www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
21
materiyanın saxlanması ilə keyfiyyət və formanın dəyişməsini
kəsb edir.
*
Dünya tək bir məkanda hərəkətsiz və ətalətli, sonrasız,
dəyişikliksiz, fəaliyyətsiz olardı, hərəkətsiz materiyanın isə
təsəvvürü də yoxdur. Tək bir zamanda hər şey axıcı olardı:
sabitlik, yanında olmazdı, birlikdə və deməli yaşama da olmazdı:
üstəlik materiya da olmazdı. Yalnız zaman və məkanın
birləşməsindən materiya, başqa sözlə, eyni vaxtda mövcud
olma və bu səbəbdən də yaşama imkanı, ondan isə halların
dəyişməsi ilə substansiyanın sabitliyi imkanı törəyir
**
. Materiya
mahiyyəti etibarilə zaman və məkanın birləşməsi olduğu üçün,
bütövlükdə hər ikisinin izini özündə daşıyır. Materiya, öz
mənşəyini qismən ondan (çünki dəyişmə yalnız zamana
məxsusdur, yalnız onda mövcuddur, özü-özlüyündə nəsə sabit
bir şey deyildir), ələlxüsus özünün daimiliyi (substansiya) ilə
ayrılmaz olan forma ilə məkandan götürdüyündən xəbər verir
və onun aprior həqiqiliyi buna görə bütünlüklə məkanın
həqiqiliyi ilə izah edilə bilər.
***
Zamandan mənşəyini isə o,
özünün keyfiyyətliliyi (aksidensiya) ilə aşkar edir, bunsuz heç
vaxt aydınlaşmır və bu həmişə yalnız səbəbiyyətdir, başqa
materiyaya təsirdir, yəni dəyişiklikdir (zaman anlayışı). Bu
hərəkətin qanunauyğunluğu həmişə bəri başdan məkana və
zamana aiddir və yalnız buna görə əhəmiyyət kəsb edir. Bu
*
Materiya və substansiyanın eyni şey olması əlavədə göstərilmişdir.
**
Bu, Kant tərəfindən materiyanın izahının əsasını da aşkara çıxarır.
Ona görə materiya «məkanda hərəkətdə olan»
şeydir: axı hərəkat
məkan və zamanın yalnız birləşməsindən ibarətdir.
***
Kantın düşündüyü kimi, zamanı dərketmədən yox: təfsilatı ilə
əlavəyə bax.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
22
zaman bu yerdə hansı vəziyyət olmalıdır – səbəbiyyətin
qanunverici qüvvəsinin şamil edildiyi təyin budur. Materiyanın
əsas təriflərinin idrakımızın bizə məlum formalarının a
priorisindən gəlinən bu nəticə ona əsaslanır ki, onların bəzi
xüsusiyyətlərini biz a priori olaraq dərk edirik, yəni məkanın
dolması, anlaşılmazlıq, başqa sözlə təsir qüvvəsi, sonra ölçü,
sonra əbədi bölünmə, mühafizə edilmə, yəni pozulmazlıq və
nəhayət, mütəhərriklik; əksinə ağırlığı, o istisna təşkil etməsə
də, a posteriori idraka aid etmək lazımdır, hərçənd Kant
«Təbiətşünaslığın metafiziki başlanğıcı» (səh. 71: nəşr
Rozenkrants, səh. 372) əsərində onu a priori olaraq dərk edilən
sayır.
Lakin obyekt subyekt üçün onun təsəvvürü olaraq
mövcud olduğu kimi, hər bir xüsusi təsəvvür sinfi də subyektdə
yalnız elə bu cür xüsusi təyin üçün mövcuddur, onu bu və ya
digər idrak qabiliyyəti adlandırırlar. Özü-özlüyündə natamam
forma kimi zaman və məkanın mühüm korrelyatını Kant sırf
hissiyyat adlandırmışdır: burada ilk cığırı Kant açdığı üçün, bu
ifadə saxlanıla bilər, hərçənd ki çox da uğurlu ifadə deyildir,
çünki hissiyyat artıq materiyanı nəzərdə tutur. Materiyanın,
yaxud səbəbiyyətin (bunlar eyni şeydir) subyektiv korrelyatı
düşüncədir, bundan artıq bir şey deyildir. Səbəbiyyəti dərk
etmək – onun yeganə funksiyası, onun müxtəlif cür tətbiq
olunan, lakin bu zaman özünün bütün təzahürlərində şəksiz
eyni olan müstəsna, böyük, irihəcmli qabiliyyəti budur. Əksinə,
hər cür səbəbiyyət və deməli hər cür materiya, onunla birlikdə
isə bütün gerçəklik yalnız idrak üçün, idrak vasitəsilə, idrakda
mövcuddur. İdrakın birinci, ən sadə və daimi təzahürü gerçək
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
23
dünyanın seyridir; o, bütövlükdə hərəkətin səbəbinin dərk
olunmasıdır, buna görə hər bir seyr əqlidir. Əgər məlum
hərəkətlər bilavasitə dərk olunmasaydı və bu yolla çıxış nöqtəsi
xidmətini görməsəydi, ona heç vaxt nail olmaq olmazdı. Bu,
heyvani bədənlərə təsirdir və onlar bunun ucbatından
subyektin bilavasitə obyektləri kimi çıxış edirlər: bütün digər
obyektlərin seyri onların vasitəsilə baş verir. Hər bir heyvan
bədəninin hiss etdiyi dəyişikliklər bilavasitə dərk edilir, yəni hiss
olunur və bu hərəkəti dərhal onun səbəbinə aid etdikləri üçün,
sonuncunun obyekt kimi dərki meydana çıxır. Səbəbə bu keçid
abstrakt anlayışlarda nəticə deyildir, o, nə refleksiya, nə də
qeyri-ixtiyari baş verir, əksinə bilavasitə, zəruri və düzgün olaraq
baş verir. Bu, təmiz idrakın dərk etmə üsuludur, onsuz heç vaxt
seyr baş verməzdi, yalnız bitkilərdə olduğu kimi, bilavasitə
obyektin dəyişikliklərinin dumanlı dərk olunması qalardı. Bu
dəyişikliklər mənasız olaraq əgər ağrı və ya məmnunluq
keyfiyyətində iradə üçün əhəmiyyət kəsb etməsə, biri-birini
əvəz edərdilər. Günəşin doğması ilə xarici aləm göründüyü kimi,
idrak da bir zərbə ilə, özünün yeganə, adi funksiyası ilə dumanlı,
heç nə deməyən hissi seyr şəklinə salır. Gözün, qulağın, əlin hiss
etdiyi seyr deyil, bu adi hissi məlumatlardır. İdrak yalnız
hərəkətdən səbəbə keçdiyi vaxt onun qarşısında məkanda seyr
kimi öz qiyafəsinə görə dəyişkən olan dünya açılır, çünki idrak
materiyanın, yəni gerçəkliyin təsvirində məkan və zamanı
birləşdirir. Bu dünya təsəvvür kimi yalnız idrak vasitəsilə
mövcud olmaqla, yalnız idrak üçün də mövcuddur. «Görmə və
rəng haqqında» traktatımda hisslərin çatdırdığı məlumatlardan
idrakın seyri necə yaratdığı, eyni bir obyektdən müxtəlif
hisslərlə əldə edilən təəssüratların müqayisəsindən körpənin
Dostları ilə paylaş: |