Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə59/63
tarix26.09.2018
ölçüsü2,19 Mb.
#70452
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   63

 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 215 ____________________________ 
analitik emal sistemləri istifadə edilən verilənlər bazasından asılı 
olaraq fərqləndirirlər (cədvəl 8). 
Son  istifadəçilərin  müştəri  stansiyalarında  çoxölçülü 
verilənlər  bazasının  dinamik  yüklənməsinə  istiqamətləndirilmiş 
operativ analitik emal sistem  sinifləri  də  mövcuddur.  Bu 
sistemlər  kubların  köməyi  ilə  həm  verilənlərin  analitik 
işlənməsini həyata keçirir, həm də verilənlərin ilkin hazırlanması 
və  dəyişdirilməsi  üçün  zəruri  olan  bütün  prosedurları  yerinə 
yetirir. Belə sistemlərə: 
Cognos şirkətinin Power Play sistemini, 
Business  Objects  şirkətinin  Business  Objects  sistemini,  Brio 
Technology şirkətinin BrioQuery sistemini Platinum Technology 
(indiki 
Computer  Associates)  şirkətinin  Forest&Trees  sistemi 
aiddir. 
Cədvəl 8. 
OLAP-sistemlərin növləri 
OLAP-
sistem 
Xüsusiyy
ətləri 
MOLAP  Çoxölçülü 
OLAP-sistemidir, çoxölçülü MDBMS 
verilənlər  bazası  ilə  işləyir. 
MDBMS  bazasında 
aqreqatlaşdırılmış  (iriləşdirilmiş,  girdələşdirilmiş) 
verilənlər kublar (üçölçülü cədvəllər) üçün olan 
verilənlərlə  birlikdə  saxlanır. 
MOLAP  -  sistemi 
OLAP-təhlilin bütün tsiklini təmin  edir.  İnkişaf 
etmiş  çoxölçülü VBİS-ə  (verilənlər  bazasını  idarə 
edən sistemə)  malikdir.  Olduqca  bahadır.  
MOLAP-  sisteminə  misal olaraq Essbase  və 
Oracle Express Server  sistemlərini göstərmək 
olar.    
ROLAP  Relyasiyalı
  OLAP-sistemidir.  Relyasiyalı  RDBMS 
verilənlər  bazası  ilə  işləyir. Bu bazada kub üçün 
verilənlər və aqreqatlaşdırılmış verilənlər saxlanır. 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 216 ____________________________ 
Adətən 
ROLAP-sistemlərin  öz  bazaları  olmur. 
Lakin  geniş  yayılmış  relyasiyalı  bazalara  xas 
interfeysə  malikdirlər. 
ROLAP-sistemi  relyasiyalı 
verilənləri  aralıq  metaverilənlər  qatı  yaradaraq 
çoxölçülü verilənlərə  çevirir.
  ROLAP-sisteminə 
misal 
MicroStrategy  şirkətinin  DSS  Suite 
sistemini, 
İnformix şirkətinin MetaCube sistemini, 
İnformation  Advantage  şirkətinin  Decision  Suite 
sistemini göstərmək olar. 
HOLAP  Hibrid 
OLAP-sistemidir. Bu sistemdə  kub üçün 
verilənlər  relyasiyalı  bazada,  aqreqatlaşdırılmış 
verilənlər isə  çoxölçülü  bazada  saxlanır.  Hibrid 
sistem  çoxölçülü  bazanın  hesabına  çoxölçülü 
təhlili sürətləndirir.  Eyni  zamanda  relyasiyalı 
bazanın  hesabına  verilənlərin təkrarlanmasını 
ləğv  edir.
  HOLAP-sisteminə  misal  Speedware 
şirkətinin 
Media/MR sistemini göstərmək olar.  
 
Operativ analitik emal sistemlərin inkişaf istiqamətlərindən 
biri də iri korporativ informasiya sistemlərinə (
ERP) verilənlərin 
analitik  işlənməsi  funksiyasının  daxil  edilməsi  (quraşdırılması) 
ilə  bağlıdır.  Belə  sistemlərə  misal  olaraq  korporativ  miqyasda 
ən  iri  və  ən  baha  sistem  olan 
SAP  və  PeopleSoft  şirkətlərinin 
hazırladığı  korporativ  informasiya  sistemlərini  göstərmək  olar. 
Belə  ki, 
SAP  şirkəti özünün SAP  R/3  sisteminə  14  sənaye 
sektoru üçün qabaqcadan hazırlanmış 1400 hesabatdan ibarət 
analitik əlavələr qoşmuşdur.  
Qeyd  etmək  lazımdır  ki,  hal-hazırda 
OLAP-təhlil 
texnologiyası  daha  çox  çoxölçülü  verilənlərin  seçilməsi  üzrə 
mürəkkəb  mexanizmlərin  tətbiqinə  yönəldilir  ki,  bu  da  təhlil 
edilən amillərin ayrı-ayrı qiymətlərindən ibarət çoxluqlara daha 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 217 ____________________________ 
böyük  diqqət  verməyə  və  qərar  qəbulunun  hazırlanması 
prosesində onların bir-biri ilə müqayisə edilməsinə kömək edir. 
Lakin belə operativ analitik işlənmə hələ bütün prosesləri əhatə 
etməmişdir.  Digər  olduqca  əhəmiyyətli  məsələ  verilənlərin 
intellektual  təhlili  (
Data  Mining) sisteminin  köməyi  ilə  həyata 
keçirilən  qanunauyğunluqlar  axtarışıdır.  Hələlik  çoxölçülü 
verilənlərin  operativ  analitik  işlənməsi  (
OLAP)  və  verilənlərin 
intellektual təhlili (
Data Mining) sistemləri hərəsi özünəməxsus 
inkişaf yolu ilə getməkdədir. Bu, onunla bağlıdır ki, verilənlərin 
operativ analitik  işlənməsindən  fərqli  olaraq 
Data  Mining 
birölçülü verilənlərlə işləyir. Çoxölçülü təhlil üçün başqa yanaş-
ma  tələb  olunur.  Lakin  bu  iki  sistemin  inteqrasiyası  problemi 
artıq  öz  həllini  bütün  kəskinliyi  ilə  ortaya  qoymuşdur.  Bu 
inteqrasiyanı ifadə etmək üçün K.Parsaye “
OLAP Data Mining” 
termini daxil etmişdir.  
 
OLAP    Data  Mining  sistemlərinin  inteqrasiyasının 
müxtəlif  variantları  mümkündür.  Bir  variantda  kublardakı 
təhlilin  nəticələri  intellektual  təhlillə  tamamlanır.  Digər 
variantda  verilənlərin  intellektual  təhlilinin  nəticələri  kubların 
yartadılması  üçün  istifadə  edilir  və  sonra 
OLAP-təhlil  aparılır. 
Ən  yaxşı  inteqrasiya  variantı  çevik  təhlil  sxemi  yaratmaqdan 
ibarətdir  ki,  burada  da  ümumiləşdirmənin  bir  səviyyəsindən 
digərinə  və  ya  başqa  kub  kəsiyinə  keçid  zamanı  tipik 
intellektual emal mexanizmləri 
OLAP-təhlil sisteminə qoşulur. 
Verilənlərin  çoxölçülü  intellektual  təhlilinin  inteqrasiya 
edilmiş sisteminin arxitekturası şəkil 27-də verilmişdir. 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə