Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə78/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   80

160 
 
Kənaraçıxmalar üzrə idarəetmə gömrük orqanlarının idarə edilməsi iyerarxiyasının bütün 
səviyyələrində vardır, çünki, başlıca olaraq, mövcud vəziyyətlərə görə qurulur. İdarəetmənin bu tipində məqsədə 
böyük əhəmiyyət verilmir.  
Proqram idarəetməsi verilmiş proqramın idarəetmə sisteminin səviyyələri üzrə bölünməsi və onun icra 
edilmə ardıcıllığının göstərilməsi ilə  ətraflı  işlənib hazırlanmasına  əsaslanır.  İdarəetmənin bu tipi, yuxarıda 
göstərilənlə bərabər, gömrük orqanlarının idarəçilik fəaliyyətində tez-tez tətbiq edilir. İdarəetmənin bu tipi daha 
qabarıq  şəkildə büdcənin gəlir hissəsini formalaşdırmaq üzrə fiskal-nəzarət vəzifələrin həllində, gömrük 
idarələrinin inkişaf etdirilməsində, gömrük sərhədindən avtokeçidlərin yaradılmasında və  təchizatında və s. 
nəzərdən keçirilir.  
Məqsədli idarəetmədə  məqsəd  əsas rol oynayır və idarəçilik xarakterini və gedişini müəyyən edir. 
Məqsədli idarəetmənin məzmunu aşağıdakılardan ibarətdir:  
-  idarəetmə problemləri müəyyənləşdirilərkən onun müstəsna dərəcədə yüksək analitikliyi;  
- idarəetmə məqsədinin son dərəcə ciddi və dəqiq formalaşdırılması;  
- idarəetmə probleminin strukturizasiyası, “məqsədlər ağacı”nın qurulması;  
 “Məqsədlər ağacı”nın “vəzifələr ağacı” ilə  dəqiq uyğunlaşdırılması,  “məqsədlər  ağacı”, “vəzifələr 
ağacı” və təşkilati idarəetmə strukturu arasında kifayət qədər yüksək korrelyasiya (qarşılıqlı asılılıq) idarəetmə 
sisteminin təşkilati strukturunun hər bir həlqəsi daha yüksək qəbildən olan digər həlqələrlə birləşməlidir.  
Məqsədli idarəetmədə proqnozlaşdırma böyük rol oynayır. İdarəetmə təcrübəsində onun tiplərinin birgə 
tətbiq edilməsi halları az deyildir. Ən səmərəli uzlaşdırma idarəetmənin proqram və  məqsədli növlərinin 
birləşdirilməsidir ki, bu da proqram-məqsədli idarəetmə adını almışdır. Bu tip idarəetmə indiki dövrdə gömrük 
orqanları üçün müstəsna dərəcədə mühüm əhəmiyyət kəsb edir. İndiki dövrdə gömrük sistemində idarəetmənin 
dinamik xarakteristikalarının, hər  şeydən öncə,  AİS  və idarəetmənin informasiya texnologiyasının tətbiqi 
hesabına təkmilləşdirilməsi müşahidə edilir. 
19.3. İdarəetmə prosesinin təşkili  
Gömrük orqanları sistemində idarəetmə prosesinin təşkili onun həyata keçirilməsinin dəqiqliyini, 
ardıcıllığını və yol verilən hədlərini müəyyənləşdirən hərtərəfli nizama salınmasıdır.  
İdarəetmə prosesinin təşkilinə onun müxtəlif dövrələrinin, mərhələlərinin, pillələrinin və idarəçilik 
işlərinin (əməliyyatlarının) icra edilməsinin zəruri ardıcıllığını; müəyyən növ idarəçilik işlərinin 
(əməliyyatlarının) icra edilməsinin müvəqqəti hədlərini və onların qruplaşdırılmasını; idarəetmə prosesinin hər 
bir mərhələsini və onun bütün idarəçilik işlərini normal və vaxtında həyata keçirmək üçün zəruri və kifayət 
qədər informasiyanın dəqiq daxil olmasını; idarəetmə sisteminin müxtəlif həlqələrinin idarəetmə prosesi 
mərhələləri üzrə  iştirak qaydasını; məcburi idarəçilik işləri (razılaşdırma, müzakirə, viza vermə, təsdiqetmə, 
məlumatlandırma və s.) kimi idarəetmə prosesi qayda və üsullarını müəyyən etmək daxildir.  
İstənilən idarəetmə prosesi öz məzmununa görə dövrlərdən, mərhələlərdən, pillələrdən və fazalardan 
ibarətdir.  
İdarəetmə dövrü dedikdə idarəetmənin bütün ümumi funksiyalarının analiz (təhlil) və 
proqnozlaşdırma, planlaşdırma, təşkiletmə, tənzimetmə, uçot və nəzarət) tam reallaşdırılması üçün zəruri olan 
zaman kəsiyi başa düşülür.  İdarəetmə dövrlərinin reallaşdırılması üçün normativ bazaya, planlaşdırma 
sisteminə, uçot sisteminə,  əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması sisteminə, 
informasiya və kadr təminatına malik olmaq lazımdır.  
Dövr mərhələlərdən ibarətdir. Mərhələlər dedikdə, bir halda qarşıdakı fəaliyyət sisteminin yaradıldığı 
digərində isə onun fəaliyyət göstərməsi ilə idarəetmənin həyata keçirildiyi zaman kəsikləri nəzərdə tutulur.  
Hər mərhələ pillələrdən ibarətdir. Pillə dedikdə idarəetmənin hər hansı bir ümumi funksiyasının tam 
reallaşdırılması üçün zəruri olan vaxt (zaman) başa düşülməlidir. Buna uyğun olaraq idarəetmə prosesi pillələri 
təhlil və proqnozlaşdırma pilləsi, planlaşdırma pilləsi, təşkiletmə pilləsi, tənzimetmə pilləsi, uçot pilləsi və 
nəzarət pilləsi adlandırılır.  
 
19.4. İdarəetmə prosesində qərar qəbul edilməsi  
Gömrük orqanlarının işinin məhsuldarlığı idarəetmənin bütün səviyyələrində  qəbul edilən qərarların 
keyfiyyətindən çox asılıdır.  İdarəçilik qərarı  hər  şeydən öncə, idarəetmə sisteminin bu və ya digər hərəkət 
variantının idarəetmə subyekti tərəfindən seçilən fikri-iradə aktıdır. 
Qərarda idarəetmə obyektləri qarşısında dayanan məqsəd və  vəzifələr xülasə edilir, onlar üçün yol 
verilən hərəkətlər ölçüsü nəzərdə tutulur, məqsəd və  vəzifələrin reallaşdırılması üçün hansı resursların lazım 
olması müəyyənləşdirilir. Beləliklə, idarəçilik qərarı idarəetmənin idarə edilən sisteminin məqsəd və 
proqramından ibarətdir. Məhz buna görə gömrük orqanlarında idarəçilik qərarlarının keyfiyyətindən və vaxtında 
qəbul olunmasından onların idarə edilməsinin, hər şeydən öncə, uğuru və uğursuzluğu asılıdır.  
İdarəçilik qərarlarını müxtəlif  əlamətlərə görə  təsnif etmək qəbul olunmuşdur. Buna baxmayaraq, 
qərarın qəbul edildiyi şərait müəyyənedici andır. Adətən, qərarlar müəyyənlik və qeyri-müəyyənlik (risk) 


161 
 
şəraitində  qəbul edilir. Müəyyənlik  şəraiti, bir qayda olaraq, standart qərarların, qeyri-müəyyənlik  şəraiti - 
standart olmayan qərarların qəbulunu əvvəlcədən müəyyən edir.  
Standart elə  qərarlardır ki, kənaraçıxmalarla birgə  qərarın özünün strukturu və onun qəbul edilməsi 
prosedurası işlənir. Adətən, onlar mövcud situasiyanın ayrı-ayrı kəmiyyət parametrlərinin dəyişdirilməsinə, icra 
müddətinə və icraçıların yerləşdirilməsinə yönəldilir, onun ümumi strukturu isə əvvəlki kimi qalır. Belə qərarlar 
kifayət qədər tez, xüsusi hazırlıq olmadan (məsələn, kadrların işə  qəbulu və  işdən azad edilməsi haqqında 
əmrlər) qəbul edilə bilər.  
Standart olmayan qərarlar, bir qayda olaraq, yaradıcı qərarlardır. Qeyri-müəyyənlik, deməli, həm də risk 
şəraitində belə qərarlara ehtiyac, şübhəsiz, xeyli artır. Bu daim dəyişməkdə olan gömrük şəraitinə uyğunlaşmaq 
və həm daxili, həm də nəzarət edilməyən xarici faktorların təsiri altında resurslarla manevr etmək zərurəti ilə 
bağlıdır.  
Qərar qarşıya qoyulmuş  məqsədlərə yetmək üçün əməkdaşların birgə  hərəkətlərini təşkil edən, 
istiqamətləndirən və stimullaşdıran direktiv aktdır.  
 
19.5. İdarəetmənin psixoloji aspektləri  
Qeyd edildiyi kimi, idarəçilik prosesinin əsas spesifikası rəhbər tərəfindən tabeliyindəkilərin istehsalat 
vəzifələrini məqsədyönlü icra etmələrini təmin etməkdən ibarətdir. Bu səbəbdən çox vaxt deyirlər ki, rəhbər “öz 
əlləri ilə deyil, tabeliyindəkilərin əlləri ilə işləyir”. 
Özlərinin idarçilik fəaliyyətində, hər şeydən öncə, üç aspektə daimi diqqət yetirilməsi zərurəti həmişə 
rəhbərlər qarşısında real olaraq durur.  
1) istehsalat vəzifələrinin bilavasitə icraçıları kimi insanlara diqqət göstərmək, bu isə onlara 
istehsalat vəzifələrinə uyğun gələn davranış üslubunu öyrətməyi, onların keyfiyyətini artırmağı, onlarda 
müsbət dəyərli peşə  fəaliyyəti yönümünü və motivlərini inkişaf etdirməyi, istehsalat kollektivlərini 
formalaşdırmağı, təşkilatın korporativ ruhunu inkişaf etdirməyi və s. nəzərdə tutur;  
2) peşə  fəaliyyətinin məqsəd və  vəzifələrinin dəqiq müəyyənləşdirilməsinə, xarici mühitdə 
dəyişmələr şəraitində təşkilatın məqsədlərinin həyata keçirilməsində strateji və taktiki məsələlərin həllinə 
və s. nail olma. 
3) istehsalat vəzifələrinin yerinə yetirilməsi üçün şəraiti təmin etmək, bu isə özündə 
kommunikasiyanı təkmilləşdirməyi, iş yerlərində əlverişli şərait, səmərəli idarçilik istehsal texnologiyası 
yaratmağı, eləcə  də operativ qərarlar qəbul etmək üçün icraçılara zəruri səlahiyyətlər ayırmağı ehtiva 
edir.  
Özlərinin idarəçilik fəaliyyətlərinin gedişatı  təcrübəsində  rəhbərlər üstünlüyü yalnız istehsalat 
vəzifələrinə  və  fəaliyyət subyektlərinə (vəzifələrin icraçılarına); idarəçilik fəaliyyətinin bütün göstərilmiş 
əvvəlki istiqamətlərinə və bu istiqamətlərlə bərabər, məsələn, qərarın qəbul edilmə vaxtı, əməkdaşların intizamı 
və s. kimi həmin momentdə mühüm olan digər göstəricilərə verə bilərlər. Bütün bu hallarda rəhbərdə müvafiq 
olaraq bir ölçülü, ikiölçülü, üçölçülü və çoxölçülü idarəçilik düşüncəsinin (təfəkkürünün) inkişafından danışılır.  
Birölçülü idarəçilik düşüncəsi (təfəkkürü) rəhbərin özünün idarəçilik faliyyətində, hər  şeydən öncə, 
meydana çıxan vəzifələrə oriyentirini (meylini) xarakterizə edir. Situasiyanın digər elementləri (fəaliyyət 
subyekti və şəraiti) rəhbərin yüksək diqqətindən kənarda qalır.  
İkiölçülü idarəçilik düşüncəsi (təfəkkürü) rəhbərin diqqətini həm istehsalat vəzifələrinə, həm də 
onların icraçılarına yönəldir.  
Üçölçülü idarəçilik düşüncəsi zamanı rəhbər diqqətini təkcə fəaliyyətə (vəzifəyə) və insana (subyektə) 
deyil, həm də fəaliyyətin obyektiv şəraitinə yönəldir.  
Çoxölçülü idarəçilik düşüncəsi elə  rəhbər üçün xarakterikdir ki, konkret situasiyadan asılı olaraq 
özünün idarəçilik fəaliyyətində, yuxarıda nəzərdən keçirilən oriyentasiyalardan başqa, bu və ya digər xüsusi 
göstəriciləri birinci yerə qoya bilsin. Belə göstəricilər, məsələn, fəaliyyətin nəticəsinin keyfiyyəti, qərarın qəbul 
edilmə sürəti, əməkdaşların motivasiyası və s. ola bilər.  
Lakin rəhbərdə hansı növ idarəçilik düşüncəsi olursa-olsun və buna uyğun olaraq, o hansı idarəetmə 
üslubuna tərəfdar olursa-olsun, onun hərəkətləri hansısa vaxt anında effektli və ya effektsiz ola bilər. Hər şey 
konkret situasiya amillərindən asılıdır.  
İdarəetmə üslubunun çevikliyi, idarəetmənin effektli üslubunu effektsiz üslubundan sərfəli  şəkildə 
fərqləndirir və bir qayda olaraq, idarəçilik fəaliyyətinin səmərəliliyinə təminat verir. 
Gömrük orqanı rəhbərinin yüksək idarəçilik fəaliyyəti onun gömrükxana əməkdaşları və müştəriləri ilə 
xidməti etika normalarında ifadə olunan gündəlik ünsiyyətində təzahür edir. Xidməti etik normalara aşağıdakılar 
daxildir:  
1) rəhbərin ünsiyyət demokratizmi;  
2) sadəliyi;  
3) diqqətliliyi;  


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə