2
2
43
42
BİTKİLƏR, BAKTERİYALAR VƏ GÖBƏLƏKLƏR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
Ali
toxumlu bitkilər
17. İkiləpəlilər sinfi.
Mürəkkəbçiçəklilər fəsiləsi
XVI əsrdə gəmiləri Şimali Amerikanın cənub sahillərinə yan alan ispanlar
buradakı tarlalarda qızılı rəngli qeyri-adi çiçəkləri olan bitkilər gördülər. Qızıl
yataqları tapmaq ümidi ilə uzaq məsafə qət edən ispanlara elə gəldi ki, bu
bitkilər qızıl yataqları üzərində bitir. Onlar dərhal həmin bitkilərin bitdikləri
yerləri qazmağa başladılar. Əslində, bu “qeyri-adi” bitki tanıdığımız
günəbaxan
bitkisi idi.
· Xarici görünüşünə görə hansı çiçəklər günəbaxanın çiçəyinə bənzəyir?
Bitkilərin (tanıdığınız) hansı fəsilələrə aid olduqlarını müəyyən edin. Fəsi-
lələrin adlarını və səciyyəvi cəhətlərini sadalayın.
Fäaliyyät
Fäaliyyät
Çobanyastığı
Ərik
Zəncirotu
Astra
Tütün
Nəticəni müzakirə edin:
Bu bitkilərin hansı ümumi
xüsusiyyətləri var?
Fəsiləsini müəyyən edə
bilmədiyiniz bitkiləri ayırın.
Noxud
Dəvədabanı
Kələm
Göyçiçək.
Səbətində
boruşəkilli
və yalançı
qıfşəkilli
çiçəklər olur.
Zəncirotu.
Səbətində
dilcikşəkilli
çiçəklər olur.
Eşşəkqanqalı.
Səbətində
boruşəkilli
çiçəklər
olur.
Günəbaxan.
Səbətində
boruşəkilli
və yalançı
dilcikşəkilli
çiçəklər olur.
Mürəkkəbçiçəklilər fəsiləsi. 25 min növü var. Əksəriyyəti otşəkilli bit-
kidir. Mürəkkəbçiçəklilərin bir çox növləri payızın axırlarına qədər çi-
çəkləyir.
Çiçəyinin quruluşu. Çiçəkləri səbət çiçək qrupunda toplanmışdır. Sə-
bəti təşkil edən çiçəklərdə bəzən kasa yarpaqları olmur və ya tükşəkilli
olub kəkil əmələ gətirir. Erkəkciklər 5 ədəddir. Onların tozluqları bitişə-
rək içərisindən dişicik sütuncuğu keçən boru əmələ gətirir. Dişicikləri iki-
ağızcıqlıdır. Mürəkkəbçiçəklilərin səbəti müxtəlif tipli çiçəklərdən təşkil
oluna bilər. Əksəriyyəti həşəratlarla çarpaz tozlanır. Meyvəsi –
toxum-
çameyvədir. Bir çoxunun toxumçameyvələrində küləklə yayılmanı təmin
edən uçağanı olur.
Dilcikşəkilli
çiçək
Qıfşəkilli
çiçək
Yalançı dilcikşəkilli
çiçək
Boruşəkilli
çiçək
Mədəni və yabanı nümayəndələri. Mədəni nümayəndələrinə – günəba-
xan, topinambur, astra, georgin aiddir.
Yabanılara isə
zəncirotunu, göyçiçəyi, çobanyastığını, dəvədabanını
və s. nümunə göstərmək olar.
Günəbaxanın yağından qida kimi və müxtəlif sənaye sahələrində is-
tifadə olunur. Mürəkkəbçiçəklilərin
aptek birəotu, üçbarmaq, andız kimi
nümayəndələri dərman bitkiləri hesab olunur.
Georgin, astra, payızgülü isə bəzək bitkisi kimi becərilir.
Boruşəkilli və dilcikşəkilli
(zəncirotuda) çiçəklərinin yumur-
talığından
tozlanmadan sonra
meyvələr əmələ gəlir.
Yalançı dilcikşəkilli, qıfşəkilli
çiçəklərdə erkəkcik və dişicik olmur.
Onlar yalnız həşəratı cəlb
edir və
toxum əmələ gətirmir.
Mürəkkəbçiçəklilər
fəsiləsi
Boruşəkilli və dilcikşəkilli çiçəklərdə çiçək
K L E D
0
(5)
(5)
1
düsturu