Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə61/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   65

134 
 
özünün  keçdiyi  həyat  yolunu  əks  etdirməklə  bərabər,  ata  və  anası,  ailə  üzvləri 
haqqında da məlumat verir. 
Tərcümeyi-hala  verilən  tələblər: 
1. Tərcümeyi-hal  sözü baĢlıq kimi vərəqin  yuxarı hissəsində ortada yazılır; 
2.  Tərcümeyi-halda  Ģəxs  adını,  atasının  adını,  soyadını,  doğulduğu gün, ay, ili və 
yeri  (Ģəhər, rayon, kənd) Ģəxsiyyət vəsiqəsində olduğu kimi  dəqiq göstərir; 
3.  Məktəbdə  oxuduğu  dövrdə  apardığı  ictimai  iĢləri  və  nailiyyətləri  ardıcıl 
sadalayır. 
4. Ailə  üzvləri  haqqında qısa məlumat verir; 
5.  Tərcümeyi-hal  Ģəxsin  öz  xətti  ilə  yazılır,  sonda  Ģəxsi  imza  qoyulur  və  altında 
yazılma  tarixi  göstərilir; 
Nümunə: 
Tərcümeyi-hal 
Mən, Əliyev  Məmməd Həsən oğlu, 21 dekabr 1992-ci ildə 
Bakı  Ģəhərində  (Ġsmayıllı  rayonunun  Mücü  kəndində)  anadan  olmuĢam.  1998-ci 
ildə  Bakı  Ģəhərindəki  150  saylı  məktəbin  birinci  sinfinə  daxil  olmuĢ,  2008-ci  ildə 
həmin  məktəbi  bitirmiĢəm.  Həmin  ildə  də  ali  təhsil  almaq  üçün  sənədlərimi 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və Ġdman Akademiyasına vermiĢəm. 
Əvvəlcə  test,  sonra  da  qabiliyyət  imtahanlarını  müvəffəqiyyətlə  verib  bura  daxil 
olmuĢam. Hazırda "Təkmübarizlik"  fakültəsinin  ikinci  kursunda oxuyuram. 
Ailəmiz  dörd nəfərdən ibarətdir: 
Atam-Kərim  Məmməd  oğlu  Əliyev  1965-ci  ildə  Ġsmayıllı  rayonunda  anadan 
olmuĢ,  1991-1993-cü  illərdə  Qarabağ  döyüĢlərində  iĢtirak  etmiĢ,  yaralanmıĢ,  II 
dərəcəli  müharibə  veteranıdır. 
Hazırda pensiyaçıdır. 
Anam-Ofelya  CümĢüd  qızı  Əliyeva  1970-ci  ildə  Ġsmayıllının  Sülüt  kəndində 
anadan  olmuĢdur.  O,  Bakı  Qızlar  Seminariyasını  bitirmiĢdir.  Hazırda  sinif 
müəllimi  iĢləyir.  Bacım-Tünzalə  Kərim  qızı  Əlisoy  1994-cü  ildə  anadan  olmuĢdur. 
Hazırda Bakı Ģəhərindəki  150 saylı məktəbin  VIII sinfində  oxuyur. 
Ġmza:  M. H. Əliyev 
20 dekabr 2010-cu il 
*** 
33. TƏŞƏKKÜR 
"TəĢəkkür"  ərəb  mənĢəli  "Ģükr"  sözündən  olub  yaxĢı  bir  iĢə  görə  "minnətdarlıq", 
"razılıq etmə" anlamındadır. 
Nümunə: 
Azərb. DBTĠA üzrə 
Əmr 
12 may 2010-cu il  Bakı Ģəhəri, ¹16 
"Təkmübarizlik"  fakültəsinin  aĢağıda  adları  çəkilən  tələbələrinə  atletika  üzrə 
respublika  çempionatında  birinci  yeri  tutduqlarına  və  ölkə  rekordunu 
təzələdiklərinə  görə təĢəkkür elan  edilsin: 
1. Quliyev  Ramil  Eldar oğlu, TR 07-01 - ci qrup, 200 m məsafəyə qaçıĢ üzrə 
2. Əsədov Namiq Hüseyn oğlu, TA 06-10 - cu qrup, 200 m məsafəyə qaçıĢ üzrə 


135 
 
3. Xasanov Həbib Xasan oğlu, TR 07-02 - ci qrup, uzunluğu tullanma  üzrə 
Azərb. DBTĠA-nın rektoru:(imza)proffessor  A.Q.Abıyev 
 TÖHMƏT 
"Töhmət"  ərəb  mənĢəli  söz  olub  "danlama",  "qınama",  "məzəmmət"  mənalarını 
verir.Töhmət  idarə,  müəssisə  və  təĢkilatlarda  yazılı  Ģəkildə  əmək  kitabçasına  və 
iĢçilərin  Ģəxsi  iĢinə  yazılmaqla  rəsmiləĢdirilir.  Məktəblərdə  Ģagirdlərə  və  tələbələrə 
daxili  intizam  qaydalarını  pozduqlarına  görə  rəhbərlik  tərəfindən  yazılı və ya Ģifahi 
töhmət verilə  bilər. 
Nümunə: 
Töhmət 
Azərb. DBTĠA üzrə 
Əmr 
29 aprel 2010-cu il  Bakı Ģəhəri, ¹8 
1.  "Ġdman  oyunları"  fakultəsinin  OA  8-10-cu  qrup  tələbələrinə  icazəsiz  ardıcıl  iki 
gün üçüncü dərsdən getdiklərinə  görə töhmət elan  edilsin. 
2. "Əmr" Akademiyanın bütün qruplarında oxunsun. 
Əsas: "Ġdman oyunları" fakültəsinin  dekanı professor E. A. 
QədəĢovun məlumatı. 
ADBTĠA-nın rektoru:  (imza)professor A. Q. Abıyev 
* * * 
35. VƏKALƏTNAMƏ 
Vəkalətnamə  "birdəfəlik  etibarnamə"  olub  vəsiyyətnamə,  etibarnamə  kimi  əqdin 
(bağlama,  tərtib  etmə,  təĢkil  etmə)  bir  növüdür.  Qiymətli  bir  əĢyanı  müəyyən 
yerdən  almaq  üçün  lazımi  Ģəxsə  verilən  sənəddir.  Vəkalətnamə  vəkil  edilən  Ģəxsin 
adına  yazılarkən  imza  qoyulur  və  müəssisənin  möhürü  ilə,  yaxud  notarius 
tərəfindən  təsdiq olunur. Yalnız Ģəxsiyyət vəsiqəsi ilə  etibarlıdır. 
Nümunə: 
Vəkalətnamə 
Mən,  Masallı  rayonu  ġərəfə  kənd  sakini  Ġzzət  Adəm  oğlu  Seyfullayev  adıma 
göndərilmiĢ  qiymətli  bağlamanı  mərkəzi  poçtdan  almağı  oğlum  Fərhad  Ġzzət  oğlu 
Seyfullayevə  (ġəxsiyyət  vəsiqəsi  AZE  seriya  ¹09876543,  16  dekabr  2005-ci  ildə 
Masallı  rayon DPġ tərəfindən verilib)  etibar edirəm. 
Ġmza:  Ġzzət Seyfullayev 
20 dekabr 2010-cu il 
Ġzzət Seyfullayevin  imzasını təsdiq edirəm: 
Masallı  Dövlət Notariat  kontorunun müdiri:imza  və möhür:/  Hüseynov R.S. 
*** 
36. ZƏMANƏT 
"Zəmanət"  ərəb  mənĢəli  sözdür,  "zamin olma", "öhdəsinə götürmə" mənasındadır. 
Hüquqi  sənəd  olan  zəmanət  əsasında  məhkəmə,  prokuror  və  ya  müstəntiq 
müttəhimi  azad  edə  bilər.  Zəmanət  əmək  kollektivləri  və  ictimai  təĢkilatlar 
tərəfindən  hüquq mühafizə  orqanlarının adına yazılır. 
Nümunə: 
Zəmanət 


136 
 
Bakı Ģəhəri, BaĢ polis Ġdarəsinin  müstəntiqi  Ġlyas Həsən oğlu Kərimova 
2169-cu  mikrorayon,  Mir  Cəlal  küçəsi,  bina  12,  mənzil  26-da  yaĢayan  14  yaĢlı 
(1997-ci  il  təvəllüdlü),  37  saylı  məktəbin  VIII  sinfində  oxuyan  oğlum  Əvəz  Ġlham 
oğlu  Nağıyevin  üç nəfər sinif yoldaĢı ilə avtomobil qaçıraraq əyləndikləri haqqında 
məlumatı  aldım.  Məlumata  qədər  bu  barədə  xəbərim  olmayıb.  Məktəb 
rəhbərliyinin  iĢtirakı  ilə  keçirilən  yığıncaqda  və  evimizdə  olan  söhbətdə  oğlum 
Əvəz  söz  vermiĢdir  ki,  bir  də  heç  vaxt  belə  hadisəyə  yol  verməyəcəkdir.  Mən  öz 
adımdan  söz  verir  və  zamin  dururam  ki,  oğlum  Əvəz  bir  daha  belə  xoĢagəlməz 
hallara  - kiçik  dələduzluğa  yol verməyəcəkdir. 
Ġmza:  Ġlham  Teymur oğlu Nağıyev 
Əvəz Nağıyevin  valideyni 
23 may 2010-cu il 
Sual və tapĢırıqlar 
1. Rəsmi-kargüzarlıq  üslubu nədir, onun elmi  üslubdan fərqi nədədir? 
2. Rəsmi sənədlər üçün səciyyəvi  cəhətlər  hansılardır? 
3. ĠĢgüzar üslubda bədii obrazlığa, ekspressivlik  və emosionallığa  yer verilirmi? 
4. ĠĢgüzar üslubun əsas xüsusiyyətləri  hansılardır? 
5. ġtamp və ya standart söz-ifadələr nəyi  nəzərdə tutur? 
6. Əməli  yazı nümunələri  kimlərdən  kimə  yazılır? 
7.  Əməli  yazıya  aid  sənədlərin  adlarını  xatırlayın,  bir  neçəsinin  yazılma  forması 
haqqında məlumat verin. 
8.  Nitqin  düzgünlüyü,  dəqiqliyi  hamıdan  tələb  olunur.  Bəs  ifadəlik  necə?  Ġfadəli 
nitq kimlərə  aiddir? 
9.  Hansı  nitq  təmiz  sayılır?  Nitqin  təmizliyi  ədəbi  dilin  normalarına  əsaslanmaq 
əsasında, yoxsa dil vasitələrinin  təhrif  olunmaması hesabına təmin olunur? 
10.  Hansı  hallar  nitqin  yığcamlığına  mənfi  təsir  göstərir,  oxucu  və  dinləyiciləri 
yorur? 
 
ÇalıĢma  115.  Oxuduğunuz  bir  kitab  (roman,  dərslik,  dərs  vəsaiti)  haqqında 
annotasiya  yazın, əvvəlcə sözün mənasını, sonra onun formasını qısaca izah edin. 
ÇalıĢma  116.  Qrupunuzda  bir  məsələ  barəsində  iclas  keçirilib. Ġclasın protokolunu 
yazın. 
ÇalıĢma 117. Mətndə arxaizmləri  tapın, necə baĢa düĢdüyünüzü söyləyin: 
...  ġeyx  ġəban  yağıĢ  yağanda  sel  gətirən  köhnə  baĢmaqları,çustları,  çəkmələri, 
çarıqları  yığıb,  qalıba  vurub,  yamayıb  ucuz  qiymətlə:  cütünü  bir  abbasıdan,  altı 
Ģahıdan  satardı.  Baharda,  yayda  abaya  bürünərdi.  Plov  olmayan  günü  hökmən 
gərək  bir  abbasılıq  ət  alıb  göndərəydi  evə,  ta  arvad  abguĢt  biĢirsin.  Gülsüm  xala 
yaxĢı  çöp  ötürərdi,  noxud  falı  açardı,  boğaz  basardı.  ġeyx  ġəbanın  atası  da 
baĢmaqçı idi. 
Gülsüm cəld baĢını yastıqdan qalxızıb durdu ayağa:  
- A kiĢi, daha durginən,  azanın vaxtı keçir. 
- Bu saat durram, çay hazırdırmı? (Ə. Haqverdiyev. "ġeyx ġəban" hekayəsindən) 
ÇalıĢma  118.  Hazırda  yaĢadığınız  ünvana  deyil,  anadan  olduğunuz  yerə 
göndərilmiĢ  qiymətli  bağlamanı alıb gətirmək  üçün bir nəfərə  vəkalətnamə  yazın. 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə