19
Sən məni öz ağan adlandırdın. Bu həqiqətdir ki, sən mənim qayğıma
etibar etdin. Mən görürəm ki, səni elmlərə öyrətməkdə əbəs yerə ciddi idim, bu,
sənə günahsızlığın, mənə isə azadlığım hesabına başa gəldi. Səni sevən əmin
düşmənimə çevrildi və qisasını mənim üstümə tökdü. Mən ehtirasımı məmnun
etməklə indi gücümü, həmçinin səni sevməyimi itirmişəm, ancaq, yəqin ki, bəzi
təskinliyə malik olacağam. Mən necə də səfiləm! Mən səni düşünəndə, hətta göz
yaşları axıdanda, özümü daha çox təqsirkar hesab edirəm. Sənə malik olanda isə
mən tam azad idim. Mən fasiləsiz olaraq sənin haqqında düşünürəm. Ey Allah!
Əgər mən mehrab qarşısında uzansam, səndən xahiş edəcəyəm ki, mənə yazığın
gəlsin. Lakin Göylər indiyədək məndə yaşayan ehtirasa qarşı amansızdır. Odun
üstünü küllər yalnız aldadıcı qaydada örtdü və qeyri-adi mərhəmətdən savayı, heç
nə onu söndürə bilməz. Biz aldadılmış adamlarıq, ancaq heç nə Allahdan gizli
qalmır.
Mən ümid edirdim ki, biz ayrıldıqdan sonra sən öz hissiyyatını dəyişə
biləcəksən. Aradan yoxa çıxmaq məhəbbətin sərdabəsidir. Mən öyünürəm ki, səni
bir daha görməyəndə də, sən ağlımı narahat etməyəndə də xatirəmdə
dincələcəksən.
Mən səni sevməmişdən əvvəl hər şeyi etdim, lakin onların hamısı əbəs
oldu. Sənə müxalif olan hər şey uğursuz oldu. Mən sevməyən adamların
xoşbəxtliyinə qibtə edirəm. Onlar necə də sakit və ruhlarına görə necə də
yüngüldürlər. Baxmayaraq ki, mən artıq məhəbbət tərəfindən aldadılmıram, ancaq
sağalmamışam, bu qədər çox şəraitlərdə ehtiraslarla bacarmıram, bu yer, şəxsən
özüm və biabırçılığım məni məhv etməyə yönəlmişdir. Digərləri ilə müqayisədə
bizə fəlsəfə böyük fayda verə bilər.
Məhəbbət necə də bir əziyyətdir. Bizim üçün necə böyük bir xoşbəxtlik
olardı ki, bizim alçaldılmamız və göz yaşlarımız tövbəmizə əminlik versin.
Könüldən həzz sevgisi qeyri-adi cəhdlərdən savayı heç nə ilə silinmir. Mən
bilmirəm ki, bu necə baş verdi ki, sevən adam üçün daim ağlamaq bir həzzə
çevrilir. Allahın məhəbbəti başlanğıcında öz yaratdıqları məxluqların məhəbbətini
heç də bütünlüklə yoxa çıxarmır.
Faydasız şərəf, əziyyət verən var-dövlət heç vaxt məni
şirnikləndirməmişdir. Lakin həmin lətafətləri, o gözəlliyi, o havanı ki, mən bu
məsafədə hiss edirəm, onlar mənim məğlubiyyətimə səbəb olur. Sənin baxışların
mənim təqsirimin başlanğıcı idi, sənin gözlərin, sənin mülahizələrin ürəyimi
parçalayırdı. Bizi müdafiə etməyə çalışan ambitsiyanın və
şərəfin əksinə, məhəbbət
tezliklə ağa oldu. Allah buna görə məni cəzalandırdı, məni tərk etdi. Sən artıq
dünyanınkı deyilsən, sən ondan imtina etdin. Sən mənim dindarlığımı körpəlik
vəziyyətində məhv edəcəksənmi? Mən öz andlarımdan imtina etməliyəmmi? Mən
onları Allahın qarşısında and içmişəm. Mənim məhəbbətim məni əhatə edənlərin
xoşbəxt laqeydliyi qarşısında gur yanır və ürəyim sənə və özümə məxsus kədərlər
ilə tikə-tikə olana bənzəyir. Mən bu zəifliyimi sənə etiraf etməyə borclu deyiləm.
Mən hiss edirəm ki, səhv etmişəm. Əgər mən öz zəifliyimi məhəbbət şərqilərində
və şeirlərdə dərc etdirsəm, bu binanın qaranlıq zirzəmiləri möminliyin üzə çıxması
20
xüsusiyyətini ən azı gizlətməyəcəkdirmi? Mən meyl və borc arasında daim gedən
mübarizəni hiss edirəm.
Mən səfil günahkaram, hakimim qarşısında uzanıram. Üzümü yerə
dayamışam, göz yaşlarım torpağa qatışıb.
Gəl, əgər sən bunu yararlı sayırsansa, müqəddəs adətinlə özünü
Allahımla mənim aramı sox və bizi ayıran sədd ol.
Mən səni özünün bütün andlarından və öhdəliklərindən azad edirəm.
Öz ləyaqətini adamlara və mələklərə layiq olan tamaşaya döndər.
Günahkarların qədəhi şirinliyi vəsf etməklə dolub daşır və biz onun
dadını bilməyə meyl edirik. Həm də bunu ilk dəfə sənə verdiyimə görə məni
qorxaqlıqda qınama.
Kilsə bizim bədbəxtliyimizə qısqancdır.
Göylər Eloizanı unutmağı, onu bir daha görməməyi Abelyardan tələb
edir. sən məni, hətta bir ideya kimi də unut.
Məhəbbət, əminlikdən çox etibarsızlığa malikdir.
Mən necə rahat ola bilərəm ki, sənin dinmədiyini görürəm, mənim təhqir
olunmağımdan sonra artıq sən dünyada hansısa bir məmnunluq gözləməkdə davam
etməyəcəksən və sən bir daha ona qayıtmayacaqsan.
Lakin mən hələ də şübhələnməkdəyəm. Mən təxəyyül edirdim ki,
qadınlar andların zərurətinin məcburiyyəti olmadan öz möhkəm qərarlarını
verməyə qadir deyillər. Din və möminlik sənin daş qəfəsinin və divarlarının
ətrafında möhkəm mühafizə qurmuşdur. Mən hər gün titrəyirəm ki, özünü qurban
verməyə səni inandırdım. Mən bunu xatırlamağa cəsarət etmədən, əvvəllər heç
vaxt görmədiyim səndəki gözəlliyin parlaqlığına heyran olmuşdum, vurulmuşdum.
Mən səni öz təqsirimə görə rahibə olmağını cinayətkar
bir rüşvətlə yoluna qoydum,
bu da, əslində, səni dəfn etməyi satın almaqdır. Monastırı açıq etiraf etmək rüşvət
verməyə bənzəyir və mənim niyyətlərim səndən, onların bütün şübhələri və
iyrəncliyi ilə birlikdə gizlədildi. Mən hər yerdə sənin arxanca getməyi qərara
aldım. Mənim kölgəm daim sənin addımlarını izləyəcəkdir.
Ancaq Göylərə minnətdaram ki, sən andlar içməyi qərara aldın. Mən
səni mehrabın yanınadək müşayiət etdim və sən müqəddəs süfrəni tutmaq üçün
əlini uzadanda sənin həmin məhvedici sözlərini aydınca eşitdim. Sən mənim
təxəyyülümdə işıq və dəyişilən bir məxluq idin.
Mən sənin gözlərini, hər hərəkətini, sənin havanı müşahidə etdim. Hər
şeydən titrədim. Sən adamın öz mənafeyi naminə olan bir davranışını satqınlıq,
xəyanət və qətl adlandıra bilərsən. Məhəbbət nifrət etməyə elə oxşardır ki, ən ciddi
mənfur münasibəti və qəzəbi də doğurur.
Mənim məhəbbətimə nəhayətsiz layiq olduğunu gördükdə güman etdim
ki, səni artıq sevə bilmərəm. Mən sənə özümün vurğunluq əlamətlərimi
göstərməklə, səni tərk etməyin vaxtı çatdığını düşündüm. Mənim qısqanclığım