124
sahibləri ruhu yuxarıya doğru qaldırırlar. Beynəlmiləlçilik
fəlsəfəsi bütün insanlarda həm də ədalətcəsinə bərabərlik axtaran
vahid ruh fəlsəfəsidir.
Beynəlmiləlçilik fəlsəfi bir anlayışdır –ona görə ki, insanın
maddi və mənəvi aləmini bir tərəfdən genişləndirir, digər tərəfdən
də aliləşdirir. Beynəlmiləlçilik ideyası özünüdərketmənin ali
mahiyyət formasıdır. Beynəlmiləlçilik düşüncəsinə hakim olan
şəxslər üçün dünyanın makro mahiyyəti ilə qəbul olunması prin-
sipləri mühüm yer tutur. Bu ideya rəngarəng elementlərin çeşidli
məcmusundan yaranan bir bütövü təşkil edir. Beynəlmiləlçilik
ruhunu özündə daşıyan şəxslər məhz dünyanın hər bir məkanını
əyani və qiyabi olaraq özünə yaxın hesab edir. Belə şəxslər üçün
mədəni torlar ideyası rədd edilir. Beynəlmiləlçilik ruhu milli
ruhun beynəlxalq ruhla, beynəlxalq elementlərlə bağlanması
düşüncələrini özündə əks etdirir. Bu bağlanma da daxilən zəngin-
lik axtaran insane ruhunu sakitləşdirir. Beynəlmiləlçilik ruhu
mənəvi dəyərləri daha çox baza hesab edirlər. Onlarda maddi
aləmin məkan nisbətinə olan sonsuzluğu qəlb rahatlığı və
arxayınlığını ehtiva edir.
Beynəlmiləlçilik ruhunu daşıyan şəxslər öz məkanlarında və
başqa məkanlarda rəngarəngliyi və çox çeşidliyi qəbul edir və
düşüncələrini əhatələndirir və düşüncələrinin obyektində
müxtəlif mədəni xalqların nümayəndələri olan şəxsləri və on-
ların əməllərni görürlər. Xalqların birgə yaradıcılığı və qurucu-
luğu önəmli mahiyyət daşıyır. Beynəlmiləlçilik elə dəyərləri
bağlayan ali fəlsəfi düşüncə kriteriyasıdır. Piramidanın yuxarı
mərhələsində bitkinləşir.
Beynəlmiləlçilik ruhu insanlar arasında fizioloji və mədəni
fərqliliyi yalnız vahid dünya məkanının tərkib zənginliyi kimi
görür. Beynəlmiləlçilik ruhu geniş məkanlar üzrə sintez olunmuş
bir ruhdur və dəyərlərin mübadiləsini əsas prinsip kimi görür.
Beynəlmiləlçilik ruhu avtoxton mədəni kompleksiyanı yarıb
keçir və özünü ümumdünya mədəni mərkəzləşməsi amili kimi
axtarır.
125
Beynəlmiləlçilik ruhu ümumdünyaya bağlanmaq və
mərkəzdə özünü (fərdin özü nəzərdə tutulur) görmək kimi fəlsəfi
idrakı meydana gətirir. Beynəlmiləlçilik anlayışında multikultur-
alizm var. Bu anlayışı öz ruhunda yaxından dərk edənlər dü-
nyanın maddi və mənəvi irsini özləri üçün doğma hesa edirlər.
Ümumdünya mədəniyyətinin nümunələri bu fəlsəfi baxışlar
altında doğmalaşır.
Məlumdur ki, insan ehtiyacları, tələbatları, istəkləri və bun-
dan yaranan maraqları milli və beynəlxalq olmaqla, iki hissəyə
ayırılır. Müasir dövrdə dünya haqqında audio və video vizual
görüntülərin əldə olunması -bir tərəfdən, praktiki olaraq əyani
tanışlıq isə başqa bir tərəfdən, hansı xalqı təmsil etməyindən
asılı
olmayaq,
insan
ruhunun
zənginləşməsinə
və
vəhdətləşməsinə
səbəb
olur.
Ümumdünya
ədəbiyyatı,
mədəniyyət və incəsənət nümunələrinin mübadiləsi, xalqlar
tərəfindən açıq şəkildə mənimsənilməsi və bu elementlərə veri-
lən dəyərlər özlüyündə beynəlmiləlçilik fəlsəfi düşüncələrini
meydana gətirir. Dünya resursları, onların xammal və emal
şəkilində dünyaya təqdim edilməsi də beynəlmiləl ruhu zəngin
edir.
İnsanlar öz düşüncələrinin mərkəzində özlərini görürlər.
Bununla da mövcud olduqları məkanlarda özlərini təsdiq və
ifadə edirlər. Həmçinin qərar tutduqları bütün məkanları
özgədən doğmaya çevirirlər. İnsan düşüncələrində milli
amillərlə yanaşı, insanlıq fəlsəfəsinin tərkibi olaraq, beynəlxalq
humnanist amillər də üstünlük təşkil edir. İnsan həm öz doğma
yurdunu, ölkəsini, vətəninin, dilini, dinini qəbul edir, özünü bu
amillərdə təbii olaraq təsdiq edir, bu kimi kriteriyalarla yaşayır,
həm də beynəlxalq məkanda, dünya məkanında özünü hiss edir.
Belə xarakterli insanlar üçün “vahid dünya və insan onun
mərkəzində” fəlsəfi düşüncələri qərarlaşır.
Beynəlmiləlçilik fəlsəfəsinin bir istiqaməti də barışdırıcılıq,
sülhü yaratmaq fəlsəfəsidir. Ümumdünya sülh missiyasını
həyata keçirmək düşüncələri, dünyada müharibələri rədd etmək
126
düşüncələri də burada hakim olur. Bəşəri və ümumsivil dəyərləri
itirməmək naminə beynəlmiləl vahid konstruksiyanı pozmamaq
naminə beynəlmiləlçi insanlar barışdırıcılıq missiyasını üstün tu-
turlar və zərərverici ünsürləri zərərsizləşdirməyə çalışırlar.
Beynəlmiləlçilik fəlsəfəsinin daha bir qolu ümumən dünya-
da qadın hüquqlarını təbliğ edən ictimai-siyasi proseslərdən
ibarətdir. Dünya feminizm fəlsəfəsi (qadınlara ictimai-siyasi
həyatda kişilərlə yanaşı bərabər iştirakçılığı təbliğ edən fəlsəfi
düşüncə) onun tərkibini təşkil edir.
Beynəlmiləlçilik fəlsəfəsinin formalaşmasında beynəlxalq
sənədlər yönləndirici vasitələr qismində çıxış edə bilirlər.
“Ümumdünya vətəndaşlığı” anlayışı və onun əhəmiyyəti
Hər kəs həm öz ölkəsinin, həm də dünyanın sakinidir. Dü-
nya bir, Allah bir, insanlar və xalqlar da birdir. Fərqlilik yalnız
bu vahidin makro məzmununu tamamlamaq üçündür. Vəhdət
dünya daxili elementləri ilə zəngindir və bu zənginlik insanlar
üçün bir dövlət ideyasını nisbiləşdirir.
Vətəndaş anlayışı nədir. Məlumdur ki, indi hər bir sakin
dövlət adlanan siyasi qurumun sərhədləri daxilindəki məkanda
yaşayır. Dövlət insanların hüquqlarını müəyyən edən tərəf
rolunu oynayır. Dövlət insanların hüquqlarını xalqların bərabər
hüquqları vəhdətində təmin etmək funksiyasına malik olur. Milli
vətəndaşlara xaricilərə nisbətən daha çox hüquqlar verilir.
Dünya sakinləri cəmiyyət formasında və tayfa halında
(tribes) meşəliklərdə, cəngəlliklərdə (Amazonka meşəliyi,
İndoneziya meşəlikləri və s.), səhralarda (Afrika səhraları) və
çollərdə (aullarda-köçərilərin həyat sürdüyü mobil yurdlarda),
dağlarda yaşayırlar. Bu baxımdan da yaşayış tiplərini bəsit
(təbiətdən asılı) və təkmil (sosial formalı, mürəkkəb strukturlu)
olaraq iki baza qrupa ayırmaq olar. Təkmil forma daha çox
oturaq həyat tərzinə aid olur və müasir anlamda müəyyən sivil
məkanda qurulan əlaqələr və münasibətlər formasını özündə
Dostları ilə paylaş: |