123
özünün intizamı ilə həmiĢə yoldaĢlarına nümunə olmuĢ, heç vaxt dərslərə
gecikməmiĢ və üzürsüz səbəbdən dərs buraxmamıĢdır. Qrupun nümayəndəsi kimi
kollektivin ictimai həyatında da fəal iĢtirak edir, dekanlıqla və tələbə həmkarlar
ittifaqı ilə əlbir iĢləməyi xoĢlayır. Milli vətənpərvərlik mövzusunda hazırladığı
məruzə (elmi rəhbəri professor Məmməd Nəsrullayev) tələbələrin illik praktik
konfransında birinci yerə layiq görülmüĢ, məruzənin tezisi nəĢr olunmaq üçün
Akademiyanın elmi hissəsinə götürülmüĢdür. Pirverdiyev indiyə qədər heç bir
inzibati cəza almamıĢdır.
Xasiyyətnamə Azərbaycan Respublikası Gənclər və Ġdman Nazirliyinin
"Gənclərlə iĢ" Ģöbəsinə təqdim edilmək üçün verilir.
"Təkmübarizlik" fakültəsinin dekanı: (imza) Hüseynov E. A.
Azərb. DBTĠA TələbəHəmkarlar Ġttifaqı Komitəsinin sədri: (imza) Babanlı
Y. M.
26 fevral 2010-cu il.
12. HESABAT
"Hesabat" ərəbcə "hesab" sözünün cəmi olmaqla müəyyən tapĢırığın yerinə
yetirilməsi və ya görülmüĢ iĢin nəticəsi haqqında məsul Ģəxsə, təĢkilata yazılı və ya
Ģifahi Ģəkildə verilən rəsmi məlumatdır. Hesabat inandırıcı olmalı, faktlar və
rəqəmlər dəqiq göstərilməlidir. Hesabatın əvvəlində onu yazan Ģəxsin (kollekivin,
təĢkilatın) kimliyi haqqında qısa məlumat qeyd edilir, altındakı sətrin ortasında
böyük hərflərlə "hesabat" sözü yazılır, sonrakı sətirdə abzasdan hesabatın mətni
verilir. Mətndən sonra imza qoyulur və tərtib edildiyi tarix göstərilir.
Nümunə:
Azərb.DBTĠA-nın "Təkmübarizlik" fakültəsi TA 9-04-cü qrupun (II kurs) tələbəsi
Eyvaz Nəriman oğlu Musayevin 2010-cu il yanvar ayının 25-dən fevral ayının 15-
dək Türkiyənin Antalya kurort Ģəhərində təlim-məĢq toplanıĢında iĢtirak etməsi
haqqında
Hesabatı
Göstərilən tarixdə biz - "Ġnter" futbol klubunun gənclərdən ibarət komanda üzvləri
yanvar ayının 25-də səhər saat 1000-da Antalya Ģəhərinə avtobusla yola düĢdük.
Səhəri gün, yanvarın 26-da günün ikinci yarısı saat 1800-da orada olduq. Həmin
gün oteldə gecələdik. Yanvarın 27-dən 31-nə kimi hər gün günün birinci və ikinci
yarısında məĢqçimiz Gəray Qarayevin baĢçılığı altında 4-5 saat məĢq edirdik.
Fevralın 2-də və 6-da Ģəhərin birinci divizyonunda çıxıĢ edən "Urfaspor" və
"ġannispor" komandaları ilə yoldaĢlıq görüĢləri keçirtdik, 3:2 və 3:1 hesabları ilə
qələbə qazandıq. Hər iki matçda mən də qol vurdum. Fevralın 12-nə kimi Ģəhərin
görməli yerlərinə səyahətə çıxdıq, muzeylərə baĢ çəkdik. YaxĢı dincəldik. Fevralın
13-də məktəblilərdən ibarət yerli komanda ilə görüĢdük, 6:2 hesablı qələbə
qazandıq. Fevralın 14-də təcrübə mübadiləsi aparmaq məqsədilə "Qazanspor"
komandasının məĢq bazasında olduq, "sol ayaqla zərbə taktikası" mövzusunda
seminarda iĢtirak etdik. Fevralın 15-də Ġstanbuldan təyyarə ilə Bakıya uçduq. imza:
E. N. Musayev
16.02.2010
***
124
13. XƏBƏRDARLIQ
"Xəbərdarlıq" sözü ərəbcə "xəbər" (məlumat, bilgi), farsca "dar" (malik olan)
sözlərindən və azərbaycanca-lıq Ģəkilçisindən düzəlmiĢdir, "xəbəri olmaq", "xəbər
vermək" mənasındadır. Xəbərdarlıq, əsasən, idarə, təĢkilat və ya müəssisələrdə
xətaya yol vermiĢ, qəbahət etmiĢ Ģəxsə bir daha belə iĢləri təkrar etməmək üçün
verilir. O, yazılı və ya Ģifahi göstəriĢdir. Xəbərdarlıq intizam tənbehi hesab
edilməsə də, nəticəsi olmadıqda həmin Ģəxsə töhmət verilir. Nizam-intizama zidd
hərəkətlərə görə edilən xəbərdarlıq məktəblilərə, tələbələrə aiddir.
Nümunə:
ADBTĠA-nın "Ġdman oyunları" fakültəsi üzrə
Xəbərdarlıq
31 mart 2010-cu il Bakı Ģəhəri, ¹330 mart 2010-cu il tarixdə 401 nömrəli
auditoriyada mobil telefonlarla dərsin gediĢinə mane olduqlarına, intizamsızlıq
törətdiklərinə görə adları çəkilən tələbələrə xəbərdarlıq edilsin:
1. ƏĢrəfov Mövsüm Hidayət oğlu - qrup OA 9 - 03
2. Ġsmiyev Xəqan Mirzə oğlu - qrup OA 9 - 03
3. Namazov Əfsər GöyüĢ oğlu - qrup OA 9 - 04
"Ġdman oyunları" fakültəsinin dekanı: (imza) prof. E. N. QədəĢov
***
14. İZAHAT
"Ġzahat" ərəb mənĢəli "izah" sözünün cəm formasıdır, bir iĢi, məsələni, hadisəni
"açıqlama", "məlumat vermə" anlamında iĢlədilir. Ġzahat müdiriyyətin, vəzifəli
Ģəxsin tələbi əsasında qısa və ya ətraflı, yazılı və ya Ģifahi ola bilər.
Vərəqin sol tərəfində 5-6 sm yer buraxmaqla izahatın ünvanlandığı Ģəxsin vəzifəsi,
adı və soyadı göstərilir. Yeni sətirdən abzasdan izahat verənin kimliyi, adı və
soyadı qeyd olunur. Yenidən abzasdan vərəqin ortasında böyük hərflərlə "Ġzahat"
sözü yazılır. 2 sm (2 sətir) yer buraxmaqla sətirbaĢından iĢ, hadisə haqqında ətraflı
açıqlama verilir. Sonda izahat verən imzasını qoyur, altından tarixi qeyd edir.
Nümunə:
Azərb. DBTĠA-nın "Ġdman oyunları" fakültəsinin dekanı professor E. A. QədəĢova
fakültənin II kurs OA 9-01-ci qrupun nümayəndəsi Nuru Hacı oğlu Əhmədovdan
Ġzahat
29 noyabr 2009-cu il tarixdə ikinci növbənin üçüncü saatında (saat 1700-da) biz
412 nömrəli auditoriyada pedaqogika dərsi keçərkən pəncərə açıq olduğundan
qəfildən əsən güclü külək təzyiqlə içəri daxil oldu, çərçivəyə möhkəm
bərkidilməmiĢ qapını vurub qırdı. Bu hadisədə tələbələrimizin birbaĢa günahı
yoxdur. Bunu həmin vaxt bizə dərs deyən baĢ müəllim Əli Məmmədov da təsdiq
edə bilər.
Ġmza: Əhmədov N. H
30.XI.2009-cu il
***
Dostları ilə paylaş: |