Doqquz kitabda BİRİNCİ HİSSƏ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə22/36
tarix08.12.2017
ölçüsü0,58 Mb.
#14663
1   ...   18   19   20   21   22   23   24   25   ...   36

23

necə aldıqlarını əsərimin başqa hissəsində danışacağam) və Babil bölgəsi istisna olmaqla bütün assuriyalıları tabe

edirlər. Bundan sonra Kiaksar vəfat edir. O, 40 il hakimiyyət sürür (iskitlərin hakimiyyəti də bu hesaba daxildir).

107. Kiaksar oğlu Astiaq varis kimi atasını əvəz edir. Asqiaqın Mandana adlı qızı varmış. Astiaq bir dəfə yuxuda

görür ki, qızı həddindən çox işədiyinə görə sidik onun baş şəhərini və bütün Asiyanı basıbdır. Hökmdar yozucu

mağlardan yuxunun mənasını soruşur. Mağlar yuxunun mənasını dəqiq izah edəndə hökmdar mağları anlayıb qorxuya

düşür. Sonra Madananın ərə getmək vaxtı gəlib çatanda. Astiaq onu mənşəcə bərabər bərabər olan midiyalılardan heç

kəsə vermək istəmir. Gördüyü yuxudan qorxan hökmdar qızını ad-sana görə orta səviyyəli midiyalıdan aşağı saydığı,

amma nücəba nəslindən olub sakit xasiyyətinə görə seçdiyi Kambis adlı farsa ərə verir.

108. Kambisin Mandanaya evlənməsindən bir il sonra Astiaq yenə yuxu görür. Onun bu dəfəki yuxusuna girən

əhvalata görə qızının bətnindən göyərən üzüm tənəki sonra bütün Asiya boyu uzanır. Hökmdar gördüyü bu yuxunu da

yozuculara bildirir və sonra hamilə olub tezliklə uşaq gözləyən qızının dalınca Parsaya adam göndərilməsini buyurur.

Qızı gəlib çıxanda Astiaq onu nəzarət altında saxlamağı əmr edir və körpəni məhv etmək istəyir. Yuxu yozan mağlar

yuxunu ona belə yozurlar: qızının oğlu Astiaqın yerində hökmdar olmalıdır. Bundan yaxa qurtarmaq istəyən Astiaq

nəvəsi (Kuruş) doğulandan sonra qohumunu, midiyalılar içərisində ona ən sadiq olan adamı, Midiyada təsərrüfatı idarə

edən Arpaqı yanına çağırıb ona belə sözlərlə müraciət edir: "Arpaq! Mən sənə mühüm tapşırıq verirəm. Onu dəqiq

yerinə yetir. Amma başqasının mənafeyini mənim mənafeyimdən üstün tutaraq məni aldatma ki, sonra öz təqsirin

üzündən məhv olmayasan. Mandananın doğduğu körpəni götürüb öz evinə apar və öldür. Sonra da onu lazım bildiyin

kimi basdır". Arpaq isə cavab verir: "Hökmdar! Əvvəllər məndən narazı qalmağına heç bir əsas olmamışdır, bundan

sonra da çalışaram ki, heç nəyə görə günahkar olmayım. Sənin buyuruğun belədirsə, mən onu səylə yerinə yetirərəm".

109. Arpaq hökmdara belə cavab verir. Artıq dəfn libası geydirilmiş körpəni ona verəndə o, evə ağlaya-ağlaya

qayıdır. Astiaqın bütün sözlərini arvadına danışır. Arvadı soruşur: "İndi sən nə edəcəksən?" Arpaq cavab verir:

"Hökmdar indikindən də düşüncəsiz və ağlını itirmiş vəziyyətə düşsə belə, əlbəttə, mən onun tapşırığını, hər halda,

yerinə yetirməyəcəyəm və bu qədər dəhşətli ölümün iştirakçısı olmayacağam. Mən bu uşağı müxtəlif səbəblərə görə

öldürmək istəmirəm. Hər şeydən əvvəl ona görə ki, körpə mənə qohumdur, sonra da axı, Astiaq qocadır, onun kişi nəsli

yoxdur. Hökmdarın ölümündən sonra onun taxtı qızına keçərsə, onun oğlunun öldürülməsi məhz mənə tapşırıldığı üçün

məgər bizi də ölümcül təhlükə gözləməzmi? Əgər təhlükəsizliyim üçün bu körpəni öldürmək lazımdırsa, qoy onu

mənim adamlarım deyil, Astiaqın adamlarından biri öldürsün.

110. Arpaq arvadına beləcə deyib, çoxlu vəhşi heyvanlar olan dağ çəmənliklərində Astiaqın inək otaran bir

naxırçısının dalınca carçı göndərir. Naxırçının adı Mitradat idi. O, arvadı ilə birlikdə bu yerlərdə yaşayırdı, arvadı da

Astiaqın köləsi idi. Onun adı ellinlərin dilində Kino, amma midiyalıların dilində İspak (Spako) idi. (Midiya dilində

"ispak" sözü, "it" deməkdir). Bu naxırçının mal otardığı otlaq isə Akbatanadan şimalda Evksin Pontu istiqamətində

yerləşirdi. Midiya torpağını ancaq bircə yerdə, məhz saspirlərin torpaqlarının yaxınlığında uca dağlar və sıx meşələr

bürümüşdür. Midiyanın bütün qalan sahəsi isə yastı düzənlikdir. Naxırçı çağırışa görə tələm-tələsik gələndə Arpaq ona

bax belə deyir: "Astiaq sənə əmr edib ki, bu körpəni götürüb gedəsən və lap tezcə ölməsi üçün aparıb dağların fısıllıq

bir yerinə atasan. Bununla bərabər, hökmdar buyurub ki, sənə, bax, bu sözləri də deyim: "Əgər sən uşağı öldürməyib

onu bir yolla xilas eləsən, onda, səni amansız ölüm cəzası gözləyəcəkdir. Körpənin doğrudan, da atılmağına baxmaq isə

mənə tapşırılmışdır".

111. Naxırçı əmri dinləyib, uşağı qucağına götürür və gəldiyi yolla öz daxmasına qayıdır. Bu vaxt onun bu, gün-

sabah hamiləlikdən qurtaracağını gözləyən arvadı təsadüfün hökmü ilə məhz əri şəhərə gedəndə doğur. Onların ikisi də

bir-birindən nigaran qalır. Kişi arvadının doğmasının (gedişindən), arvad isə Arpaqın ərinin ardınca nə üçün adam

göndərməsindən (əvvəllər heç vaxt belə iş olmadığına görə) qayğılı idi. Kişi geri qayıdıb arvadına yanaşdıqda ərini

qəflətən görən arvadın birinci sualı bu olur: Arpaq onu niyə tələsik öz yanına çağırıb? Əri isə cavab verir: "Arvad!

Şəhərə gedib çatanda elə şey gördüm, elə şey eşitdim ki, bunu gərək heç vaxt görməyəydim, bizim ağalarımızın başına

da gərək heç vaxt belə işlər gəlməyəydi. Ağlaşma Arpaqın bütün evini başına götürmüşdü. Mən qorxa-qorxa axır ki,

evə girdim. Elə ki, evə ayaq basdım, onda titrəyən və qışqıran bir körpə gördüm. Uşağın qızıl bər-bəzəyi vardı, özünə

də rəngbərəng naxışlarla bəzənmiş paltar geydirilmişdi. Arpaq məni görən kimi, uşağı dərhal götürüb özümlə aparmağı

və çoxlu vəhşi heyvan olan dağlara atmağımı əmr etdi. Arpaq bunu da dedi ki, Astiaqın buyruğu belədir, üstəlik əgər

hökmdarın əmrini yerinə yetirməsəm, mənə qorxunc hədələr gəldi. Mən uşağı nökərlərdən birinin uşağı sayıb,

qucağıma götürüb gəldim. Axı, mən uşağın doğrudan da kimin olduğunu heç başa düşməzdim, bircə onun qızıl bər-

bəzəyinə və dəbdəbəli geyiminə heyran qalmışdım. Arpaqın evindəki ağlaşma həşiri, ah-fəryad da məni mat qoydu.

Amma məni şəhərdən ötürən, uşağı mənə verən nökərdən yoldaca işin əslini öyrəndim. Nökər mənə danışdı ki, bu

körpə Astiaqın qızı Mandananın uşağıdır, adı Kuruşdur, atası da Kambisdir, Astiaq da körpənin öldürülməsini buyurub.

Bax, uşaq budur!".

112. Naxırçı bu sözləri deyib, uşağın qundağını açır, onu arvadına göstərir. Arvadı onun necə iri və xoşsifət uşaq

olduğunu görüb göz yaşları tökərək ərinin ayaqlarına döşənir, uşağı atmaması üçün and-aman eləyir. Kişi cavab verir

ki, başqa cür eləyə bilməz, axı Arpaqın casusları yoxlamağa gələcəklər, hökmdarın əmrinə əməl etməmək üstündə onu

əzab verə-verə öldürərlər. Ərini inandıra bilməyən arvad əlacsız qalıb bu sözlərlə ona bir də üz tutur: "Uşağı atmamaq

üçün mən səni dilə tuta bilmirəm, indi ki uşağın atıldığını adamlar hökmən; görməlidirlər, onda belə elə: axı, mən də

doğmuşam, amma ölü uşaq doğmuşam. Sən ocığazıca apar vəhşi heyvanlara yem elə, Astiaqın qızının körpəciyəzini də

gəl özümüzün doğma oğlumuz kimi böyüdək. Beləliklə, səni də əmrə qulaq asmamaq üstündə tutmazlar, bizə də pis

olmaz. Axı, bizim ölü doğulmuş körpəmiz şahzadə kimi dəfn olunar, salamat qalan da sağ olar".

113. Naxırçı fikirləşir ki, arvadı bu işdə tam haqlıdır və dərhal onun dediyi kimi edir. O, özü ilə gətirdiyi və ölümə

məhkum olunmuş uşağı arvadına verir, özünün ölü doğulmuş uşağını isə hökmdar uşağını gətirdiyi səbətə qoyur. Sonra




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə