ƏDƏBİyyatşÜnasliqda narratologiYA



Yüklə 29,59 Kb.
səhifə4/6
tarix10.01.2022
ölçüsü29,59 Kb.
#82764
1   2   3   4   5   6
ƏDƏBİYYATŞÜNASLIQDA NARRATOLOGİYA

Eksplisit oxucu anlayışı bəzən “Min bir gecə”dəki xəlifə kimi Şəhrizadın nağıllarına qulaq asan dinləyicini, ya da eksplisit müəllifin birbaşa müraciət etdiyi oxucunu nəzərə tutur. İkinci hal XVIII əsr maarifçi romanında tez-tez təsadüf olunur və Fildinqin “Tom Consun, tapılmış uşağın tarixçəsi” romanında oxucuya arasıkəsilməz müraciətləri buna misal ola bilər. Çernışevskinin “Nə etməli?” romanı sənətkarın şüurlu şəkildə eksplisit oxucu üsulundan istifadəsinə misal ola bilər. Bu əsərdə “müəllif”lə “ənənəvi” prinsiplər əsasında yaradılmış ədəbi-bədii nümunələrin şablon təhkiyə kanonlarından xəbərdar olmasını nümayiş etdirən “səriştəli oxucu” arasında mübahisəsi öz əksini tapmışdır. Burada eksplisit oxucu “tutarsız”oxucu funksiyasını yerinə yetirir və mətnin təhkiyə strategiyasının istehza obyektinə çevrilir. Bu strategiya ənənəvi qavrayışın ətalət sisteminin dağıdılmasına, implisit oxucunun diqqətini sırf ədəbi səciyyəli problemlərdən uzaqlaşdırmağa və daha mühüm problemlərin dərk olunmasına yönəltməkdir.


Yüklə 29,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə