buna heç kim bir söz demirdi. Bir çox hallarda prezident oraya birbaĢa mübahisəyə gedirdi...
Üçüncüsü, məhkəmə hakimiyyəti - o da müstəqil olacaqdı. Tahir Kərimlini Ali Məhkəmənin
sədri qoymuĢduq. Desin görək ya Prezident Aparatından, ya da Milli Məclisdən olan təzyiqlə
nə vaxt bir hökm çıxarıb. Əksinə, məhkəmələr, bizim orqanların iĢdən kənarlaĢdırdığı
adamları iĢə bərpa etməklə məĢğuldu.
O
zaman belə söhbət gəzirdi ki, Tahir Kərimli onun xidməti maĢınına 002, parlament sədri Ġsa
Qəmbərin maĢınınasa 003 nömrəsinin verilməsini tələb edirmiĢ - onun fikrincə, məhkəmə
hakimiyyəti qanunverici hakimiyyətdən irəlidir.
Bəli, o da öz hüququ uğrunda mübarizə aparırdı. Biz də ürəkdən istəyirdik ki, məhkəmə
sistemi sərbəstləĢsin. Ġndi deyirlər ki, onda hərə bir tərəfə çəkirdi, anarxiyaydı. Yox, o,
anarxiya deyil, sadəcə olaraq, demokratiyaya gedən, anarxiyanın qarĢısını kəsəcək yolun
baĢlanğıcıydı. Təəssüf, min təəssüf ki, vətəndaĢımız bunu baĢa düĢmədi! Çünki xalqımız
gözünü açıb dövlətin idarəçiliyinin bir əlin altında olduğunu, bütün dəyirmanın da onun əlində
fırlandığını görüb. Bizsə bu yolu seçə bilməzdik. Biz dünyanı tərəqqiyə aparan hakimiyyətlərin
həqiqətən bölündüyü demokratik prinsiplər yolunu bəyəndik. Buradasa hökmən nöqsanlar,
əyrilər, çatıĢmazlıqlar, yıxıntılar olacaqdı. Ancaq yavaĢ-yavaĢ, bir neçə ilə hər Ģey qaydaya
düĢəcək, hamı yeni mühitə öyrəĢəcəkdi.
Sovet dövründən qalmıĢ iyrənc, betonlaĢmıĢ aparatı dağıtmaq lazımdı. Dağıtmaq sadəcə
sökmək deyil - gərək çoxlu qanunlar yaradılsın ki, o, ləğv edilsin. Yeni aparatın qurulmasıyçün
də müxtəlif qanunlar verilməlidir. Deməli, iki iĢ eyni vaxtda görülməlidir. Özü də bu ağırlığın
hamısı parlamentin üstünə düĢür. Parlamentimiz bu məsələ üzərində gecə-gündüz iĢləyirdi,
amma tam gücüylə iĢləyə bilmirdi - mane olanlar çoxdu; onlar keçmiĢ parlament üzvləriydi.
KeçmiĢdə bir çox millət vəkillərini parlament fəaliyyətindən uzaqlaĢdırdığımıza görə onlar
müqavimət göstərirdilər ki, parlamenti yenidən bərpa etsinlər, o, "Milli Məclis" adıyla yox,
keçmiĢ Ali Sovet kimi fəaliyyət göstərsin. Bir tərəfdən, bu müqavimət normal iĢləməyə imkan
vermirdi və biz bu sahədə çətinlik çəkirdik. BaĢqa tərəfdən, yenini qurarkən ortaya suallar
çıxırdı: biz bunu tələsik edəkmi, yoxsa zamana buraxaraq tədricən edəkmi? Deyək ki, 5 ilə
görəcəyiksə ilk növbədə nələri etməliyik?
Biz o zaman qərarlaĢdırdıq ki, 3 ilə bütün məsələləri qurtaracağıq. Yəni dövlət quruculuğunu
baĢa çatdıracağıq - keçmiĢ dövlət qurumları, keçmiĢ iqtisadi məkanlar, iqtisadi sistemlər
bütövlüklə yoxa çıxacaq, dağılacaq, yeni sistemlər yaradılacaq. Biz həm mədəniyyəti, həm də
sosial münasibətləri yeni sistemə keçirməyi düĢünürdük; əsas məsələ ictimai münasibətlər
sistemidir.
3 ilin içində bunları yerinə yetirəcəkdik və imkanlarımız da vardı. Bunu baĢqaları da
görürdülər. Moskvadan bizə xəbər verdilər ki, Azərbaycandakı səfir Ģifroqram göndərib ki,
Azərbaycan bu xətlə, bu siyasətlə gedərsə 3 ilə Rusiyanın nüfuzundan tamam uzaqlaĢacaq,
tam müstəqil bir dövlətə çevriləcək, baĢqa keçmiĢ sovet respublikalarına da nümunə olacaq
və sonra biz onların heç birini
saxlaya bilməyəcəyik; təcili tədbir görün.
Bu məsələni Rusiyanın Təhlükəsizlik ġurasında günlərcə müzakirə ediblər: neyləyək bu
Azərbaycanla? Buna görə də bizi əsasən müharibəyə cəlb edirdilər ki, bəlkə müharibədə