Dünya həyatında bütün zövqləri tükədənlər


Dünyəvi zövqlərin bitdiyi an: Ölüm



Yüklə 1,26 Mb.
səhifə20/22
tarix23.09.2017
ölçüsü1,26 Mb.
#1294
1   ...   14   15   16   17   18   19   20   21   22

Dünyəvi zövqlərin bitdiyi an: Ölüm


Dünya həyatına hərisliklə bağlanan bütün insanların çox yaxşı bildiyi, ancaq həmişə qaçmağa çalışdıqları mühüm bir həqiqət var, belə ki, bu ölümdür və hər insan bir gün mütləq bununla qarşılaşacaq. Eləcə də, ölüm bütün həyatını dünya həyatı üzərində qurmuş bir insanın bu dünya həyatı üçün, çəkdiyi bütün zəhməti bir anda silib yox edəcək və tamamilə mənasız hala gətirəcək. On illər boyu göstərilən səy, yığılıb toplanılan mallar, insanlar arasında öyünülən bütün dəyərlər, ölümlə birlikdə bütün gücünü itirəcək. İnsan dünyanın ən zəngin, ən gözəl, ən hörmətli və ya ən tanınmış insanı da olsa, bir anda bütün maddi dəyərlərini itirəcək. Bədəni qısa müddətdə yanına yanaşıla bilməyəcək qədər pis vəziyyətə düşəcək, sonra isə, çürüyüb yox olacağı torpağın altına qoyulacaq. Axirətə inanmayan bir insan üçün dünya həyatına dair on illər boyu aparılan bütün mübarizə, yalnız bu aqibət üçündür. Həyatı hərisliklə yaşamağa çalışmaq, bütün zövqləri doyunca alıb tükətməyə çalışmaq, insanın uğrayacağı aqibətdən baxımından heç nəyi dəyişdirməyəcək. Ölüm bütün bu zövqləri mütləq yox edəcək.

Həmçinin ölüm, inkarçı insanlar üçün hərisliklə bağlanılan hər dəyərin bitdiyi, bunun yerinə çox böyük peşmanlığın və çətin bir həyatın başladığı bir an olacaq. Allah, bu insanların əbədiyyən davam edəcək bu əzabdan əvvəl, ölüm anlarında da böyük əzab yaşayacaqlarını Quranda bildirir:



Bəs mələklər onların üzlərinə və arxalarına vura-vura canlarını alanda necə olacaq? (Məhəmməd surəsi, 27)

...Zalımları ölüm girdabında olduqda, mələklərin də əllərini uzadıb: “Canlarınızı çıxarın! Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz cəzalandırılacaqsınız!” dediklərini bircə görəydin. (Ənam surəsi, 93)

Nəhayət ayaq ayağa dolaşacağı zaman – o gün hər kəs Rəbbinin hüzuruna gətiriləcəkdir. O nə Quranı təsdiq etdi, nə də namaz qıldı. Haqqı da yalan saydı və üz döndərdi. Sonra da lovğa-lovğa öz ailəsinin yanına getdi. Sən buna layiqsən, artığına da layiqsən! Yenə layiqsən, artığına da layiqsən! (Qiyamət surəsi, 29-35)

Görüldüyü kimi, ölüm qəti həqiqətdir və inkarçılar üçün Allahın diləməsi istisna olmaqla sonsuz əzabın mütləq başlanğıcıdır. Lakin bəzi insanlar həyatları boyu ölümü mümkün qədər az xatırlamağa, az yada salmağa və hətta unutmağa çalışarlar. Ta ki, ölüm onlara gəlib çatanadək...

Bütün ömürlərini dünya həyatından bir qədər də artıq faydalana bilməyin hərisliyi ilə yaşayıb tükədən bu insanlar, ölümlə qarşılaşdıqları vaxt, həyatları boyu vicdanlarında həmişə ört-basdır etməyə, düşünməməyə çalışdıqları ölümün nə qədər həqiqət olduğunu anlayarlar. Dərhal Allaha sığınıb bir qurtuluş yolu tapmağa çalışarlar. Lakin Allahın Quranda: "Sənin Rəbbin və səf-səf düzülmüş mələklər gələcək və o gün Cəhənnəm gətiriləcək. O gün insan düşünüb xatırlayacaq. Lakin bu xatırlamanın ona nə faydası? O: “Kaş axirət həyatım üçün əvvəlcədən hazırlıq görəydim!” deyəcəkdir" (Fəcr surəsi, 22-24) ayələri ilə ifadə etdiyi kimi, artıq bu peşmanlığın insana faydası olmaz. Çünki Allah insana doğru yolu və üzərindəki rəhmətini görməsi üçün "müəyyən ömür müddəti", vaxt vermişdir. Allah Quranda, ömürlərini qəflət içində tükədən insanların peşmanlığını belə bildirir:

Onlar orada belə bağıracaqlar: “Ey Rəbbimiz! Bizi buradan çıxart ki, əvvəllər etdiyimiz əməlləri deyil, yaxşı əməllər edək”. Onlara deyiləcək: “Məgər orada sizə öyüd alacaq insanın öyüd ala biləcəyi qədər uzun ömür vermədikmi? Sizə xəbərdar edən də gəlmişdi. Elə isə dadın əzabı! Artıq zalımlara kömək edən olmaz”. (Fatir surəsi, 37)

Allah, özlərinə verilən bu müddəti əleyhlərində istifadə edərək, ölümlə qarşılaşdıqları vaxt, tövbə etməyə qərar verən insanların bu tələblərinin qəbul edilməyəcəyini bildirir. Bundan ötrü də, hər insan Allahın xatırlatdığı bu həqiqəti hələ vaxt olduğu halda, düşünməli və bu geri dönüşü olmayan anı yaşamadan əvvəl Allaha təslim olmalıdır. Yeganə məqsəd dünya həyatının zövqlərindən istifadə etməkdirsə, hər nə qədər istənilməsə və hər nə qədər düşünülməməyə çalışılsa da, bunlar bir gün mütləq bitəcək. Allahın bir insan üçün, müəyyənləşdirdiyi ömür müddəti bitdikdə, insanın hərislik etdiyi, arxasınca qaçdığı bütün zövqlər, torpağın altındakı çürümüş bədəni üçün bütün mənasını və dəyərini itirmiş olacaq. Bu düşüncəyə qapılmış insanlar bu açıq həqiqəti görüb anlamalıdırlar. İnkar, insanlara dünya həyatında bədbəxtlik, ölüm anında peşmanlıq, axirətdə isə əzabdan başqa bir şey qazandırmır. İman isə, insanlara dünya həyatının zövqlərini ən yüksək səviyyədə ala biləcəkləri ruh dərinliyi, axirət həyatında isə, sonsuza qədər zövqlərin ən artığını qazandırır.



İnsan bu iki şey arasındakı açıq-aydın fərqi görmək və inkarın zülmətindən xilas olmaq üçün, imanın nuruna təslim olmalıdır. Bu kitabda inkarçıların qəlblərində yaşadıqları boşluğu və bədbəxtliyi, tükətdikləri zövqləri, özlərinin də həmişə gileyləndikləri həyatlarının mənasızlığını mövzu götürməkdəki məqsəd, insanların həqiqəti görmələrinə və Allaha təslim olmalarına vəsilə olmağa çalışmaqdır. Ümid edirik ki, ölüm anında yaşanılacaq bu peşmanlıqdan əvvəl bütün insanlar Allahın rəhmətinə təslim olar və İslam əxlaqının gözəlliyini yaşayarlar. Çünki Allah bunu əksi olduqlda, inkarçıların peşmanlıqlarından ötrü axirətdə "dəfələrlə müsəlman olmalarını arzulayacaqlarını" bildirmişdir ki, axirətdə artıq bir daha bu istəklərini gerçəkləşdirmə imkanları qalmayacaq:

O inkarçılar dəfələrlə müsəlman olmalarını arzulayacaqlar. Qoy onlar yeyib-içsinlər, əylənsinlər və (boş) əməllər onların başlarını qatsın. Gələcəkdə biləcəklər. (Hicr surəsi, 2-3)

Axirətdə itirilən nemətlər


Allah inkarçıları əbədiyyən danışdırmayacaq və onları qorumayacaq

...Allah onları danışdırmayacaq, qorumayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün ağrılı-acılı bir əzab vardır. (Ali İmran surəsi, 77)

Allah buyuracaq: “Ora alışın və Mənə heç nə deməyin!” (Muminun surəsi, 108)

Əbədiyyən nə ölə biləcək, nə də yaşaya biləcəklər

O kimsə ki, ən böyük oda atılacaq, o orada nə öləcək, nə də yaşaya biləcək. (Əla surəsi, 12-13)

...Ona hər yandan ölüm gələcək, lakin o, ölməyəcəkdir... (İbrahim surəsi, 17)

Dünya həyatında sonsuza qədər yaşamağı istədikləri halda, orada ölməyi istəyəcəklər

Onlar əlləri boynunda bağlı halda Cəhənnəmin dar bir yerinə atıldıqları zaman ölüm diləyərlər. (Furqan surəsi, 13)

Ümidlərini itiriblər

...Onlar orada naümid qalacaqlar. (Zuxruf surəsi, 75)

Qiyamət Saatının gələcəyi gün günahkarlar ümidlərini itirəcəklər. (Rum surəsi, 12)

Rahat, etibarlı bir mühit əvəzinə, höcətləşmələrin olduğu bir mühitdə yaşayacaqlar

Şübhəsiz ki, bu, od sakinlərinin bir-biri ilə höcətləşməsi bir həqiqətdir. (Sad surəsi, 64)

Onlar orada höcətləşərək deyərlər: “Allaha and olsun ki, biz açıq-aydın azğınlıq içində idik. (Şuəra surəsi 96-97)

Allah deyəcəkdir: “Mənim hüzurumda höcətləşməyin. Mən əvvəlcədən sizə qəti xəbərdarlıq vermişdim. (Qaf surəsi, 28)

Əbədiyyən bədbəxt olacaqlar

Ona ancaq ən bədbəxt kimsə girər. (Leyl surəsi, 15)

Əbədiyyən səmimi və yaxın dostları olmayacaq, yeganə dostları od olacaq

İndi isə bizim nə şəfaətçimiz, nə də səmimi bir dostumuz var! (Şuəra surəsi, 100-101)

...Məhz onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar. (Əraf surəsi, 36)

Əbədiyyən zalım insanlarla birlikdə yaşayacaqlar

Onların gözləri Cəhənnəm sakinlərinə tərəf çevrildikdə isə deyəcəklər: “Ey Rəbbimiz, bizi zalımlarla bir yerdə qoyma!” (Əraf surəsi, 47)

Şad xəbərlər qadağan edilmişdir

Məhz mələkləri görəcəkləri gün günahkarlara heç bir müjdə olmayacaqdır. Mələklər deyəcəklər: “Sizə (şad xəbərlər) qadağandır, qadağan!” (Furqan surəsi, 22)

Hörmət sevgi görə bilməyəcək, eləcə də, alçaldılacaqlar

O gün onlar Cəhənnəm oduna doğru alçaldıcı şəkildə süründürələcəklər. (Tur surəsi, 13)

Üzüstə sürüklənib Cəhənnəmə toplanılacaq kimsələr – məhz onlar yerləri ən pis olan, haqq yoldan ən çox azan kimsələrdir. (Furqan surəsi, 34)

Ey Rəbbimiz! Sən Oda saldığın kəsi alçaldarsan. Zalımların köməkçiləri olmaz. (Ali İmran surəsi, 192)

Nur istəyəcək, lakin tapa bilməyəcəklər

Belə deyəcəklər: “Bir az gözləyin ki, biz də sizin nurunuzdan alaq”. Onlara deyiləcəkdir: “Geriyə qayıdıb işıq axtarın!” Onların arasına içəri tərəfində mərhəmət, çöl tərəfində əzab olan qapılı bir sədd çəkiləcəkdir. (Hədid surəsi, 13)

Onlar üçün ən pis yurd var

O gün zalımlara bəhanələri heç bir fayda verməyəcəkdir. Onları həm lənət, həm də ən pis yurd gözləyir. (Mömin Surəsi, 52)

Yataqları və yorğanları cəhənnəm odundan olacaq

Onların Cəhənnəm odundan yatağı və yorğanları olacaqdır. Biz zalımları belə cəzalandırırıq. (Əraf surəsi, 41)

Dumanlı və qaranlıq mühitlərdə yaşayacaqlar

Qapqara duman kölgəsində olacaqlar. Bu duman nə sərin, nə də təravətlidir. (Vaqiə surəsi, 43-44)

Dar və sıxıntılı yerlərdə qalacaqlar

Onlar əlləri boynunda bağlı halda Cəhənnəmin dar bir yerinə atıldıqları zaman ölüm diləyərlər. (Furqan surəsi, 13)

Gözləri kor olaraq haşredileceklerdir

...O gün günahkarları (üzləri qara, gözləri) göm-göy (daş kimi və kor) halda bir yerə toplayacağıq. (Taha surəsi, 102)

Əbədiyyən sərinlik və rahatlıq tapa bilməyəcəklər

Onlar orada nə bir sərinlik, nə də bir içki dadacaqlar. İçdikləri yalnız qaynar su və irin olacaq. (Nəbə surəsi, 24-25)

Qapqara duman kölgəsində olacaqlar. Bu duman nə sərin, nə də təravətlidir. (Vaqiə surəsi, 43-44)

Gözəlliklərini itirəcək, çirkinləşdirilib, ürküdücü görkəm alacaqlar

Bu dünyada onları lənətə düçar etdik. Qiyamət günü isə onlar çirkinləşdirilmiş kimsələrdən olacaqlar. (Qəsas surəsi, 42)

O gün neçə-neçə üzlər də qaralıb-turşuyacaq. (Qiyamət surəsi, 24)

Sən Qiyamət günü Allaha qarşı yalan uyduranların üzlərini qapqara görəcəksən. Məgər Cəhənnəmdə təkəbbürlülər üçün yer yoxdur? (Zumər surəsi, 60)

Gözləri qorxudan və dəhşətdən yerə dikiləcək, üzlərini də zillət bürüyəcəkdir. Budur onlara vəd olunan Gün! (Məaric surəsi, 44)

Bütün ruzilər və bütün cənnət yeməkləri onlara haram edilmişdir

Od sakinləri Cənnət əhlini səsləyib deyəcəklər: “Bizim üstümüzə bir az su və ya Allahın sizə verdiyi ruzidən tökün”. Onlar isə deyəcəklər: “Allah bunları inkarçılara haram etmişdir”. (Əraf surəsi, 50)

Qorxu içində yaşayacaqlar

(Ey Məhəmməd,) Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. Allah sadəcə onları cəzalandırmağı gözlərin bərələ qalacağı günə saxlayır. (İbrahim surəsi, 42)

Gözləri qorxudan və dəhşətdən yerə dikiləcək, üzlərini də zillət bürüyəcəkdir... (Məaric surəsi, 44)

Tək yeməkləri, "qaynar su, qan, irin və od" olacaq

Sonra da üstündən onları qaynar su ilə qatışdırılmış bir içki gözləyir. (Saffat surəsi, 67)

Qabaqda onu Cəhənnəm gözləyir; orada ona irinli su içirdiləcək. O bunu qurtum-qurtum içəcək, amma onu uda bilməyəcəkdir... (İbrahim surəsi, 16-17)

Üstündən də qaynar su içəcəksiniz. Siz onu susamış xəstə dəvələr kimi içəcəksiniz. (Vaqiə surəsi, 54-55)

Bu, qaynar su və irindir. Qoy onu dadsınlar! (Sad surəsi, 57)

Qanlı irindən başqa yeməyi də yoxdur. (Haqqə surəsi, 36)

...Öz qarınlarına oddan başqa bir şey doldurmurlar... (Bəqərə surəsi, 174)

Yeməkləri cənnət nemətləri əvəzinə, boğazı tıxayıb keçməyən zəqqum və darı tikanı olacaq

Həqiqətən, zəqqum ağacı günahkar adamın yeməyidir. Qazan kimi, qarınlarda qaynayar – qaynar su qaynayan kimi. (Duxan surəsi, 43-46)

Ziyafət üçün bu yaxşıdır, yoxsa zəqqum ağacı? Biz onu kafirlər üçün bir sınaq etdik. O, qızğın surətdə yanan odun lap dibindən bitib çıxan ağacdır. Onun meyvəsi şeytanların başları kimidir (Saffat surəsi, 62-65)

Siz mütləq zəqqum ağacından yeyəcəksiniz, qarınlarınızı onunla dolduracaqsınız. (Vaqiə surəsi, 52-53)

boğazda tıxanıb keçməyən yemək və ağrılı-acılı bir əzab da vardır (Müzzəmmil surəsi, 13)

Onlara (zəhərli) dari tikanındən başqa bir yemək verilməyəcəkdir. O onları nə doydurar, nə də aclıqdan xilas edər. (Ğaşiyə surəsi, 6-7)

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə