Dərslik II hiSSƏ 2



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə133/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   ...   129   130   131   132   133   134   135   136   ...   142

 
265 

 
1991-ci ildə Şimali Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması 
İnqilabdan sonrakı illərdə  Məhəmməd  Hüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması şimallı-cənublu  Azərbaycanın  
mənəvi yaxınlaşmasına  güclü təsir etdi.  
 
Azərbaycan SSR 80-cı illərin ikinci yarısı – 90-cı illərin əvvəllərində 
 
80-cı illərin ortalarında Sovet cəmiyyətinin böhranı. Hökumətin “Yenidənqurma” siyasəti 
80-cı  illərin  ortalarında  sovet  cəmiyyəti  iqtisadi,  siyasi  və  mənəvi  həyatında  böhranlı  vəziyyət  yarandı,  İstehsalın  artım 
sürəti  və  əməyin  məhsuldarlığı  aşağı  düşdü,  kommunist  ideologiyasına  inam  azaldı,  Azərbaycan  da  daxil  olmaqla  müttəfiq 
respublikalarda milli özünüdərk, hüquqların tapdalanmasına, sərvətlərin talan olunmasına etiraz dalğası gücləndi.  
Kommunist Partiyası, başda SSRİ KP MK I katibi M.Qarbaçov olmaqla (1985-1991) ölkəni böhrandan qurtarmaq məqsədi 
ilə  1985-ci  ildə  “sürətləndirmə  konsepsiyası”  irəli  sürdü  və  “Yenidənqurma”  xətti  müəyyən  edildi.  Əməyin  təşkili,  təsərrüfat 
hesabını  təkmilləşdirmək,  müxtəlif  təsərrfat  formalarının  tətbiqi,  icarə  sistemi,  kooperasiyanı  inkişaf  etdirmək  barədə  qanun  və 
qərarlar  qəbul  olundu.  Lakin  münasib  şərait  olmadığından  gözlənilən  nəticələr  əldə  edilmədi.  Əyalətlərdə,  o  cümlədən 
Azərbaycanda Mərkəzin qeyri-ardıcıl, sistemsiz və ziddiyyətli siyasəti anlaşılmır, “sürətləndirmə”, “demokrativləşmə”, “aşkarlıq” 
və.b çağırışlar forma etibarı ilə  yeni siyasi fənd kimi qəbul edilirdi. “Yenidənqurma” və “aşkarlıq” Sovet imperiyasının süqutunu 
sürətləndirdi. 
1989-cu ildə ölkədə ilk dəfə olaraq çoxmandatlı sistem əsasında xalq deputatları seçkiləri keçirildi. 
 
Erməni separatçılığı və terrorizminnin başlanması 
Labüd iflasın qarşısını almaq üçün Moskva  müxtəlif  manevrlər edərək  Respublikalarda  milli qarşıdurma yaratmaqla  ölkə 
əhalisinin diqqətini vacib məsələlərdən yayındırmağa cəhd etdi. Sovet hökumətinin belə pozucu addımlardan bir neçəsi bunlar idi: 

 
Türk xalqlarına qarşı nifrəti qızışdırmaq 

 
Xristian-müsəlman qarşıdurması yaratmaq  
“Yenidənqurma”  və  “aşkarlığın”  yaratdığı  imkanlar  Azərbaycanda  demokratik  hrəkatın  inkişafına  təkanq  verdi.  Bunun 
gələcəkdə türk dünyasının daha da güclənməsinə səbəb olacağından ehtiyat edən Sovet rəhbərliyi: 

 
Azərbaycanın DQMV-də milli münaqişə ocağını  - Dağlıq Qarabağ problemini alovlandırdı 

 
Ermənistanda yaşayan azərbaycanlıların sonuncu deportasiyasına rəvac verdilər 

 
Heydər Əliyev hakimiyyətdən uzaqlaşdırıldı və  ona qarşı təzyiqlərə başladı 
Bundan istifadə edən ermənilər: 

 
Ermənipərəst qüvvələrin səyi nəticəsində Azərbaycan əleyhinə SSRİ və qərb mətbuatında kampaniya başladıldı 

 
Açıq ərazi iddialarına başlayaraq ölkədə bir sıra terror aktları törətdilər 

 
Başda Daşnaqstyün partiyası olmaqla, bütün millətçi erməni təşkilatları fəaliyyətini genişləndirdilər 
Azərbaycan  xalqını  təhqir  edən,  saxtakarlıqla  dolu  Zori  Balayının  “Ocaq”  və  başqa  kitablarının  nəşr  edilməsi 
Azərbaycanla Ermənistan arasında milli münaqişəni daha da qızışdırdı. 1988-ci il fevralın 24-də Əsgəran rayonunda ermənilər iki 
azərbaycanlını qətlə yetirdi və 19 nəfəri  yaraladılar. Bu zaman Respublika rəhbərliyi susaraq ermənilər tərəfindən törədilən bir sıra 
terror  aktlarını  saxta  beynəlmiləlçilik  zəmnində  xalqdan  gizlədirdilər.  Hətta  ölkə  rəhbərliyi  Qazax  və  Gədəbəy  rayonlarında 
minlərlə hektar torpaq sahəsinin Ermənistan verilməsinə razılıq verdi. Yerli əhali isə buna etiraz etsə də onların bu narazılığı qüvvə 
tətbiq edilməklə yatrıldı. 
 
Sumqayıt fitnəkarlığının törədilməsi 
1988-ci ilin fevralın sonunda ermənilər Sumqayıt fitnəkarlığını  förətdilər. Ermənilərin Sumqayıt fitnəkarlığını törətməkdə 
məqsədləri bunlar idi: 
1.
 
Azərbaycanlıları Ermənistandan birdəfəlik çıxartmaq 
2.
 
Azərbaycanlılara qarşı dünyada mənfi ictimai rəy yaratmaq 
1988-ci ilin fevralın 28-də“Paşa” ləqəbli erməni E.Qriqoryan Sumqayıtda ilk cinayət törətdi. Sumqayıt hadisələri 
nəticəsində: 

 
32 nəfər (6 azərbaycanlı) həlak oldu, 200 mənzil qarət olundu 

 
Onlarca ictimai bina, avtobus və şəxsi maşınlar yandırıldı 
 
Sumqayıt hadisələri zamanı ermənilər məqsədlərinə nail oldular və bundan sonra Ermənistanda antitürk hərəkatı daha da 
genişləndi və Qərbi Azərbaycanlıların öz ata-baba torpaqlarından deportasiyası sürətləndi. 
 
 


 
266 
 
Qərbi Azərbaycanlıların sonuncu deportasiyası
 
1988-ci  ilin  əvvəllərində  Qərbi  Azərbaycanlıların  sonuncu  deportasiyası  başladı.  Milli  ədavətin  ilk  qurbanları  yenə 
Ermənistanda aşayan azərbaycanlılar oldu. Ermənistanda dövlət səviyyəsində gizli silahlı dəstələr yaratmaqla azərbaycanlıları dədə-
baba  yurdlarından  zorla  qovub  çıxartmaq  istiqamətində  iş  apardılar.  1988-ci  il  yanvarında  Qafan  və  Mehri  rayonlarından  ilk 
qaçqınlar Azərbaycana pənah gətirdilər. 1988-ci il fevralın 19-da İrəvanda “Ermənistan türklərdən təmizlənməli!”, “Ermənistanda 
ermənilər yaşamalıdır!” kini millətçi şüarlarla mitinqlər keçrildi.  
 Azərbaycanlıların  gözünü  qorxudub  onları  qovmaq  üçün  ermənilər  Ermənistanın  Quqark  rayonunda  14  nəfəri  ağaca 
sarıyıb yandırdılar.  Leninakan uşaq evində  yaşayan 70 nəfər azərbaycanlı uşağı Spitakda diri-diri böyük borunun içinə doldurub 
ağzını  qaynaqladılar.  1988-ci  ilin  dekabrın  11-də  Azərbaycandan  Ermənistana  zəlzələ  zonasına  köməyə  gedən  78  nəfərlik  İl-76 
təyyarəsi ermənilər tərəfindən vuruldu. Onlar Yuqoslaviyadan zəlzələ zonasına yardım üçün gələn təyyarəni də türk təyyarəsi hesab 
edib vurdular.  
1991-ci  il  avqustun  8-də    Ermənistan  SSR-də  sonunju  azərbaycanlı  kəndi  olan  Nüvədi  (Mehri  rayonu)  kəndinin  rus 
əsgərlərinin köməyilə boşaldılması ilə Qərbi Azərbaycandan  - Ermənistandan azərbaycanlıların sonuncu deportasiyası prosesi başa 
çatdı. Ermənistandakı 185 azərbaycanlı yaşayan kəndlərdən 230 min nəfər azərbaycanlı qovuldu.  
 
Dağlıq Qarabağda siyasi vəziyyət. Xüsusi İdarə Komitəsinin yaradılması 
Milli  zəmində  SSRİ-də  ilk  dəfə  milli  münaqişə  Azərbaycanın  SSR-in  Dağlıq  Qarabağ  ərazisində  baş  vermişdi.  Qarabağ 
problemini  yaratmaqda  və  qızışdırmaqda  Moskvanın  məqsədi  milli  münaqişə  ocağını  yaratmaq  idi.  1980-cı  illərin  sonu  1990-cı 
illərin əvvəllərində erməni-azərbaycanlı münaqişəsinin səbəbi yenə də ərazi iddiaları idi. Ermənilərin əAzərbaycana ərazi iddiaları, 
Ermənistanda və DQMV-də törədilən cinayətlərə Moskva  və dünyanın aparıcı dövlətlərinin  hüquqi və siyasi qiymət  verməyərək 
onları dah da şirnikləndilər. Mərkəzin təsirli tədbirlər görməməsi nəticəsində: 

 
1988-ci il, fevralın 24-də Əsgəran rayonunda ermənilər iki azərbaycanlınıi qətlə yetirdi  

 
1988-ci  il  20  fevral  DQMV  xalq  deputatları  soveti  Dağlıq  Qarabağı  Ermənistana  birləşdirmək  haqqında  qərar  çıxardı  (Bu  qərarla 
Dağlıq Qarabağ münaqişəsinin rəsmi olaraq başladı)
 

 
1988-cu  ilin  iyununda  Ermənistan  SSRİ  Ali  Soveti  DQMV  xalq  deputatları  sovetinin  Ermənistana  birləşdirmək 
haqqında qərarına razılıq verdi 

 
1988-ci ilin sentyabrında DQMV-nin Xankəndi (Stepanakert) şəhərinə və Xocalı kəndinə hücum edərək qanlı cinayət 
törətdilər, qubadlı rayonunun sərhəd kəndlərinə basqınlar etdilər 

 
1989-cu ilin iyulunda Stepanakertin 14 min nəfərlik bütün azərbaycanlı əhalisi şəhərdən çıxarıldı 

 
1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti “Ermənistan SSR və Dağlıq Qarabağı birləşdirmək haqqında 
qərar” qəbul etdi (bununla da Azərbaycanın ərazi bütövlüyü kobudcasına pozuldu) 
1989-cu  ilin  yanvarın  12-də  SSRİ  Ali  Sovetinin  Rəyasət  Heyəti  “Azərbaycan  SSR-in  DQMV-də  xüsusi  idarəçilik 
formasının tətbiqi haqqında” qərar verdi. Bu qərara əsasən Ermənipərəst A.Volskinin rəhbərliyi ilə birbaşa Moskvaya tabe olan 
Xüsusi İdarə Komitəsi (XİK) yaradıldı. Sovet rəhbərliyinin XİK yaratmaqda məqsədi Dağlıq Qarabağda sabitlik yaratmaq olsa da, 
əslində  isə  məqsəd  DQMV  əməli  olaraq  Azərbaycanın  tabeçiliyindən  çıxarmaq  idi.  Beləliklə,  Sovet  hökuməti  XİK  yaratmaqla 
DQMV əməli olaraq Azərbaycana tabeçilikdən çıxarıldı. Lakin, Azərbaycanın demokratik qüvvələrinin tələbi ilə SSRİ Ali Soveti 
1989-cu il noyabrın 28-də 11 ayadək fəaliyyət göstərmiş XİK-ni ləğv etdi. Bundan sonra DQMV-in idarəsi yenidən azərbaycana 
qaytarıldı. 
Mərkəzin təsirli tədbirlər görməməsi nəticəsində Ermənistan SSRİ Ali Soveti 1989-cu il dekabrın 1-də “Ermənistan SSR və 
Dağlıq Qarabağı birləşdirmək haqqında qərar” qəbul etdi. Bununla da Azərbaycanın ərazi bütövlüyü pozuldu. 
1990-cı  il  yanvarın  15-də    Azərbaycan  rəhbərliyinin  müraciəti  əsasında  SSR  Ali  Soveti  Rəyasət    Heyəti  rəhbərliyinin  
müraciəti əsasında  “DQMV və bəzi başqa rayonlarda  fövqəladə vəziyyət  elan olunması  haqqında”  fərman  verdi.  
 
Xalq hərəkatı 
1988-ci ilin əvvəllərində Azərbaycanda milli-azadlıq – xalq hərəkatı başladı.  Bu dövrdə Azərbaycanda xalq hərəkatının 
başlanmasının səbəbləri aşağıdakı amillər idi: 
1.
 
Ermənistanda yaşayan soydaşlarımızın kütləvi şəkildə deportasiyası 
2.
 
Dağlıq Qarabağda ermənilərin separatçılıq meyillərinə mərkəzin (Moskvanın) xeyr-dua verməsi 
Azərbaycanda ilk etiraz mitinqi 1988-ci il fevralın 19-da Bakıda keçrildi, daha sonra digər şəhər və rayonları bürüdü. Xalq , 
Respublikanın o zamankı rəhbəri Ə.Vəzirovdan (1988-1990) Ermənistanda və Dağlıq Qarabağda baş verən hadisələrə qarşı qəti 
mövqe tutmağı tələb etsə də o, Moskvadan asılı olub, xalqın diqqətini taleyüklü məsələlərdən yayındırmaq siyasəti yürüdürdü. 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə