OZAN DÜNYASI № 4(7), 2011
26
* * *
Bir qul düz dolansa haqqın yolunda,
Qəza tapmaz, ona bəla yetişməz.
* * *
Bir mərd ilə ağı yesən şirindi,
Yüz namərdlə şəkər yesən, dad olmaz.
* * *
Bivəfadan yar olmaz,
Ömür üzsən yüzhayüz.
* * *
Bivəfanın, müxənnəsin, nakəsin,
Doğru sözün, düz ilqarın görmədim.
* * *
Bu dünyada üç şey başa bəladı,
Yaman oğul, yaman arvad, yaman at.
İstəyirsən qurtarasan əlindən,
Birin boşla, birin boşa, birin sat.
* * *
Bülbül gül üstündə xarı görəndə,
Qan ağlar, ruxsarı yaşa dayanmaz.
* * *
Bülbül gül yolunda keçər başından,
Əgər gül köysünə xarı çəkmiyə.
* * *
“Can” deməklə candan can əysik olmaz,
Məhəbbət artırar, mehriban eylər.
* * *
“Can” deyənə “can” deyinən mərdana,
Baş qoyanın, qoy yolunda başa baş.
* * *
OZAN DÜNYASI № 4(7), 2011
27
Can qurban eləsən, layiqdi layiq,
Bir yar ki, mətləbi tez qanan ola.
* * *
Comərdin kisəsi, mərdlərin namı,
İnşallah, ölüncə az olmaz, olmaz.
* * *
Çırağın ki, ilahdən a yana,
Ehtiyacın nədi a yağa, yağa.
* * *
Çox gəzmişəm, az görmüşəm danəndə.
* * *
Çox qazansan, az qazansan,
Beş arşın ağdı xələt.
Mal-dövlətə baş endirən,
Əfsana baş endirir.
* * *
“Çor” deyənin nəfi nədi dünyada,
Abad könlü yıxar, pərişan eylər.
* * *
Danışanda doğru danış,
Sözün çıxmasın qələt.
* * *
Doğru yola əmək çəksən zay olmaz.
* * *
Dosta xain baxan kor olacaqdı.
* * *
Dost dostdan inciyər, qəlbində dönməz.
* * *
Dostun məzəmməti adam öldürür.
OZAN DÜNYASI № 4(7), 2011
28
* * *
Dost odur ki, dosta yalan satmasın.
* * *
Dost uzaq olmaqla könül yad olmaz.
* * *
Dövlətdən qismətin beş arşın ağdı.
* * *
Dövlətə güvənib gül tək açılma,
Çox sənin tək güllər soldu dünyada.
* * *
Düşman günü düşmanınla düşmandı,
Yüz il keçsə, qohum sənlə yad olmaz.
* * *
Eşit bu sözləri, saxla yadigar,
Gözəllərdə həya, iyidlərdə ar.
* * *
Eşqin ataşına heç olmaz çara.
* * *
Eşq oduna düşən aşkara yanmaz.
* * *
Əbəs yerə bivəfaya can dedim,
Zəhmətin çox çəkdim, karın görmədim.
* * *
Ədalət hakimin payi-turabı,
Kamil ustadlara qul kəmtər mənəm.
* * *
Ələsgər, elmində olma nabələd,
Doğru söylə, sözün çıxmasın qələt.
OZAN DÜNYASI № 4(7), 2011
29
* * *
Əlin vurma gücün yetməyən daşa,
Götürə bilməzsən, zora düşərsən.
* * *
Əndəlib qan ağlar, zəhri çak olar,
Görsə gül üstündə xar nişanası.
* * *
Ərdən boşanmışdan bir az kənar dur.
* * *
Əyləşəndə ağır əyləş,
Danışanda az danış.
* * *
Gah baş olan, gah da düşər ayağa.
* * *
Gədadan bəy olmaz, dəlidən darğa.
* * *
Gədadan bəy olmaz, nakəsdən iyid.
* * *
Görürsən ki, baxtın yatdı, sən də yat.
* * *
Göz gözə baxanda halın soruşa,
Aləm düşman olsa, görüşmək olar.
* * *
Göz gözə baxmasa mehriban olmaz.
* * *
Gül olma dünya malına,
Qalacaqdı dünyada.
* * *
Günhkardı nə ki yoldan azan var.
OZAN DÜNYASI № 4(7), 2011
30
* * *
Günü-gündən işi düşər müşgülə,
Hər kəs namus, qeyrət, arı çəkmiyə.
* * *
Güzəran xoş olub, gün xoş keçəndə,
Ağ otaqdan tövləxana yaxşıdı.
* * *
Haqdan yanan çıraq bad ilə sönməz.
* * *
Haqq ilə nahaqqı axtaran hakim,
Tapar qulaq ilə göz arasında.
* * *
Haqq, meyi islama haram buyurub,
Dərd tüğyan eləsə, mey içmək olar.
* * *
Haqq-nahaqq seçilər haqq divanında.
* * *
Haqq sözə gərəkdi düz qiymət olsun.
* * *
Haqq verməsə, qonşu payı pay olmaz.
* * *
Hər ağacdan sandal, hər yarpaqdan gül,
Hər torpağın tamı duz olmaz, olmaz.
* * *
Hər ağac kökündən bitər,
Hər meyvə gözlər zatın.
* * *
Hərca dilin salar bəlaya səni,
Çox da bilsən danış az, şair Nağı!
OZAN DÜNYASI № 4(7), 2011
31
* * *
Hərcayıdan, müxənnəsdən, nadandan,
Nə söz qaldı sənətkara dəyməmiş.
* * *
Hərcayı sözüylə incimə dostdan.
* * *
Hərcayınan aşna olma,
Namərdə bel bağlama.
* * *
Hər kim ki, sidq ilə dilək diləsə,
Əlbəttə, mətləbin ha bular, bular.
* * *
Hər könül özünə bir padişahdı.
* * *
Xeyir çəkməz ustad ilə dəyinən.
* * *
İbadət eləyən mömin sayılı,
Səxavətin ondan çoxdu savabı.
* * *
İkiarvadlılıq mardan acı olu,
Bez geydirsən bir canana, yaxşıdı.
* * *
İki könül bir-birini tutmasa,
Alan da yazıqdı, gələn də yazıq.
* * *
İlqarın dalınca bir baş getməsin,
Onu bir qarpıza dəyişmək olar.
* * *
İncidənlər, incidəcək,
İncidibsən hər kəsi.
Dostları ilə paylaş: |