Dil Birinci Fesil: Dilin Mahiyyəti



Yüklə 327,39 Kb.
Pdf görüntüsü
səhifə11/19
tarix23.09.2017
ölçüsü327,39 Kb.
#1333
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

www.achiq.info 

23 


Dialektik və tarixi materializm, materialist fəlsəfə dilin (üzvlərinə bölünən aydın nitqin) yaranmasını, 

adətən, cəmiyyətin yaranması, insanların cəmiyyət halında birləşməsi ilə bağlayır (dil cəmiyyətdə yaranır, 

cəmiyyətdən kənarda dil mövcud deyildir). Cəmiyyətin yaranması üçün bir-biri ilə sıx qarşılıqlı əlaqədə olan 

üç hadisə, üç əsas sosioloji kateqoriyanın mövcudluğu zəruridir: 1) istehsal qüvvələri; 2) ictimai-istehsal 

münasibətləri (iqtisadi bazis) və 3) üstqurum. Yalnız bu üç amil birlikdə mövcud olduqda cəmiyyət mövcud 

ola bilər; bunlar ciddi səbəbiyyət əlaqəsi ilə bir-birindən asılıdır. Bu üç amilin sıx əlaqədə və qarşılıqlı 

asılılıqda olmasına baxmayaraq yenə də hər halda cəmiyyətin yaranmasından danışdıqda istehsal 

münasibətlərinin yaranması məsələsi ön plana çəkilir. Çünki təkcə istehsal münasibətləri insanları əmək 

prosssində birləşdirir. İstehsal münasibətlərinin meydana gəlməsi istehsal vasitələri üzərində mülkiyyətin bu 

və ya digər formasının yaranmasına səbəb olur. Cəmiyyətin yaranması istehsal vasitələri üzərində 

mülkiyyətin formaları ilə əlaqələndirilərək göstərilir ki, ...mülkiyyətin heç bir formasının mövcud olmadığı 

yerdə heç bir istehsal haqqında, deməli, heç bir cəmiyyət haqqında söhbət belə gedə bilməz. Bu da təbiidir 

ki, mülkiyyətin hətta hər hansı ibtidai forması, o cümlədən, kollektiv (ibtidai) mülkiyyət instinktiv, 

heyvanabənzər səciyyə daşıya bilməz, deməli, instinktiv, heyvanabəpzər əmək dövründə mülkiyyət 

formalarından, bu sonuncu olmadan cəmiyyətdən də danışmaq olmaz. 

Şüurun, təfəkkürün, nitqin yaranması da cəmiyyətin yaranması ilə əlaqədardır. İstər şüur və təfəkkürün 

(məfhumlu təfəkkürün), istərsə nitqin mənbəyi fərdin təbiətə münasibətində deyil, fərdlərin bir-biri ilə 

münasibətlərində meydana çıxır. Göründüyü kimi, bu problem cəmiyyətin yaranmasından ayrıca götürülmüş 

bir problem deyil, elə həmin problemin digər üzüdür. Nitq hər şeydən əvvəl təşəkkül tapmaqda olan ictimai 

münasibətlərin təzahürü və vasitəsi kimi yaranır: nitq insanların bir-biri ilə münasibətində davranışlarına 

təsir göstərmək vasitəsi kimi meydana çıxmışdır. Məfhumun təzahür etməsi üçün təkcə fərdin münasibətinin 

mövcudluğu kifayət deyildir, həm də fərdlər arasında münasibətlərin mövcudluğu zəruridir. Həm də bu 

münasibət heyvanlar arasındakı «münasibətdən» köklü surətdə fərqlənir, çünki sözün əsl mənasında 

heyvanlar arasında münasibət mövcud deyildir. 

Əmək, cəmiyyət və dil arasındakı münasibətləri qısaca belə xülasə etmək olar. Göründüyü kimi, əmək 

elə bir sehrkar qüvvə deyildir ki, insanın meymunabənzər ulu əcdadı onunla məşqul olan kimi dərhal insana 

çevrilir və aydın nitq qabiliyyəti qazanır. İnsanın meymunabənzər ulu əcdadının əməklə, daha dəqiq desək

instinktiv, heyvanabəizər əməklə məşğul olmasından yaranmaqda olan insanın şüurlu əməyə keçməsinədək 

uzun bir dövr keçmişdir ki, bu müddətdə əmək prosesində insanın ulu əcdadı həm fizioloji, həm də psikoloji 

baxımdan böyük inkişaf mərhələsi keçmişdir. Əmək istehsalı, istehsal cəmiyyəti yaratmışdır. Yaranmaqda 

olan və cəmiyyətdə birləşən insanlar əmək prosesində bir-biri ilə ünsiyyət saxlamağa ehtiyac hiss etmişlər. 

Dil də bu ehtiyacı təmin etmək, ödəmək üçün yaranmışdır. 

 



www.achiq.info 

24 


Sözlər və Şeylər 

«Hər cür sərvətin mənbəyi olan əmək» həm də cəmiyyətin və dilin yaradıçısıdır. Cəmiyyəti dilsiz, dili 

-cəmiyyətsiz təsəvvür etmək mümkün deyildir. Belə ki, ən azı iki adam bir-biri ilə ünsiyyət saxlayırsa, 

deməli, artıq, ibtidai də olsa, cəmiyyətin rüşeymi mövcuddur, lakin eyni zamanda həmin bu iki adamın 

birləşməsi, ünsiyyət saxlaması üçün müəyyən bir ünsiyyət vasitəsi lazımdır (ünsiyyət vasitəsi olmadan 

onların birləşməsi qeyri-mümkündür) - belə ünsiyyət vasitəsi dildir, daha doğrusu, aydın, üzvlərinə bölünən 

səsli nitqdir. 

Materializm aydın, üzvlərinə bölünən səsli dilin (nitqin) birdən-birə yaranmasını qəbul etmir, çünki bu 

yaranma, ən azı, möcüzə olardı. Lakin indiyədək belə bir dilin yaranma prosesini (ümumiyyətlə əmələ 

gəlməsini yox, prosesin özünü!) izah edən nəzəriyyə yaxud fərziyyə yaradılmamışdır. Vaxtilə rus dilçisi N. 

Y. Marr ilk səsli dilin yaranmasından danışarkən göstərirdi ki, belə dil daxilən diffuz olan dörd səs 

kompleksindən ibarət olmuşdur. Rus filosofu B. F. Porşnev yazır ki, ilk səsli dil iki müxtəlif səs 

kompleksindən ibarət olmuşdur: hər səs kompleksi digərinə münasibətdə əylənc vəzifəsini ifadə etmişdir. 

Dilçiliyin paleolinqvistika sahəsi hələlik bu problemi həll edə biləcək dərəcədə inkişaf etməmişdir. 

Buna görə də ilk insan dilinin necə diffuz səsdən ibarət olduğunu söyləyə bilmərik; bəlkə iki, bəlkə dörd, 

bəlkə də çox diffuz səs ilk insan dilini təşkil etmişdir. N. N. Ladigina-Kotsun təcrübələri göstərir ki, 

meymunlar, məsələn, şimpanze 25 diffuz səs çıxara bilir. Məsələ ilk insan dilində diffuz səslərin sayında 

deyil, əsas məsələ budur ki, ilk insan dili indi başa düşdüyümüz mənada aydın, üzvlərinə bölünən səslər-

sözlər şəklində mövcud ola bilməzdi, yarana bilməzdi - bu cür sıçrayışlı inkişaf dialektik materializmin 

bütün qanunauyğunluqlarına ziddir, ilk dil mütləq diffuz səslərdən ibarət olmalı idi. Buna görə də N. Y. 

Marrın vaxtilə marksizmə zidd hesab edilən dörd ünsür nəzəriyyəsinə bir də qayıtmaq və onun rasional 

toxumundan istifadə etmək lazımdır. 

Məhdud miqdarda diffuz səslərlə arzu, istək, qadağan, sevinc, qorxu ifadə etmək olar, lakin ünsiyyət 

saxlamaq olmaz. Güman ki, ilk insan dilində ünsiyyət üçün diffuz səslərlə yanaşı və onlarla birlikdə əl 

hərəkəti, jest və mimikadan, habelə əşyalardan da (imkan dairəsində) istifadə edilmişdir. Məlum olduğu 

kimi, psikoloji və fəlsəfi baxımdan ikinci siqnal sistemi inkişafının ilkin mərhələlərində qavrama, təfəkkür, 

qarşılıqlı informasiya problemləri ilə əlaqədə olmamışdır. Təbii olaraq belə bir sual meydana çıxır: bəs bu 

əlaqə nə vaxt və necə yaranmışdır? Bəs əşyalar, predmetlər səsçıxarma və səsqavrama dairəsinə necə 

düşmüşdür? İlk insanların səs mexanizmi fərdlərin əşya, predmet və obyektlərlə rəftar dairəsinə necə nüfuz 

etmişdir? 

Müasir psikolinqvistika (və habelə psixologiya) elmi o dərəcə inkişaf etməmişdir ki, bu suallara 



Yüklə 327,39 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə