OZAN DÜNYASI № 2(5), 2011
52
SAZIN DOSTU, SÖZÜN DOSTU
Görkəmli filoloq alim, professor, tanınmıĢ
ictimai xadim, elmimizin və xalqımızın müdrik
ağsaqqalı Həsən Mirzə həm də sazın-sözün dostu,
folklorumuzun yorulmaz tədqiqatçısı və təbliğat-
çısıdır. Gözünü açandan sazın-sözün əhatəsində
böyüyən Həsən müəllimin doğulub boya-baĢa
çatdığı ocaq daim qonaqlı-qaralı olub, bu evdə
tez-tez məĢhur aĢıqların məclisi qurulub.
Bakıda da Həsən müəllim sazdan-sözdən ayrı
olmayıb, aĢıqlar tez-tez onun qonağı olublar.
Ozan-aĢıq sənətinin kamil bilicisi olan H.Mirzə aĢıqlarımıza hər zaman qayğı
göstərib, istər sənətlə bağlı, istərsə də məiĢət problemlərinin həllində daim
onlara kömək əlini uzadıb. Təkcə respublikamızda deyil, eyni zamanda Cə-
nubi Azərbaycanda, Borçalıda yaĢayan aĢıqlar da hər zaman onun yolunu
gözləyib, ona olan sevgi və sayğılarını müxtəlif formalarda ifadə etməyə
çalıĢıblar. Bəziləri Həsən müəllimə olan məhəbbətlərini, istək və arzualrını
poetik dillə ifadə ediblər. Həsən müəllimə ünvanlanmıĢ Ģeirlər isə bir deyil,
beĢ deyil... Onlardan bir neçəsini dəyərli oxucularımıza da təqdim edirik.
“Ozan dünyası”
AY HƏSƏN MĠRZƏ
Xaçbulaq yaylağına qonaq gəlmiĢ
sinədəftər el ağsaqqalı Həsən Mirzəyə
Dilinə, dininə məhəbbətin var,
Azəri oğlusan, ay Həsən Mirzə.
DaĢqın çaylar kimi coĢan təbin var,
Sinəsi dolusan, ay Həsən Mirzə!
Vətən həsrətlisən, dərdi-sərin var,
Bütün məclislərdə sənin yerin var,
Qanmazı qandıran kəlmələrin var,
Qananın qulusan, ay Həsən Mirzə!
Sənintək düĢünüb duymaq olurmu?
YaxĢı iĢlərini saymaq olurmu?
O qədər Ģirinsən, doymaq olurmu?
Beçənin balısan, ay Həsən Mirzə!
Sən elin oğlusan, elə bağlısan,
Bülbül həvəslisən, gülə bağlısan,
OZAN DÜNYASI № 2(5), 2011
53
AĢığın sazında telə bağlısan,
Ələsgər, Alısan, ay Həsən Mirzə!
YaxĢılıq toxumu əkən kiĢisən,
Mərdlərə yurd-yuva tikən kiĢisən,
Vətən təsibini çəkən kiĢisən,
Nəbi, Koroğlusan, ay Həsən Mirzə!
Yarandığın gündən sazı sevirsən,
Sən Ģeiri, sənəti, sözü sevirsən,
Yalanı tapdayıb, düzü sevirsən,
Həqiqət yolusan, ay Həsən Mirzə!
Ürəkdən deyirəm sizə maĢallah,
Nur saçan, nur yağan üzə maĢallah,
Bələdsən Ģeirə, sözə, maĢallah,
Vurğun zəkalısan, ay Həsən Mirzə!
Sənət dünyasında var adın-sanın,
ġükür, sahibisən kəskin zəkanın,
QaĢqaçaylı deyər, Ģeirin, dastanın,
Hamsından halısan, ay Həsən Mirzə!
AĢıq Məhəmməd QaĢqaçaylı
19.07.2010-cu il
DƏRDĠMĠ
Həsən Mirzənin “Dərdimi” rədifli Ģeirinə
Könül Xasıyevanın ifasında qulaq asanda
mənim də dərdim təzələndi
ġair Həsən Mirzə, darıxma, qardaĢ,
Qoymaram namərdlər bilə dərdimi.
Səbirdən ürəkdə bir tonqal qurram,
Yandırıb döndərrəm külə dərdimi.
Güvənərəm bir Allaha, Qurana,
Can qurban eylərəm, Azərbaycana!
Hər bir nisgil olsa, çəkərəm cana,
Paylaram Araza, Kürə dərdimi.
Həsən Mirzə, sözlərimdə yanğı var,
EĢidəni inandırar, qandırar,
OZAN DÜNYASI № 2(5), 2011
54
Ayrılıqdan damarımda qan durar,
Gətirər ürəkdən dilə dərdimi.
Çağır, Ulduz xanım kökləsin sazın,
“Misri”, “Koroğlu” ilə gözəl avazın,
Türk ordusu çəksin Qarabağ nazın,
Qoy qaldırsın hərdən zilə dərdimi.
Həsən Mirzə, sənli mənli bir ürək,
Yaxından danıĢaq, yaxından gülək,
Kəsib Qarabağın yolların külək,
Kərəməm, çəkəcək Lələ dərdimi.
Ulduz xanım çalsın “Yanıq Kərəmi”,
Qoymaz dərd qocalda Qızıl Qələmi,
Unutdurar mənə dərdi, vərəmi,
Kül edib sovurram yelə dərdimi.
Qızıl Qələm (Əkbər Fəttahi)
Ġran-Tehran
22.04.2011
AY HƏSƏN MĠRZƏ
Elimizin, obamızın, məhləmizin
ağsaqqalı Həsən Mirzəyə
Sən el ağsaqqalısan, tanrı payısan,
Bütün insanlığın qibləgahısan,
Sən coĢub çağlayan bir dağ çayısan,
Elin çırağısan, ay Həsən Mirzə!
Zəfər toxunmasın sənə heç zaman,
Ġlqarın düz olub sənin hər zaman,
Tanrıdan güc aldın sən zaman-zaman,
Sən tanrı payısan, ay Həsən Mirzə!
Hər zaman zirvədən gələcək səsin,
Bizə həyan olsun isti nəfəsin,
Sən tez fəth edirsən dağın zirvəsin,
Qartal vüqarlısan, ay Həsən Mirzə!
Bayram Ġsmayılov
20 fevral 2011
OZAN DÜNYASI № 2(5), 2011
55
ÖLÜM SEVĠNMƏSĠN QOY...
Araz YAQUBOĞLU
AġIQ HACI DA KÖÇDÜ...
Sazlı-sözlü adamlar el-oba arasında
həmiĢə ucada tutulub, hörmətli baĢbilən
sayılıblar. Belə adlı-sanlı, könülləri fəth
eyləyən ustad aĢıqlardan biri də AĢıq
Hacı Göyçəlidir.
Bayramov Hacı Abbas oğlu 22 iyun
1931-ci ildə Göyçə mahalının DaĢkənd
kəndinin "Hacı Qurban" yaylağında ana-
dan оlub. Hələ uĢaq yaĢlarından aĢıqlığa
həvəs göstərən Hacını atası (o, sazın-sö-
zün vurğunu idi) Qərib Abbas 1945-ci il-
də həmkəndlisi AĢıq Abbasəli Nəzərova
Ģəyird vermiĢ və bir ildən sonra Bala Məzrəli AĢıq Hüseynin yanına Ģə-
yirdliyə göndərmiĢdir. AĢıq Hacıda olan fitri istedadı nəzərə alan qüdrətli
sənətkar Qanlılı AĢıq Mehdi 1947-1950-ci illərdə ona ustadlıq etmiĢdir.
AĢıq Hacı ustad aĢıq kimi bir neçə Ģəyirdə aĢıqlıq sənətinin sirlərini
öyrətmiĢdir. BalakiĢi (Qanlı kəndi), AĢıq Səlim (Qaraqоyunlu kəndi),
AĢıq Ġslam (AĢağı ġorca kəndi) AĢıq Hacının yanında aĢıqlıq sənətinin
sirlərinə yiyələnmiĢlər. AĢıq Ġslam düz on il (1968-ci ildən 1978-ci ilə-
dək) ondan sənətin incəliklərini öyrənmiĢdir. Bundan sonra AĢıq Hacı
1978-ci ildən baĢlayaraq öz həmkəndlisi Nuriddin Ġsgəndərovu özünə Ģə-
yird götürmüĢ və onunla neçə-neçə ağır məclislər yola salmıĢdır. Həmin
vaxtlarda AĢıq Hacı AĢıq Nuriddin cütlüyü nəinki Göyçədə, eləcə də
Qarabağda, Borçalıda, Gəncə-Qazax bölgələrində də kifayət qədər məĢ-
hurlaĢmıĢ və bu yerlərdə də el məclislərinə dəvət olunmuĢdular.
1981-ci ildə AĢıq Hacı AĢıq Nuriddinlə birlikdə dövlət televiziyasın-
da "AĢıq Alı" dastanını, 1985-ci ildə isə "ġəmkirli AĢıq Hüsеyn" dasta-
nını söyləmiĢlər və hər iki dastanın lеnt yazısı televiziyanın "Qızıl fon-
duna" daxil edilmiĢdir.
AĢıq Hacı 1984-cü ildə Azərbaycan aĢıqlarının IV qurultayına nüma-
yəndə sеçilmiĢ və qurultayda fəal iĢtirak etmiĢdir. Ustad aĢıq 1991-ci ildə
Almaniyaya qastrol səfərinə gеtmiĢ və Almaniyanın bir sıra Ģəhərlərində
konsertlər vermiĢ, Azərbaycan aĢıq sənətinin layiqli nümayəndəsi oldu-
ğunu göstərmiĢ, Göyçə aĢıq məktəbini layiqincə təmsil etmiĢdir.
Dostları ilə paylaş: |