Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə61/63
tarix26.09.2018
ölçüsü2,19 Mb.
#70452
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   63

 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 224 ____________________________ 
SQL Server 2000 Analysis Services  verilənlərin  təhlili  və 
alınması  üçün  obyektlər  yığımı  təmin  edir.  Operativ analitik 
emal  sisteminin  əsas  obyekti  kubdur.  Çünki  sonuncu 
istifadəçiyə  lazım  olan  bütün  ibformasiya  kubda  saxlanır. 
Kubdakı  informasiya  ölçü  və  ölçmələrdən  təşkil  edilmiş 
çoxölçülü  quruluşa  malik  olur.  Məsələn,  istifadəçini  cari  ilin 
birinci  rübündə  şimal-qərb  regionunda  aparat  satışı 
maraqlandırırsa, bu halda kubda üç ölçü və bir ölçmə saxlanır 
ki, bunlar da aşağıdakılardan ibarətdir: 

 
Ölçü  –  MƏHSUL  (məhsulun  kateqoriyası  da  nəzərə 
alınmaqla); 

 
Ölçü  –  COGRAFİYA  (şimal-qərb  regionu  da  daxil 
olmaqla); 

 
Ölçü – ZAMAN (ilin birinci rübü daxil olmaqla); 

 
Ölçmə - SATIŞ (cəmlənməli olan kəmiyyət verilənləri). 
OLAP-təhlil  cari  və  keçmiş  dövrlərə  aid  verilənlərin 
aqreqatlaşdırılmasını həyata keçirdiyindən, gələcək dövrlərə aid 
təhlil  də  aparmağa  imkan  verir.  Belə  ki,  məsələn,  baxdığımız 
misaldakı  verilənlərə  əsasən  gələn  ilin  birinci  rübündə  şimal-
qərb regionunda aparat satışı hansı məbləğlə ifadə oluna bilər 
sualına  da  cavab  almaq  mümkündür.  Verilənlərin  alınması 
prosesinin  əsas  obyekti  cari  və  keçmiş  dövrlərə  aid 
verilənlərdən hasil edilmiş biliklərin saxlanması üçün platforma 
təşkil  edən  modeldən  ibarətdir  ki,  bu  da  proqnoz  məlumatları 
almaq üçün istifadə edilən ehtimallar formasında və ya ehtimal-
ların paylanması funksiyaları şəklində ola bilir.  
Təhlil  və  verilənlərin  alınması  üçün  olan  obyektlər 
müəyyən  iyerarxiya  yaradır.  Məsələn,  kublar,  ölçülər  və 
verilənlərin  əldə  edilməsi  modelləri  bir  iyerarxiya  təşkil  edir 
(şəkil 31). 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 225 ____________________________ 
 
 
 
Şəkil 31. Verilənlər bazasındakı obyektlər iyerarxiyası 
 
Məlumat  mənbələri  iyerarxiya  obyektləri  olmaqla,  ilkin 
verilənlərlə əlaqə yaradır. Bunlar (məlumat mənbələri) 
OLE DB 
Provider  şəklində  formalaşdırılır  ki,  bu  da,  məsələn,  müxtəlif 
verilənlər bazaları ilə əlaqə yaradan 
ODBC drayverlərini işlədir. 
Məlumat  mənbələri  bilavasitə  iyerarxiyanın  növbəti  obyektinin 
tabeçiliyində olurlar. 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 226 ____________________________ 
Verilənlər  bazası  kublar,  bölmələr  və  ölçülər  üzrə 
paylanmış olan bir neçə məlumat mənbələrinə malik ola bilər.  
Kub yalnız bir məlumat mənbəyinə malik olur. Bu da kub 
yaradılarkən  ya  verilənlər  bazasından  seçilir,  ya  da  yenidən 
yaradılır.  Kubun  bölmələrinə  tabe  olan  məlumat  mənbələri 
kubun  məlumat  mənbəyindən  fərqlənə  bilər.  Bölmə  də,  kub 
kimi, yalnız bir məlumat mənbəyinə malik olandır. Bu da bölmə 
yaradılarkən  ya  verilənlər  bazasından  seçilir,  ya  da  yenidən 
yaradılır.  
Kubun  bölmələrinə  aid  məlumat  mənbəyi  aşağıdakı 
şərtləri ödəməlidir: 

 
Faktiki  verilənlərin  soruşulan  cədvəli  eyni  strukturlu  və 
eyni sütunlu olmalıdır; 

 
Ölçmələrin cədvəli kubun sxemindəki kimi olmalıdır. 
Ölçmələr  kubun  struktur  atributudur.  Onlar  istifadəçinin 
təhlil  üçün  istifadə  etmək  istədiyi  faktiki  verilənlər 
cədvəllərindəki verilənləri oxşar üzvlər çoxluğu kimi təsvir edən 
kateqoriyalar və səviyyələr iyerarxiyasını əmələ gətirir.
 
Bütün  ölçmələr  birbaşa  və  ya  dolayı  yolla  cədvəllərə 
əsaslanır.  Ölçmələr  iyerarxiyası,  çox  hallarda,  piramidaşəkilli 
konfiqurasiya yaradan üzvə malik olur.  
Ölçü  iyerarxiyasının  bir  səviyyəsinə  aid  qiymətlər 
sütunlarda  üfqi,  müxtəlif  səviyyələrə  aid  qiymətlər  isə  şaquli 
sıra ilə yerləşir.  
Şirkətin  filiallarının  yerləşməsi  variantları  şəkil  32-də 
verilmişdir. 
 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 227 ____________________________ 
 
 
Şəkil 32. Şirkətin filiallarının təşkilati quruluşu 
 
Ölçülər cədvəl 9-dan seçilən “Region” sütununa və sonra 
“Şəhər” sütununa əsasən təyin edilir. 
 
Cədvəl 9. 
Region/Şəhər parametrləri üzrə ölçülərin seçilməsi 
 
Şəhər _ İD 
Region 
Şəhər 

Qərb 
Qazax 

Qərb 
Gəncə 

Cənub 
Lənkəran 

Cənub 
Astara 
 
Ölçülərin  hər  bir  cədvəlinin  ilkin  açarı  ya  kubun  faktiki 
verilənlər cədvəlindəki xarici açarla, ya da digər ölçülər cədvəli 
ilə  əlaqədar  olur.  Yuxarıda  baxdığımız  misalda  “Şəhər_İD” 
sütunu  kubun  faktiki  verilənlər  cədvəlindəki  xarici  açarla 
əlaqəlidir. Odur ki, ölçülərin təyini üçün açarlar sütunu heç bir 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 228 ____________________________ 
əhəmiyyət kəsb etmir. Ölçülər ölçmələr (ədədi verilənlər) üzrə 
kubda qruplaşdırılır ki, bu da təhlil üçün istifadə edilir. Məsələn, 
əgər kubun ölçmələri “Məhsulun həcmi”, ölçüləri isə “Məhsul”, 
“Zaman”, “Zavodların  ünvanı”dırsa,  bu  halda  istifadəci  təhlil 
prosesində  kubla  iş  görərək,  “Məhsulun  həcmi”ni  “Məhsul”, 
“Zaman” və “Zavodların ünvanı” kateqoriyaları üzrə qruplaşdıra 
bilər (şəkil 33). 
Ölçü  daha  xırda  hissələrə  bölünə  biləndir.  Məsələn, 
MƏHSUL “Qəzetlər” və “Jurnallar” kimi 2 hissəyə bölünmüşdür. 
Kubun  xanalarında  “Məhsulun  həcmi”  ölçmələrinin  qiymətləri 
yerləşir.  Kub  üçün  aqreqatlaşdırılmış  “Məhsulun  həcmi” 
ölçmələrinin  qiymətləri  bütün  “Məhsullar”,  bütün  “Vaxt 
intervalları”  və  bütün  “Zavod  ünvanları”  üçün  gerçəkdir.  Bu 
kəmiyyət  kubun  bütün  64  xanasındakı  kəmiyyətlərin  cəmidir. 
Lazım  gəldikdə,  ölçü  redaktə  edilir.  Lakin  verilənlərin  alınması 
mqdellərindəki ölçü redaktə olunmur. 
İstifadəçi  həm  bütövlükdə  kub  üzrə,  həm  də  onun  ayrı-
ayrı  hissələri  üzrə  təhlil  apara  bilir.  Bunun  üçün  kriteri 
seçimindən istifadə edilir. Məsələn, istifadəçi “Məhsulun həcmi” 
sorğusunda yalnız “Qəzetlər”i göstərməklə kifayətlənə bilər. Bu 
halda  kubun  yalnız  bir  üzündəki  informasiya  seçilib  götürülür.
 
Qalan informasiyaya baxılmır. Bu əməliyyat “kəsik” və ya “lay” 
adlanır. Kubda icra edilən əməliyyatlardan biri 
drilldown (dərinə 
işləmək),  digəri  isə 
drillup  (yuxarı  qalxmaq)  əməliyyatıdır.  Bu 
əməliyyatlar ölçmələrin qiymətlərini təsvir edən informasiyanın 
xırdalıqları dərəcəsini təyin edir. 
Göstərmək lazımdır ki, müəyyən ölçü üçün yalnız ya “lay” 
əməliyyatını, ya da 
drilldown və drillup əməliyyatlarından birini 
icra  etmək  olar.  Bunların  birgə  icrası  yolverilməzdir.  Obyektlər 
iyerarxiyasında ölçülər bilavasitə verilənlər bazasına və kublara 
tabe edilir. Səviyyə adlanan obyektlər isə ölçüyə tabedir. 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə