Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə8/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   212

Kosabaşı. Bu deyim, əsasən, kosanın qəhrəman olduğu xalq tamaşalarına aiddir. Tamaşanı 

hazırlayan şəxs el ağzında və oyunçular arasında kosabaşı çağırılıblar. 



Lotubaşı. Oyunçuları lotu adlandırılan məzhəkə, məsxərə,  şəbədə  və qaravəllilərin  əsas 

ifaçısına və  həmin oyunları hazırlayıb  ərsəyə  gətirənlərə deyilib. Lotubaşı tamaşa boyu hər  şeyə

yəni bədii və texniki gedişata tam nəzarət edib. 

Xəlfə. Ərəbcə bu sözün mənalarından biri məclisə başçılıq edəndir. Xalq içində həm lotubaşı 

anlamı var, həm də toy şənliklərində teatral çalarlı oyunların təşkilatçısına deyilib. 



Meydan qarababası. Baba sözü başçı, ağsaqqal, qara kəlməsi isə böyük mənalarında 

işlədilib. Qara baba (qarababa kimi də işlədilib) küçə və meydanlarda və üstüörtülü böyük binalarda 

göstərilən tamaşaların təşkilatçısı və rəhbəri olub. 

Zikr mərasimi icra edən dərviş dəstəsinin başçısı da meydan babası kimi tanınıb. 



Müqəllid.  Ərəb dilində bu sözün təqlid edən, təqlidçi, artist, yamsılayan kimi yozum-

mənaları vardır.  Əsasən, təlxəklərin və  şəbədəçilərin göstərdikləri tamaşaları hazırlayanlara, çox 

vaxtlarda da baş "rolda" çıxış edən oyunçulara müqəllid deyilib. 

Cütçü baba. əkinçiliklə bağlı mərasimlərdə əsas cütçünü mütləq el-obanın müdrik ağsaqqalı 

oynayırdı. Cütçü baba çağırılan həmin ağsaqqal həm də oyun-mərasimi göstərmək üçün hazırlayırdı. 



Macgal. Cütçülük və əkinçiliklə bağlı mərasim tamaşalarının əsas ifaçısına və təşkilatçısına 

verilən adlardan biridir. Mac cüt və kotanın  əsas dəstəyinə, macgal isə  şum vaxtı macdan tutana 

deyilib. Macgal, həmçinin Cütçü babanın köməkçisi (assistenti) funksİyasını daşıyıb. 

Hodaq. Kənd mərasimlərindən sayılan "Cütçü şumu"nun təşkilatçısı, həm də Cütçü babanın 

köməkçisi kimi fəaliyyət göstərib. Cüt və ya kotana qoşulan öküzü (öküzləri) sürən hodaq adlanıb. 

 

* * * 


 

Tamaşaların göstərildiyi yerlər 

 

Təbii ki, min illər boyu əsatir  şənlikləri, el-oba oyunları, mərasim tamaşaları açıq havada, 

şəhər meydanında, kənd içində, bazarda, əkənək sahəsində, camaatın gur toplandıqları yerlərdə, 

hovuz üstündə, saray həyətində, xırman düzündə, ocaq başında,  şenlik çalmalarında, gül-çiçəkli 

yaylağa və bu kimi yerlərdə göstərilib. 

Məhz ilk növbədə buna görə həmin oyun-göstərmələr meydan teatrı kimi ümumiləşdirilib. 

Kütləvi oyun yerləri xalq arasında müxtəlif deyimlərlə adlandırılıb. Onlardan dildə-ağızda 

daha çox işlədilənlərinin qısaca  şərhini verməklə, oyun məkanlarının adları barədə müəyyən 

təsəvvürə gəlmək olar. 

Alan. Bu, müəyyən xalq oyunu üçün düzəldilən məkandır. Formaca yarımdairə və qövsvarı 

olub. Ona görə də ətrafına çoxlu tamaşaçı toplanınasma imkan vardı. 



Balaxan.  Qədim elarası danışıq dilində "yuxarı otaq" mənasında işlənib. Açıq havada 

taxtadan və ya hamar yonulmuş ağac tirlərindən düzəldilirdi və səhnə funksiyasını daşıyırdı. Bəzən 

arakəsməli çadırabənzər görkəmdə olurdu. 

Qaldıran. Süjetli qaravəlli tamaşalarının oynanılması üçün səkiyəbənzər, tamaşaçılar duran 

səviyyədən azacıq hündür yer. Bu, yamaclı  çəmən də ola bilərdi, torpaq atılıb tez vaxtda hasilə 

gətirilən kövər də. 

Əndam.  Hərfi mənada görkəmli, iri mənasındadır.  Ərəbcə isə  bədən, qədd-qamət, boy-

buxun, biçimli adam deməkdir. Qədim dövrlərdə  gəzərgi yox, bir məkanda çıxarılan oyunlar, 

göstərilən tamaşalar üçün seçilmiş böyük həyətin hündür yeri. Yaxud, müvəqqəti qurulmuş, adamın 

dizi bərabəri qurulan meydança əndam kimi tanınıb. 




Gac.  Mənası görünən səhnə deməkdir. Məişətdə  işlənən, ağacdan düzəldilmiş, qurşaqboyu 

taxt məzhəkə oyunlarında gətirilib meydançaya qoyulurdu. Aktyor-oyunçular bu gacın üstündə 

tamaşalar oynayırdılar. 

Geniş  səkiyə taxta düzülüb, kilim-palaz salınıb üstündə tamaşa oynanılan yerə  də bu ad 

verilib. 

Mərəkə.  Ərəb sözüdür və çoxlu mənaları var. Dilimizdə izdiham, qələbəlik, qalmaqal, 

vurhavur, vurhəşir, cəncəl deyimləri mövcuddur. Meydan oyunçuları arasında çox geniş  və 

qələbəlik yerdə çıxarılan oyun məkanlarının adlarından biridir. 

Tək və cüt oyunçuların, həmçinin dərvişlərin, naqqalların, lotuların, məsxərəbazların, 

məzhəkəçilərin, hətta canbaz və kəndirbazların kütləvi tamaşalar göstərdikləri yerdir. 

Mərəkə yeri seçiləndə, adətən, orada uzun illər tamaşalar oynanılırdı. Mərəkə yerlərində 

tamaşaçılara  şirniyyat, sərinləşdirici içki satanlar da olurdu. Buraya daha çox tamaşaçı toplaşa 

bilirdi. 



Nümayişgah. Nümayiş sözü göstərmək, baxılan, görünən, gah isə  yer,  ev  mənasındadır. 

Həmin mənalardan götürülən bu deyim açıq havada teatr oynanılan məkan anlamında işlədilib. 



Nəzrgah. Tamaşaxana, səhnə, oyun göstərilən meydan mənasını ifadə edən bu sözün 

işlənməsi İran Azərbaycanının yaşayış məkanları üçün daha xarakterikdir. 



Oynaqlıq. Açıq oyun meydançalarına verilən ümumi adlardan biridir. Həmin sözün oynaq

 o y n a q m ə k a n  deyimləri də var. 



Səhnəcə. Kiçik süjetli, daha çox tək ifaçının göstərəcəyi oyun üçün iri mülkün həyəti, 

bazarın bir küncü, iki küçənin kəsişdiyi tin, tamaşaçı az yığılan yer seçilirdi. Səhnəcə deyilən bu yer 

kiçik, yığcam, xudmani tamaşa yeri mənalarını verirdi. 

Hovuzüstü. Saray həyətində, memarlıq qurumu dairəvi və ya dördkünc olan karvansarayın 

ortasında, şəhər bağında hündürlüyü yarım metr və ya bir metr olan hovuzun üstünə qalın taxtalar 

atılırdı. Sıx düzülən taxtaların üstü xovsuz xalçalarla döşənirdi. Onun üstündə qısa məzmunlu, ancaq 

əyləncə xarakterli, sadə süjetli və gülməli tamaşalar göstərilirdi. Yayın istisində hovuzun suyu 

oyunçu-aktyorlara sərinlik gətirirdi. 

Çavıstan.  Kənd oyun tamaşalarının göstəriləcəyi yer çox vaxt əvvəlcədən 

müəyyənləşdirilirdi. Oyunun təşkilatçıları dikdir yerlərdən torpaq qazıb ortaya tökürdülər. Sonra 

onu hamarlayırdılar. Səki və ya səhnə kimi görünən yer çavıstan adlanırdı. 

Həngə.  Ən müxtəlif kiçik oyunların və uzun çəkən tamaşaların göstərildiyi yerə verilən 

addır. Bəzi bölgələrdə həmin yerə h ə n g a m ə x a n a  da deyilir. Söz həngamə, yəni məzəli oyun 

çıxarılan yer mənasını verir. 

Şelaxana. Daha çox musiqili oyunlar göstərilən yerə deyilib. Müəyyən mənada 

tamaşaxananın və seyirxananın təhrif olunmuş şəklidir. 

Adları göstərilən tamaşa yerlərinin bir qisınındə, nisbətən iri sahəsində ifaçıların paltar 

dəyişmələri, "qrimlənib" oyuna hazırlaşmaları, səhnədə sözünü qurtarıb kənara çəkilən və növbəti 

çıxışmı gözləyən oyunçunun dayanması üçün camaatla səhnənin arxa hissəsinə  pərdə  çəkilirdi. 

Yaxud da araya vərni, zili, şəddə, sumax, bir sözlə, yüngül olan xovsuz xalça tutulurdu. "Kulis", 

"şırma" mənasını verən həmin örtüyə ç a t ı n a p ə r d ə  adı verilmişdi. 

  

 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə