«Elm və həyat». 2010.№2. S. 35-38. Kataklizmlər və onlardan müdafiƏ yollari



Yüklə 49,57 Kb.
Pdf görüntüsü
tarix11.04.2018
ölçüsü49,57 Kb.
#36951


«Elm və həyat».-2010.-№2.-S.35-38.

KATAKLİZMLƏR VƏ ONLARDAN MÜDAFİƏ YOLLARI

Haqverdi HAQVERDİYEV, 

geologiya-mineralogiya elmləri namizədi

Son  zamanlar  kataklizmlərin  -  təbii  fəlakətlərin  intensivləşməsi  problemlərinə  kütləvi  informasiya

vasitələrində geniş  yer verilir və  bunun  da  qlobal  istiləşmə  ilə  bağlılığı gündəmdən  çıxmır.  Bu  isə  öz  növbəsində

insanlar  arasında  qorxu  və  təlaş  yaradır.  Əlbəttə,  istiləşmə  geoloji  proseslərin  intensivləşməsində  önəmli  amildir.

Lakin  Yerin  geoloji  tarixi  haqqında  mükəmməl  elmi  araşdırmaların  nəticəsi  göstərir  ki,  geoloji  proseslərin

intensivləşməsini  təkcə  iqlim  dəyişmələri  ilə  bağlamaq  olmaz.  Geoloji  proseslərin  təkamül  səciyyəli  inkişafı

kompleks şəkildə araşdırılmalıdır.

Geoloji  araşdırmalar  göstərir  ki,  yer  qabığının  inkişaf  tarixində  (onun  tarixi  isə  beş  milyard  ilə  yaxındır)

kataklizmlər  həmişə  olub  və  bu  gün  də  baş  verməkdədir.  Kataklizmlərin  əmələ  gəlməsi  Yerin  geometriyasının

intensivliyi ilə düz mütənasibdir və tarixən Yerin geometrik ölçülərinin təkmilləşməsi ilə xarakterizə olunur. Bunun

özü və həm do digər geoloji məlumatlar kataklizmlərin sönən xarakterli olmasını göstərir. Yuxarıda qeyd etdiyimiz

kimi,  kataklizmlərin  əmələ  gəlməsi  və  yer  qabığında  yayılması,  Yerin  inkişafı  və  onun  qabığının  dinamikası  ilə

bağlı  olduğundan,  onların  təzahür  formaları da  öz  möhtəşəmliyi  ilə  fərqlənir  və  hələlik  insanların  ona  müdaxilə

etməsi mümkün deyildir. Onların fəaliyyəti ümumi təbiət qanunları ilə tənzim olunduğuna görə təsərrüfatlara külli

miqdarda ziyan vurmaqla yanaşı, həm də kütləvi insan tələfatı ilə nəticələnir.

Yerin tarixi, onun daxili quruluşu və inkişaf  xüsusiyyətləri ilə məşğul olan alimlər, ən əvvəl  geotektonistlər

və  geofiziklər  təbiətin  bu  möhtəşəm  qlobal  proseslərinin  təbiətini  aydınlaşdırmaq  üçün  əsrlərlə  səylər  göstərsələr

do,  bu  sahədə  çoxlu  boşluqların  olması  danılmazdır.  Yer  daxilində  çoxsaylı  müəmmalı  qatların  mövcud  olması

geofiziki  üsullarla  təsdiq  olunsa  da,  həmin  qatların  təbiətinin  aydınlaşdırılması  bu  gün  də  mübahisələr

çərçivəsindən  uzaqlaşa  bilmir.  Bu  qəbildən  olan  proseslərə  astenosfer,  diapir  və  plyumlar,  qabıqaltı  axımlar,

dağəmələgəlmə proseslərinin və başqalarının təbiətini aydınlaşdırmadan insanların hər an, hər vaxt qarşılaşdığı təbii

fəlakətlərdən müdafiə olunmaq da çətinləşir.

Ona  görə  də  Yer  elmlərinin  tədqiqi  ilə  məşğul  olanlar  əsas  diqqəti  təbiətin  ümumi  qanunauyğunluqlarının

aydınlaşdırılmasına yönəltməlidirlər.

İnsanları daha çox dağların, okeanların və kontinentlərin necə əmələ gəlməsi maraqlandırmışdır. Daha sonra

vulkanların,  zəlzələlərin,  sunamilərin,  qasırğaların  və  sair  təbiət  hadisələrinin  başvermə  səbəbləri  və  onların

fəsadlarından qorunmaq zərurəti meydana çıxmışdır. Bir-birini təkzib edən çoxsaylı yeni fərziyyə və konsepsiyalar

yaradılsa da, araşdırmalar bu gün də davam etməkdədir.

Bəşəri  elmlərin  inkişaf  səviyyəsinə  uyğun  olaraq,  yuxarıda  adı  çəkilən  problemlərin  həlli  istiqamətində

zaman-zaman  daha  mütərəqqi  fikirlər  formalaşmağa  başlamış,  bir  çox  geotektonik  proseslərin  əmələgəlmə

səbəbləri,  formalaşma  mexanizmi  haqqında  yeni  mülahizələr  yaranmışdır.  Artıq  qırışıq  əmələgəlmə  proseslərinin

mexanizmi, vulkan və zəlzələlərin yaranma səbəbləri və  Yer  kürəsində  paylanması təkzibedilməz faktlar  əsasında

dəqiqləş-dirilmişdir.  Müasir  elmlərin  inkişaf  səviyyəsində  sunamilərin,  qasırğaların,  uçqun  və  sürüşmələrin

başvermə səbəbləri və yayılma sahələrini də müəyyən etmək mümkündür.

Son  qırx  ildə  üzərində  işlədiyim  bir  problemin-Yer  qabığı  təkamülünün  dinamikası  konsepsiyası

mövqeyindən  alman  nəticələr  deməyə  əsas  verir  ki,  kataklizmlər  Yer  kürəsində  baş  verən  qlobal  geodinamiki

proseslərlə əlaqəli şəkildə inkişaf etməklə, bütünlükdə onların hərəkətverici qüvvəsi Yer kürəsinin öz oxu ətrafında

fırlanması nəticəsində yaranan dinamiki qüvvələrlə bağlıdır.

Araşdırmalar  göstərir  ki,  əvvəlki  geodinamiki  konsepsiyalarda  mövcud  olan  boşluqlar,  adıçəkilən

geodinamiki qüvvələrin nəzərə alınmaması və lazımınca qiymətləndirilməməsi ilə əlaqəli olmuşdur. Təqdim edilən

konsepsiyanın işlənib hazırlanmasında mövcud fiziki və mexaniki qanunların, hamı tərəfindən qəbul edilmiş geoloji

və  geotektonik  faktların  nəzərə  alınması,  onun  sistemli  bir  elmi  istiqamət  kimi  formalaşmasını  təmin  etmişdir.

Həmin  konsepsiya  mövqeyindən  yanaşma  nəticəsində  əksər  geoloji  proseslərin  təbiətinin  aydınlaşdırılması

mümkündür.  Qlobal  geotektonik  proseslərin,  o  cümlədən  materiklərin  və  okeanların  əmələ  gəlməsi,  inkişafı

problemləri,  vulkanoplutonik  proseslər,  spredinq  və  subduksiya  proseslərinin  əmələ  gəlməsi  və  yer  qabığında

paylanma  qanunauyğunluqları,  adalar  qövslərinin  əmələ  gəlməsi,  litosfer  kütlələrinin  yerdəyişməsinin  səbəbləri,

hərəkət mexanizmi və digər qanunauyğunluqları, yer qabığında qlobal dərinlik yarıqlarının əmələ gəlməsi və inkişaf

xüsusiyyətləri,  dağ  qırışıq  sistemlərinin  əmələ  gəlməsi  və  təsnifatı,  vulkan  püskürmələrinin,  zəlzələlərin

əmələgəlmə səbəbləri və yer qabığında  paylanma qanunauyğunluqları aydınlaşdırılmış, habelə sunami, uçurumlar,

sürüşmələr,  qasırğalar  və  digər  anomal  proseslərin  əmələgəlmə  səbəblərinin  aydınlaşdırılması,  onlardan  mümkün

olan müdafiə yollarım göstərməyə imkan vermişdir.

Araşdırmalar təsdiq edir ki, hər növ kataklizmlər qlobal  geodinamiki  proseslərlə  bağlıdır  və  onlar  mənşəcə,

yəni  genetik  nöqteyi-nəzərdən  Yer  kürəsinin  fırlanmasından  alman  dinamiki  qüvvələrin  təsiri  altında  yaranır  və

inkişaf  edir.  Bu  da  öz  növbəsində  birmənalı  olaraq  deməyə  əsas  verir  ki,  kataklizmlər  müəyyən



qanunauyğunluqlarla bağlı yaransa da, təbiətin kortəbii qüvvələri kimi fəaliyyət göstərməklə onların tənzimlənməsi

insanların imkanı xaricindədir və insanlar bu qüvvələrdən müdafiə olunmağı öyrənməlidirlər.

Əgər  qlobal  miqyaslı  kataklizmlərdən  söhbət  açsaq,  onların  əksəriyyəti,  o  cümlədən,  vulkanik  proseslər,

zəlzələlər,  sunamilər,  dağəmələgəlmə  və  s.  qlobal  geodinamik  qüvvələrlə  bağlıdır.  Onlar  isə  təbiətin  ən  dağıdıcı

qüvvələri  hesab  edilir.  Digər  kiçikmiqyaslı  təbii  fəlakət  törədən  proseslərə  uçqunları,  sürüşmələri,  qasırğaları,

subasmaları, selləri, dolu yağıntılarını və s. aid etmək olar. Əlbəttə, burada da elmin nailiyyətlərindən faydalanmaq

lazımdır.

Qlobal  xarakterli  fəlakətlərdən  müdafiə  üçün,  insanlar  birinci  növbədə  onların  baş  verəcəyi  yerlərdə

məskunlaşmaqdan çəkinməlidirlər.

Nisbətən  kiçikmiqyaslı  təbii  fəlakətlərdən  müdafiə  üçün  dünyanın  hər  bir  bölgəsinə  fərdi  yanaşma  tələb

olunur və hər bölgə üçün elmi-tədqiqat işlərinin aparılması olduqca vacibdir. Bu nöqteyi-nəzərdən respublikamızın

ərazisində  elmi-tədqiqat  işlərinin  aparılması  olduqca  vacibdir.  Respublikamızda  baş  verə  biləcək  itkilərin  (bu

itkilərin  miqdarı  iqtisadi  baxımdan  yüz  milyard  manatlarla  ölçülə  bilər,  insan  itkilərinin  dəyəri  isə  pulla  ölçülə

bilməz)  qarşısını  almaq  üçün  törətdiyi  maddi  itkilərin  müqabilində,  cüzi  xərc  tələb  edən  elmi-tədqiqat  işlərinin

planlaşdırılması və aparılması olduqca vacibdir.

Yer qabığının dinamikasını öyrənən bir mütəxəssis kimi elmi-tədqiqat işlərinin mühüm cəhətlərini aşağıdakı

kimi görürəm.

1.  Azərbaycan  ərazisində  ehtimal  olunan  və  baş  verə  biləcək  təbii  fəlakətlərin  elmi  əsaslarla  öyrənilməsi,

onların növləri, mənşəyi və yayılma xüsusiyyətlərini aydınlaşdırmaqla, yayılma zonaları xəritələşdirilməlidir.

2.  Ayrılmış  zonaların  spesifik  xüsusiyyətləri  araşdırılmalı  və  həmin  zona  üçün  xarakterik  olan  fəlakət

növündən qorunmaq məqsədilə cari və perspektiv layihələr hazırlanmalıdır.

3. Təhlükəli zonaların ayrılması, həmin zonalarda yaşayış məqsədilə tikinti aparılmasına qadağa qoyulması və

orada yaşayanların təhlükəsiz zonalara köçürülməsi nəzərə alınmalıdır.

4.  Azərbaycan  ərazisi  üçün  səciyyəvi  olan  təbii  fəlakət  törədən  proseslərin  öyrənilməsi,  onların  təsnifatı və

onlardan qorunmaq üçün tədbirlər planının hazırlanması.

Bəs Yer kürəsində baş verən kataklizm və digər təbii fəlakətlərin hansı növlərinin Azərbaycan ərazisində baş

verməsi mümkündür və onlardan necə qorunmaq olar?

Əvvəla,  onu  qeyd  etmək  lazımdır  ki,  bütün  kataklizmlər  və  təbii  fəlakətlər  özlüyündə  geoloji  proseslər

olduğuna  görə  onların  əmələ  gəlməsi  və  inkişafı zamanla  bağlıdır.  Çünki  hər  bir  təbii  prosesin  əmələ  gəlməsi  və

inkişafı müəyyən zaman kəsiyində baş verir. Hər bir geoloji hadisə Kainatın ümumi qanunları ilə tənzimlənir. Yəni

yaranır,  inkişaf  edir  və  nəhayət,  ömrünü  başa  vurur.  Lakin  geoloji  hadisələrin  miqyasından  asılı  olaraq,  onların

yaşama  müddətinin  davam  etməsi  də  müxtəlif  ola  bilər.  Yəni  Yerin  və  ya  başqa  səma  cisimlərinin  yaşı  milyard

illərlə ölçülsə də, təbii ki, Yerdə baş verən və ona xas olan hadisələrin ömrü maksimum ona bərabər və ya qat-qat az

ola bilər. Həm də Yerdə baş verən hadisələrin inkişafında dövrilik xüsusiyyətləri də danılmaz faktdır.

Geoloji  araşdırmalar,  birmənalı  olaraq  təsdiq  edir  ki,  respublikamızın  yerləşdiyi  məkanda  yüz  milyon

(mezokaynazoy  və  daha  qədim)  illər  zaman  kəsiyində  dəfələrlə  yer  qabığı  dəyişmələrə  məruz  qalmış,  dəniz  və

kontinental  şəraitdə  vulkanlar  tüğyan  etmiş, sıxılma  və  gərilmələr  və  s.  baş  vermişdir.  Ehtimal  olunur  ki,  vulkan

püskürmələrini  Azərbaycan  ərazisində  yaşayan  qədim  insanlar  da  müşahidə  etmişlər  (təqribi  hesablamalara  görə,

Yer kürəsində insanlar 1,5-2,5 milyon il əvvəl meydana gəliblər).

Əlbəttə,  bu  möhtəşəm  geoloji  hadisələrin  inkişafı ilə  bağlı ölkəmizdə  müxtəlif  tip  faydalı qazıntı yataqları

formalaşmışdır. Hal-hazırda ölkəmizin ərazisində geoloji hadisələrin inkişafının zəif dövrünə təsadüf edilir. Demək

olar  ki,  ən  azı bir  milyon  ildir  ki,  palçıq  vulkanları istisna  olmaqla,  vulkan  püskürmələrinin  fəaliyyəti  dayanmış,

zəlzələlər zəifləmiş, sunamilərin fəaliyyəti üçün şərait yoxa çıxmışdır.

Bununla belə, respublikamızın ərazisində çoxsaylı geoloji  proseslərin  inkişafı davam  edir  və  onlarla  əlaqəli

təbii fəlakətlər də baş  verir. Onu qeyd etmək vacibdir ki, geoloji proseslər bütövlükdə Yer kürəsi üçün xarakterik

olsa  da,  onun  intensivliyi,  ayrı-ayrı  bölgələr  üçün  müxtəlifdir.  Bu  da  ilk  növbədə  yer  qabığının  inkişaf

xüsusiyyətlərindən  və  qlobal  geodinamiki  qüvvələrin  inkişafı  ilə  bağlı əmələ  gələn  geoloji  proseslərin  paylanma

xüsusiyyətlərindən  asılıdır.  Bəs  Azərbaycanda  inkişaf  edən  geoloji  prosesləri  necə  səciyyələndirmək  olar,  onlarla

hansı təbii fəlakətlər əlaqəlidir və onlardan müdafiə olunmaq mümkündürmü?

Vulkanlar  Yer  kürəsində  ən  möhtəşəm  təzahür  forması olan  təbiət  hadisəsidir  və  inkişaf  etdiyi  bölgələrdə

dəhşətli  fəlakətlər  törətdiyi  məlumdur.  Onun  təzahür  forması  dərinlik  yarıqları  ilə  bağlı  olmaqla  mantiyanın

astenosfer  zonası  -  yəni  mantiyada  baş  verən  intensiv  fiziki-kimyəvi  faza  dəyişmələri  zonası  ilə  əlaqəlidir.

Vulkanların xarakter xüsusiyyətlərindən biri odur ki, onlar yer qabığının nazik zonalarında daha çox inkişaf edir və

qabıq qalınlaşdıqca  onun təzahür formasının intensivliyi zəifləyir və ömrü də çox uzun olmur. Məhz bu səbəbdən

onun respublikamızın ərazisində yer qabığının indiki inkişaf mərhələsində baş verməsi ehtimalı sıfıra bərabərdir.

Miqyasına görə və öz möhtəşəmliyi ilə fərqlənən geoloji proseslərdən biri də zəlzələlərdir. Onların da təzahür

forması  vulkanlar  kimi  Yerin  daxilində  gedən  proseslərlə  bağlı  olmaqla,  yer  qabığının  daha  intensiv

nazik-mütəhərrik  zonalarında  baş  verir  və  qabıq  qalınlaşdıqca  onun  da  təzahür  formasının  intensivliyi  zəifləyir.

Vulkanlardan  fərqli  olaraq  zəlzələlər  Yerin  daxilində  müxtəlif  dərinliklərdə  baş  verən  fiziki-kimyəvi  faza

dəyişmələrinin mexaniki təzahür formasıdır və onlar Yerin qütbləri istisna olmaqla, onun hər bir sahəsində baş verə




bilər, daha intensiv isə Yer kürəsinin orta en dairələrində baş  verməlidir. Geoloji araşdırmalar nəticəsində onların

yer qabığının hansı zonalarında baş verməsi ehtimalı müəyyən edilsə də, başvermə vaxtmı müəyyən etmək çətindir.

Zəlzələlərin gücü onun dağıdıcı qüvvəsi ilə ölçülür. Respublikamızda güclü və geniş ərazini əhatə edə biləcək

zəlzələlərin  baş  verməsi,  bezi  lokal  xarakterli  zəlzələlər  istisna  olmaqla  (Gəncə,  Şamaxı),  mümkünsüzdür.  Adı

çəkilən  lokal  xarakterli  zəlzələlər  isə  yer  qabığında  baş  verən  qırılmalarla  əlaqəli  olmaqla  daha  intensiv,  bu

qırılmaların  kəsilmə  zonalarında  baş  verir.  Respublikamızın  ərazisində  zəlzələlərin  ehtimal  olunan  güclərinin

xəritələşdirilməsi aparılsa və bu tikinti-quraşdırma işlərində nəzərə alınsa da, tarixən dağıntılarla müşayiət olunmuş

bəzi zonalarda, xüsusilə dərinlik yarıqlarının kəsilmə zonalarında məskunlaşmaya  qadağa  qoyulmalı, bu, mümkün

olmasa, ən azı yüksəkmərtəbəli tikinti işlərindən imtina edilməli və ya onlar güclü zəlzələlərə davamlı olmalıdır.

Olduqca  kütləvi  insan  tələfatı  və  maddi  dağıntılara  səbəb  olan  təbiət  hadisələrindən  biri  də  sunamilərdir.

Sunamilər  bir  qayda  olaraq  okean  hövzələrində  və  onların  sahillərində  baş  verir.  Respublikamızda  və  hətta  ona

yaxın  bölgələrdə  sunamilərin  baş  verməsi  mümkünsüzdür.  Çünki  onun  baş  verməsi  üçün  Xəzər  dənizində  elə  bir

hadisə  olmalıdır  ki,  nəticədə  on  milyardlarla  kub  metr  su  sıxışdırılaraq  sahillərə  hərəkət  etmiş  olsun.  Belə  bir

möhtəşəm qüvvənin isə Xəzər hövzəsində mövcudluğunu təsəvvür etmək çox çətindir.

Respublikamızda  baş  verən  və  müəyyən  təbii  fəlakətlər  doğuran  proseslərdən  biri  də  relyefin  diferensial

xarakterli enmə və qalxmalara məruz qalması ilə əlaqədardır. Bu proses isə mürəkkəb olmaqla yanaşı, çoxşaxəli və

həm də qlobal prosesdir.  O,  əsasən  yer  qabığında  gedən  horizontal  (üfüqi)  hərəkətlərlə  bağlıdır.  Səbəbi  isə  Yerin

fırlanması nəticəsində əmələ gələn geodinamiki qüvvələrin təsiri altında yer qabığının həm qərbdən şərqə, həm də

qütblərdən  ekvator  istiqamətində  dislokasiyaya  uğraması, bununla  bağlı litosfer  kütlələrinin  yerdəyişməyə  məruz

qalmasıdır.  Bu  proseslər  sahəvi  xarakter  daşıdığı  üçün  dəniz  sahillərinin  dəyişməsi  ilə  bahəm,  həm  çay  sularının

axım istiqamətlərini müəyyən edir, həm də relyefdə baş  verən denudasiya proseslərinə də təsir göstərir. Çaylar öz

məcrasından  çıxır,  çay  hövzələrinin  yamaclarında  uçqunlar  və  sürüşmələr  yaranır.  Həmin  proseslər  dəniz

sahillərində  də  baş  verir  və  beləliklə,  insanların  məskunlaşdığı  obyektlər,  təsərrüfat  sahələri  və  s.  təbii  fəlakətə

məruz qalır.

Adı  çəkilən  təbii  fəlakətlərdən  müdafiə  olunmaq  üçün  ilk  növbədə  respublikamızın  ərazisində,  qonşu

ölkələrin  ərazisinin  xüsusiyyətlərini  də  nəzərə  almaqla  qalxma-enmə  zonaları  müasir  elmi-tərəqqinin  inkişafı

baxımından  xəritələşdirilməlidir.  Nəzərə  alınmalıdır  ki,  geoloji  proseslərin  əksəriyyəti,  o  cümlədən  qalxma  və

enmələr irsi xarakterlidir, yəni bu proseslər uzun müddət  dəyişmir. Belə xəritələrin tərtib  edilməsi  üçün  müəyyən

zaman kəsiyində monitorium xarakterli elmi-tədqiqat işlərinin aparılması tələb olunur. Bu, uzun zaman tələb etdiyi

üçün hazırda  mövcud olan məlumatlar və geoloji, o cümlədən  neotektonik  üsulların  köməyi  ilə  işçi  xəritəsi  tərtib

edilməlidir.  Kür-Araz  çökəkliyində  baş  verən  təbii  fəlakətlərin  fəsadlarının  aradan  qaldırılması  və  həm  də

gələcəkdə  belə  fəlakətlərin  fəsadlarından  müdafiə  olunmaq  üçün  onların  köməyindən  istifadə  edilməlidir.  Bu

məqsədlə ilk növbədə aşağıdakı işlərin aparılması olduqca vacibdir:

1.  Azərbaycanın  mövcud  geoloji  və  neotektonik  materialları  əsasında  yarım  milyonluq  neotektonik  işçi

xəritəsi  tərtib  edilməlidir.  Bu  xəritənin  tərtib  edilməsində  geoloji  materiallarla  yanaşı,  bir  əsrdən  çox  müddətdə

Azərbaycan  ərazisində  XIX  və  XX  əsrlərdə  çəkilmiş  dəmir  yolları  şəbəkəsində  aparılmış  nivelirləşmə  işlərinin

materiallarının  və  topoqrafik  xəritələrdə  olan  mütləq  hündürlüklərin  dəyişməsindən  istifadə  imkanlarının

mümkünlüyü araşdırılıb öyrənilməlidir.

2.  Azərbaycanın  əsas  çay  hövzələrinin  tutumu  və  onların  cilovlanmasının  (tənzimlənməsinin)  rentabelli

layihələri  hazırlanmalıdır.  Bu  sahədə  istifadə  ediləcək  bəndlərin  tikilməsində  əvvəlki  bəndqurmalarda  buraxılan

nöqsanlar  təkrar  olunmamalıdır.  Məsələn,  Mingəçevir  bəndinin  yerinin  düzgün  seçilməməsi  ucbatından  bir  neçə

bölgənin ərazisi şoranlaşmaya məruz qalmışdır.

3. Mövcud geoloji və geotektonik materiallar əsasında çay hövzələrinin və dəniz sahillərinin morfo-struktur

xüsusiyyətləri  öyrənilməli,  uçqun,  sürüşmə,  selləmə  və  digər  ehtimal  olunan  təbii  fəlakət  zonaları  ayrılmalı  və

faktiki yaşayış məskənlərinin qorunması üçün tədbir layihələrinin tərtib edilməsi ilə yanaşı, gələcək məskunlaşanlar

üçün perspektivli zonaların aşkar edilməsi və qeydiyyata götürülməsi təmin edilməlidir.

4.  Və  nəhayət,  bütün  qeyd  olunan  problemlərin  həlli  fonunda  respublikamızın  infrastrukturunun  baş  planı

(dəmir  yollan,  şosse  yolları,  su,  qaz  və  neft  kəmərləri  və  s.)  hazırlanmalı  və  gələcəkdə  bu  qəbildən  olan  işlərin



görülməsi baş plana uyğunlaşdırılmalıdır.

Yüklə 49,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə