Dövlət sirri haqqında


DÖVLƏT SİRRİNİN MÜHAFİZƏSİNİN TƏMİN OLUNMASINA



Yüklə 473,96 Kb.
səhifə4/5
tarix22.01.2022
ölçüsü473,96 Kb.
#83051
1   2   3   4   5
733-IIQ Dövlət sirri haqqında

DÖVLƏT SİRRİNİN MÜHAFİZƏSİNİN TƏMİN OLUNMASINA

NƏZARƏT
M a d d ə 31. Dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarət

  1. Dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

  2. Dövlət sirrinin yayılmasının qarşısının alınması Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən etdiyi qaydada həyata keçirilir.

M a d d ə 32. Dövlət sirrinin mühafizəsinin təmin olunmasına idarələrarası və idarə nəzarəti

  1. Dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarə orqanlarında, müəssisə, idarə və təşkilatlarda dövlət sirrinin mühafizəsinin təmin olunmasına idarələrarası nəzarəti Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirir.

  2. Bu Qanunla müəyyən olunmuş qaydada dövlət sirrinə aid edilən məlumatlar barəsində sərəncam vermək səlahiyyətinə malik dövlət hakimiyyəti orqanları tabeliklərində olan müəssisə, idarə və təşkilatlarda dövlət sirrinin mühafizəsinin təmin olunmasına idarə nəzarətini həyata keçirir.

  1. Respublikası Prezidentinin İcra Aparatı və Azərbaycan Respublikasının Nazirlər Kabineti aparatlarında və Azərbaycan Respublikası Milli Məclisinin Aparatında dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarət onların rəhbərləri tərəfindən təşkil edilir.

  2. Məhkəmə və prokurorluq orqanlarında dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarət bu orqanların rəhbərləri tərəfindən təşkil edilir.

  3. İdarələrarası nəzarətin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

  4. Dövlət mühafizə obyektlərinin və mühafizə olunan obyektlərin informasiya və rabitə sistemlərində və şəbəkələrində dövlət sirrinin mühafizəsinin təmin olunmasına idarələrarası nəzarəti öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti həyata keçirir;




Yüklə 473,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə