Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(19), 2014



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə13/30
tarix07.07.2018
ölçüsü0,83 Mb.
#53713
1   ...   9   10   11   12   13   14   15   16   ...   30

 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

32 



dının  məhsulu  deyildir.  Bu  şeirləri  eşqə  düşmədən,  aşiqlik  odunda  yan-

madan  yaratmaq  mümkün  deyildir.  Bəndin  birinci  misrasında  sənətkar 

bildirir ki, “Eşqimin oduyla yanır çırağım”. 

  

Zülmün zəncirini qıran ellərin, 



Xoşbəxtlik dünyası quran ellərin

Sülhün keşiyində duran ellərin 

Düşmənə nifrəti sənətimdədir. 

 

Aşıq  elin  haqqı  deyən  dilidir.  Onun  ağzından  çıxan  sözlər  haqqa 



qulluq  etməli,  haqqın  ifadəsi  olmalıdır.  Bundan  dolayı  Aşıq  Pənah  da 

daim  zülmün  zəncirini  qıran  ellərin,  xoşbəxtlik  dünyası  quran  ellərin, 

sülhün keşiyində duran ellərin yanındadır və öz sənəti ilə şərə, haqsızlığa 

qarşı durur. 

 

İgid Koroğlunun dəli nərəsi

Nəbinin hünəri, Babəkin səsi, 

Qəhrəman Həzinin zəfər nəğməsi

Mehdinin cürəti sənətimdədir. 

 

Bu bənddə Pənahın coşan milli ruhunun ifadəsini görürük. Çünki igid 



Koroğlunun dəli nərəsi, Nəbinin hünəri, Babəkin səsi, qəhrəman Həzinin 

zəfər  nəğməsi,  Mehdinin  cürəti  adi  obrazlar  yox,  Azərbaycan  xalqının 

milli ruhunun, etnik-mental düüşüncəsinin enerji qaynaqlarıdır. Azərbay-

can xalqı həmişə qəhrəmanlıq tələb olunanda Koroğlunu, Babəki, Nəbini, 

Mehdini  yada  salır.  Müasir  dövrümüzdə  bu  adların  sırasına  Mübariz 

İrahimovun da adı bir simvol kimi qoşulmuşdur. 

 

Atmışam daşını qüssənin, qəmin, 

Təzə aşığıyam təzə aləmin. 

Dağçapan Fərhadın, aşıq Kərəmin 

Təmiz məhəbbəti sənətimdədir

 

Bu  bənddə  Aşıq  Pənahın  sənətkar  kimliyi  ənənə  fonunda  şərh  olun-



muşdur.  O,  “Atmışam  daşını  qüssənin,  qəmin,  //  Təzə  aşığıyam  təzə 

aləmin” desə də, bütün sənəti, sözü, poetik nidası, melodik zənguləsi ilə 

əsil  Azərbaycan  aşığı  olub,  milli  aşıq  sənəti  ənənələrinə  bağlıdır.  Belə 

olmasaydı, “Dağçapan Fərhadın, aşıq Kərəmin təmiz məhəbbəti” Pənahın 

sənətində əbədi yaşamazdı. 



 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

33 



Aşıq  Pənah  bütün  ömrü  boyu  sənətinə,  sözünə  sadiq  qaldı.  Aşıqlıq 

adlanan ulu yolun müqəddəs dəyərlərini heç nəyə dəyişmədi. Bütün var-

lığı ilə sənəti, sözü yaşatdı. Ona görə də sənət də, söz də bu gün Pənahı 

yaşadır: 

 

Məni düşündürmür dünyanın malı, 

Nəğmədir Pənahın eşqi, amalı. 

Övladı olduğum xalqın kamalı, 

Onun söz sənəti səsnətimdədir

 

 



Резюме 

 

В  статье  дается  информация  об  одном  из  многочисленных 



мастеров  Ширванской  ашугской  среды  Ашуг  Панахе.  Здесь  также 

систематизируется  темы  творческой  деятельности  Ашуг  Панаха  и 

анализируеться поэтические свойства индивуальности мастера. 

 

Ключевые  слова:  творческая  особенность,  ашугская  среда, 

поэтика  Ашуг  Панаха,  мухеммес  (средневековье  восточной 

стихотворение из пяти линий) 

 

Resume 



 

The article gives information about one of the masters Shirvan ashug 

environment  Ashiq  Panah.    There  is  also  the  theme  of  creative  activity 

systematized Ashiq Panah and analyze special poetic properties wizard of 

this master.  

Key  words:  creative  features,  Ashiq  Panah  poetic’s,  muhemmes 

(Middle Eastern poem of five lines) 

 

 

ƏDƏDBİYYAT 



 

1.

 



Azad Nəbiyev, Azərbaycan xalq ədəbiyyatı, II c, Bakı, 200  

2.

 



Araslı Həmid, Aşıq yaradıcılığı. Bakı, 1960.  

3.

 



Azərbaycan aşıqları və el şairləri, II c. Bakı, 1984.  

4.

 



Aşıqlar (tərtib edən S.Axundov)ş Bakı, 1966.  

5.

 



Əfəndiyev P., Azərbaycan şifahi ədəbiyyatı. Bakı, 1995.  

6.

 



Aşıq Pənah, Mənim sazım. Bakı, 1977.  

7.

 



Qəniyev S., Şirvan folklor mühiti. Bakı 1997.  

8.

 



Qəniyev S., Şirvan aşıqları. Bakı 2007.  

9.

 



 Sazım, sözüm (Tərtib edən M.Şükür). Bakı, 1978.  


 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

34 



 

Nailə ƏSKƏR 

AMEA Folklor İnstitutu 

Filologiya üzrə fəlsəfə doktoru 

qaracantali@live.com 

 

 



 

ULULARIN AYAQ TOZU, ƏDNALARIN BAġI MƏNƏM 

 

Aşıqlıq  ənənəsi  türk  mədəniyyət  tarixində  əhəmiyyətli  yerə  sahibdir.  Bu  

ənənə əsrlərlə davam edən sənət sınaqlarından keçərək cilalanmış, özünəməx-

sus  ifa  tərzinə,  yaradıcılığa  malik,  öz  qayda-qanunları  olan  bir  sənət  sahəsi 

kimi inkişaf etmişdir. 

Aşıq  ədəbiyyatı,  ozan-baxşı  ənənəsinin  dəyişməsi  və  tamamilə  ortadan 

qalxması  ilə  XV-XVI  əsrlərdən  sonra  Azərbaycanda  və  Anadoluda  çiçək-

lənmişdir.  XVII  əsrin  sonlarından  başlayaraq  Qafqazda,  İran  və  Şərqi  Ana-

doluda  aşıq  mühitlərinin  çıçəklənmə  prosesi  davam  edirdi.  Bu  ərazilərdəki 

mühitlər  aşıq  sənətinin  yerləşdiyi  coğrafiyaya,  havcatlarına,  fərqli  və  ortaq 

xüsusiyyətlərinə görə bir-birindən kifayət qədər fərqlənirdi.  

Həyat və  yaradıcılığından bəhs edəcəyimiz, şeirlərindən nümunələr verə-

cəyimiz ozanımızın mənsub olduğu aşıq mühiti haqqında qismən təsəvvür ya-

ratmaq üçün bir necə cümləylə bu mühiti şəhr etməyə ehtiyac olduğunu düşü-

nürük. 

Şimal-şərqi Anadolu və ya yazılı mənbələrdə qeyd olunduğu kimi, qərbi 



Qafqaz  ərazisində  yerləşən  Axıska,  Ağbaba-Çıldır,  Qars-Gümrü  aşıq  ənənəsi 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə