20
Dərs üçün 7 məqsəd müəyyənləşdirildiyi halda, 5 qiymətləndirmə meyarının
verilməsi anlaşılmazdır. Artıq qeyd edildiyi kimi, ifadəli oxu, təsvir vasitələrinin
müəyyənləşdirilməsi ilə bağlı təlim məqsədləri qoyulsa da, nə onların necə yerinə
yetirildiyi, nə də qiymətləndirmə meyarları öz əksini tapmamışdır (MMV, səh.77).
Mövzu ilə bağlı verilən şəkil qüsurlu olduğu kimi (səh.29), müəlliflə tanışlıq
məqsədilə verilən məlumat da şagirdlərin səviyyəsinə uyğun deyildir.
40. M.
Dilbazinin “Müəllimim” şeirinin tədrisi üçün təklif olunmuş metodik
tövsiyə də məqbul sayıla bilməz. Məsələn, insanın xarici görkəmi ilə bağlı
məlumatlar (səh.32-33), cədvəl 11 (səh.36) və s. insanın zahiri görkəminin təsviri ilə
bağlı təlimat-tapşırıqlar milli kurikulumun, ədəbiyyatşünaslıq elminin mahiyyətinə
uyğun deyildir, xarici mənbələrdən tərcümədir. Dərslikdə verilmiş nümunələr nə
elmi, nə də pedaqoji baxımdan məqsədəuyğun deyildir. Məsələn, “Toxunarkən –
insana toxunanda nə hiss edildiyi barədə danışılır. Təsvir edilən insanın
dərisinin kobud, ya zərif olduğu, əl verib görüşəndə qarşıdakı insanın əlinin
möhkəm, ya ehtiyatla sıxdığı qeyd edilir” və s. (səh.32-33). Cümlə üslub
baxımından qüsurludur.
41. Səhifə 35-də tapşırıq 2-də deyilir: “Cədvəl 11-də verilən şərtlərə əsasən
müəllimin xarici görkəminin necə təsvir edildiyini araşdır”. Tapşırığa görə, şagird
müəllimin boyu, çəkisi, dərisi, qoxusu, səsinin nəyin səsinə bənzəməsi və s. sualları
araşdırmalıdır. Tapşırıq etik baxımdan da məqsədəuyğun deyildir.
42.
Səhifə 43-də “Bədii əsərdən verilmiş parçanı oxu. 30 və 36-cı
səhifələrdəki 9 və 11-ci cədvəllərə əsasən insanı ictimai varlıq kimi və fiziki
göstəricilərinə görə təsvir et”. Burada söhbətin ümumiyyətlə insan adlanan
varlıqdan, yoxsa, bədii parçadakı obrazlardan getdiyi məlum deyil.
43. Səhifə 45-də A. Şaiq haqqında yazılır: “O, bütün əsərlərində (?) xalqları
dostluğa, əmin-amanlığa çağırırdı”. Fikir doğru deyil. Yazıçı fərqli mövzularda
əsərlər yaratmışdır.
44. Ə. Kürçaylının “Vətən”, M. Arazın “Azərbaycan – dünyam mənim”
şeirləri də təsviri xarakterli mətn adlandırılır. Əslində, bu lirik şeirlərdə dərslikdə
qeyd olunduğu kimi, hislərin təsviri deyil, daha çox tərənnüm əksini tapmışdır.
45. Səhifə 47-də şagirdlərə ünvanlanmış suala (“Sən Vətəndən nə istərdin?”)
cavab vermək mümkün deyildir.
46. Səhifə 48-də Ə. Kürçaylı haqqında məlumatda S. Vurğunun dilindən verilən
“Mən bilirəm bu müsəlman balasıdır, getsə, gəlməyəcək” sözləri dərsliyə verilən
21
tələblərə (milli, dini, irqi ayrı-seçkiliyin olmaması) uyğun gəlmir. S. Vurğunun bu
sözləri hansı niyyətlə deməsindən asılı olmayaraq, şagirdlərdə mənfi assosiasiya
yaradır.
47. Səhifə 49-da “Azərbaycan – mayası nur, qayəsi nur ki,
Hər daşından alov dilli ox ola bilər.” – misraları ilə əlaqədar şagirdlərə verilən
sual (Bu ifadələr reallığa nə dərəcədə uyğundur? ) qüsurludur. Mübaliğənin rolunun
aydınlaşdırılması üçün təklif edilən sualın bu şəkildə verilməsi doğru deyildir.
48. Səhifə 50-də M. Arazın “Azərbaycan - dünyam mənim” şeirində “qızıl”
sözü “üç rəng” sözü ilə əvəzlənmişdir:
“Babaların boz çöllərə bənzər muradı
Qızıl bayraq dalğasından rəng almadımı?” - misraları
“Babaların boz çöllərə bənzər muradı
Üçrəng bayraq dalğasından
yaz almadımı?”
şəklinə salınmışdır. Əsəri təhrif etmək yol verilməzdir. Başqa nümunə seçilməli
idi.
49. Səhifə 51-də verilən bədii sual, mübaliğə və bədii ifadə vasitələri haqqında
nəzəri məlumat səthidir. Nümunə göstərilmir, bədii sualın adi, qrammatik sualdan
fərqi izah edilmir.
50. Səhifə 51-də tapşırıq 3-də yazılır: “Cədvəldən istifadə etməklə bədii təsvir
vasitələri ilə bədii ifadə vasitələrini qarşılaşdır. Onlar arasında (?) oxşar və
fərqli cəhətləri müəyyənləşdir. Nəticələrini yoldaşının nəticələri ilə müqayisə et”.
Lakin məlum olur ki, şagirdlər hələ bədii ifadə vasitələri haqqında məlumat almayıb.
Belə ki, bu tapşırıqdan sonra bədii ifadə vasitələri haqqında məlumat verilir. Ancaq
nəzəri
məlumat
verildikdən
sonra
da
nümunə
göstərilmir.
Dərslikdə
“qarşılaşdırma”, “müqayisə” sözlərinin mənası da təhrif olunmuşdur.
51. Səhifə 53-də M. Araz haqqında məlumatın indiki zamanda verilməsi düzgün
deyil.
52. Bu mövzunun öyrədilməsi prosesində şagirdlərə dolaşıq, tapmaca xarakterli
suallarla müraciət olunmuşdur.
“Azərbaycan dünyasından dünyaya baxsan, nə
görərsən?”,
“Bu bənddə şair “biz” sözünü kimə, yaxud nəyə bənzədir?”
suallarını şagird necə başa düşsün, nə cür cavab versin?
53. Səhifə 55-56. H. Ziyanın dərsliyə daxil edilmiş 8 bəndlik “Qarabağda”
şeiri, müəllif haqqında verilən mübaliğəli, təmtəraqlı məlumat uğurlu deyildir. Çünki
“Qarabağda” şeiri bədii cəhətdən zəifdir, əsərdə poetik xətalar da var (bütün