www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
18
etmişsə, o bununla birgə məkanın bütün mahiyyətini sonacan
dərk etmişdir, çünki sonuncu bütünlüklə onun hissələrinin bir-
birini vəziyyət adlanan təyinetmələri imkanıdır. Sonuncunun
ətraflı araşdırılması və buradan irəli gələn nəticələrin mücərrəd
anlayışlara keçirilməsi (daha rahat istifadə üçün) bütün
həndəsənin məzmununu təşkil edir. Eynilə bu cür, kimsə əsas
qanununun adı çəkilən formalarının məzmunu (zaman və
məkan), onların qavranıla bilənliyi, yəni materiya üzərində
hökmranlıq edən növünü dərk etmişsə, –o kəs bununla birgə
özlüyündə materiyanın bütün məğzini dərk etmişdir, çünki
sonuncu büsbütün səbəbiyyətdən başqa bir şey deyil, buna isə
predmetin məğzinə varınca bilavasitə hər kəs əmin ola bilər.
Materiyanın varlığı–onun hərəkətidir, onun başqa cür varlığını
ağla belə gətirmək olmaz. Yalnız hərəkət edərək o, məkan
zamanı doldurur; onun bilavasitə obyektə (özü də materiya
olan) təsiri onun təkcə onda mövcud olduğu seyri şərtləndirir;
hər bir başqa maddi obyektin digərinə təsirinin nəticəsi məhz
ona görə dərk edilir ki, sonuncu indi əvvəlkindən başqa bir
şəkildə bilavasitə obyektə təsir edir və adı çəkilən nəticə məhz
bundadır. Beləliklə, səbəb və təsir–materiyanın bütün mahiyyəi
də bundadır: onun təsiri–onun varlığıdır (bu barədə müfəssəl
əsas qanunu barədə traktatda, § 21-ə bax). Ona görə ən
yüksək dərəcədə uğurlu olaraq bütün maddi olanın məcmusu
gerçəklik adlandırılmışdır*
HAŞİYƏ* (“Bu çox heyrətamizdir ki,
bəzi hallarda sözlərin xassəsi və qədim dilin qaydası özgə olanı
olduqca ifadəli vasitələrlə işarələyir” (Seneka, 81-ci məktub)
; bu
söz reallıq sözündən qat-qat daha ifadəlidir**
HAŞİYƏ
*(Şopenhauer burada, əslində, alman dilində Wirklichkeit
ifadəsindən bəhs edir, lakin sonuncuya azərbaycanca gerçəklik
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
19
sözü daha uyğun gəlir).
Materiyanın təsir etdiyi şey yenə də
materiyadır: beləliklə, onun bütün varlığı və mahiyyəti onun bir
hissəsinin başqa hissəsində yaratdığı qanunauyğun dəyişiklikdir,
odur ki, bu varlıq və mahiyyət yalnız onun öz sərhədləri
daxilində qüvvəyə malik münasibətə uyğun olaraq tam
nisbidir,–deməli, tamamilə zamana, məkana oxşardır.
Amma zaman və məkan, hər biri özlüyündə, materiyasız
təsəvvür ediləndir, materiya isə onlarsız təsəvvür edilməyəndir.
Artıq ondan ayrıla bilməyən forma məkanı nəzərdə tutur, bütün
varlığı elə ondan ibarət olan materiya isə həmişə hansısa
dəyişikliyə, yəni zamanda təyin olmaya aiddir. Məkan və zaman
materiya tərəfindən sadəcə hər biri öz-özlüyündə nəzərdə
tutulmur, amma onun mahiyyətini hər ikisinin birləşməsi təşkil
edir, çünki, göstərildiyi kimi, onun mahiyyəti təsirdən,
səbəbiyyətdən ibarətdir. Bütün ağlagələn, saysız hadisələr və
hallar bir-birini sıxışdırmayaraq, bir-birinin yanında ola, yaxud
həmçinin bir-birinə mane olmadan sonsuz zamanda bir-birinin
ardınca gələ bilərdilər. Onda onların bir-birinə zəruri münasibəti
və bu münasibətin qanunu da əsla lazım olmazdı və, deməli, bu
formalardan hər biri özlüyündə və başqası ilə əlaqə olmadan
mövcud olduqca və öz-özünə vaqe olduqca, məkandakı bütün
birgəlik və zamandakı bütün dəyişikliklər halında hələ heç bir
səbəbiyyət olmazdı, sonuncu isə materiyanın əsl mahiyyətini
təşkil etdiyindən, materiya da olmazdı. Səbəbiyyət qanunu isə
yalnız o səbəbdən önəm və zərurət kəsb edir ki, dəyişikliyin
mahiyyəti halın sadə dəyişməsində deyil, məkanın eyni bir
yerində indi bir hal var, sonra isə başqa bir hal və eyni bir
müəyyən zaman anında burada bir hal var, orada isə başqa bir
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
20
zaman
və
məkanın
bir-birini
məhz
bu
qarşılıqlı
məhdudlaşdırılması, ona görə dəyişiklik baş verən qanuna
qüvvə və bununla yanaşı zərurət verir. Beləliklə, səbəbiyyət
qanunu ilə vəziyyətin tək bir zaman daxilində ardıcıllığı – bu isə
müəyyən məkana münasibətdə ardıcıllıqdır – və müəyyən yerdə
bu vəziyyətin mövcudluğu yox, onların həmin yerdə və
müəyyən zamanda mövcudluğunu müəyyən edir. Dəyişiklik,
yəni səbəbiyyət qanunu üzrə baş vermiş dəyişmə, həmişə
məkanın müəyyən hissəsinə və zamanın müəyyən hissəsinə
dərhal və əlaqədar olaraq aiddir. Buna görə səbəbiyyət məkanı
zamanla birləşdirir. Lakin biz müəyyən etdik ki, materiyanın
bütün mahiyyəti hərəkətdə, yəni səbəbiyyətdədir və deməli,
məkan və zaman onda birləşməlidir, yəni materiya özündə bəri
başdan həm zamanın, həm də məkanın xüsusiyyətlərini
daşımalı (onlar biri-biri ilə hər necə mübarizə aparsalar da), o,
onların hər birində ayrılıqda özü-özünə mümkün olmayan şeyi
özündə birləşdirməlidir: yəni zamanın fəal dəyişkənliyini və
məkanın durğun, dəyişməz sabitliyini. Bax elə bu səbəbdəndir
ki, o, hər şeydən əvvəl eyni zamanda mövcud olmanı öz
arxasınca apara bilmişdir. Bu isə nə yanaşılığı bilməyən tək bir
zamanda, nə də əvvəlləri, sonranı və ya indini bilməyən yalnız
məkanda ola bilərdi. Bir çox halların eyni zamanda mövcud
olması isə, doğrusunu desək, gerçəkliyin mahiyyətini təşkil edir,
çünki yalnız onun vasitəsilə yaşama mümkün olur və o, yalnız
yaşayanla yanaşı mövcud olanın dəyişikliyini qəbul edir. Lakin
digər tərəfdən, yalnız növbədə olanın sayəsində sonuncu
dəyişiklik xarakterini, yəni substansiyanın, başqa sözlə,
Dostları ilə paylaş: |