Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə56/63
tarix26.09.2018
ölçüsü2,19 Mb.
#70452
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   63

 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 205 ____________________________ 
Təşkilatda 
layihə  mühitinin  mərkəzi  prosesi  layihəyə 
nəzarət  prosesidir.  Bu  proses  çərçivəsində  biznes  nöqteyi-
nəzərindən 2 vacib məsələ həll edilir: 
1.Layihələrin seçilməsi; 
2.Bu layihələrin reallaşdırılmasının düzgünlüyünə nəzarət 
edilməsi. 
Birinci məsələ 3 yerə ayrılır: 
1.Layihəyə təşəbbüs; 
2.Layihənin qiymətləndirilməsi; 
3.Layihələrin 
prioritetləşdirilməsi, 
yəni 
üstünlük 
dərəcəsinə görə ardıcıl düzülməsi. 
Layihəyə  nəzarət  edilməsinin  əsas  problemi  bu 
məsələlərin qeyri-müəyyənlik şəraitində həll edilməsidir. Çünki 
təklif  edilən  heç  bir  layihənin  təşkilata  nə  verəcəyi 
qabaqcadan  dəqiq  məlum  olmur.  Bu  iş  bütün  mərhələlərdə 
iterativ  xarakterlidir.  Yəni  hər  addımda  dəqiqləşdirmələr 
edilməsi  mümkündür.  Bu  isə  həm  resurs  sərfini,  həm  də 
gözlənilən səmərənin səviyyəsini qeyri-müəyyən edir

 
LAYİHƏ MÜHİTİ: İNFORMASİYA SİSTEMLƏRİ 
XİDMƏTİ PROSESLƏRİ 
 
Biznes-proseslərin  reinjinirinqi  adətən  İnformasiya 
texnologiyalarının  inkişafı  komponentlərinin  əksər  hissəsini 
əhatə  edir.  Layihənin  bu  təşkiledicilərinə  nəzarət  informasiya 
sistemləri xidməti prosesləri çərçivəsində həyata keçirilir.  
Bunlardan biri 
dəyişikliklərin  idarə  edilməsi  prosesidir. 
Bu,  informasiya  sistemləri  xidmətinin  layihəyə  nəzarət  üzrə 
həyata keçirməli olduğu ən vacib prosesdir. Biznes-proseslərin 
reinjiniriqi kimi iri layihələrdə informasiya texnologiyaları tabe 
rol oynayır. Buna görə də dəyişikliklərin idarə edilməsi prosesi 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 206 ____________________________ 
layihəyə  nəzarət  prosesi  çərçivəsində  fəaliyyət  göstərir. 
Bununla  belə,  bu  prosesdə  tamamilə  sərbəst  məsələlər  həll 
edilir.  
İnformasiya  sistemləri  xidmətinin  iştirak  etdiyi  hər  bir 
layihə  üçün  layihə  meneceri  təyin  edilir. Bir menecer eyni 
vaxtda bir-neçə layihəni idarə edir. Layihə meneceri aşağıdakı 
3 mövqedən birində fəaliyyət göstərir: 

 
İnformasiya 
sistemləri  xidməti  layihənin  əsas 
icraçısıdırsa,  menecer  layihə  komandasının  vahid 
rəhbəri olur. Reinjinirinq layihəsində belə hal çox nadir 
hadisədir. 

 
Sifarişçi  bölmə  üzrə  layihə  meneceri  ilə  informasiya 
sistemləri  xidməti  meneceri  müştərək  rəhbərlik  edir. 
Reinjinirinq  layihəsində  belə  hal  da  nadir  rast  gələn 
hadisədir. 

 
Layihənin  informasiya  texnologiyaları  ilə  əlaqəli 
istiqamətinə  rəhbərlik  edir.  Bu,  reinjinirinq  layihəsində 
daha böyük ehtimallı haldır. 
Dəyişikliklərin  idarə  edilməsi  prosesinin  sərbəst 
məsələləri aşağıdakılardır: 

 
Layihə  çərçivəsində  icra  ediləcək  dəyişikliklərin 
qeydiyyatı. Çoxsaylı informasiya texnologiyaları ilə bağlı 
iri  layihələrdə  adətən  çoxsaylı  dəyişikliklər  edilir.  Buna 
görə  də  həmin  dəyişikliklər  xüsusi  olaraq  qeydiyyata 
alınmalıdır.
 

 
Layihə  çərçivəsində  icra  ediləcək  dəyişikliklərin 
nəticələrinin  qiymətləndirilməsi.  Təşkilatın  biznes 
məsələlərini  həll  edən  ixtiyari  proqram  əlavəsi 
informasiya 
texnologiyaları 
infrastrukturu 
resurslarından,  yəni  serverlərdən,  avadanlıqlardan, 
lokal  şəbəkə  kabellərindən,  rabitə  kanallarından, 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 207 ____________________________ 
şəbəkə  əməliyyat  sistemindən,  fərdi  kompüterin 
əməliyyat  sistemindən  və  s.  istifadə  edir.  İnformasiya 
texnologiyaları  servislərinin  müşayiət  edilməsi  üzrə 
informasiya  sistemləri  xidmətinin  gücü  bu  məsələdə 
əsas  məhdudiyyət  şərti  kimi  çıxış  edir.  Yeni  biznes-
əlavələrin tətbiqi informasiya texnologiyaları resurslarını 
tükədə  bilir.  Buna  görə  də  bir  və  ya  bir-neçə  biznes-
prosesin reinjinirinqi zamanı informasiya texnologiyalari 
infrastrukturu genişləndirilə və modernləşdirilə bilər. Bu 
işlər layihənin planında nəzərə alınmalıdır. 

 
Dəyişikliklərlə 
əlaqədar 
tam 
xərclərin 
qiymətləndirilməsi.  İnformasiya  texnologiyaları  infra-
strukturunun  modernləşdirilməsi,  aparat  və  proqram 
vasitələrinin  satın  alınması  və  modernləşdirilməsi  işləri 
xərc tələb edir. Bu xərclər layihənin büdcəsində nəzərə 
alınmalıdır. 

 
Dəyişikliklərlə  əlaqədar  risklərin  qiymətləndirilməsi. 
Həm  layihədə,  həm  də  mövcud  informasiya 
texnologiyalari servislərində aparılan dəyişikliklər mənfi 
nəticə  də  verə  bilər.  Məsələn,  köhnə  sistemə  nisbətən 
təzə  sistemlər  bəzən  daha  dayanıqsız  olur.  Bu  halda 
tələsik  aparılan  dəyişiklik  lazımi  testləşdirmədən 
keçirilmədiyinə görə bəzi servislərin əlçatanlıq səviyyəsi 
aşağı düşür. 

 
Dəyişikliklərin  avtorizasiya
 
(
avtorizasiya,  vəkiletmə, 
vəkalət  vermə,  ixtiyar  vermə)  edilməsində  iştirak. 
Biznes-proseslərdə  baş  verən  dəyişikliklərin  nəticəsi 
kimi  meydana  çıxan  informasiya  texnologiyaları 
infrstrukturunda  aparılan  dəyişikliklər  layihə  reinjiniriqi 
miqyasında  aparıldığından,  dəyişikliklərin  avtorizasiyası 
bütövlükdə layihə üzrə həyata keçirilir.  


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə