Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə14/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   80

29 
 
Gömrük sərhədi dedikdə, gömrük ərazisinin primetri - bu ərazinin konturlarını hüdudlandıran 
xətt başa düşülür. Bir sözlə gömrük sərhədi dövlətin qanunvericiliyinin qüvvədə olduğu məkan hüdudlarını 
müəyyənləşdirir və ərazicə bitişik ölkələrin gömrük ərazisini ayırır.  
Gömrük Məcəlləsinin 3-cü maddəsinin 3-cü bəndinə görə,  “Azərbaycan Respublikasının gömrük 
ərazisinin hüdudları, həmçinin sərbəst gömrük zonalarının və  sərbəst anbarların perimetrləri 
Azərbaycan Respublikasının gömrük sərhədidir”. Beləliklə, daxili və xarici gömrük sərhədi anlayışları 
meydana çıxır. Belə ki, gömrük ərazisinin ətraf hüdudlarının xarici gömrük sərhədi olduğu anlaşılır.  
Xarici gömrük sərhədi bilavasitə qonşu olan dövlətlərin gömrük ərazisini ayırır və adətən dövlət sərhədi 
ilə üst-üstə düşür. Xarici gömrük sərhədində dövlət sərhədi barədə qanunvericilikdə nəzərdə tutulmuş inzibati-
hüquqi rejim tətbiq edilir. Xarici gömrük sərhədinin qorunması gömrükçülər tərəfindən sərhəd qoşunları ilə 
birgə həyata keçirilir.  
Daxili gömrük sərhədi gömrük ərazisinin daha içərilərində təşkil edilir. Daxili gömrük sərhədi zərurəti, 
sərbəst gömrük zonası  və  sərbəst gömrük anbarı rejimlərinin tətbiqi zamanı meydana çıxır. Hüquqi statusuna 
görə daxili gömrük sərhədi xarici sərhədə  bərabər tutulur; azad zonanın  ərazisi sərhəd zonası kimi baxılır və 
oraya girişə xüsusi nəzarət-buraxılış məntəqələrindən və icazə vərəqələri tətbiq edilməklə icazə verilir. Daxili 
gömrük sərhədi gömrükçülər tərəfindən azad gömrük zonasının hakimiyyət orqanları ilə birgə qorunur. Bir 
qayda olaraq gömrük işi icra hakimiyyəti orqanları  tərəfindən həyata keçirilir (Azərbaycan Respublikası 
Konstitusiyasının 7-ci maddəsinə görə). Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi icra strukturu 
kimi Azərbaycan Respublikasının Prezidentinə tabedir. 
Gömrük siyasəti - Azərbaycan Respublikasının gömrük ərazisində gömrük nəzarəti və mal 
dövriyyəsinin daha səmərəli tənzimlənməsi, daxili bazarın qorunması, milli iqtisadiyyatın inkişafının 
stimullaşdırılması, dövlətin iqtisadi siyasətindən irəli gələn vəzifələrin həyata keçirilməsi, habelə gömrük işinin 
beynəlxalq normalara uyğun aparılmasıdır.  
Gömrük siyasətinin formalaşdırılması  və  həyata keçirilməsində  iştirak edən təşkilatların məcmusu, 
habelə onun həyata keçirilmə metodları, səlahiyyətli dövlət orqanları  tərəfindən gömrük tənzimlənməsi 
üsullarının istifadə qaydaları gömrük siyasəti mexanizmi anlayışını yaradır.  
Gömrük siyasətinin  əsasını, xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsinin aşağıdakı prinsipləri 
təşkil edir:  
1) Respublikanın xarici siyasətinin tərkib hissəsi olan vahid xarici ticarət siyasəti;  
2) xarici ticarət fəaliyyətinin vahid dövlət tənzimləmə sistemi və onun həyata keçirilməsinə 
nəzarət;  
3) vahid valyuta nəzarəti siyasəti;  
4) ölkənin gömrük ərazisinin bütövlüyü;  
5) xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsində iqtisadi tədbirlərə üstünlük verilməsi;  
6) xarici ticarət fəaliyyəti iştirakçılarının bərabərhüquqlu olması  və  hər hansı formada ayrı-
seçkiliyə yol verilməməsi;  
7) xarici ticarət fəaliyyəti iştirakçılarının hüquq və qanuni maraqlarının dövlət tərəfindən 
qorunması;  
8) dövlətin və onun ayrı-ayrı orqanlarının xarici ticarət fəaliyyətinə yersiz (lazımsız) müdaxiləsi 
nəticəsində onun iştirakçılarına və bütünlükdə ölkə iqtisadiyyatına ziyan vurulmasının istisna edilməsi. 
Gömrük siyasəti dövlətin iqtisadi təhlükəsizliyinin təmin edilməsinə xidmət etməlidir.  
İqtisadi təhlükəsizlik - ümumilikdə iqtisadiyyatın ölkənin sosial, siyasi, müdafiə qabiliyyətinin və 
mütərəqqi inkişafının kifayət edəcək səviyyəsini təmin edə bilən vəziyyətini, tarazlaşdırma problemlərinin həlli 
yollarını, mümkün xarici və daxili təhlükələrə, onun iqtisadi maraqlarının xarici təsirlərdən asılı olmaması və 
kifayət qədər zərərdən qoruna bilməsi qabiliyyətini nəzərdə tutur.  
Gömrük siyasəti, onun həyata keçirilməsi üçün başlıca zəmin olan gömrük xidmətinin fəaliyyətinə 
əsaslanır. Qeyd etmək lazımdır ki, gömrük tənzimlənməsini yalnız gömrük orqanlarının fəaliyyəti ilə 
eyniləşdirmək yanlış fikirdir. Gömrük siyasətinin formalaşdırılması  və  həyata keçirilməsi çox mürəkkəb bir 
proses olub, hakimiyyətin hər üç qolunun - qanunvericilik, icra və məhkəmə hakimiyyətinin, həmçinin bu işdə 
maraqlı olan sahibkarlıq dairələrinin bilavasitə iştirakı ilə reallaşa biləcək bir məsələdir.  
Gömrük Məcəlləsinin 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasında dövlətin daxili və 
xarici siyasətinin tərkib hissəsi olan vahid gömrük siyasəti həyata keçirilir. Bu siyasətin tələb və vəzifələri 
Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının prezidenti və Nazirlər Kabineti 
tərəfindən Gömrük Məcəlləsi və gömrük hüququnun digər mənbələri əsasında müəyyən edilir və respublikanın 
gömrük  ərazisində mal mübadiləsinin tənzimlənməsi və gömrük nəzarəti vasitələrindən effektiv istifadə 
edilməsi ilə daxili bazarın müdafiəsi üçün ticarət-siyasi məsələlərin həlli, milli iqtisadiyyatın inkişafının 
stimullaşdırılması, dövlətin iqtisadi siyasətinin əsas məsələlərinin həllinə təkan vermək məqsədi güdür. Gömrük 
siyasəti, ölkənin xarici iqtisadi fəaliyyətinin vacib bir sahəsidir. Tarixən bu siyasət, xarici ticarətin dövlət 


30 
 
tənzimlənməsinin ilkin forması olmuşdur.  Gömrük siyasətinin mahiyyəti – gömrük tarif qanunvericiliyində, 
müxtəlif istiqamətli beynəlxalq gömrük birlikləri ilə münasibətlərin yaradılmasında, sərbəst gömrük və ticarət 
zonalarının təşkil edilməsində öz əksini tapır. Gömrük siyasəti dövlətin iqtisadi və xarici ticarət siyasətinin 
ayrılmaz hissəsi olduğu üçün, hökumətin ümumi iqtisadi strategiyasının məqsəd və vəzifələrindən asılıdır.  
Daxili bazarın qorunması  və milli iqtisadiyyatın inkişafına  əlverişli  şəraitin yaradılması üçün gömrük 
siyasətinin aşağıdakı formalarından daha çox istifadə olunu:  
1. Himayədarlıq - (proteksionizm);  
2. Sərbəst ticarət  - (fritredizm)  
Himayədarlıq (proteksionist) gömrük siyasəti yerli istehsalın inkişafı üçün daha əlverişli  şərait 
yaradılmasına yönəldilib. Bu siyasət idxal edilən mallara gömrük vergi və rüsumların qoyulmasının daha 
yüksək səviyyəsini tətbiq etməklə əldə edilir.  
Sərbəst ticarət siyasəti isə gömrük rüsumlarının minimum səviyyəsini nəzərdə tutur və daxili bazara 
xarici malların daha çox cəlb edilməsinə təhrik edir.  
Gömrük siyasətinin həyata keçirilməsinin əsas vasitələri - gömrük rüsumları və yığımları (tarif və ya 
iqtisadi tənzimləmə), gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti  əməliyyatları, xarici ticarətin 
icazələşdirilməsi (xüsusi icazə) və kvotalaşdırılması (qeyri-tarif və  ya  inzibati  tənzimləmə) təcrübəsi ilə bağlı 
olan müxtəlif gömrük məhdudiyyətləridir. 
Gömrük hüququ. Gömrük siyasəti gömrük hüquqi normaları  əsasında həyata keçirilir. Gömrük 
siyasətinin dəqiq hüquq əsaslandırılmaları ona görə vacibdir ki, onun həyata keçirilməsi zamanı bilavasitə və ya 
dolayısı ilə sahibkarlıq fəaliyyətinin bu və ya digər istiqamətlərini imperativ tənzimləyərkən istər-istəməz 
mülkiyyət münasibətləri sahəsinə müdaxilə edilir. Eyni zamanda, gömrük siyasətinin xarici münasibətlərə təsiri, 
dövlət üçün beynəlxalq-hüquqi xarakterli öhdəliklər yaratdığından onun normalaşdırılması zərurətini doğurur.  
Gömrük-hüquq normaları – gömrük sərhədindən mal və  nəqliyyat vasitələrinin keçirilməsi 
prinsiplərini nizama salan və rəsmiləşdirilmə əməliyyatlarının yerinə yetirilməsi üçün mövcud qanunvericiliyə 
əməl olunmasını  təmin edəcək, dövlət tərəfindən müəyyənləşdirilən davranış qaydalarıdır. Bu qaydaların 
məcmusu Azərbaycan Respublikası qanunvericiliyinin mühüm tərkib hissələrindən biri olan gömrük hüququnu 
əmələ gətirir.  
Bu və ya digər gömrük qaydaları yalnız müəyyən hüquqi formaya düşdükdən sonra hüquqi norma sayıla 
bilər.  
Gömrük hüququnun mənbələri dedikdə, dövlət idarəetmə orqanları  tərəfindən verilən hüquqi 
normalar toplusu başa düşülür. 
Gömrük hüququnun mənbəyini ixtiyarı hüquqi akt deyil, yalnız gömrük işinin ümumi qaydalarını əks 
etdirə bilən aktlar təşkil edə bilər. Deməli, gömrük hüququnun mənbəyi normativ xarakter daşımalıdır. Ona görə 
də, gömrük orqanlarının rəhbərlərinin vəzifəyə  təyinatı, vəsaitlərin köçürülməsi, intizam cəzasının elan 
olunması, tabeçilikdə olan orqanların qeyri-qanuni verdiyi əmrlərin ləğv olunması və s. barədə verdiyi əmrlər, 
ümumi qaydaları özündə əks etdirmədiyinə görə, hüquqi norma sayılmır və gömrük hüququnun mənbəyi hesab 
edilə bilməz. Ayrı-ayrı məsələlər üzrə verilən bu aktlar fərdi (individual) xarakterə malik olduğu üçün  hüquqi 
fakt qismində  çıxış edir. Daha doğrusu, bu cür aktlar gömrük sferasında konkret hüquq münasibətlərini ya 
dəyişdirir, ya da dayandırır.  
Gömrük - hüquq aktlarında, həm normativ tapşırıqlar, həm də operativ-icra və ya hüquq-mühafizə 
(hüquqqoruyucu) xarakterli tapşırıqlar da ola bilər. Bu cür aktların icraçıları, onların hansının normativ
hansınınsa fərdi xarakterli aktlar olmasını hər dəfə müəyyənləşdirməlidirlər.  
Gömrük hüququnun mənbələri – tərkib hissələri (elementləri) gömrük işinin hüquqi tənzimlənməsi 
məntiqinə uyğun olaraq, subordinasiya və ierarxiya (pilləvari) tabeçiliyi münasibətlərində olan vahid, bütöv bir 
sistem təşkil edir.  
Gömrük hüququ mənbələrinin yaradılması sisteminin əsas prinsipləri konstitusiyaya əsaslanması  və 
qanuni olmasıdır. Konstitusiyaya əsaslanma dedikdə, gömrük işinin tənzimlənməsinin əsas prinsiplərinin hüquqi 
mənbələrinin çox ciddi şəkildə konstitusiya maddələrinə uyğunluğu başa düşülür. Qanunilik isə, qəbul edilmiş 
fərman, qərar və  sərəncamların tamamilə qanunda nəzərdə tutulmuş hüquqi normalara uyğunluğudur.  Əks 
halda, qəbul edilmiş qanunaltı hüquqi aktlar etibarsız sayılır.  
Gömrük hüququnun mənbələri sisteminin əsas elementlərinə aşağıdakılar daxildir:  
1) ölkədaxili gömrük qanunvericiliyi;  
2) gömrük işi ilə bağlı ölkənin qoşulduğu beynəlxalq hüquqi müqavilələr və sazişlər.  
Gömrük işi barədə qanunvericiliyə Gömrük Məcəlləsi, “Gömrük tarifi haqqında” Azərbaycan 
Respublikasının Qanunu, habelə Gömrük Məcəlləsinə uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları 
daxildir.  
Gömrük Məcəlləsi və “Gömrük tarifi haqqında” qanun, Azərbaycan Respublikasının gömrük 
təcrübəsində yaranan bütün hüquqi məsələlərə münasibət bildirir və gömrük münasibətlərinin hüquqi 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə