratorun və aktorun prisipial şəkildə üst-üstə düşməməsi faktı məlum olur. Aktor hərəkət funksiyasının mücərrəd ifadəsi olduğuna görə həmişə təhkiyənin obyekti rolunda çıxış edir, halbuki personaj eyni zamanda təhkiyənin həm subyekti, həm də obyekti, yəni həm narratorun, həm də aktoru funksiyasını yerinə yetirir. Beləliklə öz funksiyalarına görə narrator və aktor dəqiq şəkildə bir-birindən fərqlənirlər: narrator təqdimetmə (narrativ funksiyası) və nəzarət (idarəetmə funksiyası) funksiyalarını boynuna götürür və heç vaxt hərəkət funksiyasını həyata keçirmir. Halbuki aktor həmişə hərəkət funksiyasını icra edir və təhkiyə və nəzarət funksiyalarından məhrum olur.

Narratologiyanın anlayışlarından biri olan auktor digər qərb ədəbiyyatşünaslıq konsepsiyalarında da geniş şəklidə istifadə olunur. Bu anlayış ilk dəfə avstriyalı ədəbiyyatşünas F.K. Ştansel tərəfindən “auktorial təhkiyəçi” formasında işlənmişdir və sonralar Y. Kristevanın, J. Jenettin, Y. Lintveltin və başqalarının tədqiqatlarında inkişaf etdirilmişdir. Öz funksiyaları etibarilə mücərrəd müəllif anlayışına yaxın olan “auktor” termini təhkiyənin gedişində oxucu üçün yönüm mərkəzi rolunu oynayanın nəzər nöqtəsindən müxtəlif təhkiyə tiplərinin yaxud təhkiyə materialının təqdim olunma üsularının hüdudlarının müəyyən olunması üçün dövriyyəyə buraxılmışdır. Başqa sözlə, auktor ədəbi-bədii nümunədə təsvir olunan dünyanın təşkilatçısıdır və oxucuya əsərdə cərəyan edən hadisələr və təmsil olunmuş personajlar haqqında şərh verir. İki təhkiyə tipi auktorial səciyyə daşıya bilərlər: onlardan birincisində auktor sırf təhkiyəçi qismində çıxış edir, yəni obyektiv şəkildə təsvir etdiyi hadisələrdən asılı deyil və bu hadisələrdə iştirak etmir. İkinci halda auktor ikili funksiya yerinə yetirir, yəni o həm təhkiyəçidir, həm də ədəbi-bədii nümunənin uydurulmuş dünyasında cərəyan edən hadisələrin iştirakçısıdır.

Aktor təhkiyəsində olduğu kimi auktor instansiyası da təhkiyənin birinc yaxud üçüncü şəxs tərəfindən aparılacağını müəyyən etmir. Auktorial təhkiyə yalnız kimin nəzər nəqtəsinin, verdiyi qiymətlərin və mülahizələrinin üstünlük təşkil edəcəyini göstərir: bu hər yerdə mövcud olan adsız təhkiyəci yaxud təhkiyəçi personaj ola bilər.

Təhkiyə instansiyalarının əksəriyyəti kimi auktor da mücərrəd-nəzəri anlayışdır və müxtəlif tədqiqatçılar tərəfindən aparılan təhlilin yönümü və prinsiplərindən asılı olaraq müxtəlif şəkildə üzvlənirlər.

Amerikan tədqiqatçısı


Yüklə 29,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə