Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə15/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   80

31 
 
tənzimlənməsi mexanizmində əsas yeri tutur. Hüquqi gücünə görə bu qanunlar yalnız Konstitusiyadan geri qalır 
və bütün gömrük qanunvericiliyinin hüquqi bazası hesab edilir.  
Bu gömrük qanunlarının ayrı-ayrı hüquqi normaları, Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 
qəbul olunan qanunlar Milli Məclisin qərarı ilə  və ya Azərbaycan Respublikasının prezidenti tərəfindən 
fərmanla təsdiq olunduqdan sonra tətbiq olunmağa başlayır. Belə ki, Milli Məclis tərəfindən 20 iyun 1995-ci 
ildə  qəbul olunmuş “Gömrük tarifi haqqında” Qanun Azərbaycan Respublikası Milli Məclisinin 1064 saylı 
qərarı ilə, 10 iyun 1997-ci ildə Milli Məclisdə qəbul olunmuş Gömrük Məcəlləsi isə Azərbaycan Respublikası 
prezidentinin 25 iyul 1997-ci il 616 saylı Fərmanı ilə təsdiq olunduqdan sonra hüquqi qüvvəyə malik olmuşdur.  
Bəzi gömrük-hüquq normaları digər qanunvericilik aktlarında da öz əksini tapa bilər. Məsələn, 
“Əməliyyat-axtarış  fəaliyyəti haqqında” (1999-cu ildə  qəbul olunub) Qanunun 5-ci maddəsində  nəzərdə 
tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın siyahısına, həmin qanunun tətbiq edilməsi haqqında 
Azərbaycan Respublikası prezidenti H.Ə.Əliyevin 11.XI.1999-cu il tarixli 206 saylı Fərmanının ikinci bəndinin 
üçüncü hissəsinə görə, Dövlət Gömrük Komitəsi də daxil edilmişdir. Bu qanuna və Gömrük Məcəlləsinə əsasən 
gömrük orqanları müxtəlif əməliyyat-axtarış fəaliyyəti ilə məşğul olurlar.  
Gömrük qanunvericiliyi çoxşaxəli və kompleks xarakterli olduğuna görə, hüququn digər sahələrinin 
ayrı-ayrı normalarından da istifadə edir. Belə ki, qaçaqmalçılıq, Azərbaycan Respublikasının və xarici ölkələrin 
incəsənət, tarixi, arxeoloji sərvəti olan əşyaları Azərbaycan Respublikasına qaytarmamaq, gömrük 
ödənişlərindən yayınmaq kimi hallar Cinayət Məcəlləsinin, gömrük daşıyıcının xidmətindən istifadə edərkən 
tərəflərin hüquq və  vəzifələri, malın gömrük anbarında və müvəqqəti saxlanc yerlərində saxlanması ilə bağlı 
məsələlər Mülki Məcəllənin, gömrük qaydalarının pozulması ilə bağlı  məsələlər  İnzibati Xətalar və Mülki- 
Prosessual Məcəlləsinin və hüquqi normaları ilə tənzimlənir.  
Gömrük-hüquq tənzimlənməsinin mexanizmində qanunaltı aktlar mühüm rol oynayır. Qanunaltı aktlar, 
qanunlardan yararlanmaq və onları inkişaf etdirmək üçün istifadə olunur və bu aktlar qanunlardan kənara 
çıxmamalıdır. Bu cür aktlar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, qeydiyyat 
nömrəsi almaqla təşkilati-hüquqi cəhətdən zəmanət qazanır. Əks halda həmin aktların hüquqi gücü olmur.  
Öz kəmiyyət parametrlərinə görə qanunaltı aktlar gömrük hüququnun daha çoxnövlü mənbələri hesab 
olunur. Bunun əsas səbəbi gömrük qanunlarının mətnlərində daha çox anonim (adsız) istinadların olmasıdır. 
Məsələn, “vicdanlı deklarant”, “həyatı vacib maraqlar” və s.  
Gömrük münasibətlərini tənzimləyən qanunaltı aktlar aşağıdakılardır:  
1. Azərbaycan Respublikası prezidentinin fərmanları. Ölkə başçısının normayaradıcı fəaliyyətinin 
aktivliyi  əsasən Gömrük Məcəlləsi qəbul edilən vaxtadək təsadüf edir. Həmin vaxtlarda prezident 
fərmanları gömrük münasibətlərinin əsas hüquqi tənzimləyicisi kimi yerinə yetirilirdi.  
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları. Bu qərarlarla daha çox gömrük 
siyasətinin və gömrük hüququnun əsas məsələləri tənzimlənir. Məsələn, “Azərbaycan Respublikası 
ərazisinə  gətirilən,  əlavə  dəyər vergisindən azad olunan malların siyahısı haqqında” Azərbaycan 
Respublikası Nazirlər Kabinetinin 13.VII.2000-ci il tarixli 124 saylı  qərarı; “Azərbaycan Respublikası 
idxal-ixrac əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan 
yığımların miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.IV.2001-ci il tarixli 80 
saylı qərarı və s.  
3. Dövlət Gömrük Komitəsinin normativ aktları.  
Gömrük Məcəlləsinə görə DGK öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının bütün başqa 
dövlət orqanları, tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq idarələr, müəssisələr və  təşkilatlar, 
habelə vəzifəli şəxslər və vətəndaşlar üçün icrası məcburi olan normativ aktlar qəbul edir. Bu normativ aktlar 
qanunvericiliyə uyğun olaraq həyata keçirilir.  
Ümumi xarakterli normativ aktlar isə, onların özlərində ayrı müddət nəzərdə tutulmamışdırsa, dərc 
olunandan on gün sonra qüvvəyə minir.  
DGK-nin verdiyi normativ təlimatlar və əmrlər də gömrük hüququnun mənbələrinə aid edilir. Bundan 
başqa, komitənin rəhbərliyi gömrük orqanlarına göstəriş  və  məktublar da göndərə bilər. Bu sənədlərin 
əvvəlkilərdən fərqi isə ondan ibarətdir ki, onlarda bu və ya digər normativ aktın tətbiqi qaydaları haqqında 
izahat verilir və heç bir yeni gömrük hüquq norması nəzərdə tutulmur.  
Dövlət suverenliyi, hər bir dövlətə öz gömrük məsələlərini birtərəfli qaydada daxili qanunvericiliklə 
tənzimləməyə imkan verir. Eyni zamanda gömrük siyasətinin beynəlxalq mahiyyəti, gömrük məsələlərini 
müqavilələrlə  tənzimləmənin predmeti edir. Əgər dövlət gömrük məsələlərinin həllində digər ölkələrin 
maraqlarını  nəzərə almırsa və ya yürütdüyü gömrük siyasəti bu ölkələrə ziyan vurursa, bu bütünlükdə xarici 
iqtisadi əlaqələri və beynəlxalq münasibətləri gərginləşdirər, nəticədə isə “gömrük müharibəsi” yarana bilər. 
Gömrük işi sahəsində beynəlxalq-hüquqi  əməkdaşlığı vacib edən  əsas məsələlər müasir gömrük tariflərinin 
mürəkkəbliyi və beynəlxalq ticarətin inkişafına maneçilik törədən çoxsaylı yozucu gömrük formalizmidir.  


32 
 
Beynəlxalq ticarət dövriyyəsinin inkişafı, turist mübadiləsi, humanitar əlaqələr gömrük siyasətinin əsas 
istiqamətlərinin və müxtəlif dövlətlərin eyni tipli normativ aktlarının koordinasiyasını  nəzərdə tutan gömrük 
qanunvericiliyinin eyniləşdirilməsini vacib edir. Milli normaların unifikasiyası beynəlxalq hüquq prinsipləri və 
hökumətlərarası müqavilələrdən irəli gələn normalara əsaslanır. Milli gömrük-hüquq sisteminin eyniləşdirilməsi 
beynəlxalq iqtisadi əməkdaşlığın genişləndirilməsi və inteqrasiya proseslərinin dərinləşməsi üçün əlverişli şərait 
yaradır.  
Gömrük qaydalarının əsas eyniləşdirmə vasitələri beynəlxalq müqavilələrin və ixtisaslaşmış beynəlxalq 
təşkilatların tövsiyələridir. 
Gömrük sahəsində beynəlxalq-hüquqi  əməkdaşlıq ilk növbədə-poçt göndərişlərinə  nəzarəti; dəniz, 
dəmiryolu, hava, avtomobil yolları ilə  və qarışıq daşımalarda gömrük qaydalarının eyniləşdirilməsini; daimi 
yaşamaq üçün başqa ölkələrə gedən şəxslərin hüquqi statusunu; sərnişinlərdən ayrı gedən müşayiət olunmayan 
baqajın gömrük rejimini əhatə edir.  
Azərbaycan Respublikasının gömrük sahəsində beynəlxalq hüquqi əməkdaşlığı  əsasən 4 istiqamətdə 
inkişaf edir:  
1) Beynəlxalq təşkilatlar, o cümlədən Ümumdünya Gömrük Təşkilatı ilə əməkdaşlıq;  
2) Müstəqil Dövlətlər Birliyinin gömrük rəhbərləri şurası çərçivəsində əməkdaşlıq; 
3) İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq;  
4) Ayrı-ayrı dövlətlərin gömrük orqanları ilə ikitərəfli münasibətlər əsasında əməkdaşlıq.  
Gömrük sahəsində  tətbiq edilən normativ aktlara ilkin nəzarət daxili qanunvericiliyin qüvvədə olan 
beynəlxalq müqavilələrin müddəalarına uyğunsuzluq hallarını istisna etməyə imkan verir.  
Gömrük Məcəlləsinin 6-cı maddəsinə görə Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrində 
müəyyən edilən qaydalar bu məcəllə və gömrük işi haqqında Azərbaycan Respublikasının digər qanunvericilik 
aktlarında nəzərdə tutulmuş  qaydalardan fərqlənərsə, onda dövlətlərarası müqavilələrin qaydaları tətbiq edilir.  
Gömrük qanunvericiliyinin zaman və  məkana görə qüvvəsi. Gömrük işi sahəsində  tənzimləmə 
münasibətlərinin beynəlxalq təcrübədə  qəbul edilmiş qaydalarına görə, gömrük orqanı  tərəfindən gömrük 
bəyannaməsinin və digər sənədlərin qəbul edildiyi gün qüvvədə olan qanunvericilik aktları tətbiq edilir.  
Malların və  nəqliyyat vasitələrinin gömrük sərhədindən qeyri-qanuni keçirilməsi halları müəyyən 
edildikdə meydana çıxan münasibətlərin tənzimlənməsi üçün mal və nəqliyyat vasitələrinin gömrük sərhədindən 
faktiki keçirildiyi gün qüvvədə olan qanunvericilik aktları tətbiq edilir. 
Gömrük xidməti - ümumi halda, gömrük orqanlarında dövlət xidmətinin təşkil edilməsini ifadə edir. 
Bu barədə sonra ətraflı məlumat verdiyimizə görə, indi şərhə ehtiyac görmürük.  
Gömrük rəsmiləşdirilməsi - Gömrük Məcəlləsinin müddəalarına və tələblərinə uyğun olaraq malların 
və nəqliyyat vasitələrinin müəyyən gömrük rejimi altında yerləşdirilməsi ardıcıllığı və bu rejimin fəaliyyətinin 
başa çatmasıdır. Gömrük rəsmiləşdirilməsi barədə 8-ci mövzuda bütün məsələlərin şərhi verilmişdir.  
Gömrük ödənişləri - müəyyən olunmuş qaydada gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, 
vergilər, gömrük yığımları, haqqlar və digər ödənişlərdir (bax. 10-cu mövzu). 
Gömrük rüsumları - gömrük orqanları  tərəfindən gömrük ərazisinə malların idxalı  və ixracı zamanı 
alınan ödənişlərdir (bax. 10-cu mövzu). 
Gömrük nəzarəti - gömrük işi haqqında qanunvericiliyə  əməl etmək və icrasına nəzarət gömrük 
orqanlarına həvalə edilmiş  məsələləri təmin etmək məqsədi ilə  həyata keçirilən tədbirlər toplusudur (bax 6-cı 
mövzu). 
Gömrük rejimi - gömrük məqsədləri üçün gömrük sərhəddindən keçirilən malların və  nəqliyyat 
vasitələrinin statusunu müəyyən edən müddəaların məcmusudur (bax 7-ci mövzu). 
Gömrük orqanları - Azərbaycan Respublikasında gömrük işini bilavasitə  həyata keçirən icra 
hakimiyyəti – hüquq-mühafizə orqanıdır.  
Bütün gömrük tədbirlərinin (gömrük ödənişlərinin alınması, gömrük rəsmiləşdirilməsi, gömrük nəzarəti 
və s.) həyata keçirilməsi üçün xüsusi gömrük orqanları yaradılır.  
Gömrük orqanları hüquq-mühafizə orqanı olub vahid sistem təşkil edir. Bu sistemə  aşağıdakılar 
daxildir:  
- DGK 
- məhəlli, ixtisaslaşmış idarələr  
- gömrükxanalar 
- gömrük postları  
Gömrük orqanları digər dövlət orqanları, müəssisələr, qurumlar, təşkilatlar və  vətəndaşlarla qarşılıqlı 
münasibətlər qurur. Bəzi hallarda qanunvericiliyə uyğun olaraq gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş 
məsələlərin digər orqanlar və müəssisələr tərəfindən yerinə yetirilməsinə yol verilir. Bu zaman gömrük orqanları 
həmin fəaliyyətə nəzarət etmək hüququna malikdir (məsələn, şəxsi (fərdi) müvəqqəti saxlanc anbarının sahibi, 
gömrük daşıyıcısı və s.). 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə