Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə73/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   80

150 
 
 
          Mövzu 18. Gömrük orqanları sistemində idarəetmənin təşkilati strukturları  
 
18.1. İdarəçilik münasibətlərinin və idarəetmənin təşkilati strukturlarının növləri  
Azərbaycan Respublikası gömrük orqanları sisteminin inkişafı idarəçilik problemlərinin həlli ilə  sıx 
əlaqəlidir, çünki idarəetmə  həmişə bu və ya digər təşkilatın ayrı-ayrı  həlqələri arasında dəqiq qarşılıqlı 
əlaqələrin müəyyənləşdirilməsi, onlar arasında hüquq və  vəzifələrin bölgüsü ilə başlanır. Bu məsələlərin 
təşkilati rəsmiləşdirilməsi gömrük orqanlarının idarə edilməsinin optimal təşkilati strukturunun işlənib 
hazırlanmasını nəzərdə tutur.  
İdarəetmənin təşkilati strukturu dedikdə çox vaxt idarəetmənin iyerarxik elementlərinin və bu 
elementlərin vahid bir tam kimi inkişafını təmin edən bir-biri ilə qarşılıqlı əlaqələrinin nizama salınmış toplusu 
(məcmusu) başa düşülür.  
İdarəetmənin təşkilati strukturları təhlil edilərkən, bir qayda olaraq, onlarda aşağıdakı elementlər ayrılır: 
idarəetmə həlqələri, idarəetmə səviyyələri və qarşılıqlı əlaqələr.  
Gömrük orqanları sistemində idarəetmənin həlqələrinə bunlar aiddir:  
- Azərbaycan Respublikası DGK (Komitənin 01.01.2009-cu ilə olan mövcud strukturu 1 saylı 
əlavədə verilmişdir);  
- DGK-nın idarələri və müstəqil şöbələri;  
- gömrükxanalar;  
- gömrükxanaların şöbələri;  
- gömrük postları  və müvafiq professional və ya idarəçilik funksiyalarını icra edən ayrı-ayrı 
mütəxəssislər.  
İdarəetmənin bu həlqələri idarəetmə iyerarxiyasının müvafiq səviyyələrində yerləşir.  İdarəetmənin 
səviyyələri dedikdə təşkilatın iderəetmə sistemində müəyyən pillə tutan idarəetmə həlqələrinin məcmusu başa 
düşülür.  
Gömrük orqanlarının vahid sistemində idarəetmə strukturu üç səviyyədən ibarətdir:  
1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
2. gömrükxanalar;  
3. gömrük postları.  
XX  əsrin son onilliyində  və XXI əsrin  əvvəllərində informasiya və kommunikasiya texnologiyaları 
cəmiyyətin inkişafına təsir göstərən  əsas amillərdən birinə çevrilmişdir.  İnformasiya və kommunikasiya 
texnologiyalarının dövlət strukturlarını  və  vətəndaş  cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri  əhatə 
etməsini nəzərə alaraq Dövlət Gömrük Komitəsi bu sahədə əldə olunmuş nəticələri inkişaf etdirmək və gömrük 
işinin təşkilində informasiya texnologiyalarının geniş tətbiqini təmin etmək əzmindədir. 
 21 oktyabr 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş 
"Azərbaycan Respublikası rabitə  və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət proqramına 
(Elektron Azərbaycan)"  və  “Azərbaycan Respublikasının  İnkişafı Naminə  İnformasiya və 
Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiyaya” müvafiq olaraq Dövlət Gömrük Komitəsində 
Azərbaycan Respublikası gömrük xidmətinin vahid avtomatlaşdırılmış informasiya sisteminin yaradılması 
haqqında Fəaliyyət Proqramına uyğun olaraq müvafiq işlər aparılır və bu sahədə müxtəlif nailiyyətlər  əldə 
olunmuşdur.  
Gömrük orqanlarının vahid qlobal korporativ şəbəkəsinin genişləndirilməsi və inkişaf etdirilməsi, 
gömrük rəsmiləşdirməsi və nəzarətinin avtomatlaşdırılmış sisteminin sənaye istismarının təmin edilməsi, müasir 
texniki qurğuların tətbiqi ilə gömrük sərhədini keçən mal və  nəqliyyat vasitələrinə  nəzarət avtomatlaşdırılmış 
sisteminin yaradılması, gömrük anbarlarında və terminallarında malların uçotu, saxlanması  və  hərəkəti 
prosesinin avtomatlaşdırılması, gömrük orqanları  tərəfindən müəyyən olunmuş hüquqpozmaların uçotu və 
nəzarətinin avtomatlaşdırılmış sisteminin tətbiqi və  İstifadədə olan informasiya-texniki və proqram təminatı 
vasitələrinin yeniləşdirilməsi(modernləşdirilməsi) məsələləri mühüm əhəmiyyət kəsb edir. 
Dövlət Gömrük Komitəsinin qlobal korporativ şəbəkəsi hazırda Xəzər Dənizində Azərbaycan 
Respublikasının Mənafeyini Mühafizə idarəsi istisna olmaqla bütün gömrük orqanlarını əhatə edir. Şəbəkə öz 
quruluşuna görə dörd əsas hissədən ibarətdir: 
1) Peyk vasitəsi ilə təşkil olunmuş şəbəkə
2) Aztelekom istehsalat birliyindən icarəyə götürülmüş optik lifli rabitəsi əsasında təşkil olunmuş 
şəbəkə; 
3) Xüsusi tezliklə işləyən radioantennalarla qurulmuş şəbəkə; 
4) İSDN tipli şəbəkə. 
Azərbaycan Respublikasının gömrük orqanlarında fəaliyyətdə olan qlobal korporativ şəbəkənin 
funksional sxemi aşağıakı kimidir (Sxem 1): 


151 
 
 
 
 
 
            
  SXEM 1. Azərbaycan Respublikasının gömrük orqanlarında fəaliyyətdə olan qlobal korporativ 
şəbəkənin funksional sxemi 
 
Qlobal korporativ şəbəkə Azərbaycan Respublikasının bütün gömrük orqanları arasında informasiya 
mübadiləsinin aparılmasını və Dövlət Gömrük Komitəsinin vasitəsiçiliyi ilə hər bir gömrük orqanının internetə 
çıxışını təmin edir.  
Rəsmiləşdirmə prosesinin sürətini və keyfiyyətini artırmaq və yük gömrük bəyannamələrində olan 
məlumatlara proqram təminatı vasitəsilə elektron nəzarətin aparılması məqsədilə "Gömrük rəsmiləşdirilməsi və 
nəzarətinin avtomatlaşdırılmış sistemi (GRNAS)" yaradılmışdır. 
"Gömrük rəsmiləşdirilməsi və nəzarətinin avtomatlaşdırılmış sistemi" proqram kompleksi yük gömrük 
bəyannamələrinin(YGB) gömrük rəsmiləşdirilməsi prosesinin maksimum dərəcədə avtomatlaşdırılması üçün 
nəzərdə tutulmuşdur. Avtomatlaşdırma prosesi iki mərhələdən ibarətdir: 
- YGB-lərin elektron surətinin yaradılması; 
- YGB-də olan məlumatlara nəzarətin keçirilməsi. 
Nəzarətin birinci mərhələsi format-məntiqi yoxlama adlanır və tam şəkildə proqram təminatının 
köməyilə aparılır, gömrük brokeri və lokal şəbəkənin adminstratoru tərəfindən həyata keçirilir. Format-məntiqi 
yoxlama nəticəsində YGB-də istifadə olunan bütün kodlar yoxlanılır. YGB-nin yük və maliyyə aspektləri 
ekspert səviyyəsində yoxlanılır. Gömrük rəsmiləşdirilməsi və  nəzarətinin avtomatlaşdırılmış sisteminin 
funksional sxemi aşağıdakı kimidir  (Sxem 2):. 
 
 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə