"Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları" nın təsdiq edilməsi haqqında



Yüklə 446,02 Kb.
Pdf görüntüsü
səhifə5/15
tarix26.11.2017
ölçüsü446,02 Kb.
#12692
1   2   3   4   5   6   7   8   9   ...   15

10 

 

Müəllifinə və ədəbiyyatına istinad olunmayan özgənin materiallarından istifadə edildikdə, 



baxılma  mərhələsindən  asılı  olmayaraq  dissertasiyanın  ekspertizası  dayandırılır  və 

iddiaçıya həmin mövzu üzrə təkrar müdafiə hüququ verilmir. 

 

Qeyd:  Məqalələr  Ali  Attestasiya  Komissiyasının  reyestrinə  daxil  olan  nəşrlərdə  dərc 

olunmalıdır.  Doktorant  eyni  zamanda  beynəlxalq  və  respublika  elmi  konfranslarında 

iştirak  etməli,  dissertasiya  üzrə  məqalə  və  tezisləri  həmin  konfransların  materiallarında 

dərc  etməlidir.  Yalnız  yuxarıda  göstərilən  şərtlər  yerinə  yetirilirsə,  doktorant  müdafiəyə 

buraxılır.

 

 



 

14.

 

Dissertasiyaların təqdim olunması və müdafiəsi 

 

14.1.



 

Dissertasiya işinin yerinə yetirildiyi müəssisədə ilkin ekspertiza 

14.1.1.


 

Dissertasiya  işinin  yerinə  yetirildiyi  və  ya  iddiaçının  təhkim  olunduğu  müəssisə 

(birlik, təşkilat) dissertasiyanın  ilkin  ekspertizasını keçirir və dissertasiya haqqında 

rəy  verir.  Rəydə  dissertasiyada  şərh  olunan  elmi  nəticələrin  alınmasında  müəllifin 

konkret  şəxsi  iştirakı;  tədqiqat  nəticələrinin  dürüstlük  dərəcəsi,  onların  yeniliyi  və 

elmi-praktiki  əhəmiyyəti;  dissertasiyanın  müvafiq  ixtisasa  uyğun  gəlməsi;  müəllif 

tərəfindən dərc olunmuş işlərdə dissertasiya materiallarının əks etdirilməsi dərəcəsi 

göstərilməlidir. 

14.1.2.

 

Rəy iddiaçıya namizədlik dissertasiyası ilkin ekspertizaya təqdim olunduğu gündən 



iki ay müddətinədək verilməlidir. 

14.1.3.


 

Müəssisənin  (birliyin,  təşkilatın)  rəhbəri  rəyin  keyfiyyəti,  obyektivliyi  və 

hazırlanma müddəti üçün cavabdehdir. 

 

14.2.



 

Təqdim edilən sənədlər 

14.2.1.


 

İddiaçının ərizəsi. 

14.2.2.

 

İş yerində təsdiq olunmuş, üzərində fotoşəkil olan kadrların şəxsi uçot vərəqi – 2 



nüsxə. 

14.2.3.


 

Dissertasiya  mövzusunun  AR  Elmi  Tədqiqatların  Təşkili  və  Əlaqələndirilməsi 

Şurasında təsdiq olunması haqqında protokoldan çıxarış - 2 nüsxə. 

14.2.4.


 

Dissertasiyanın  mövzusunun  və  elmi  rəhbərin  (məsləhətçinin)  təsdiq  olunması 

haqqında protokoldan çıxarış – 2 nüsxə. 

14.2.5.


 

Doktorluq  imtahanlarının  verilməsi  haqqında  vəsiqə  (Fəlsəfə  doktoru  proqramı 

üzrə elmi dərəcəsinin iddiaçıları üçün) - 2 nüsxə. 

14.2.6.


 

Dissertasiyanın  cildlənmiş  nüsxələri  –  zəruri  sayda  və  avtoreferatın  əlyazması 

(dissertasiyanın bütün nüsxələrinin titul vərəqini və avtoreferatın əlyazmasının üz 

qabığını iddiaçı imzalayır). 

14.2.7.

 

Fəlsəfə  doktoru  proqramı  üzrə  elmi  dərəcə  iddiaçıları  üçün  ali  təhsil  haqqında 



diplomun (xaricdə, o cümlədən MDB ölkələrində təhsil almış şəxslər üçün əlavə 

olaraq,  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyindən  verilmiş  ekvivalentlik 

haqqında şəhadətnamənin) təsdiq edilmiş surəti - 2 nüsxə. 

14.2.8.


 

Dissertasiya  işinin  yerinə  yetirildiyi  və  ya  iddiaçının  təhkim  olunduğu  təşkilatın 

rəyi  (1  nüsxə),  rəyin  müzakirə  olunduğu  iclasın  protokolu  (1  nüsxə), 

resenzentlərin  yazılı  rəyləri  (hər  birindən  1  nüsxə)  və  müzakirənin  gedişinin 

videoçəkilişi yazılmış kompakt disklər - 2 nüsxə. 

Rəy kafedra (laboratoriya, bölmə, şöbə) iclasının və ya seminarın protokolundan 

çıxarış  şəklində  tərtib  edilir,  təşkilatın  rəhbəri  tərəfindən  təsdiq  olunur  və  ona 

təşkilatın möhürü vurulur. 

Protokol iclasın sədri və katibi tərəfindən imzalanır, onların imzası təşkilatın elmi 

katibi tərəfindən müvafiq qaydada təsdiq olunur. 




11 

 

14.2.9.



 

İddiaçının elmi-pedaqoji və istehsalat fəaliyyəti haqqında xasiyyətnamə - 2 nüsxə. 

Xasiyyətnamə əsas iş  yerindən verilir, təşkilatın (müəssisənin) rəhbəri tərəfindən 

imzalanır, gerbli möhürlə təsdiqlənib, tarix qoyulur. 

14.2.10.

 

Elmi rəhbərin (məsləhətçinin) rəyi - 2 nüsxə. 



14.2.11.

 

Dissertasiyanın  mövzusuna  dair  dərc  olunmuş  elmi  əsərlərin  siyahısı  -  2  nüsxə 



(Bax: Əlavə 4). 

14.2.12.


 

Elmi  əsərlər  və  ya  onların  surətləri  (mündəricat  daxil  olmaqla),  monoqrafiya  və 

kitablar (2 nüsxə) ayrıca qovluqda təqdim edilir. 

 

14.3.



 

Dissertasiya şurasında ilkin ekspertiza 

14.3.1.


 

Dissertasiya  şurası  Komissiyanın  müəyyən  etdiyi  siyahı  üzrə  sənədlər  təqdim 

edildikdə dissertasiyanı ilkin müzakirə və sonrakı müdafiə üçün qəbul edir. 

Dissertasiya  şurasında  dissertasiyaların  ilkin  müzakirəsi  "Dissertasiya  şuraları 

haqqında"  Əsasnaməyə  uyğun  aparılır.  İlkin  ekspertiza  zamanı  dissertasiyaların 

Komissiya  tərəfindən  müəyyən  edilmiş  tərtib  edilmə  qaydalarına  riayət  olunması 

nəzərdən  keçirilir.  İlkin  ekspertiza  zamanı  müəyyən  edilmiş  nöqsanlar 

əsaslandırılmalı  və  dissertasiya  nöqsanların  aradan  qaldırılması  üçün  vəsadət 

qaldıran müəssisəyə (birliyə, təşkilata) qaytarılmalıdır.  İlkin ekspertizanın  müddəti 

bir ay təşkil edir. 

14.3.2.

 

Dissertasiyanın  mövzusu  iki  ixtisası  əhatə  etdikdə  və  dissertasiya  şurasının  ikinci 



ixtisas üzrə müdafiə keçirmək hüququ, habelə həmin ixtisas üzrə fəaliyyət göstərən 

şura  olmadıqda,  müdafiənin  keçirilməsi  üçün  dissertasiya  şurasının  tərkibinə  tələb 

olunan ixtisas üzrə Komissiya tərəfindən uyğun mütəxəssislər daxil edilir. 

14.3.3.


 

Dissertasiya  şurada  ilkin  müzakirə  üçün  qəbul  edildikdə,  ixtisası  dissertasiyanın 

ixtisasına uyğun şura üzvlərindən yaradılmış komissiya dissertasiya ilə tanış olaraq 

onun  şuraya  müdafiə  keçirmək  hüququ  verilmiş  ixtisasa  və  elm  sahəsinə 

uyğunluğuna, müəllifin dərc edilmiş əsərlərinin dissertasiyanın məzmumnunu əhatə 

edib-etməməsinə  dair  rəy  verir,  həmçinin  baxılan  dissertasiya  işi  üzrə  aparıcı 

təşkilatın,  rəsmi  opponentlərin  təyin  rdilməsi,  lazım  gəldikdə  isə  şuranın  tərkibinə 

əlavə üzvlərid daxil edilməsi haqqında təkliflər hazırlayır.  

14.3.4.

 

İlkin  müzakirədən  keçirilərək  dissertasiya  şurasına  təqdim  edilmiş  dissertasiyalar 



şura rəhbərliyinin tövsiyəsi ilə şuranın fəaliyyət göstərdiyi təşkilatda yaradılan elmi 

seminara göndərilir. 

14.3.5.

 

Müzakirə zamanı fəlsəfə doktoru dissertyasiyaları üzrə iki (bir elmlər doktoru və bir 



fəlsəfə doktoru, müstəsna hallarda, iki fəlsəfə doktoru) resenzentin olması zəruridir. 

Resenziyalar yazılı şəkildə təqdim edilir. Müzakirənin nəticəsi olaraq dissertasiyaya 

dair  ümiumi  rəy  verilməlidir.  Rəydə  dissertasiyada  şərh  olunan  elmi  nəticələrin 

alınmasında  müəllifin  konkret  şəxsi  iştirakıı,  tədqiqatın  nəticələrinin  dürüstlük 

dərəcəsi,  onların  yeniliyi  və  elmi-praktik  əhəmiyyəti,  dissertasiyanın  müvafiq 

ixtisasa uyğun gəlməsi, müəllifin dərc olunmuş işlərində dissertasiya materiallarının 

əks  etdirilməsi  dərəcəsi  göstərilməlidir.  Rəy  şuraya  protokolla  birlikdə  təqdim 

olunur.  

14.3.6.

 

Dissertasiya şurası sənədlərin təqdim olunduğu gündən etibarən fəlsəfə doktoru elmi 



dərəcəsi üzrə dissertasiyaların iki ay müddətində müdafiəsinin təşkili haqqında qərar 

qəbul edir.  

 

14.4.


 

Opponentlərin təyin edilməsi 

14.4.1.


 

Dissertasiya  şurası  dissertasiyalar  üzrə  müvafiq  elm  sahəsində  səriştəli  alimlərdən 

(onların  yazılı  razılığı  ilə)  opponentlər  təyin  edir.  Opponentlərdən  biri  müdafiəni 

keçirən şuranın üzvü ola bilər. 




Yüklə 446,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə