Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə59/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   65

128 
 
2. Ali  məktəblər  arasında keçiriləcək  Spartakiadaya hazırlıq haqqında. 
EĢidildi: 
1.  Müzakirə  olunan  birinci  məsələ  haqqında  təĢkilat  sədrinin  müavini  E.ġükürov 
məruzə  etdi (məruzənin  mətni  protokola əlavə  olunur). 
2.  Ġkinci  məsələ  haqqında  Akademiyanın  idman iĢləri üzrə prorektoru D.Q.Quliyev 
məlumat  verdi. 
ÇıxıĢlar 
Təkmübarizlik  fakültəsinin  dekan  müavini  Q.  M.Cəfərov,  "Ġdman  oyunları" 
fakultəsinin  dekan  müavini  A.M.Ġbrahimli,  tələbələrdən  Əliyev  E.  (qrup  OA  8-02), 
HəĢimov M. (qrup OA 9-10), Süleymanov Ç. (qrup TA 9-4) çıxıĢ edərək müzakirə 
olunan məsələyə  münasibət bildirdilər. 
Qərar: 
1.  Birinci  məsələ  haqqında  məruzə  edənlər  və  çıxıĢçıların  göstərdikləri  qeydlər 
nəzərə  alınsın.  Qərarın  icrasına  nəzarət Akademiyanın Tələbə-Gənclər TəĢkilatının 
sədrinə həvalə  edilsin. 
2.  Ali  məktəblər  arasında keçiriləcək Spartakiadaya hazırlıqla bağlı ayrı-ayrı idman 
növləri  üzrə  iĢləri  gücləndirmək  aidiyyatı  olan  kafedra  müdirlərinin  nəzərinə 
çatdırılsın.  Növbəti  iclasda  görülmüĢ  iĢlər  haqqında  Akademiyanın  idman  iĢləri 
üzrə prorektorunun geniĢ məruzəsi  dinlənilsin. 
Sədr: (imza)  G. Qarayev 
Katib:  (imza)  F. Həsənova 
 
21. RAPORT 
"Raport"  fransız  sözü  olub  bir  Ģəxsin  vəzifəcə  böyük  Ģəxsə  verdiyi  Ģifahi  və  ya 
yazılı məlumat  mənasındadır. 
Nümunə: 
"Ġdman oyunları" fakültəsinin  dekanı professor E. N. QədəĢova 
II kurs OA 9-10-cu qrupun nümayəndəsi  Müzəffər  ġükürovun 
Raportu 
Sizin tapĢırığınıza əsasən Akademiya binasının cənub səhəsi - keçmiĢ yataqxanaya 
tərəf  ərazi  qrupumuzun  tələbələri  tərəfindən  təmizlənib  qaydaya  salınmıĢdır. 
Tələbələrdən  Ələkbərov  Habil  və  Əzimov  Möhsün  stadionda  iĢləyən  8-ci  qrupa 
kömək etməyə  göndərilmiĢdir. 
Ġmza:Müzəffər  ġükürov 
25 aprel 2010-cu il 
*** 
22. REFERAT 
"Referat"  latın  sözü  olub  "məruzə  etmək",  "məlumat  vermək"  mənasındadır. 
Referat  elmi  və  ya  bədii  əsərin,  hər  hansı  kitabın  məzmunu,  xülasəsi,  məxəzin 
icmalına  həsr  olunmuĢ  yığcam  məruzə  mənasında  da  iĢlədilir.  Referat  incəsənət, 
elm,  texnika  və  təsərrüfatın,  məktəb  həyatının  ən  aktual  problemləri  ilə  əlaqədar 
məsələləri  iĢıqlandırır. 
Referatın yazılma  forması belədir: 
1. Vərəqin ortasında böyük hərflə "Referat" sözü yazılır; 


129 
 
2. Ġki sətirdən sonra abzasdan "Mövzu" sözü və mövzunun adı qeyd edilir; 
3. Abzasdan "Referat müəllifi"  sözü və müəllifin  adı, atasının adı və soyadı yazılır; 
4. Abzasdan referatın planı verilir,  sonra məzmunu Ģərh olunur; 
5.  Yazının  sonunda  referat  müəllifi  imzasının  qoyur,  imzanın  altından  tarix 
göstərilir. 
Nümunə: 
Referat 
Mövzu:  "Ağırlıqqaldırma idmanında yeniyetmələrin  məĢq metodikası" 
Referat müəllifi:  Ġntiqam Zahirov 
Son  illər  ağırlıqqaldırma  idmanında  yüksək  nəticə  göstərən  gənc  idmançıların 
mübarizəsi  daha gərgin  keçir. 
Azərbaycanın  gənc  ağırlıq  qaldıranları  ildən-ilə  nəticələrini  yaxĢılaĢdırmaqla 
müxtəlif  miqyaslı  yarıĢlarda  uğurla  çıxıĢ  edirlər.  Lakin  bunlara  baxmayaraq  yeni 
baĢlayan  gənc  idmançıların  nəzəri  biliklərə  lazımınca  yiyələnə  bilməmələrinin 
səbəbi  məĢq  metodikasına  aid  dərslik  və  dərs  vəsaitlərinin  az  yazılmasıdır. 
"Ağırlıqqaldırma  və  boks"  kafedrasının  dosenti  Qubad  Əli  oğlu  Cəbrayılovun 
"Ağırlıqqaldırma  idmanında  yeniyetmələrin  məĢq  metodikası"  dərs  vəsaiti  həmin 
boĢluğu  doldurmaq  və  müasir  Ģəraitə  uyğun  məĢq  prosesinin  təĢkil  olunmasına 
köməklik  göstərməkdir.  Dərs  vəsaiti  dörd  fəsildən  ibarətdir.  Hər  fəsildə  məĢq 
yükünün  təĢkilindən,  saatların  bölüĢdürülməsindən,  müxtəlif  yaĢ  qruplarında 
aparılan  planlaĢdırmadan,  məĢq  yükünün  tədricən  artırılmasından  geniĢ  və  ətraflı 
danıĢılmıĢdır. 
Vəsaitdə  müəllif  ixtisasçı  tələbələrin  tədris  proqramında  olan  mövzuların  planlı  və 
saatlar  üzrə  bölgüsünü  nümunələr  əsasında  iĢıqlandırır.  Dərs  vəsaitinin  nəĢri  gənc 
idmançılara,  bu  sahədə  fəaliyyət  göstərən  mütəxəssislərə,  eləcə də Azərb. DBTĠA-
nın  ağırlıq-  qaldırma  idmanı  ilə  məĢğul  olan  tələbələrinə  vaxtında  verilmiĢ  faydalı 
töhfədir. 
Ġmza:Ġntiqam  Zahirov 
27 fevral  2010-cu il 
23. REQLAMENT 
"Reqlament"  fransız  sözü  olub  (reqlement)  müĢavirənin,  iclasın,  toplantının, 
konfransın  və  s.  aparılması  qaydası  haqqında    qabaqcadan  müəyyən  edilmiĢ  və 
açılıĢ anında qəbul edilən nizamnamə  mənasındadır. 
Nümunə: 
20 may 2010-cu ildə  TA 9-05-ci qrupda keçirilən  iclasın 
Reqlamenti 
Birinci  məsələ:  Qrup  nümayəndəsi  Gülhüseyn  DadaĢovun  "Tələbələrin  yay 
imtahan  sessiyasına hazırlığı haqqında" məruzəsi - 10 dəqiqə: 
Cari məsələlər: 
1.  Tələbələrin  dərsə  davamiyyəti  və  yığma  komanda  üzvlərinin  dərslərə  münasibəti 
(qrupun həmkarlar  təĢkilatının  nümayəndəsi)  - 5 dəqiqə; 
2.  Ġmtahan  fənləri  üzrə  sərbəst  mövzu  və  son  kollokvium  ballarının  müzakirəsi 
(dekan müavini  Q.M.Cəfərovun məlumatı)  -5 dəqiqə; 
3. ÇıxıĢlar 1- 2 dəqiqə; 


130 
 
20424. RƏY 
"Rəy" ərəb sözü olub bir Ģey  - əsər, tamaĢa, konsert, kinofilm və s. haqqında fikir, 
mülahizə  söyləməkdir. 
Rəyin yazılmasına verilən  tələblər: 
1. Rəyin baĢlığında onun nəyə və ya kimə  verilməsi  göstərilir; 
2. BaĢlıq hissənin altında ortada böyük hərflə "Rəy" sözü yazılır; 
3.  Yeni  sətirdən  rəyin  ümumi  məzmunu  Ģərh  olunur.  Haqqında  rəy  yazılan  Ģey, 
hadisə, fakt təhlil  olunur, onun müsbət və çatıĢmayan cəhətləri  göstərilir; 
4. Rəyin müəllifi  müəyyən  nəticəyə  gələrək  öz təklif  və tövsiyələrini  bildirir; 
5.  Rəy  tamamlandıqdan  sonra  rəyçi  imzasını  qoyur,  ardınca  adını  və  soyadını, 
titulunu  qeyd edir; 
6. Rəyçi imzasının altından ayın tarixini  bütöv Ģəkildə yazır. 
Nümunə: 
Azərb.  DBTĠA-nın  "Ġdman  oyunları"  fakültəsinin  magistrantı  Hüseynov  Hüseyn 
Əlihüseyn  oğlunun  "Gənc  futbolçularda  maksimal  aerob  dözümlülüyün  tədqiqi" 
mövzu-sunda yazdığı magistr dissertasiyasına 
   Rəy 
Gənc  futbolçularda  təkcə  texniki  və  taktiki  fəndlərin  təkmilləĢdirilməsi  məsələsi 
deyil,  eləcə  də  futbolçuların  aerob  dözümlülüyü  məsələsi  bu  gün  bütün  aktuallığı 
ilə  bu  sahənin  mütəxəssislərini  maraqlandırır.  Magistraturanı  qurtarmaq  ərəfəsində 
olan  H.Hüseynov  Akademiyanın futbol komandasının oyunçusu kimi çoxillik oyun 
təcrübəsinə istinad etməklə  maraqlı mülahizələrlə  dissertasiya iĢini  bitirmiĢdir. 
Dissertasiya  giriĢ,  iki  fəsil,  nəticə  və  istifadə  olunmuĢ  ədəbiyyat  siyahısından 
ibarətdir. 
GiriĢdə  dissertasiya  iĢinin  məqsəd  və  vəzifələri  qeyd  edilmiĢdir.  Birinci  fəsildə 
əzələlərdə  ATF  resintezinin  anaerob  və  aerob  yolla  baĢ  verməsi  məsələləri 
iĢıqlandırılır.  Təqəllus  edən  əzələdə  üç  energetik  sistemin  iĢtirak  etdiyi  göstərilir. 
Ġkinci  fəsildə  magistrant  qeyd  edir  ki,  uzun  müddətli  və  zəif  Ģiddətli  iĢdə  əzələlərin 
oksigen  tələbi  tam  ödənilir.  Lazım  olan  enerji  sulu  karbonların  və  yağların 
oksidləĢməsi  nəticəsində  alınır.  ĠĢin  Ģiddəti  artdıqca  yağların  oksidləĢməsi 
nəticəsində  alınan  enerjinin  istehsalına  ehtiyac  azalır.  Magistrant  gəldiyi  nəticələri 
qısa  Ģəkildə  xülasə etmiĢdir. Dissertasiya magistrantın tədqiq etdiyi mövzunu yaxĢı 
baĢa  düĢdüyünü  göstərir.  Yüksək  səviyyədə  yerinə  yetirilmiĢ  dissertasiya  iĢini 
müdafiəyə  buraxmaq olar. 
Rəyçi: (imza)  Əliyev  S.A. 
"Ümumi  və idman fiziologiyası"  kafedrasının dosenti, biologiya elmləri  namizədi 
26 aprel 2010-cu il 
*** 
25. SƏRƏNCAM 
"Sərəncam"  fars  mənĢəli  sər  (baĢ)  və  əncam  (son,  nəhayət,  aqibət)  sözlərinin 
birləĢməsindən  düzəlmiĢdir.  Əmr, göstəriĢ, tədbir görmə, həll  etmə anlamındadır. 
Nümunə: 
N. P. Həsənovanın dəftərxana Ģöbəsinin müdiri  vəzifəsinə  təyin  edilməsi  haqqında 
Azərbaycan DBTĠA rektorunun Sərəncamı 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə