ƏDƏBİyyatşÜnasliqda narratologiYA



Yüklə 29,59 Kb.
səhifə6/6
tarix10.01.2022
ölçüsü29,59 Kb.
#82764
1   2   3   4   5   6
ƏDƏBİYYATŞÜNASLIQDA NARRATOLOGİYA

N. Fridman Labbokun irəli sürdüyü nəzər nöqtəsi konsepsiyasını davam və inkişaf etdirdi və onun ətraflı düşünülmüş variantını təklif etdi. Öz sələfi kimi Fridman da “gözə görünən” narratorun həyata keçirdiyi subyektiv təhkiyə ilə üçüncü şəxsin adından hadisələri nümayiş edən “şəxssiz” təhkiyəçi arasında fərqləri müəyyənləşdirmək prinsipindən çıxış edir. Bundan belə bir nəticəyə gəlmək olar ki, Labbok kimi Fridman da təhkiyəni yalnız onda obyektiv hesab edir ki, müəllif ona müdaxilə etməkdən imtina etsin. Halbuki fransız tədqiqatçıları bu halda da təhkiyəni subyektiv hesab edirlər, çünki bu halda narrator özünü aktorun subyektivliyi ilə eyniləşdirir.

Fridman öz təsnifatında aşağıdakı təhkiyə formalarını təklif etdi: 1) redaktor hər şeydən xəbərdarlığı; 2) neytral hərşeydən xəbərdarlıq; 3) Mən şahid qismində; 4) Mən protaqonist qismində; 5) çoxsaylı qismən hər şeydən xəbərdarlıq; 6) qismən hər şeydən xəbərdarlıq; 7) dramatik modus; 8) kamera.

Müəllifin “naşir-redaktor” rolunda çıxış etdiyi redaktor hər şeydən xəbərdarlığının əsas səciyyəsi tutumluluq, hər şeydən xəbərdarlıq, nəql olunan hadisələrə birbaşa yaxud dolayısı ilə bağlı həyat, adət-ənənələr haqqında ümumi mülahizələr vasitəsilə müəllif müdaxiləsidir. Buna Fildinqin “Tapılmış Tom Consun tarixi”, Tolstoyun “Hərb və sülh” əsərləri misal la bilərlər.



Fridmanın fikrincə neytral hər şeydən xəbərdarlıq təhkiyənin obyektivləşdirilməsi yolunda ilk addımdır. “Onu redaktor hər şeydən xəbərdarlığından fərqləndirən yeganə cəhət müəllifin birbaşa müdaxiləsinin olmamasıdır. Müəllif üçüncü şəxs adından danışaraq şəxssiz deyim üsulundan istifadə edir” (1975). O. Hakslinin “Kontrapunkt”, T. Hardinin “D”Erbervillər nəslindən olan Tess” romanları bu təhkiyə formasına misal ola bilərlər.
Yüklə 29,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə