Dövlət sirri haqqında


DÖVLƏT SİRRİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI QANUNVERİCİLİYİNİN POZULMASINA GÖRƏ MƏSULİYYƏT



Yüklə 473,96 Kb.
səhifə3/5
tarix22.01.2022
ölçüsü473,96 Kb.
#83051
1   2   3   4   5
733-IIQ Dövlət sirri haqqında

DÖVLƏT SİRRİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI QANUNVERİCİLİYİNİN POZULMASINA GÖRƏ MƏSULİYYƏT
Maddə 30. Dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulmasına görə məsuliyyət və mübahisələrə baxılma qaydası

30.1. Dövlət sirri haqqında Azərbaycan Respublikasının qanunvericiliyini pozan hüquqi şəxslər, vəzifəli şəxslər və vətəndaşlar qüvvədə olan qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar.

30.2. Müvafiq dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri məlumatların qeyri-qanuni yayılması üzrə qərar qəbul edərkən qeyri-qanuni yayılmış məlumatın dövlət sirri təşkil etməsi haqqında ekspert rəyinə əsaslanırlar. Ekspert rəyinin hazırlanması və təsdiqi qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

30.3. Dövlət sirri təşkil edən məlumatların qeyri-qanuni yayılması bütövlükdə Azərbaycan Respublikası və ya mərkəzi icra hakimiyyəti orqanı üzrə dövlətin təhlükəsizliyinə ziyan vurulmaqla nəticələndiyi hallarda məlumatların yayılması faktı üzrə materiallara Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya tərəfindən baxılır və rəy verilir.



30.4. Vətəndaşların, dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, müəssisə, idarə və təşkilatların bu Qanunla bağlı qanuni maraqlarının və hüquqlarının qorunması, mübahisələrə baxılması məhkəmə qaydasında və ya qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
VII fəsil


Yüklə 473,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə