102
ərazisinə daxil olduğuna görə elmi ədəbiyyata Dəbil Azərbaycan şəhəri kimi
deyil, ermənilərin qədim şəhəri kimi daxil olmuşdur.
Ani.
X əsrin ikinci yarısından Ani şəhəri kiçik bir qala divarlarından
çıxaraq çox böyük siyasi və mədəni mərkəzə çevrilmişdir. Yazılı
məlumatlara əsasən bu zaman şəhərdə 10 mindən artıq insan yaşayırdı.
Şəhəri əhatə edən ikiqat qala divarları nəinki şəhristanı, hökmlarların
yaşadığı sarayları, həm də bütün şəhəri əhatə edirdi. Ani şəhərinin divarları
tikintisinə görə çox möhkəm olmuşdur. Şəhristan ərazisində hələ 1918-ci ilə
qədər dünya şöhrətli alim N.Y.Marr tərəfindən arxeoloji araşdırmalar
aparılmışdı. Həmin illərdə Ani şəhərinin yerində cənub və şimal
kompleksindən ibarət olan saray qalıqları aşkar edilmişdi. Sarayın şimal
hissəsində geniş və çox zəngin, rəngarəng naxışlarla bəzədilmiş böyük otaq
üzə çıxarılmışdır.
Dostları ilə paylaş: