Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə13/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   ...   9   10   11   12   13   14   15   16   ...   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

42 


yanılmadır.  Bütün  bunların  müfəssəl  izahını  mənim  görmə 

qabiliyyəti və rənglər haqqında traktatımda tapmaq olar. 

Görüntü  o  vaxt  yaranır  ki,  eyni  bir  təsir  iki  tamamilə 

müxtəlif səbəbdən doğur, onlardan biri tez-tez, digəri isə nadir 

hallarda  təsir  edir:  idrak  burada  iki  səbəbdən  hansının  təsir 

etdiyini  (çünki  təsir  tam  eynidir)  ayırd  etmək  üçün  məlumata 

malik  olmadığından,  həmin  adi  səbəbi  nəzərdə  tutur  və  o, 

reflektiv,  diskursiv  yox,  lakin  birbaşa  şəkildə  və  bilavasitə  təsir 

etdiyi  üçün,  həmin  yanlış  səbəb  gözümüz  önündə  seyr  edilən 

obyekt  kimi  görünür,  yanlış  görünüş  də  elə  budur.  Əgər  hiss 

orqanları  qeyri-normal  vəziyyətə  gətirilibsə,  bu  yolla  ikili 

görünüş  və  ikili  lamisə  necə  yaranır  –  mən  bunu  göstərilən 

yerdə  aydınlaşdırdım  və  seyrin  yalnız  dərrakə  vasitəsilə  və 

dərrakə  üçün  mövcud  olduğunun  təkzibedilməz  sübutunu 

verdim. Belə əqli yanlışlıq və ya görüntüsə digər misallar– suya 

batmış  çubuq,  o,  sınmış  kimi  görünür;  kürəşəkilli  aynalarda 

təsvir,-  səthi  qabarıqdırsa,  bir  qədər  ondan  arxada,  səthi 

batıqdırsa, qabaqda  görünür.  Ayın zenitdə  yox, üfüqdə zahirən 

böyük  həcmi  də  bura  aiddir.  Bu  isə  qətiyyən  optik  hadisə 

deyildir,  ona  görə  ki,  mikrometrin  göstərdiyi  kimi,  göz  ayı 

zenitdə üfüqə nisbətən bir qədər böyük görmə bucağı ilə qəbul 

edir, lakin üfüqdə ay və ulduz parıltısının zəifləmə səbəbini ayın 

və  bütün  ulduzların  onu  və  eləcə  də  Yerdəki  əşyaları  hava 

perspektivi  ilə  ölçərkən  olduqca  uzaq  olmasında  görən  zəka, 

buna görə üfüqdə Ayı zenitə nisbətən daha böyük, üfüqün göy 

qübbəsini  isə  daha  açıq,  yəni  yastılanmış  qəbul  edir.  Hava 

perspektivinə əsasən bu yanlış ölçmə bizi məcbur edir ki, ancaq 

zirvələri  görünən    təmiz,  şəffaf  havada  qərar  tutan,  çox  uca 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

43 


dağları  yüksəkliklərinə  rəğmən  həqiqətdə  olduğundan  daha 

yaxın sayaq,- Sallanşdan baxdıqda Monblan belə görünir. 

Bütün  bu  aldadıcı  təzahürlər  bilavasitə  gözümüzün 

qarşısındadır  və  onu  ağlın  heç  bir  mühakiməsi  ilə  aradan 

qaldırmaq  olmaz.  Ağıl  yalnız  yanlışlıqdan,  yəni  həqiqəti  ona 

qarşı  qoymaqla  kifayət  qədər  əsası  olmayan  mühakimələrdən 

qoruya bilər, məsələn, şüur in abstracto etiraf edə bilər ki, Ay və 

ulduz parıltısının zəifləməsinə səbəb böyük uzaqlıq yox, üfüqdə 

havanın  böyük  sıxlığıdır,  görüntü  isə  misal  gətirilən  bütün 

hallarda,  hər  hansı  mücərrəd  idraka  rəğmən  sarsılmaz  qalır, 

çünki  dərrakə    dərketmə  qabiliyyətindən  olduğu  kimi  zəkadan 

da bütünlüklə və kəskin şəkildə ayrılmışdır, bu qabiliyyət yalnız 

insanda birləşir, ancaq onun özündən də dərrakə öz-özlüyündə 

zəkalı deyil. Şüur həmişə yalnız bilə bilər, zəkanın təsirindən asılı 

olmayaraq dərrakəyə yalnız seyr etmək qalır. 

 

§ 7 



 

İndiyədək  nəzərdən  keçirilənlərlə  əlaqədar  aşağıdakıları 

da qeyd etmək lazımdır. Biz öz təhlilimizdə obyektə və subyektə 

yox, təsəvvürə əsaslanırdıq. Belə ki, sonuncunun məzmununda 

hər  ikisi  var  və  hər  ikisi  nəzərdə  tutulur,  obyekt  və  subyektə 

parçalanma onun birinci, ən ümumi və mühüm formasıdır. Buna 

görə biz onu özlüyündə olduğu kimi hər şeydən əvvəl nəzərdən 

keçirdik,  sonra  isə  (əsas  sayda  giriş  traktatına  istinad  edərək) 

digər,  ona  tabe  formaları  –  yalnız  obyektə  xas  zaman,  məkan, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

44 


səbəbiyyəti araşdırdıq: lakin onlar özlüyündə onun üçün, obyekt 

isə,  öz  növbəsində  özlüyündə  subyekt  üçün  əhəmiyyət  kəsb 

etdiyinə  görə  onları  subyektdə  də  tapmaq  olar,  yəni  a  priori 

olaraq  dərk  edilə  bilərlər  və  bu  mənada  onlara  hər  ikisinin 

ümumi  sərhədi  kimi  baxmaq  olar.  Onların  hamısı  isə  ümumi 

ifadəyə–  əsas  qanununa  müncər  edilə  bilər.  Giriş  traktatında 

müfəssəl surətdə bu məsələyə toxunmuşam. 

Belə  üsul bizim  nəzər  nöqtəmizi   indiyədək  təklif  edilən 

filosoflarımızdan  tamamilə  fərqləndirir.  Onların  hamısı  ya 

obyektdən,  ya  da  subyektdən  çıxış  edir  və  beləliklə,  birini 

digərindəki kimi izah etməyə çalışır və bu zaman əsas qanununa 

istinad  edirdilər:  biz  isə,  əksinə,  obyekt  və  subyekt  arasındakı 

münasibəti  sonuncunun  hakimiyyətindən  azad  edir,  yalnız 

obyekti bu qanunun hökmü altına veririk. Doğrudur, etiraf edə 

bilərlər  ki,  bizim  günlərdə  yaranmış  və  geniş  yayılmış  eyniyyət 

fəlsəfəsi göstərilən alternativdən qaçmışdır, çünki o, özünün əsl 

çıxış  nöqtəsi  kimi  nə  obyekti,  nə  də  subyekti  qəbul  edir,  nəsə 

üçüncü bir şeyi əqli seyrlə dərk olunan mütləqi qəbul edir, o isə 

nə 

obyektdir, 



nə 

də 


subyekt, 

lakin 


hər 

ikisinin 

təfavütsüzlüyüdür

7

.  Hərçənd  ki,  mən  hər  hansı  «əqli  seyrdən» 



tam xali olduğum üçün, bu möhtərəm təfavütsüzlük və mütləq 

haqqında mülahizə yürütmək istəməsəm də, hər halda hamıya, 

o  cümlədən  biz  naşılara  da  məlum  olan  «əqli  seyr  edənlər»in 

protokollarına istinad edərək, qeyd etməliyəm ki, bu fəlsəfə də 

iki  səhvin  adı  çəkilən  alternativindən  istisna  edilə  bilməz.  Zira, 

subyekt  və  obyektin  eyniyyəti  onda  təsəvvürə  gəlmir, 

intellektual şəkildə seyr edilməsinə və ona nüfuz etmək yolu ilə 

əldə olunmasına baxmayaraq, o, bu iki səhvdən qaçmır, əksinə 




Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə