yalnız 0,1 milyonunu daxili ehtiyaclara səfərbər edir. Qalan
hissə isə ixracata yönəlir. Yüksək kapital qoyuluşları son illər
ÜDM strukturunda köklü dəyişikliklər gətirmişdir. İndi neftin
çəkisi burada ÜDM-in
1
/
4
-nə bərabərdir. Tikinti, emal sənayesi,
nəqliyyat, elektroenergetika, kənd təsərrüfatı, balıqçılıq və
digər sahələr isə qalan
3
/
4
hissəni əhatə edir. Əlverişli templərlə
sürət alan inkişaf prosesi ölkənin sosial həyatında yeni
yüksəlişlər rəvac vermişdir. BMT-nin məlumatlarına əsasən
BƏƏ səhiyyənin, təhsilin sosial sferanın, ümumiyyətlə,
iqtisadiyyatın səviyyəsinə görə dünya üzrə 14-cü yerdə qərar
tutur. Bütün bunları bəyan etməkdə məqsəd Azərbaycanın ehti-
yatlar potensialının rasional bölgüsündə BƏƏ-yə paralel olan
perspektivini nəzərə gətirməkdən ibarətdir.
Tarixi inkişafın indiki mərhələsində inteqrasion meyllər o
qədər güclənmişdirki, hazırda məhsuldar qüvvələrin xarici
iqtisadi əlaqələrdən kənarda inkişafı perspektivsizdir. Müasir
iqtisadi tərəqqi dünya təsərrüfatında əhəmiyyətli mövqeyi,
beynəlxalq standartları ifadə edən iqtisadi mexanizmlərin
vəhdətində inkişaf tapır. Respublika iqtisadiyyatının, o
cümlədən, milli neft sənayemizin dirçəlişinin təminatı nəzərdən
keçirilən amilləri diqqətə almadan mümkün deyildir. Bu gün
neft sənayemizi gücləndirən fundamental əsaslarla yanaşı ink-
işafı ləngidən neqativ reallıqlar da mövcuddur. Məlumdur ki,
Sovetlər İttifaqı dövründə Azərbaycanda 5 illik planların
müşaiyəti ilə güclü sənaye, nəqliyyat və kənd təsərrüfat poten-
sialı yaradılmışdır. 1970-1980-ci illərdə ÜDM-nin adam başına
bölgüsündə Azərbaycan Türkiyə ilə eyni təsnifatda olmuşdur.
Lakin müstəqillik ərəfəsində güclənən dağıdıcı təsərrüfatsızlıq
meylləri, milli münaqişələr və digər siyasi-iqtisadi amillər
Azərbaycanın da iqtisadiyyatına ağızrzərbə vurmuşdur.
Sovetlər ittifaqında son illərində reallaşan mənfi meyllər
Azərbaycana da xeyli çətinliklər miras qoymuşdur. İstehsal
münasibətlərinin dəyişməsi, yeni siyasi-iqtisadi prinsiplər,
keçid dövrünün metamorfozları dövlət quruculuğu prosesində
23
ciddi əks olunmuşdur. Azərbaycanın ərazi bütövlüyü, Qarabağ
problemi, hakimiyyət uğrunda çəkişmələr, xarici qüvvələrin
təsir amili, artan təsərrüfatsızlıq, zəif nəzarət, məsuliyyətsizlik,
sürətlənən inflyasiya iqtisadiyyatın idarə edilməsində ciddi
problemlər törətmişdir. SSRİ-məkanında, ənənəvi iqtisadi
əlaqələrin qırılması, əlverişli bazarın itirilməsi, həm də mik-
roiqtisadi səviyyədə vəziyyəti ağırlaşdırmışdır. Müəssisələr
maliyyə dayanıqlıqlığını və ödəniş qabiliyyətliyini itirmiş ölkə
iqtisadiyyatını total «ehtikar biznesi» bürümüş, vaxtı ötmüş
daxili borcların miqyası astronomik həddə çatmışdır. İndi neft
sənayesində debitor və kreditor borcları manat hesabı ilə 13
həddli rəqəmlə ölçülür. Görülən tədbirlər isə borcların
mülayimləşdirilməsində radikal nəticələrə gətirmişdir. Konkret
faktlar göstərir ki, istehsal sahələrində vəziyyət ürək açan dey-
ildir. Vəziyyətin yaxşılaşması isə neft-qaz sənayesində ba-
şlanan islahatlar prosesinin ardıcıl xarakter daşımasından asılı
olacaqdır.
Məlum həqiqətdir ki, köhnə yataqlarda ehtiyatların
tükənməsi əlavə istismar xərcləri hesabına başa gəlir. İstehsal
olunan məhsulun maya dəyərinin yüksək olması istehsal
xərcləri prosesinə yeni yanaşmanı zərurətə çevirir. Digər
tərəfdən, bazar prinsiplərinə keçir, hər yerdə olduğu kimi neft
iqtisadiyyatında da müvafiq bazar islahatları tələb edir. Bütün
bunlar kompleks şəkildə islahatların aparılması ilə şərtlənir.
Azərbaycanın quru və dənizdə mövcud kabrohidrogen
ehtiyatlarının miqyası müxtəlifdir. Hesablamalar göstərir ki,
quru ərazilərdə aşkarlanmış neft-qaz resurslarının əksəriyyəti
çıxarılmışdır. Son mütəxəssis hesablamaları quru sahələrində
700-800 milyon ton karbohidrogen ehtiyatının qaldığını qeyd
edir. Digər mənbələr bu ehtiyatların daha çox, hətta son 130
ildə hasil olunandan da artıq olmasını ehtimalını verir.
Dəqiqləşdirilmiş rəqəmlər isə hazırda istismarı davam etdirilən
42 yataq üzrə 130 milyon ton neft, 30 milyard kubmetr qaz
olduğunu deyir. Qurudakı mədənlərdə istismar son mərhələsini
24
yaşayır. Bəzi yataqlarda ikinci metodla hasilat da yetərli
səmərə vermir. İndiki templər hasilatın mövcud yataqlarda hələ
də 70-80 il davam edəcəyini şərtləndirir. Xəzərin Azərbaycan
sektorunda isə ehtiyatların miqyası hər il dəyişikliklərə məruz
qalır. Təbii ki, ehtiyatların dəqiq ölçülərini hakimiyyət orqanları
aşkarlamağa həvəs göstərmirlər. Bunu anlamaq mümkündür.
Xəzərdə Azərbaycan tərəfi isə bağlanmış 15 beynəlxalq neft
müqavisəni əsas götürdükdə burada 3-4 milyard ton neftin 2-
2,5 trilyon kubmetr qaz ehtiyatının olmasını hesablamaq müm-
kündür. İndi bağlanmış 20 beynəlxalq neft kontraktı üzrə
sərmayələrin ümumi həcmi 50 milyard dollar təşkil edəcəkdir.
Kəşfiyyat uğurlu olacağı təqdirdə hasilatın illik həcmi neft üzrə
70 milyon ton, qaz üzrə 25-30 milyard m
3
-ə yüksələcəkdir.
Köhnə dəniz yataqlarında olan ehtiyat qalığını və yeni
bağlanacaq müqavilələrin perspektivini nəzərə alsaq, burada
daha çox ehtiyatın olacağı ehtimal edilir. Geoloji məlumatlara
əsasən respublika ərazisinin azı 15%-i neft-qaz yataqlarının
mövcudluğu baxımından hələ tam öyrənilməmişdir. Bu
ərazilərdə də xeyli ehtiyatların olması gümanı da yüksəkdir.
Bununla belə potensial neft ehtiyatlarının 40-45, qaz re-
surslarının 80%-i kəşf edilməmiş qalır. Kəşf edilmiş neftin
24%-i, təbii qazın isə 15%-i qurunun payına düşür. Hazırda
aşkarlanan neft-qaz layları 5000-7000 metr dərinliklər
mövcuddur. Respublikaya mənsub karbohidrogen yataqlarının
güman edilən ümumi sahəsi 64,5 min km
2
-dir. Yerin daha
dərin qatlarında çoxlu karbohidrogen ehtiyatının olması ehti-
malı yetərlidir. Belə vəziyyət daha yüksək texnoloji hazırlığı və
maliyyə vəsaiti tələb edir. İndiki rentabillik həddi Azərbaycan
üçün bir yataq üzrə ehtiyatların 80-100 milyon ton olmasını
şərtləndirir.
Dünya əhalisinin energetik tələbatı ilbəil yüksəlir.
Məlumatlar təsdiqliyir ki, yaxın 20 il ərzində neftə olan ehtiyac
32% artacaqdır. Son 30 ildə dünya neft kompleksinin inkişaf-
ında mühüm faktor dünya okeanında neft-qaz hasilatının
25
Dostları ilə paylaş: |