Dərslik Təbii fəlakətlər riskinin azaldılması 2



Yüklə 171,58 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix01.02.2018
ölçüsü171,58 Kb.
#23069
növüDərslik
1   2   3   4   5   6   7

9

İnkişaf etməkdə olan ölkələrdə təbii fəlakətlərin çoxluğu və 

intensivliyinin artması səbəbindən yaranmış insan itkisinin 

sayı inkişaf etmiş ölkələrdə olduğundan olduqca daha 

böyükdür, inkişaf etmiş ölkələrdə bu proseslər iqtisadi bax-

ımdan daha böyük ziyan vururlar 

(Şəkil 1.2.-ə baxın)

. İnkişaf 

etməkdə olan ölkələrdə fəlakətlər riskinin azaldılması üçün 

daha az insan, maliyyə, texnoloji və institusional resurs-

lar vardır. Belə ölkələrin iqtisadi cəhətdən fəal əhalisinin 

böyük hissəsi kənd təsərrüfatına qoşulmuşdur və onların 

gəliri əsasən sabit təbii şəraitdən asılıdır. İnkişaf etməkdə 

olan ölkələrin əhalisinin dərketmə və təhsil səviyyəsi təbii 

fəlakətlər riskinin səmərəli prevensiya ölçülərinin götürülmə-

si üçün kifayət deyil. Bütün bu şərtləri nəzərə almaqla, 

inkişafda olan ölkələrin əhalisi fəlakətlər riskinə qarşı inkişaf 

etmiş ölkələrin əhalisindən daha həssasdır. Qeyd edilən-

lərə uyğun olaraq, fəlakətlər riskinin səmərəli prevensiyası 

inkişafda olan ölkələr üçün aktual məsələlərdən biridir. 

Çertyoj 1.2.

-də təbii fəlakətlər barədə bilik səviyyəsinin, 

insan itkisi və iqtisadi ziyanın qarşılıqlı asılılığı göstərilib. 

Qırmızı əyri mütləq iqtisadi ziyanı göstərir. Müvafiq olaraq, 

qeyd edilən çertyoja əsasən, ölkənin inkişaf səviyyəsi nə 

qədər yüksək olsa, təbii fəlakətlər səbəbindən yaranmış 

onun iqtisadi ziyanı da o qədər böyükdür və, əksinə, ölkə 

nə qədər az inkişaf etmiş olsa, eyni proseslər səbəbindən 

yaranmış iqtisadi ziyan da o qədər azdır. Yaşıl əyri fəlakətlər 

zamanı insan itkisini əks etdirir. İnkişaf etmiş ölkələrdə qeyd 

edilən göstərici inkişafda olan ölkələrdə olduğundan olduq-

ca aşağıdır.



Təbii fəlakətlər riskinin azaldılması


İqtisadi itki

İnsan itkisi

İnkişaf səviyyəsi

ÇERTYOJ 1.2. 

Təbii fəlakətlər barədə bilik səviyyəsinin, insan itkisi və iqtisadi ziyanın qarşılıqlı asılılığı (mənbə: UNU-ITC DGIM, 2009).

1750 

0

2



4

6

8



1800 

1850 


1900 

1950 


2000 

2050


İnkişaf etmiş ölkələr

İnkişaf etməkdə olan ölkələr

ŞƏKİL 1.1.

Dünya əhalisinin artım tendensiyası (Mənbə: http://7revolutionspopulation.blogspot.com/).

Dünya əhalisi (milyon)



11

FƏSİL 2

TƏBİİ FƏLAKƏTLƏR

RİSKİNİN İDARƏ

EDİLMƏSİ

Təbii fəlakətlər riskinin idarə edilməsi dedikdə inzibati 

direktivlərin, təşkilatların, operativ qabiliyyət və imkanlardan 

istifadə edilməsinin sistematik prosesi nəzərdə tutulur, 

həmin proses təhlükələrin mənfi təsiri və fəlakətlər riskinin 

azaldılması strategiyaların və siyasətin həyata keçirilməsinə 

yönəldilmişdir. Riskin idarə edilməsi sabit inkişafın hərtərəfli 

təmin edilməsinə əsaslanır.

1990-2000-ci illər BMT tərəfindən təbii fəlakətlərin azal-

masının onilliyi kimi tanınmışdır. 2000-ci ildən sonra təbii 

fəlakətlərin azaldılmasının beynəlxalq strategiyası (ISDR) 

işlənib hazırlanmışdır, həmin strategiyada idarəetmənin əsas 

bəndi kimi ölkələrin hakimiyyətləri təqdim edilir, ondan əv-

vəl mövcud olan reabilitasiya və hazırlıq yanaşmaları arasın-

da üstünlük isə kompleksli yanaşmaya verilir. Prioritet riskin 

azaldılmasına, prevensiya ölçülərinə, cəmiyyətin məlumat-

lılığına, dərketmə və məsuliyyət səviyyəsinin yüksəldilməsinə 

verilir. Bu cür proaktiv konsepsiyanı “Riskin idarə edilməsi 

dövrü” adlandırırlar

 (çertyoj 2.1.-ə baxın)

.

Əsasən fəlakət zamanı reaksiya verilməsini və fəlakətdən 



sonrakı reabilitasiyanı nəzərdə tutan reaksiya yanaşmasından 

fərqli olaraq, proaktiv yanaşma olduqca daha səmərəli və 

resurslara qənaət edən yanaşmadır.

Təbii fəlakətlər riskinin idarə edilməsi strategiyası, 

2-ci çer-

tyojda


 göstərildiyi kimi, aşağıdakı mərhələləri əhatə edir: 1. 

Prevensiya. 2. Fəlakətə hazırlıq. 3. Fəlakət zamanı reaksiyanın 

verilməsi. 4. Bərpa və 5. Reabilitasiya. Təbii fəlakətlər riskinin 

idarə edilməsinin qeyd edilən mərhələləri aşağıda daha 

ətraflı şəkildə təqdim edilmişdir.

Təbii fəlakətlər riskinin azaldılması və onun idarə edilməsinə 

yönəldilmiş tədbirlər iki əsas kateqoriyaya bölünə bilər: 

bunlar struktur və qeyri-struktur tədbirlərdir. Təbii fəlakətlər 

riskinin azaldılmasının səmərəliliyi onlardan birgə istifadə 

edilməsindən asılıdır 

(cədvəl 2.1.)

.

Təbii fəlakətlər riskinin bu şəkildə idarə edilməsi razılaşdır-



malara və əməkdaşlığa əsaslanmış yanaşmanı tələb edir. Tə-

bii fəlakətlərin azaldılması üzrə BMT-nin beynəlxalq strate-

giyası (UN-ISDR) b. a. birgə iştirak yanaşmalara əsaslanmış 

yeni metodlardan istifadə edilməsini dəstəkləyir. Bu riskin 

idarə edilməsinin müxtəlif mərhələlərində qərarların qəbul 

edilməsi prosesində bütün maraqlı tərəflərin, mərkəzi və ye-

rli hakimiyyətin, yerli əhalinin, sahə ekspertlərinin, qeyri-hö-

kumət təşkilatlarının maksimal olaraq səmərəli qoşulmasını 

nəzərdə tutur. 

Təbii fəlakətlər riskinin azaldılması



Təbii fəlakətlər riskinin azaldılması

12

ÇERTYOJ 2.1. 

Fəlakətin idarə edilməsi dövrünün spiralı (mənbə: UNU-ITC DGIM, 2009).

Fəlakətləri idarəetmə dövrünün 

pozulması

Prevensiya

Vaxt

Hazırlıq


Fəlakət

Reaksiyanın verilməsi

Bərpa

Reabilitasiya



Yuxarıda sadalanan fəlakətlər riskinin idarə edilməsinin 

bütün proseslər üçün əhəmiyyətli hissəsi təbii təhlükələrin 

müəyyən edilməsi və qiymətləndirilməsidir. Bu hissənin 

tərkib komponentləri aşağıdakılardır: təbii fəlakətlərdən 

öncə yaranan təbii proseslərin (zəlzələlərin təsiri istisna ol-

maqla) və onlar səbəbindən yaranmış ziyan vuran nəticələrin 

monitorinqi və proqnozlaşdırılması (təbii fəlakətlər riskinin 

ehtimal metodu ilə qiymətləndirilməsi və mümkün olan 

fövqəladə halların təhlili). Həmçinin fəlakətlərin inkişaf 

etməsinin mümkün ssenarisinin işlənib hazırlanması, onların 

riskinin müəyyən edilməsi və həssaslığın qiymətləndirilmə-

si. Hazırlığın tərkib komponentləri aşağıdakılardır: əhalinin 

hazırlanması və onun biliyinin artırılması; infrastrukturu 

mühafizə tədbirlərinin təşkil edilməsi, erkən bildirmək və 

əhalini qorumaq (evakuasiya, mühafizənin kollektiv və fərdi 

vasitələrindən istifadə edilməsi) məqsədilə əvvəlcədən təmi-

natın təşkil edilməsi, təbii fəlakətlərə reaksiya verilməsinin 

planlaşdırılması, hansının tərkib komponentləri aşağıda-

kılardır: təbii fəlakətlər səbəbindən yaranmış nəticələrin 

ləğv edilməsi və təbii fəlakət ocağında xilas edilmiş əhalinin 

yaşam təminatının təşkil edilməsi.

Təbii fəlakətlər riskinin idarə edilməsinin təşkil edilmə-

si üçün hazırlıq komponentinin inkişaf etməsinin ilk şərti 

ölkənin elə siyasi öhdəlikləri və institusional inkişafıdır ki, 

hansılar aşağıdakıları nəzərdə tutur: təbii fəlakətlər risk-

inin azaldılmasının dövlət idarəetmə siyasətinin prioritetli 

istiqamətlər kateqoriyasına yüksəldilməsi; icra hakimi-

yyətində fövqəladə vəziyyətlərin idarə edilməsinin səmərəli 

təşkilati strukturunun yaradılması və təkmilləşdirilməsi, təbii 

təhlükələrin azaldılması xətti ilə elmi tədqiqatların, fövqəladə 

vəziyyətlərin qiymətləndirilməsinin məlumat sistemləri və 

kompüter proqramlarının inkişaf etdirilməsinin dəstəklən-

məsi.



Yüklə 171,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə