Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə2/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   102


 
meydana  gəldi,  hətta  bir  uzaq  valideynini  yəhudi  olmasına  görə,  belə  adamlarla 
əlaqəyə,  nikaha  yasaq  qoyuldu.  Bu  yolla  guya  ari  irqinə  mənsub  olanların  təmiz 
qanı qorunub saxlanacaqdı. Bu faraonların təmiz qanı mühafizə etmək naminə öz 
bacıları ilə evlənmələrini yada salır.  
İslam dini də özündən əvvəl meydana gəlmiş dünya dinlərinin məhəbbət 
barədəki  qeyri-humanist  addımlarını  təkrar  etmək  yolunu  tutdu.  Zinakarlıqla 
mübarizə adı altında ən rəhmsiz cəza növlərinə əl atıldı. İslamın müqəddəs kitabı 
olan Quranda belə cəzaların tətbiqi təsbit edilmişdir. Quranın «Ən-Nisa» surəsində 
zinakarlığa  görə  ağır  cəzalar  nəzərdə  tutulur.  Subaylar  belə  əxlaqsızlıqla  məşğul 
olduqda,  onların  hər  ikisinə  100  qamçı  vurulması,  evli  kişi  və  qadın  zinakarlıq 
etdikdə  isə  onların  daş-qalaq  edilib  öldürülməsi  qaydası  qoyulmuşdur.  Təqsirin 
sübutu  üçün  dörd  şahidin  olması  tələb  olunurdu.  Əgər  bu  şahidlər  öz  iyrənc 
məqsədləri  ilə  günahsız  adamları  cəzalandırmaq,  hətta  məhv  etmək  niyyətini 
güdürlərsə, onda necə olsun? Ciddi mühakimə, həqiqi məhkəmə prosesi olmadan 
adamları  necə  cinayətkar  hesab  etmək  olar,  çünki  şəriətə  görə,  zinakarlıq  ağır 
cinayət  hesab  olunur.  Bəs  sonralar  hüquqda  meydana  gələn  təqsirsizlik 
prezumptsiyası necə olsun? Belə sərt cəzalar yenə də hərbəndir özünü büruzə versə 
də, zinakarlıq heç də öz mövqelərini vermək istəmir. Ona yol verən adamlara həm 
də cəmiyyətdə tutduqları mövqeləri və maddi imkanları qalxan xidməti göstərir və 
onlar  nəinki  cəzadan,  hətta  ictimai  qınaqdan  da  yayına  bilirlər.  İslamda  genderlər 
arasında nikah məsələsində bəzi fərqlər mövcuddur. Kişilər başqa dindən olanlarla 
maneəsiz  qaydada  nikah  kəsdirib,  ailə  qurduqları  halda,  müsəlman  qızların  və 
qadınların xristiana və iudeylərə ərə getməsi nadir hallarda baş verir və cəmiyyət 
də buna heç də loyal münasibət göstərmir.  
Dinin  məhəbbət  əlaqələrinə,  sevgililərin  taleyinə  əsassız  qaydada 
müdaxilə  etməsi,  çox  hallarda  isə  qənim  kəsilməsi  salnaməsi  olduqca  geniş  və 
həcmcə  böyükdür.  Din nədənsə  bu  məsələdə təbiətin qanunlarına  məhəl  qoymur, 
öz  sərt  qaydaları  ilə  əslində  əxlaqın  pozulması  üçün  də  müəyyən  şərait  yaratmış 
olur.  Xristian  dinindəki  nikahsızlıq  təbiətin  bütün  canlılara,  o  cümlədən 
məməlilərə, onun ali növü olan insana bəxş etdiyi nəsli artırmaq instinktinə qarşı 
çıxmaqla,  bu  təbii  prosesə  mane  olur,  onun  həyata  keçirilməsinin  qarşısını  kəsir. 
Axı  din  xadimlərinin,  rahiblərin  hamısı  dinin  bu  barədəki  qaydasını  icra  etmək 
üçün  dəmir  iradəyə  malik  deyillər.  Ona  görə  də  bu  qadağanın  pozulması  daha 
eybəcər  şəkillər  alır.  Roma  papalarının  qadınlarla  yaxınlıq  etməsi  faktları  vardır. 
XV əsrin sonunda Roma papası olmuş VI Aleksandrın (dünyəvi soyadı Borcia idi) 
üç uşağı var idi, oğlu Cezare qətllər törətmək ustası idi. Qızı Lukretsiya ilə papanın 
intim əlaqədə olması barədə versiya da mövcuddur. 
Əvvəllər  də  mövcud  olan  pedofiliyanın  XX  əsrin  sonunda  və  bizim 
dövrümüzdə  keşişlər,  hətta  yepiskoplar  arasında  yayılmasına  dair  çoxlu  faktlar 
aşkara  çıxmışdır.  Vaxtilə  bu  iyrənc  əlaqəyə  cəlb  olunmuş  oğlan  uşaqları  yaşa 
dolduqdan  sonra  özlərinin  təhqir  olunması  əhvalatlarını  açaraq,  kilsə  xadimlərini 
ifşa  etməkdən  çəkinmədiklərindən,  bu  iyrənc  hadisələr  ictimaiyyətə  məlum 
olmuşdur.  



 
İslam  ölkələrində  isə  xəlifələrin,  şahların,  sultanların  hərəmxana 
saxlaması  heç  də  sirr  deyildir.  «Min  bir  gecə»  nağılları  şahın  qadınlara  qarşı 
qəddarlığını  açıb  göstərir.  İtalyan  yazıçısı  Bokkaçço  isə  özünün  «Dekameron» 
əsərində xristian din xadimlərinin şəhvət düşkünü olduqlarını ifşa edir.  
Xristian dinində İslama xas olan məhdudiyyətlər mövcud olmadığından, 
bu  dinə  mənsub  olanlar  məhəbbət  məsələlərində  daha  azad  və  sərbəstdirlər,  ona 
görə də öz ülvi hisslərinə  dinin  müdaxilə  etməsi ilə  çox hallarda barışmır,  bəzən 
hətta  üsyana  qalxırlar.  Din  xadimlərinin  eşqə,  onun  bəhrəsi  olanlara  qarşı 
etibarsızlığına biganə qala bilməyən qadınlar dinin postulatları, hətta Allahın özü 
barədə  şikayətlənməkdən,  öz  bədbəxtlikləri  üçün  ona  ittiham  irəli  sürməkdən  də 
çəkinmirlər.  Axı  məhəbbət bir  ali  hiss kimi  bütün  canlılar  arasında  yalnız  insana 
xasdır, ona sədd çəkmək istəyənlər məhəbbətin daşıyıcılarının kəskin etirazı, hətta 
nifrəti ilə üzləşməli olurlar. Bəzi canlılar arasında, çox sayda quşlar arasında, hətta 
canavarlarda  nikah  sədaqəti  mövcud  olduğu  halda,  onlarda  məhəbbət  hissləri 
yoxdur.  Qədim  Roma  şairi  Ovidinin  «Məhəbbət  elmi»  (“Ars  amandi”)  əsərində 
yazdığı  kimi,  başlanğıcda  ibtidai  insan  öz  həyat  tərzi  və  qidalanması  ilə 
heyvanlardan  fərqlənmirdi.  İnsanlar  ot  üstündə  yatır,  özlərini  yarpaq  yorğanı  ilə 
örtürdülər.  Yalnız  qadınla  kişi  arasında  məhəbbət  hisslərinin  rüşeymi  oyandıqda, 
bu  metamorfoza  onları  insan  olmağa,  başqa  canlılardan  əsaslı  qaydada 
fərqlənməyə gətirib çıxardı. Bu hisslər onların könlündə yuva salmaqla özlərini də 
bir  insan  kimi  tanımalarına  şərait  yaratdı.  Böyük  alman  filosofu  Hegelin  yazdığı 
kimi «Həqiqi sevmək – bu, özündən imtina etməklə özünü tapmaq və başqasında 
özünün  qeyb  olmasıdır».  Sevən  şəxs  məhəbbət  sobasında  əridikdə  özündən 
imtinaya sevinərək, bu hissi yaşamaqla xoşbəxtliyə qovuşduğu qənaətinə gəlir.  
Ona  görə  də  məhəbbətə  arzu  olunmayan  müdaxilə,  guya  bu  məsələdə 
insanların  səhvini  düzəltmək  məqsədi  özünün  tam  yararsızlığını  göstərir.  Çünki 
məhəbbət bir hiss kimi insanın malik olduğu heç bir hisslə müqayisə oluna bilməz, 
axı məhəbbət süni olmayıb, həqiqidir, onun surroqatı, əvəzedicisi də yoxdur. Onun 
hökmünə  tabe  olmayan  ürək,  könül  də  yoxdur  və  hətta  ağıl  da  onun  hücumu 
qarşısında  öz  gücsüzlüyünü  göstərir.  Məhəbbət  insanlar  arasındakı  münasibətdə 
aysberqi  də  əridə  bilir,  onun  yanan  odunda  ən  möhkəm  filiz  də  əriyib,  öz 
xüsusiyyətini  əsaslı  surətdə  dəyişdirir.  Rus  yazıçısı  F.M.Dostoyevskinin  «nifrət-
məhəbbət»  prinsipi  yada  salınsa,  hətta  bir  az  əvvəl  nifrət  etdiyin  adamı  da  sevə 
bilərsən.  Bunun  müasir  nümunələrindən  biri  olan  «Stokholm  sindromu»  da 
meydana  gəlmişdir.  Bu  sindromda  qız  onu  zorlayan,  bəkarətini  pozan  adama  bu 
hadisə baş verdikdən bilavasitə sonra nifrət etməyə başlayır və güman edir ki, bu 
nifrət uzun müddət onu tərk etməyəcəkdir. Lakin bir müddətdən sonra qız həmin 
zorlayan şəxsə vurulur və bu hiss əvvəlki nifrəti də yoxa çıxarır.  
Məhəbbət  elə  bir  dünyadır  ki,  onun  başlanğıcı  olsa  da,  sonrakı,  artıq 
yaddaşa  hopan  ömrü  nəhayətsizdir.  İnsan  məhəbbət  aləminə  qədəm  qoyduqda 
özünü  dünyanın  seçilmiş  adamı  hesab  edir,  çünki  onun  hissi  cavabsız  qalmamış, 
özü  də  sevilmək  sevincini  yaşamaqdan  qeyri-adi  həzz  almışdır.  Həyatın  bütün 
çətinlikləri  onun  gözündə  kiçilir,  çünki  o,  digərlərinin  sevincsiz  yaşadığı  bir 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə