148
nə də ümumdünya sakinlərini fikirləşirlər. Bir çox hallarda
beynəlxalq aləmdə qeyri-etik, qeyri-insani hərəkətlər edirlər.
Hətta müəyyən xalqlara qarşı soyqırımlar törədirlər. Başqa
xalqların dövlətlərini işğal edirlər və hərbi quruplaşma altında
saxlayırlar. Bir çox hakimiyyət qurupları öz maraqlarını
birtərəfli qaydada təmin etməyə, ətrafa isə soyuq yanaşmağa səy
göstərirlər. Əksər dövlətlərin hakimiyyəti üçün ümumdünya
sülhü bir o qədər də vacib və prioritet məsələ kəsb etmir. Buna
görə də dünya gərginliklərlə dolu olur. Dünya birliyi kompleksi
daxilən ziddiyyətli elementlərə ayrılır. Bu kimi hallar da
özlüyündə insanlarda sabit dünyaya olan inamı sarsıdır.
Hörmətli Baş Katib, Pan Qi Mun, Siz də yaxşı bilirsiniz ki,
dövrümüzün beynəlxalq münasibətlər sistemi heç də sağlam
deyil və bundan çoxlu sayda xalqlar əziyyət çəkirlər. Ayrı-ayrı
dövlətlərin aktları beynəlxalq münasibətlər sisteminin sağlam
ruhunu zərbələr altında qoyur. Çox zaman olduğu kimi, bu gün
də BMT başda olmaqla, əksər təşkilatlar öz xidməti
funksiyalarını yüksək səviyyədə yerinə yetirmək iqtidarında
deyillər. Bir çox təşkilatlar dövlət maraqlarının birtərəfli
təminatçısının alətlərinə çevriliblər. Ziddiyyətlərdən isə əziyyət
çəkənlər daha çox sadə insanlardır. Dünya özü depressiya
vəziyyətində qalıb.
Hər kəsə məlumdur ki, BMT dünyanın ən qlobal
problemləri ilə məşğul olan universal təşkilatıdır. Bütün dünya
sakinləri bu qurumu alidə görür, ucada axtarır. Fikirləşirlər ki,
BMT dünya xalqları üçün universal məzmunlu himayəçi bir
qurumdur. Yaxşı əməllər naminə dövlətlərə təsir etmək
gücündədir. Tarixi missiyadan o da məlumdur ki, BMT dünya
dövlətləri arasında dostluq, qardaşlıq, sülh yaratmaq məqsədilə
təsis olunub. Sülhə nəzarət, sülhün pozulmasının qarşısının
alınması yolunda müəyyən işlər görmək BMT-nin əsas
vəzifələrinə aid edilir. BMT-nin ümdə funksiyası bütün dünya
əhalisinin firavan yaşamasını təmin etməkdən, dünya
resurslarından dinc məqsədlərlə istifadəni təmin etməkdən və bu
149
yöndə xeyirxah addımlar atmaqdan ibarətdir. Nizamnaməyə
əsasən, BMT həm təşkilat səviyyəsində fəaliyyət göstərmək,
həm də dövlətləri müvafiq siyasətə yönləndirmək səlahiyyətinə
malik olan bir qurumdur.
BMT-nin dünya sakinləri və dünya dövlətləri üçün xeyirxah
missiyası onun Nizamnaməsində geniş təsvir olunub. Bu sənədə
görə qurum bütün dünya sakinləri üçün ideal və praktik
səlahiyyətli bir təşkilatdır. Missiyası bütün xeyirxah əməllərdən
ibarətdir. O da dünya ictimaiyyətinə məlumdur ki, BMT
səviyyəsində ideal dünya quruluşunu tərənnüm edən, dövlətlərə
faydalı yollar göstərən çoxlu sayda beynəlxalq sənədlər qəbul
olunub. Bütün sənədlərin mahiyyəti dövlətlər və insanlar
arasında bərabər şərtlərlə sülhü, sabit inkişafı tərənnüm
etməkdən ibarətdir. İnsanların ali nəzəri fikirləri elə sənədlərdə
qaydalar və normalarla ifadə olunur. Lakin hadisələrin gedişatı
onu göstərir ki, sənədlərdə əks olunan pozitiv normalar yalnız
nəzəri mahiyyət kəsb edir və kağız üzərində insanlar üçün
sadəcə bir təbliğat və təşviqat vasitəsidir. Reallıqda isə ancaq
elmin, publisistikanın obyekti ola biləcək külliyyatı təşkil
etməkdən başqa bir şey deyil.
Cənab Baş Katib, Siz istənilən, arzu olunan gələcəyi
yaratmaq üçün qurumun qlobal gündəliyinə beş məsələnin daxil
olmasını göstərmisiniz: davamlı inkişafı təşviq etmək, daha
təhlükəsiz dünya yaratmaq, böhranların qarşısını almaq,
keçid vəziyyətində olan ölkələrə kömək etmək və dünya
qadınları və gəncləri üçün daha çox iş görmək. Təbii ki, bu
konsepsiyalar və tezislər ali pozitiv məqsədləri və amalları əks
etdirir. Özündə ideallığın konseptual dəyərlərini cəmləşdirir.
Eləcə də tezislər olaraq, elmi dillə ifadə etsək, əksər konseptual
elementləri öz tərəfinə çəkən mətn başlıqlarını xatırladır.
Real siyasətin icrası və mahiyyəti ondan ibarətdir ki, hər
zaman olduğu kimi, bu gün də qeyd etdiyiniz daha təhlükəsiz
dünya yaratmaq ideyasının reallaşması olduqca çoxlu sayda
problemlərlə qarşılaşır. Hadisələr müsbət istiqamətdə rəvan
150
şəkildə cərəyan edə bilmir. Yəni, qarşıya qoyduğunuz məsələ
sadəcə bir şüar olaraq üzdə geniş xalq kütləsi üçün səslənir.
Bütün gərgin anlarda, beynəlxalq böhranlarda dünya
sakinlərinin ümidləri BMT-ə
yönəlir. BMT-dən isə
gözlədiklərini əldə edə bilmirlər. Əksər hallarda bu qurumun
səmərəsiz fəaliyyəti dünya sakinləri içərisində beynəlxalq
hüquqa olan inamını heçə endiribdir. İnsanlıq üçün idealizm
üzərində qurulan praktik arxitektonika yalnız içərisi zəif olan
zahiri forma alıb. Bu baxımdan, son hadisələr onu göstərir ki,
BMT qarşısına qoyduğu ülvü məqsədlər üçün heç də öz
missiyasını layiqincə yerinə yetirə bilmir. Demək olar ki, gücü
çatmır. Ya da gərginləşən hadisələrin dağıdıcı effekti bu qurm
üçün maraqlı deyil. BMT Baş Assambleyasının qəbul etdiyi
qərarların əksər hallarda praktiki olaraq icrası, dövlətlər
tərəfindən yerinə yetirilməsi qeyri-mümkün bir hala çevrilir.
Saymazlıq dünya əlaqələri sisteminin sağlamlığını şübhə altında
qoyur. Onda, insanlarda təəssüf hissi oyanır və ümidləri puça
endirir.
Hörmətli Baş Katib, qeyd etmisiniz ki, dünya əhalisi üçün
daha çevik, təsirli və səmərəli BMT çox vacibdir. Bəli, bütün
dünya sakinləri olaraq biz də belə qəbul edirik. Sizin fikirinizlə
razıyıq. Lakin bü gün fikirlərin reallığa çevrilməsi məqsədilə
səmərəliliyi ilə seçilməli olan BMT-nin mövcudluğu və
fəaliyyəti sual altındadır. Dünya sakinləri BMT-nin səmərəli
fəaliyyətini görə bilmirlər. Qəbul etdikləri qərarlar yalnız stol
üstündə qalır, sənədlər inzibati bölmələrdə sadəcə olaraq
qeydiyyat nömrəsi alırlar. Əksər normalara və qaydalara əməl
demək olar ki, yoxdur.
BMT faktiki olaraq dünya münaqişələrinin həllində öz
səmərəli fəaliyyətini göstərə bilmir. Qurumun barışdırıcılıq
missiyası faktiki olaraq mövcud deyil, ya da dünya sakinlərinin
gözündə zəif bir işartı ilə işıqlanır. Münaqişələrin qarşısını
almaq üçün qurum tərəfindən preventiv diplomatiya tətbiq
olunmur. Əksər münaqişəli regionlarda qurumun fəaliyyəti
Dostları ilə paylaş: |