Dərslik II hiSSƏ 2



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə132/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   ...   128   129   130   131   132   133   134   135   ...   142

 
263 
Təbriz üsyanı müəyyən əhəmiyyətə malik idi. Belə ki: 

 
Təbriz üsyanı Pəhləvi  monorxiyasına, Məhəmməd Rza şah rejiminə qarşı xalqın nifrətini üzə  çıxartdı 

 
Təbriz üsyanı pəhləvi monorxiyasına  zərbə  vuran ilk xalq çıxışı oldu 

 
İnqilab dövründə şah rejiminə qarşı tələblər və “şaha ölüm” şüarı  kəskin  şəkildə  ilk dəfə Təbrizdə  irəli  sürüldü 

 
Təbriz üsyanından sonra Tehran, İsfahan, Məşhəd, Qum, Təbriz, Zəncan və.b şəhərlərdə ilk çıxıçlar baş verdi 

 
Təbriz üsyanı İranda inqilabın geniş vüsət almasında həlledici yer tutdu 

 
Antişah  və antiimperialist  hərəkat olan 1978-1979-cu  illər İran  inqilabının  sosial-siyasi  mahiyyətini  18 fevral Təbriz 
üsyanı müəyyən  etdi (Bu  mənada Təbriz üsyanını  İran  inqilabının bir növ modeli  hesab etmək olar) 
Bu  dövrdə  Azərbaycan  (türk)  dilində  nəşr  olunan    bir  sıra  mətbuat  orqanları  –  “Varlıq”,  “Dədə  Qorqud”,  “Günəş”    və.b 
Təbriz üsyanına yüksək qiymət  verərək onu bütün  İranda baş verəcək  iqilabın başlanğıcı hesab edirdilər. 
 
İran İslam inqilabının qalib gəlməsi. Qələbədə Cənubi Azərbaycanın rolu 
1978-ci ilin sentyabrın 2-dən inqilabın ikinci mərhələsi başladı. 
Bu mərhələsinin əsas səciyyəvi cəhətləri aşağıdakılar idi: 

 
Ölkənin bütün əsas social təbəqələri hərəkata qoşuldular 

 
Müxtəlif siyasi qruplar fəaliyyətlərini daha da genişləndirdilər 

 
Sənaye fəhlələrinin ən çox mərkəzləşdiyi Tehran, İsfahan, və Təbrizdə hərəkat daha geniş miqyas aldı 
İlk  çıxışlar   1978-ci il sentyabrın 7-də   ölkənin 12 şəhərində, o cümlədən  Təbrizdə  kütləvi xarakter  aldı. Bu  yerlərdə  
hərbi  vəziyyət  elan  olunması  və  qadağan  saatları  qoyulması  etiraz  nümayəişlərini  coşdurdu.  Sentyabrın  8-də  cümə  günü  
hakimiyyətin nümayiş iştirakçılarını gülləbaran etməsi onları  öz yolundan döndərə bilmədi. “Qanlı cümə günü” adını almış həmin 
gün əhalinin şaha qarşı qəzəb və nifrətini daha da artırdı.  
Getdikcə genişlənən hərəkata neft sənayesi fəhlələrinin qoşulması inqilabi prosesin inkişafında böyük rol oynadı. Neftçilərin 
noyabr ayında həftəlik, daha  sonra isə 1978-ci ilin dekabrından 1979-cu  il fevralın əvvələrinədək davam etmişfasiləsiz  ümumi 
tətilin nəticəsində: 

 
Şah hakimiyyətinə ağır zərbə vuruldu 

 
İnqilabın taleyi həll olundu 
İnqilabın  gedişində  həm  hərəkat  rəhbərlərinin    “şah  getməlidir”    təkidli  tələbi,  həm  də  sayı  milyonları  ötmüş 
inqilabçıların təzyiqin nəticəsində,  öz gücsüzlüyünü  görən şah, nəhayət, 1979-cu  il yanvarın 16-da  İrandan qaçdı. İran əhalisi bu 
xəbəri  böyük  təntənə ilə  qarşıladı. Əhali şahın bütün heykəllərini   vurub  yıxdılar.  Azərbaycanlılar qələbə  ilə  nətidəcənən 11 
fevral  Tehran  üsyanında  da  çox  fəal  iştirak  etmişdilər.  Şah  ölkədən  qaçsa  da  əksinqilabçıların  yenə  də  müqavimət  göstərməsi 
mübarizəni  davam  etdirməyi  zəruri  edirdi.  Fevralın  16-da  şahpərəstlərin,  son  tör-töküntüləri  Təbrizdə  və  Cənubi  Azərbaycanın 
başqa şəhərlərində də tamamilə zərərsizləşdirildi, nəzarət xalqın əlinə keçdi. Beləliklə, 1979-cu  il fevralın 11-də Tehranda qələbə 
çalan inqilab fevralın 16-da Cənubi Azərbaycanda başa çatdırıldı. 1978-1979-cu  illərin İran inqilabı dövründə azərbaycanlılar 25 
min nəfərə yaxın  qurban verdilər. 
 
 
İran İslam inqilabının birinci 
mərhələsinə aiddir: 
“29 Bəhmən” Təbriz üsyanı 
 
Qum şəhərində  nümayiş 
 
Təbrizdə tələbələrin çıxışı 
 
“Şaha ölüm” şüarının irəli  sürülməsi 
 
İranın 20 şəhərində mart çıxışları 
 
İran İslam inqilabının ikinci 
mərhələsinə aiddir: 
Bütün əsas sosial təbəqələri hərəkata qoşulması 
 
“Qanlı cümə günü” hadisəsi 
 
İnqilabının taleyinin həll olunması 
 
Şahın ölkədən qaçması 
 
Pəhləvi monarxiyasının süqutu 
 


 
264 
 
 
 
 
Cənubi Azərbaycan İran inqilabından  sonrakı dövrdə 
İranda  yaşayan      müxtəlif    millətlərin,  o  cümlədən  Azərbaycan  türklərinin    fəal  surətdə  iştirak  etdiyi    antişah    və 
antiimperialist  inqilab başa    çatdıqdan  sonra   həmin    millətlər   milli   muxtariyyət   alacaqlarını   gözləyirdilər. Lakin  Ayətullah 
Xomeyni  tərəfdarları    ümumxalq  rəy    sorğusu    ilə  1979-cu    il  aprelin  1-də  İran  İslam  Respublikası  (İİR)  elan  etməyə  nail 
oldular. İnqilabda çox fəal  iştirak  etmiş azərbaycanlılar  arasında inqilabın qələbə qazandığı ilk günlərdən İranda  federasiyalı bir  
dövlət  qurumunun  yaradılması  ideyası  çox   populyar  idi.  Onlar  İranda  şah  rejiminin  devrilməsi  ilə  inqilabın  birinci  mərhələsini 
bitmiş  hesab  edir,  inqilabın  milli  demokratik  istiqamətdə  inkişafını  gözləyirdilər.  Lakin  inqilabın  milli  demokratik  istiqamətdə 
davam etdirilməsi baş tutmadı. 
Yeni  hökumət  torpaq və  işsizlik məsələsini  həll edə bilmədi. İran İslam Məclisi torpaq islahatı haqqında  qanunu qəbul 
etsə də (sentyabr, 1981), dövlət bu qanunu həyata   keçirmə  bilmədi. Çünki islahata şamil olunan  torpaq sahələrinin çoxu  varlı  
ruhanilərin, Məclis vəkillərinin,  yükmək vəzifə sahiblərinin mülkiyyətində idi. Bu səbəblər üzündən İİR rəhbərliyi ölkənin işsizlik 
problemini həll edə bilmədi. 
İnqilabın qələbəsindən  sonrakı  ilk illərdə iqtisadi durğunluq keçirən ölkə yavaş-yavaş bu  vəziyyətdən çıxdı  və İran-İraq 
müharibəsinin  (1980-1988)    vurduğu    iqtisadi    yaraları    sağaltmağa    başladı.  Bununla  da  Cənubi  Azərbaycanda  sənaye  və  kənd 
təsərrüfatının inkişafında müəyyən irəlləyişə nail olundu. Lakin ağır vəziyyət Cənubi Azərbaycanda kəndlərin boşalmasına gətirib 
çıxartdı. Bu isə ölkənin kənd təsərrüfatı məhsulları istehsalında Cənubi Azərbaycanın rolunu azaltdı. 
Bütün  İran  əhalisi    kimi,  Azərbaycan  türklərinin    də  böyük    əksəriyyəti  onlar  bərabərlik  və  demokratik    azadlıqlar 
verilməsini, milli hüquqların  yüksək səviyyədə təmin edilməsini gözləyirdilər.  Bu tələblər yeni Konstitusiyada öz əksini tapsa da, 
çoxu kağız üzərində qaldı. Azərbaycan türkləri  üçün ən  ağrılı məsələ  milli dilin  statusunu müəyyən edən Əsas Qanunun 15-ci  
maddəsi idi. Yerli və etnik dillərin işlənməsi aza delan edilsə də, Azərbaycan məktəblərində  buna nail olmaq öz həllini tapmadı. Bu 
isə İranda başqa xalq və etnik qruplar arasında “fars şovnizmi”nin təzahürlərindən biri idi.  
İran  hakim  dairələrinin  mühafizəkar  irticaçı    qanadının  şahlıq    dövründə  “vahid  İran  milləti”  adı  altında  apardığı 
antiazərbaycan    (antitürk)  siyasət  inqilabın  qələbəsindən  sonra  “vahid  İslam    ümməti”  ifadəsi  altında  aparılmaqla  milli  
mənsubiyyət  inkar edilməyə başladı. 
İnqilabın  qələbəsinin  ilk  günlərindən  başlayaraq  Cənubi  Azərbaycanda,  xüsusən  Təbrizdə  və  əhalisinin    yarıdan  çoxunu 
azərbaycanlılar  təşkil  edən  Tehranda  Azərbaycan    türkcəsində    qəzet  və  jurnallar  nəşr  edilməyə    başladı.    Bunlardan  Təbrizdə 
“Odlar yurdu”, “Ulduz”, “Araz”, Sərabda “Vətən uğrunda”,  Tehranda  “Azadlıq” və b. qəzet  və jurnalları  xüsusi  olaraq  qeyd  
etmək  olar.  Lakin  mətbuat  orqanları  daim  müxtəlif    növ    təqiblərə  məruz  qalırdılar.Bunlardan  yalnız  doktor  Cavad  Heyətin 
buraxdığı Varlıq jurnalı  uzunömürlü  oldu.  
Cənubi  Azərbaycanda  və  Tehranda  yaranmış  bir  sıra  mədəniyyət  ocaqları  vahid  Azərbaycan  mədəniyyəti  ideyası 
istiqamətində    fəaliyyət    göstərirdilər.  Təbriz  şairlər    və    Yazıçılar  Cəmiyyəti,  Gənc  Şair  və  Yazıçılar  Cəmiyyəti,  Tehranda 
Azərbaycan    Yazıçıları  və  Şairləri  Cəmiyyəti  “Müstəqil  Azərbaycan  Mədəniyyət  Ocağı”  və  s.  bu    qəbildəndir.  Həmin  
cəmiyyətlərdə təmsil olunan  bir çox ziyalılar milli dillə bağlı 15-ci maddədən  tamamilə fərqli  tələblər  irəli  sürürdülər.  Həmin 
tələblər bunlar idi: 

 
Azərbaycanlıların dilinin bu xalqın rəsmi  dili kimi tanınması 

 
Azərbaycanda tədrisin ana  dilində aparılması 

 
Milyonlarla azərbaycanlıların yaşadığı Tehranda ikidilli məktəblərin yaradılması.  
Sözügedən mədəniyyət ocaqları, onların nəşr etdikləri  qəzet və jurnallar  İrandakı azərbaycanlılar içərisində milli şüurun 
oyanmasına və  inkişafına təkan vermişdi.  
80-cı illərin sonu - 90-cı illərin əvvəllərində Cənubi Azərbaycan milli təfəkküründə yeni canlanma baş verdi. Bu canlanya 
səbəb olmuş amillər bunlar idi: 

 
1989-cu ilin dekabrında Sovet-İran sərhəddində sərhəd qurğularının dağıdılması 
Pəhləvi 
monarxiyasına 
ağır zərbə vurdu
 
1978-ci il “29 
Bəhmən” Təbriz 
Üsyanda yalnız 
gənclər deyil 
başqa təbəqələr də 
iştirak etdi
 
 
“Şaha ölüm” şüarı  
ilk dəfə məhz bu 
üsyan zamanı  
irəli  sürüldü 
 
İranda sosial və 
siyasi hərəkata 
böyük təsir 
göstərdi 
 
 
Şahlıq idarəçiliyi, və 
qərb həyat tərzinə 
qarşı çıxırdı 
 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə